Axtarmaq
">
20.01.2025, 01:44,
   
Administratorluq
Əliyev Ceyhun
XƏBƏRLƏR
Bu səhifəmizdə hamımızı maraqlandıran Dini mövzular vardır. Bunu biz DİNİ SÖHBƏTLƏR adlandırırıq. Burada Siz istədiyiniz mövzuları oxuya biləcəksiniz. Yox əgər istəyirsənizsə, Sizində yazılar bu səhifəmizdə dərc olunsun onda sadəcə olaraq, administratorluğa məktub yazın. admin@azeri-love.az Uzağı 2 gün sonra, Sizin mövzunuzda bu səhifəmizdə yer alacaqdır.
+994703125310
Valyuta mübadiləsi
   
Sayt menyumuz
Saytımızda Yeniliklər Yeni mövzular Elektron kitabxana

Sual-Cavab


Ana səhifə » DİNİ SÖHBƏTLƏR » İslam alimləri  

Firuid-din [2]
Dində vacib əməllər
Dualar [4]
Möminlərin şəfası
Dinin əsasları [5]
Dini mövzular
İslamda Qadın [11]
Qadınlar üçün mövzular
İslam alimləri [5]
Dini alimlərimiz

Ayətullah Seyyid Məhəmməd Lənkərani Nəcəfi
Ayətullah Seyyid Məhəmməd Lənkarani Nəcəfi zəmanəsinin görkəmli alimlərindən və böyük fəqihlərindən olmuşdur. (Atası Ayatullah Ağa Seyyid Lənkərani, də öz əsrinin adlı-sanlı alimlərindən idi.) 1898-ci ildə (1312-ci hicri qəməri ili) Nəcəfi-Əşrəf şəhərində düyaya göz açıb. Orta və ali təhsilini Nəcəfi-Əşrəf elm ocağının məşhur alimlərindən alır. Bundan sonra Ayatullah Mirzə Əli İrəvani, Mirzə Hüseyn Naini, Şeyx Məhəmməd Hüseyn Kompani İsfahani, Şeyx Əbdül-Hüseyn Rəşti və Ağa Hüseyn Qumi kimi məşhur alimlərindən üsul və fiqh dərslərini öyrənir. Bu minvalla yüksək dərəcədə elmi məqama nail olur. Nəhayət 1944-ci ildə dünyasını dəyişir və müqəddəs Nəcəf şəhərinə dəfn edilir.

Ayətullah Hacı Şeyx Səfər Əli Badkubey
Ayətullah Hacı Şeyx Cəfər Əli Badkubeyi on üçüncü hicri əsrinin məhşur alimlərindən biri olub. O, Bakı şəhərində dünyaya gəlmişdir.Ali təhsilini Nəcəfi-Əşrəf şəhərində alaraq yüksək, elmi məqama çatıb. Alimin Nəcəfi Əşrəfdəki, usdadlarından Şeyx Məhəmməd Lahici, Seyyid Hüseyn Kuhkəməri və başqalarının adını qeyd etmək olar.O, mərhum Ayətullah Kuhkəmərinin zamanında öz vətəninə qayıdıb, dini hökmləri təbliğ etməyə, mədrəsə açıb dərs verməyə başlayır.Çoxlu savadlı tələbələr tərbiyə edir. Lakin çox çəkmir ki, on dördüncü əsrin əvvəllərində dünyasını dəyişir.

Ayətullah Hacı Seyyid Rza Lənkərani
Ayətullah Hacı Seyyid Rza Lənkərani Nəcəfdə təhsil almış görkəmli alimlərdən biridir. (Atası Seyyid Məhəmməd Lənkəran seyyidlərindən idi.) O, 1835-ci ildə (1250-ci hicri qəməri ili) Lənkəranda dünyaya göz açıb.
İlk təhsilini doğulduğu yerdə alıb, sonra ali təhsil almaq üçün Nəcəfi-Əşrəf
Şəhərinə yola, düşür. Nəcəfin alimlərindən üsul və fiqh dərslərini öyrənib, yüksək elmi məqama yetişir. Atası Ayətullah Seyyid Məhəmməd Lənkəranidə Nəcəfi-Əşrəf elm ocağının məşhur alimlərindən biri idi. Seyyid Rza Lənkəraninin bə`zi əlyazmaları yadigar qalıb ki, aşağıdakıları qeyd edirik:
1-Şeyx Ənsarinin “Rəsail” kitabına şərh.
2-Şeyx Ənsarinin “Məkasib” və “Rəsail” kitablarına haşiyə.
Bu görkəmli alim 1904-ci ildə (1327-ci hicri qəməri ili) Aşura günündə Nəcəfi-Əşrəfdə dünyadan gedib. Onun Həzrəti Əli (ə.s)-ın pak hərəminin otaqlarından birində dəfn edirlər.

Şeyx Məhəmməd Abbas Şirvani Hindi
Şeyx Məhəmməd Abbas Şirvani Hindi 1826-cıildə Hindistanın Ləkino əyalətində dünyaya gəlir. O, öz zamanının adlı-sanlı alimi kimi, şe`r və ədəbiyyatda öz öz əsrində misilsiz olub. Alimlər arsında təhqiqat vəkitab yazmaqda məxsuz yeri var idi. Atası MirzəMəhəmməd Abbas və qardaşı Mirzə Əhməddə öz zamanının böyük alimlərindən sayılırdı. Atası Şirvandan Hindistana köçüb Ləkino əyalətində sakin olub. Şeyx Məhəmməd Abbas atasının himayəsi altında böyüyür ərəb dilini və ədəbiyyat elmlərini öz məntəqəsinin alimlərindən öyrənir. Elm öyrənmək üçün Hindistanın bir çox şəhərlərinə səfər edir. Bərəkətli ömrünü müxtəlif elmlərdə, o cümlədən tarixi mövzularda kitab yazmağa sərf edir.
O , farsca şe`r yazmaqda çox məşhur olur şe`r aləmində uca zirvələrə çatır. Alimin yazdığı kitablardan aşağıdakıları qeyd edirik:
1-Asarul-əcəm;
2-Tarixi-cihar cəməh dər tarixi-dokkan (fars dilində çap olub);
3-Tarixi-əfəcine;
4-Tarixi-iqbal dər tarixi bəhsi əyal;
5-Qillətul-cəvahir fi tarixi-bəvahir;
6-Tarixi-İsamaliyyə;
7-Sultan Nami Gerami;
8-Tarixi-Ərandib;.


Əlavə etdi: Əliyev Ceyhun (Administratorluq) () Reytinq: 2.5/2

MİRZƏ ƏSƏDULLAH BADKUBEYİ
Mirzə Əsədullah Badkubeyi on üçüncü hicri əsrində Bakıda dünyaya gəlmişdir. Allaha olan sonsuz eşq və məhəbbəti onu maddi aləmdən ayırıb öz ruhunu saflaşdırmaqla, nəfsini xeyirli əməllərə vadar etməklə Allaha yaxınlaşdırmağa məşğul edir. Əvvəlcə Nəcəfi-Əşrəfə gəlir və məhşur arif Hurəlişah İsfahaninin Şagirdlərinə qoşulur. Mütərəqqi fikir və əqidəsinə görə burada ali dərəcədə mənəviyyata sahib olur. Mirzə Zeynəl-Abidin Şirvani onun tərcümeyi-halında belə yazır: “Mirzə Əsədullah Bakı diyarının böyük ariflərindən biridir. Onun valideynləri şan-şöhrət axtaran və mənsəbpərəst idilər. Amma özü fani dünyanı tərk edərək tələbəhəyatına qədəm qoyur və Nəcəfi-Əşrəfdə Nurəlişah İsfahaninin məclislərində iştirak edir. Bir neçə müddət müqəddəs məkanlarda (ziyarətgahlarda) qalır və öz məqsədinə nail olduqdan sonra vətəninə qayıdır. Amma bir müddətdən sonra Rusiyanın Bakıda etdiyi zülm və, işgəncədən xilas olmaq üçün Təbrizdəsakin olmağı özünə münasib bilir.

MÖVLA MƏHƏMMƏD NAXÇIVANİ
Mövla Məhəmməd Naxçıvani öz zamanının məhşur alimi, ədəbiyyatçısı və xətibi olmuşdur.Gözəl nitq söyləməkdə mənəvi təsirli nəfəsi olub. Naxçıvan torpağında dünyaya gəlib. Rus imperiyasının axırlarında elmi təhsilini sona yetirir. 1920-ci ildə Oktyabr İnqılabından sonra bolşeviklər Azərbaycana hücum edir. Məhəmməd Naxçıvani bir dəstə alim və ariflə birlikdə İran Azərbaycanına köçür Mərağa şəhərində məskunlaşır. Şəhərin böyük məscidlərində, çıxışlar etməklə və İslam hökmlərini təbliğ etməklə məşğul olur. Az müddətdə şəhərin alimlərinin və camaatının böyük rəğbətini qazanır. Söhbətlərinin əsas mövzusu və mehvəri Quran ayələri, rəvayətlər və ruhunun təsiri olduğu üçün el arasinda şöhrət qazanır. Nəhayət, 1840-cı ildə (1256 hicri ili) dünyasını dəyişir və Marağa şəhərinin “Müctehidlər” qəbiristanlığında torpağa tapşırılır.

AYƏTULLAH ŞEYX İBRAHİM ŞİRVANİ
İslami elmlərdə nəzər sahibi olan kamil alim və fəqih Ayətullah Şeyx İbrahim Şirvani hicri qəməri tarixi ilə on üçüncü əsrin əvvəllərindıəŞirvan torpağında dünyaya gəlmişdir.İlk təhsilini öz vətənində aldıqdan sonra təhsilini, artirmaq üçün Nəcəfi-Əşrəfə yola düşür.Bu, şəhərdə məhşur alimlərdən, o cümlədən Şeyx Məhəmməd Həsən Nəcəfidən (“Cəvahirül-kəlam ” kitabının müəllifi) lazımı qədər bəhrələnir və bu müqəddəs diyara ictihad dərəcəsinə yetişir. Alimin əsərlərindən iki cilddə yazılmış “Məbaniül-fiqh” kitabını qeyd etmək olar.Təxminən 1854-cü ildə öz dünyasını dəyişir.

AYƏTULLAH ŞEYX MÖVLA AĞA LƏNKƏRANİ
Öz əsrinin Nəcəfi-Əşrəfdə olan görkəmli fəqihlərindən və müctehidlərindən biri olan Ayətullah Şeyx Mövla Ağa Lənkərani on üçüncü hicri əsrin əvvəllərində Lənkəranda dünyaya göz açmışdır. O, Nəcəfi-Əşrəfdə “Türk” ləqəbi ilə məşhur olan alim və fəqih Şeyx Hüseyn Kuhkəmərinin şagirdlərindən biri olmuş və ustadının üsul və fiqh dərslərini risalə şəklində yazmış və bir müddətdən sonra Nəcəfdə seçilmiş fiqh və üsul ustadlarından biri hesab olunmuşdur. Ustadının bəyanatlarını yazıb topladığı iki cildlik “Üsuli-fiqh” kitabı ondan yadigar qalmışdır. Alimin vəfat tarixindən əldə heç bir məlumat yoxdur. Təkcə 1872-ci illərdə (1289-cu hicri qəməri tarixi ilə) həyatda olması məlumdur.

ŞEYX MÖVLA HƏSƏN İRƏVANİ
Şeyx Mövla Həsən İrəvani öz zəmanəsinin yüksək məqamlı alim və fəqihlərindən biri kimi Nəcəfi-Əşrəf alimləri arasında yüksək ehtiram və etimada malik idi. Onun doğulma tarixi və ibtidai təhsili haqqında çox da məlumat yoxdur. Ayətullah Şeyx Məhəmməd Həsən Nəcəfinin üsul və fiqh dərslərində iştirak etməsi daha çoxdur. Mərhum Ağa Bozorg Tehraninin yazdığına görə “O, qiymətli kitablarının bir hissəsini tələbələr istifadə etsin deyə vəqf, etmişdir. Öz əşyalarını həmişə başqalarına hədiyyə edirdi”. Alimin vəfat tarixi haqqında tarix sənətlərində məlumat yoxdur. Təkcə təxminən 1864-cü illərdə həyatda olduğu məlumdur.

AYƏTULLAH ŞEYX MƏHƏMMƏD HƏSƏN QARABAĞİ
Ayətullah Şeyx Məhəmməd Həsən Qarabaği öz, əsrinin dəyərli təhqiqatçılarından , yüksək məqamlı fəqihlərindən biri kimi müxtəlif, elmlərdə və fənlərdə dərin biliyi olub, öz dövrünün adlı sanlı alimlərindən sayılıb. Təəssüflər olsun ki, onun barəsində kifayət qədər məlumat əldə yoxdur. O, ilk təhsilini öz diyarında Qarabağda aldıqdan sonra, Nəcəfi-Əşrəf şəhərinə köçür, oranın məşhur alimlərinin elmindən bəhrələnib islam elmlərində içtihat məqamına çatıb. O, Mövla Nəcəf Əli Məhəmməd Rza oğlu Təbrizinin dostlarından və yaxın adamlarından biri olub. Mərhum Mirzə Məhəmməd Həsən Təbrizi Ayətullah Qarabağinin həyatı haqqında bu cür deyir: “O alim, kamil, xeyriyyəçi, mühəqqiq, əllamə və fəqihlərdən biri olub”. Alimin vəfat tarixi haqqında əldə dəqiq məlumat yoxdur.

AYƏTULLAH ŞEYX MİRZƏ HƏSƏN QARABAĞİ
Ayətullah Şeyx Mirzə Həsən Qarabaği Nəcəfi-Əşrəf şəhərinin yüksək məqamlı şiə, alimlərindən və fəqihlərindən sayılırdı. O Dağlıq Qarabağda doğulub boya-başa çatıb. Sonra vətənindən dini təhsil almaq məqsədi ilə Nəcəfi-Əşrəf şəhərinə köçüb. Özünün ali dərəcədə üsul və fiqh təhsilini məşhur alim, müçtehid Şeyx Mürtəza Ənsaridən alıb və nəticədə içtihad dərəcəsinə çatıb. O Şeyx Mürtəza Ənsarinin birinci və ən qədim şagirdlərindən biri olub. Elmi əsərlər yazmışdır. Özündən sonra yadigar qoyduğu əsərlər aşağıdakılardan ibarətdir:
1-“Şərhi-duayi-Səmət”, (1261-ci hicri ili)
2-“Risalətül-cərat”, (1262-ci hicri ili)
3-“risalətüt-təqiyyə”
4-“Risalətü müqəddəmatil-vacib”
5-“Rrisalətün fi təcvid”
6-“Risalətüt-təadül və təvacih”
7-“Əttameh fi ədillətüs-sünən”, (1265-ci hicri ili).

AYƏTULLAH ŞEYX MİRZƏ MƏHƏMMƏD ŞƏRİF ŞİRVANİ
Öz dövrünün məşhur alimlərindən mübariz fəqih və yazıçılarından olan Ayətullah Şeyx Mirzə Məhəmməd Şərif Şirvani on ikinci hicri əsrinin axırlarında Şirvanda dünyaya göz açır. Atası Mirzə Rza, o diyarın dindar və mömin şəxslərindən biri idi. İbtidai təhsilini öz məntəqəsində başa vurduqdan sonra, təhsilini, təkminləşdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə köçür. Seyyid Əli Təbatəbai (“Riyazül-məsail” kitabının müəllifi) və başqa məşhur alimlərin üsul və fiqh dərslərini mənimsəyir. Fiqh elmində yüksək məqama çatdıqdan sonra Təbriz şəhərinə qayıdır və ömrünün axırına kimi bu şəhərdə sakin olur. Onun üsul və fiqh elimlərində yüksək məqama çatması ilə yanaşı, sair elimlərdə də təcrübə qazanmış və qiymətli kitablar yazmışdır. O kitablardan aşağıdakıların adlarını qeyd etmək olar:
1-“Sədəfül-məşhun” (müxtəlif elimlərdən bəhs edən bu kitab 1214-ci ildə (hicri qəməri ) Nəcəfi-Əşrəfdə çap olunub.)
2-“Nurül-ənvar fi isbati imaməti Əimmətil-əthar”. (kəlam elmində və ərəbcə yazılmışdır.)
3-“Əş-şəhabüs-saqib fi mənaqibi Əli ibni Əbi Talib (ə)”. (kəlam elmində və ərbcə yazılmışdır.)
4-“Dümtül-əxtar fi zikril-əxyar və əxyarul-əxbar” (əxlaq elmində və ərəbcə yazılmışdır.)
5-“Mibahül-qülüb” (fiqh elmində və ərəbcə yazılmışdır.)
6-“Misbahül-vüsul li elmil-üsul” (üsul və fiqh elmində olub və ərəbcə yazılmışdır.)
7-“ Miftahül-qibab” (hesab elmi barədə və rəbcə yazılmışdır.)
8-“Əttahifətül-bəhiyyə”(hesab elmi barədə və ərəbcə yazılmışdır.)
9-“Risalətül-məsahət”.
Mərhum Şirvaninin vəfat tarixi haqqında məlumat yoxdur. Təkcə bu məlumdur ki, “Sədəfül-məşhun” kitabını 1248-ci hicri ilində yazıb. Bu da göstərir ki, həmin vaxtlarda sağ imiş.

AYƏTULLAHÜL-ÜZMA HACI ŞEYX MƏHƏMMƏD
SADİQ BORADİGAHİ
Öz zamanında qafqazda olan mərcəy təqlidlərdən və fəqihlərdən olan Ayətullahül-üzmə hacı Şeyx Məhəmməd Sadiq Boradigahi Lənkərani Həmini hicri qəməri tarixi ilə on üçüncü əsrin Lənkərana tabe olan Boradigah kəndində anadan olan olağmuşdur. İbtidai (müqəddimə) təhsilini öz məntəqəsinin limlərindən öyrənir və sonra İranın Qəzvin şəhərinə köçür. O zamanlar Qəzvin şəhəri böyük elmi mərkəz idi. Bir müddət bu şəhərdə qalıb bəzi elmləri (əsasən fəlsəfə-kəlam) ali dərəcədə oranın alimlərindən öyrənir. 1833 –cü (1249-cu hicri qəməri) ilə qədər Qəzvində olub. Bu şəhərdə dərslərini təkminləşdirdikdən sonra İraqa köçərək Kərbəlada sakin olur və bu şəhərin böyük alimlərinin o cümlədən Seyyid İbrahim Qəzvini (“Zəvabitül-üsul” kitabınınb müəllifi) və Seyyid Məhdi Təbatəbainin (“Riyaziül-məsail” kitabının müəllifinin oğlu) fiqh və üsul dərslərində iştirak edir. Yüksək zəka və səyləri nəticəsində ictihat dərəcəsinə çatır. O İraqda Şeyx Sadiq Türk ləqəbi ilə tanınır. “Qisasül-üləma” kitabının müəllifinin yazdığına görə, Şeyx İraqda məşhur usrad və “Zəvabit” kitabının müəllifinin şagirdi olub.
Kərbaladan sonra Nəcəfi-Əşrəf şəhərinə gəlir və orada da üsul və fiqh alimlərinin dərslərindən bəhrələnir. Təhsil aldığı müddətdə Kərbəlada ərəb ailəsindən olan bir qadınla evlənib ailə qurur. Nəhayət, təhsilini başa vurub yolunu gözləyən camaata islam dininin ruhoxşayan göstərişlərini öyrədmək, onları düz yola çağırmağ üçün öz vətəninə Qafqaza qayıdır. Onun gəlişindən xəbər tutan dindar və mömin adamlar onu böyük təntənə ilə qarşılayıb son dərəcə hörmət edirlər. Mərhum Ağa Bozorg Tehrani bu barədə belə qeyd edir: “Mərhum Lənkarəni uzun müddət ərzində elmi mərkəzlərdə dini təhsil alıb yüksək məqama çatdıqdan sonra Qafqaza qayıdır. Çox az bir müddət də bu bölgədə çox nüfüz qazanır və şöhrət tapır, Məntəqədə yeganə mərcəyi-təqlid kimi, tanınır. Camaat şəri işlərində ona təqlid edirlər. Mərhum lənkarani bu məntəqədə İslam dininə çox böyük xidmətlər edərək dinin çoxlu unudulmuş hökümlərini təbliğ edir, ona yenidən gözəllik, təravət verir, Bütün ömrünü müxtəlif kitablardan ədrs deməyə və şagird tərbiyə etməyə sərf edir, çoxlu fazil ətləbə yetişdirir. Onun elm və bilikdə çoxlu məlumatı və yüksək məqamı vardır”.
Mərhum Lənkaranidən çoxlu elmi əsərlər və əlyazmalar yadigar qalmışdır. Onların bəziləri aşağıdakılardan ibarətdir:
1-“İbtilaul-övliya” (iki cildə)”;
2-“İtmamül-höccət fi isbati-vücudil-qaimil-höccət”;
3-“İftixarüş-şiə fi əhkamiş-şəriət”;
4-“Əl-hariyat”;
5-“Əddürəru vəl-qürər filmühtəxəbil min əmalil ömr
6-“Əddürərül-faxirə fi ziyarətil-itrətit-tahirə”;
7-“Əl-mərasimuş-şəriyyə”. Nəhayət qafqaz xalqının sevimlisi, alim, fəqih 1968-ci ildə (1285-ci hicri ili) dünyasını dəyişir.


Əlavə etdi: Əliyev Ceyhun (Administratorluq) () Reytinq: 1.0/1

İmam Xomeyninin həyatına bir baxış
İmam Xomeyni - dünya müsəlmanlarının görkəmli rəhbəri və İran islam respublikasının böyük banisi hicri şəmsi tarixi ilə 30 şəhrivər 1273-cü ildə Əhli-beyt səmasının parlaq ulduzu Həzrəti Fatimeyi-Zəhranın doğulduğu bir gündə İranın mərkəzi əyalətinin börgələrindən biri olan Xomeyni şəhərində elm və cihad əhli olan bir ailədə dünyaya göz açmışdır. İmam Xomeyninin möhtərəm atası mərhum Ayətullah Seyyid Mustafa Musəvi böyük Ayətullah Mirzə Şirazinin müasirələrindən biri idi. O, bir neçə illər boyu Nəcəfi-Əşrəfdə İslam elmlərini və maarifini öyrəndikdən sonra ictihad dərəcəsinə yüksəldi. İrana qayıdaraq Xomeynidə xalqın dini məsələlərdə hidayət və maariflənməsiylə məşqul oldu. Ruhullanın yəni İmam Xomeyninin doğumundan heç beş ay keçməmiş, azğın şah höküməti yəni tağut rejimi və bu hökümətin himayəsindən bəhrələnən xalqa olunan zorakılıqlara qarşı müqavimətə qalxan Seyyid Mustafaya güllə ilə cavab verdilər, onu Xomeyn-Ərək yolunda şəhid etdilər. İmam Xomeyni uşaqlıq və yeniyetməlik çağlarını möminə anası Həcərin himayəsində kçirdi. Bu ana da elm və təqva əhli olan bir nəsildən olub mərhum Ayətullah Xonsarinin nəvələrindən idi. Lakin Xomeyni 15 yaşında bu əziz nemətdən də məhrum oldu. İmam ilkin dini elmləri uşağ çağında öyrəndikdən sonra, 1298-ci ildə Ərakdakı elmi hovzəyə 1300-cü ilin novruzunda isə Qum elmi hovzəsinə yollanır. O, Qumda elmi və dini dərəcələri sürətlə keçərək, uzun illər boyu Qum elmi hovzəsində tədris işləri ilə məşğul oldu. O, Nəcəfdə keçirdiyi sürgün illərində də tədris işini davam etdirdi. İmam ilk dəfə olaraq öz silsilə vilayəti-fəqih dərslərində İslam hökumətinin nəzəri əsaslarını tədris etdi. Mübarizə, cihad və haqq yolunda mücadilə ruhu Xomeyninin bütün həyatının ictimai və siyasi şaxələrində, onun tərbiyə və etiqadi baxışlarında dərin kök salmışdır. İmam birinci dünya müharibəsi zamanı 12 yaşlı yeniyetmə idi və o, bu barədə xatirəsini belə yad edir: “Hər iki dünya müharibəsi yadımdadır. Mən kiçik idim, lakin mədrəsəyə gedirdim. Xomeyndəki mərkəzdə rus əsgərlərini görürdük. Birinci dünya savaşında hücuma məruz qalırdıq!”
İmam başqa bir yerdə bəzi ülmkar xanların və hakimlərin mərkəzi hökumətə arxalanaraq xalqın mal-dövlətini və namusunu necə qarət etdiklərini yada salaraq deyir: “Biz olduğumuz yerdə, yəni Xomeyndə səngər düzəldirdik. Mənim tüfəngim var idi, lakin uşaq idim. 16-17 yaşlı uşaq kimi əlimizdə tüfəng, həmdə dərslərlə də çalışırdıq. Səngərə girdikdə, xalqı qarşı çıxan, adamları tutaraq başına pis işlər gətirən şər güclərlə mübarizə aparırdıq. O vaxtlar hərc-mərclik hökm sürürdü. Mərkəzi dövlətin gücü yox idi. Bir dəfə də Xomeynidə bir məhəlləni tutdular. Camaat əllərinə tüfəng götürüb onlarla mübarizəyə qalxdı. Biz də camaata qoşulduq”.
İmamın siyasi mübarizəyə girişməsi 1306-cı ilə təsadüf edir, belə ki, həmin il Ayətullah Hacağa Nurullah İsfəhani Rzaxana etiraz edərək hicrət edir və məscidə pəmah gətirir. Həmin illərdə dövlət tərəfindən ruhanilərə, məzhəbə və elmi hövzəyə qarşı kəskin bir mövqe hakim olmuşdu. Xomeyni Rzaxanın təzyiqləri altında mubarizə, ruhanilərin boğularaq öz ölkəsində qəriblik çəkməsinə belə vəsf edirdi:
“Rza şah dövründə kimə dad edim
Bu divdən kimlərə mən fəryad edim.
Nəfəs varkən nalə yolu tutuldu.
İndi nəfəs yoxdu, mən fəryad edim”
İmamın ilk siyasi bəyanatı 1323-cü ildə yayıldı. 1341-ci ildə Əsədullah Ələmin başçılıq etdiyi nazirlər kabineti əlayət və vilayət cəmiyyətləri haqqında qanun layihəsini təsdiq etdi. Bu xəbər dini alimlər arasında geniş etiraz dalğası yaratdı. İmam şah rejiminin gerçək hədəflərini bu tarixi kəsimdə aşkar etməklə çox önəmli və mühüm rol oynadı. Belə ki, 7Azər 1341-ci ildə bu layihə dövlət heyyəti tərəfindən ləğv edildi və beləliklə İran xalqına böyük bir qələbə nəsib oldu. Şah tərəfindən ağ inqilab barəsində referendum keçiriləndən sonra, din alimlərinin və Xomeyninin müxalifçilik və etirazı nəticəsində bu iş uğursuzluqla üzbəüz oldu. İmam 13 fərvərdin 1342-ci ildə “Şahsevərlik yəni qarətçilik” adlı bəyanatını verdi. Bunun ardınca, o, 13 xordad 1342-ci ildə Qumdakı Feyziyyə mədrəsəsində 15 xordad qiymının başlanğıcı hesab edilən tarixi nitqini söylədi. İmamın sözləri çəkic kimi şahın başına dəydi. Şah qiyamın səsini susdurmaq barədə fərman verdi. 14 xordad axşamı İmamın dostlarından bir qismi tutuldu. Xordadın 15-də səhər çağı saat 3-də İmamı namaz üstə tutub tələsik Tehrana apardılar və zabitlər kulubunun zindanına saldılar. Həmin günün axşamı onu qəsr zindanına köçürdülər. Buna etiraz edərək hər tərəfdən özünü Quma yetirən camaatın “Ya ölüm, ya Xomeyni” fəryadına cavab olaraq pulemyotlar səsləndi. Hərbi maşınlar cəsədini və yaralıları küçə və xiyabanlardan sürətlə naməlum nöqtələrə apardı. O gün axşam Qum şəhəri müharibə çəkmiş qəmli bir görkəm almışdı. 18 fərvərdim 1343-cü ildə İmam azad oldu və Quma yollandı. Onun azadlığından və camaatın bayram əhvali-ruhiyyəsindən üç gün keçməmiş, İmam yeni inqilabi bir nitq söylədi. İmamın mübarizəsi bitmək bilmirdi və buna görə 18 aban 1343-cü ildə bir daha silahlı komandoslar Tehrandan Quma ezam olunaraq İmamın mənzilini mühasirəyə aldılar. Gecə ikən onu ibadət üstə tutub Tehrana gətirdilər. İmamı Türkiyəyə sürgün etmək üçün birbaşa Mehrabad hava livanına gətirdilər. Burada hərbi təyyarə Ankaraya üçüş vəziyyətində gözləyirdi. İmamı sürgün edildiyi gündə Ayətullah Hacağa sMustafa Xomeyni də həbs olunaraq zindana atıldı. Bir az sonra 13 dey 1343-cü ildə Türkiyəyə atsının yanına sürgün edildi.
İmam əvvəlcə Ankaradakı “Bulvar-Polis” otelində qaldı. O biri günü onun Atatürk prospektindəki bir yerə köçürdülər. Sonra onun hər yerlə əlaqəsini kəsərək təcrid etmək üçün Ankara qərbində 46-cı kilometrində yerləşən bursaya apardılar. İmam Türkiyəyə sürgünü çox ağır və məşəqqətli bir dövr oldu. Hətta ona ruhani paltarı geyinməyi qadağan etdilər. (Həmin dövrdə imam “Təhrirül-vəsilə” adlı böyük kitabını hazırlamağa başladı). Türkiyədə məcburi iqamət 11 ay çəkdi və 13 mehr 1344-cü ildə o, oğlu Hacağa Mustafa ilə İraqa sürgün edildi. İmamın 13 illik İraq sürgünü Nəcəfə elə bir şəraitdə başladı ki, burada zahirən İran və Türkiyədə olduğu qədər ona qarşı birbaşa məhdudiyyət və təzyiqlər yox idi, lakin ona qarşı edilən müxalifət, pozuculuq və dil yarası bəlkə düşməndən çox özlərini ruhani kimi göstərənlər, din libasında gizlənərək dünya həvəsində olanlar tərəfindən çox geniş miqyasda aparılırdı. İmam bütün bunlara səbr və təmkinlə dözürdü və o, sonra bu ağır mübarizə şəraitini acılıqla yad edirdi. Həmin dövürdə yəni 1356-cı ilin aban ayında İmamın şəxsiyytli oğlu Hacağa Mustafa şəhid oldu. Həmin ilin mehr ayının 3-də İran və İraq höküməti Xomeynini bu ölkədən çıxarılması qərarına gəldilər. Mehrin 12-də İmam Nəcəfdən Küveyt sərhəddinə yollandı. Küveyt dövləti İran rejimi ilə danışaraq İmamın bu ölkəyə gəlişini əngəllədi. Öncə İmamın Suriya və Livana mühacirətindən bəhs edilmişdi. Lakin oFransaya getməyə qərar verdi. Mehrin 14-də İmam Parisə getdi və iki gün sonra Parisin ətrafında Nofel Loşato qəsəbəsində yaşayan bir iranlının mənzilinə köçdü. İmamın Parisdəki 4 aylıq mühacirəti zamanı Nofel dünyanın ən mühüm xəbər mərkəzi oldu. İmam çoxsaylı görüş və müsahibələrində inqilabi hərəkatın gələcək hədəfləri və islam höküməti barəsindəki baxışlarını dünya ictimayətinə çatdırırdı. Nəhayət,İmam Xomeyni on dörd illik vətən ayrılığından sonra 1357-ci il bəhmən ayının 12-də səhər vaxtı İrana gəldi. İran xalqı misli görünməmiş şövq və iztihamla İmamı qarşıladı. Bu iztiham o qədər əvəzolunmaz və inkaredilməzoldu ki, Qərb xəbər agentlikləri 4-6 milyon nəfərin İmamı qarşılamağa çıxdığını inkar etdilər. 1357-1368-ci illər İran üçün çox qaynar dövr sayılır. Bu ölkə həmən dövrdə islam dünyasının nəhəng şəxsiyyəti və iyirminci əsrin ən böyük siyasi rəhbərlərindən birinin idarəçilik istedadından faydalandı. Bütün ömür onları mühüm, ibrətamiz və nümunəvi məqamlarla dopdolu olan İmam Xomeyni şənbə günü 13 xordad 1368-ci ildə, axşam saat 22:30 dəqiqədə haqq dünyasına qovuşdu. Ürəyi Allah və mənəviyyat nuruna doğru hidayət edən bir qəlb hərəkətdən dayandı. Bu möhtərəm şəxsiyyətin dəfn mərasiminə toplaşan 9 milyondan artıq insan axını Tehran məscidindən şəhərin cənubunda yerləşən Behişti-Zəhra adlı qəbirstanlığa kimi bütün xiyabanları əhatə etmişdir. Camaatın hüznü və təəssüratı o qədər güclü idi ki, ilkin məqamda cənazənin dəfni mümkün olmadı. Camaata söz verdilər ki, dəfn bir gün sonra olacaq. Bundan sonra camaat seyrəldi və vertalyot vasitəsiylə Cəmərandan Behişti-Zəhraya gətirildi və xordad ayının 15-də axşam üstü torpaqa tapşırıldı. İmamın pak məqbərəsi indidə İranın və dünyanın ən ucqar nöqtələrindən böyük şövqlə onu ziyarət etmək istəyənləri ehtiramla qəbul edir. Hər il bütün ömrünü haqqı söyləyib haqqı tələb edən bir şəxsiyyətin xatirəsini yad etmək üçün bura tələsən insanlar ona ehtiram bəsləyirlər.
“Varlıq üçün fəryad qoparan varsa, bunlar hamısı Allahsevər şəxsin himmətindəndir!”
İmam Xomeyninin etiqad məram vəməqsədlərini qısa baxış Bəllidir ki, İmamın etiqad və məramlarının əsasları haqqında atdın və bütöv təsəvvür yaratmaq üçün onun yazılı əsərlərini, nitq və deyimlərini mütaliə etmək, əməli həyat tərzini diqqətlə izləmək lazımdır.
İmam Xomeyni öz öz etiqadına görə şiə məzhəbiondən olsa da, bu təmayüldən asili olmayaraq kəsimliklə islam ümməti arasında vəhdət və həmrəylik əqidəsinə bağlı idi. İslam düşmənləri və müstəmləkəçilərin müqabilində müsəlmanların birliyi çox önəmli idi. İmamın bir çox çıxış və bəyanaddarında müsəlmanları vəhdətə dəvət edirdi. İmam Xomeyni müsəlmanların arasında təfriqəyə səbəb ola bilən və müstəmləkəçi güclərin sui-istifadəsinə və islam dünyası üzərində istilasına fürsət yarada bilən heç bir hərəkətə icazə vermirdi. O, özünəməxsus fitvalar verməklə öz məramını icra edirdi. Peyğəmbəri-Əkrəmin (s) mövlud bayramı münasibətilə bütün islam dünyasında vəhdət həftəsini keçirilməsini təkit etməklə, ardıcıl bəyənatlar vrməklə sünni və şiə arasında əməli baxımdan vəhdətin təmir edilməsi yollarını göstərir və bütün rəhbərlik etdiyi dövrlərdə sünni və şiənin arasında təfriqə və ayrıseçkilik salmaq cəhdləri ilə ciddi mübarizə aparırdı.
Onun etiqadına görə, bir Allaha iman gətirmək, Xatəmül-Ənbiyanın (s) risalətinə etiqad, bəşər üçün əbədi hidayət sayılan Qurani-Kərimə inam, islamın namaz, oruc, həcc, zəkat və cihad kimi zəruri əhkam və şərtlərini qəbul etməklə bütün islam məzhəbləri ardıcılları arasında din düşmənləri və müşriklər müqabilində əməli baxımından vəhdət yaratmaq mümkündür. İmamın islahat yönümlü qiyamı və çağırışları təkcə İran və başqa islam cəmiyyətləri ilə məhdudlaşmırdı. Onun əqidəsinə görə bütün insanların fitrəti tövhidə meyli olmaqla xeyir və həqiqət axtarışı, haqq və ədalət mühitində yaşamaq yolunu seçə bilərlər. Ona görədə İmam Xomeyni bütün ümumi bəyanat və çağırışlarında Qurana əsaslanaraq üçüncü dünya xalqlarını, zəiflədərək çökdürdüyü millətləri, təkəbbürlü müstəmləkəçi qüvvələrə qarşı mücadilə və qiyama səsləyirdi. O, islam inqilabının qələbəsindən sonrakı günlərdə açıq şəkildə dünya müstəzəflərinin partiya təşkilatının yaranması ideyasını irəli sürərək onlarıonları müdafiə etdi. Azadlıq hərəkatlarının ilkin toplantıları İmamın rəhbərlik etdiyi dövürdə İranda təşkil edilmişdir. İmam Xomeyni dəfələrlə təkit edirdi ki, islam inqilabı Qərbin, Amerikanı və keçmiş Sovetlər birliyinin hakim təbəqələrinin apardığı dünya ağalıq və müstəmləkəçilik siyasətinə qarşı düşməndir, bu ölkəlrin xalqları özü də yeni müstəmləkəçilik və istismarın qurbanıdır. Onun şuarı zalıma qaşı mübarizə və məzlumu müdafiə etmək idi. İmam belə buyurmuşdur:
“Nə başqalarına zülm edirik, nə də başqalarının zülmünə qatlaşırıq”. Daha yaxşı olarki, İmam Xomeyninin etqad prinsiblərini birbaşa onun “London-Taymz” qazetinin muxbirinin suallarına cavablarda izləyək: “Mənim və bütün müsəlmanların etiqadı Qurani-Kərimdə qoyulan məsələlərdən ibarətdir ki, bunları islam Peyğəmbəri (s) və ondan sonra gələn həqiqi islam başçıları söyləmişlər. Bizim ən mühüm və ən dəyərli etiqadlarımızın kökü və əsası tovhid anlamıdır. Bu etiqad prnsibinə görə bütün varlıq aləmlərini və insanı yaradan yeganə Xaliq Allah-Təalanın müqəddəs zatıdır. O hər şeydən xəbərdar və hər şeyə qadir olmaqla hər şeyin sahibi və hökümdarıdır. Tovhid bizə öyrədir ki, insan təkcə Haqqın müqəddəs zatı qarşısında təslim olmalıdır. Heç kəs Allahdan savayı başqa kimsəyə itaət edəbilməz. Buna əsasən, heç bir insanın başqalarını özünə təslim etməyə haqqı yoxdur. Biz həmin bu etiqad prinsipinə uyğun olaraq bəşərin azadlıq məsələsini öyrənirik. Həmin azadlıq prinsipinə görə, heç bir fərdin başqasını, cəmiyyəti və başqa milləti azdlıqdan məhrum etməyə haqqı yoxdur, Başqaları üçün öz nəfsi istəyinə uyğun qanunlar qoymağa, öz naqis dərk və tanıma qabiliyyətinə, nəfsi meyl və istəklərinə uyğun onlar üçün davranış və rəftar qaydaları tənzim edib onlara qəbul etdirməyə haqqı yoxdur. Bizim əqidəmizə görə, inkişaf üçün qoyulan qanunlar Allahın itiyarındadı. Varlı və xilqət qanunlarını Allah təyin etdiyi kimi, insan və cəmiyyətin səadət və təkamülü də peyğəmbərlər tərəfindən təbliğ edilən ilahi qanunların qəbul və icrası ilə mümkündür. Bəşər azadlıqdan məhrum edildikdə və baçqaları qarşısında təslim olduqda onun iflas və tənəzzülü başlayır. Ona görə insan onun azadlığını bağlı düyünlərə və onu başqalarının əsarətinə bağlayan zəncirlərə qarşı qiyam qoparmaqla özünü və yaşadığı cəmiyyəti azad etməli, bütövlükdə Allaha təslim olmalı, təkcə ona bəndəlik etmişdir.
Buna uyğun olaraq bizim ictimai qanun-qaydalarımız müstəbid və istismarçı güclərə qarşı yönəlmişdir. Biz həmin tövhid prinsipindən ilham alırıq yəni bütün insanlar Allahın dərgahında bərabərdir. O hamının Xaliqidir, bütün məxluqat onun bəndəsidir. İnsanlar hamısı bərabərdir və bir fərdin başqasından üstünlüyü üçün meyar olaraq onun təqvası və xətalardan üzaq olması əsas götürülür. Ona görə də cəmiyyətdə ali bərabərlik prinsiplərini pozan, burada puç və mənasız imtiyazları hakim edən nə varsa, onlara qarşı mübarizə etmək lazımdır.
İmam Xomeyni belə buyururdu: “İslamda şəxsiyyətləri deyil, Allahı razı salmaq önəmli meyar kimi seçilir. Biz haqqı şəxsiyyətlərə görə deyil, əksin şəxsiyyətləri haqqa görə tanıyırıq”. İslamda meyar İmama görə insanların fitrətində mütləq kamala yönəlmiş bir eşq vardır. Mütləq kamal isə Allahın zatına aid edilə bilər. Bütün kamal və qüdrətin mənşəyi Odur. İmam öz davamçılarına həmişə xatırladırdı ki, aləm Allahın məhzəridir və burada asi olmayın. Allahdan savayı kimsədən qorxmayın, Ondan başqa kimsəyə ümid bağlamayın. İmam Xomeyni peyğəmbərləringöpndəriş fəlsəfəsini açıqlayarkən onun qayəsini insanları Allahın mərifətinə yönəltməkdə, Adəmdə olan kamillik istəyini hərəkətə gətirməkdə, qaranlıqları rədd etməkdə, cəmiyyəti islah edərək orada ədalət5 və insaf yaratmaqda görürdü. O, belə deyirdi: “peyğəmbərlərin yüksəlişi xalqın əxlaqını, nəfsini, ruhunu və cismini zülmdən qurtarmaq üçündür. Qaranlıqları bütövlükdə kənara qoymaqla onun yerinə işıq gətirmək peyğəmbərlərin əsas məramıdır, Allahdan başqa nə varsa, hamısı zülmətdir, Allah isə nurdur”.
Xomeyni islami dinlərin sonuncusu, ən ali və mükəmməl hidayət məktəbi kimi tanıyırdı. O, təkit edirdi ki, islam ən yüksək dərəcəli sivilizasiyadır. İslam hüquq məktəbi mütərəqqi, kamil və hərtərəfli hüquq düzənidir. İslamda bir qanun vardır ki, o da ilahi qanundur. O, islamı ibadət və siyasət dini hesab edərək belə söləyirdi ki, isalm özü dünyada böyük bir sivilizasiyanın bünövrəsidir. O, öz ardıcıllarına tapşırırdı ki, heç vaxt müqəddəs quranı və islamın qurtuluş təlimini, bəşərin nəfsi düşüncəsindən sızıb gələn yalnış və sapındırıcı məktəblərə qarışdırmayın. O deyirdi: Müsəlmanların böyük problemi ondan ibarətdir ki, Qurani-Kərimi bir kənara qoyaraq başqalarının təsiri altına düşmüşlər. İmam buyurdu: Şiə inqalabı məktəb olmaqla, peyğəmbərin gətirdiyi düzgün islam məktəbinin davamıdır və istismarçı zümrələrin namərd hücumlarına məruz qalmışdır. O, öz mübarizə və qiyamının hədəf və məramını açıqlayarkən dəfələrlə təkit edirdi ki, bizim bütün məqsədimiz islamdır. İmam Xomeyni islam inqilabını İmam Huseynin (ə) aşura günündə etdiyi əbədiyyət qiyamının şöləsi bilirdi. Bu isə dinimizin zülümkar təhrifçilərin nəticəsindən xilas etmək üçün idi. O, təkit edirdi ki, İslam ayrıca bir millət üçün gəlməyib və ilahi din üçün türk, fars, ərəb və acəm anlamı yoxdur. İsalam bütün bəşəriyətə aiddir və bu məktəbdə irq, dil, qəbilə, dərinin rəngi kimi ayrıseçkiliyə yer və dəyər yoxdur. Hamı qardaş və bərabərdir. Yalnız və yalnız təqva pənahından mümkün olan kəramət, fəzilətli əxlaq və saleh əməllər insanların bir-birindən üstünlüyünü ayırd edir. İmam Xomeyni Allah yolunda şəhidliyi əbədə izzət, övliyaların iftixarı, səadət açarı və qələbə rəmzi adlandırır, şəhadət istəyini Allah sevgisinin nəticəsi hesab edirdi. O, şəhadəti dəyər və mahiyyəti barədə deyirdi: şəhədətin dəyərnini ətbiət səifələrində axtaran, onun vəsfini nəğmə, şer və dasdanlarda tapan, onun kəşfi üçün sənət təxəyyülündən və ağıl kitabından yararlanan dünyapərəstlər və bixəbərlər nə qədər də qəflət içində qalıblar. Bu müəmmanın həlli yalnız eşq ilə müəyyəsər olur.

Əlavə etdi: Əliyev Ceyhun (Administratorluq) () Reytinq: 3.0/2

Təvəllüd:
Şiə məzhəbinin görkəmli mərcəyi-təqlidi Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani miladi tarixi ilə 1931-ci ildə müqəddəs Qum şəhərində dünyaya ğöz açmışdır. Onun atası mərhum Ayətullah Fazil Lənkərani Qum elmi hövzəsinin böyük alimləri və ustadlarından olmuş, anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur.
Təhsil:
Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani ibtidayi təhsilini bitirdikdən sonra, böyük şövqlə Qum elmi hövzəsində dini-İslami elmlərə yiyələnməyə başlamışdır. O, elmi hövzənin dərslərini altı il müddətində bitirərək, on doqquz yaşında ikən Ayətullahil-üzma Brucerdinin (r.ə.) "Fiqh" və "Üsul" elmlərinin ali dərslərində iştirak etmiş və yaşının azlığına baxmayaraq, elə o vaxtlar ustadı və tələbələrin diqqətini özünə cəlb etmişdir.
Qeyd etmək lazımdır ki, o İran İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə.) böyük oğlu Ayətullah şəhid Mustafa Xomeyni (r.ə.) ilə tələbə yoldaşı olmuşdur.
Ustadları:
Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani on bir il müddətində Ayətullahil-üzma Brucerdinin (r.ə.) "Fiqh" və "Üsul" elmləri, doqquz il müddətində isə İmam Xomeyninin (r.ə.) ali (xaric) dərslərində iştirak etmiş və bu iki böyük şəxsiyyətdən elmi və mə`nəvi bəhrə almışdır.
Həmşinin bir neçə il müddətində Ayətullah Əllamə Təbatəbainin (r.ə.) fəlsəfə və təfsir dərslərində də iştirak etmişdir.
Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani iyirmi beş yaşında ikən ictihad dərəcəsinə nail olmuş, Ayətullahil-üzma Brucerdi (r.ə.) də onun ictihad dərəcəsinə nail olduğunu təsdiq etmişdir.
Tədris:
Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani Qum Elmi Hövzəsində uzun illər boyu bir çox tələbələr üçün dərs vermiş və otuz beş il müddətində "Fiqh" və "Üsul" elmlərinin ali dərslərinin tədrisinə məşğuldur. Belə ki, onun dərslərində yeddi yüzdən çox tələbə və alim iştirak edir və habelə onun "Fiqh" elminin ali dərsləri neçə ildir ki, İran İslam Respublikasının radiosundan efirə verilirdi.
Siyasi fə`aliyyətlər:
İmam Xomeyninin (r.ə.) şah rejimi əleyhinə olan siyasi mübarizələri başlayan vaxtdan Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani də bu mübarizəyə qoşulmuş və dəfələrlə şah rejimi tərəfindən tutulmuş, həmçinin İranın Bəndər Ləngə və Yəzd şəhərlərinə sürgün edilmişdir.
Mərcəiyyət məqamı:
İmam Xomeyninin (r.ə.) vəfatından sonra bir çox mö`minlər Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkəraniyə təqlid etmiş, Ayətullahil-üzma Ərakinin (r.ə.) vəfatından sonra isə Qum Elmi Hövzəsinin müəllimlər icması tərəfindən müsəlmanlar üçün mərcəyi-təqlid kimi tanıtdırılmışdır.

Əsərləri
Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani aşağıda adları sadalanan bir sıra elmi əsərlərin sahibidir:
1- Ürvətul-vüsqa kitabına haşiyə;
2- Nəhayətut-təqrir (2 cilddə, ərəbcə);
3- Mühəqqiq Həmədaninin Təharət kitabına haşiyə (ərəbcə);
4- Kitabus-sovm (ərəbcə);
5- Kitabul-qəza (ərəbcə);
6- Əl-qəvaidul-fiqhiyyə (ərəbcə);
7- Təqriratul-üsul (İmam Xomeyninin dərsləri), (15 cilddə, ərəbcə);
8- Tovzihul-məsail;
9- Həmd surəsinin təfsiri (ərəbcə);
10- Peyğəmbərlərin isməti;
11- Əhli-beyt (ə), yaxud Təthir ayəsindəki parlaq simalar;
12- Pak imamlar, yaxud Qur`ani-kərimdə vəhy gözətçiləri; (Qeyd etmək lazımdır ki, 11 və 12-ci kitablar Ayətullah İşraqinin həmkarlığı ilə yazılmışdır);
13-Ayətullah Brucerdinin (r.ə) dərslərinin tədrisi (ərəbcə);
14-Ürvətul-vüsqa kitabının İctihad və təqlid bölməsinin şərhi (ərəbcə);
15-Əl-məsailul-müstəhdəsə (ərəbcə);
16-Həcc və ömrənin xələli (ərəbcə);
17-Əl-əhkamul-vazihə (ərəbcə fətvalar);
18-Əhkamul-həcc –Təhrirul-vəsilə kitabnın həcc bölməsinə haşiyə- (ərəbcə);
19-Tibyanul-üsul –İmam Xomeyninin (r.ə) dərslərinin təqriri (ərəbcə, 4 cilddə);
20-Fərağ və təcavüz haqqında risalə;
21-Xaric Üsul dərslərinin təqriri (8 cilddə);
22-Həcc əməlləri;
23-Barışdırıcı təqiyyə;
24-İmam Əlinin (ə) nəzərində ölkəyə rəhbərlik;
25-Məcməul-fəharis (Biharul-ənvar, Əl-qədir və Əl-mizan fi təfsiril-Qur`an kitablarının mündəricatı).

Əlavə etdi: Əliyev Ceyhun (Administratorluq) () Reytinq: 1.0/1

Şəhid Ayətullah Mütəhhəri 1298-ci hicri şəmsi ilinin 13 bəhmən tarixində müqəddəs Məşhəd şəhərinin 75 kilometrliyində yerləşən Fəriman məntəqəsində köklü bir ruhani ailəsində dünyaya göz açdı. O 12 yaşında Məşhəd şəhərinə getdi və elmi hövzədə İslami elmlərin müqəddimə dərslərini oxumağa başladı. Murtuza Mutəhhəri 1316-ci ildə Rza xanın ruhaniyyətə qarşı kəskin mübarizəsinə və dost-tanışların narazılıqlarına rəğmən rəğmən dini təhsilini təkmilləşdirmək üçün Qum elmi hövzəsinə yollandı. O Qumda 15 il qalaraq Mirzə Mehdi Şəhidi Rəzəvi, Seyid Məhəmməd Təqi Xansari, Seyid Məhəmməd Höccət, Seyid Sədrəddin Sədr, Seyid Məhəmməd Damad, Hacıağa Hüseyn Burucerdi kimi ustadların məhzərində təhsil almışdır. Ustad Mütəhhəri fiqh və üsul dərslərini mərhum Ayətullahül-üzma Burucerdidən, Molla Sədra fəlsəfəsini, ürfan və əxlaqı İran İslam Respublikasının banisi Həzrət İmam Xomeynidən, Əbu Əli Sina fəlsəfəsini mərhum Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbaidən öyrənmişdir. Güclü istedada. Geniş və dərin dərrakəyə malik olması onu Qum elmi hövzəsinin ən məşhur alimlərindən birinə çevirdi və müəllimlərinin xüsusi ehtiramını qazandı. Ayətullah Mütəhhəri problemləri tanıyan, zəmanənin fikri ehtiyaclarına agah olan bir alim idi. O Qumda olduğu vaxt elmi fəaliyyətdən əlavə siyasi işlərdə də yaxından iştirak edirdi. Belə ki. o İslam Fədailəri qrupu ilə yaxın münasibətdə idi.
O hövzənin ən məşhur və parlaq gələcəyə malik müəllimlərindən biri hesab olunduğu halda 1331-ci ildə Tehrana mühacirət etdi. 1334-cü ildə Tələbələrin İslam Cəmiyyətinin ilk təfsir dərsləri Ustad Mütəhhəri tərəfindən təşkil olundu və elə həmin ildən də Tehran Universitetinin İlahiyyat və İslam maarifi İnstitutunda tədrisə başladı. Ümumiyyətlə Ustad Mütəhhəri dini sapmalar və çaşqınlıqlarla qətiyyətlə mübarizə aparmış, bu sahədə elmi dairəyə, xüsusilə ziyalılara qiymətli əsərlər töhfə etmişdir.
Ustad Mütəhhərinin ən mühüm xidmətlərindən biri bərəkətli həyatı boyu dərsləri, mühazirələri, çıxışları, yazdığı məqalələr və kitabları vasitəsilə əsl İslam ideologiyasını bəyan etməsidir. Bu proses xüsusilə 1351-1357-ci illərdə solçu qrupların təbliğatının şiddətlənməsi, sol yönümlü müsəlmanların və "iltiqat" fenomeninin yaranması səbəbindən özünün kulminasiya nöqtəsinə çatmışdı.
Nəhayət İslamın həqiqi əsaslarının işıqsaçan çırağı və parlaq yolgöstərəni 1358-ci ilin 11 ordibeheşt tarixində gecənin qaranlığında təfəkkür-siyasət dərslərinin birindən qayıtdıqda cahil və cinayətkar "Fürqan" qrupu tərəfindən terrora tuş gəldi və elm dairəsini böyük bir matəmə qərq etdi.
Bu məqalədə elmsevərlərə Ustad Mütəhhəri təfəkkürünün əsas mehvərləri, həmçinin əsərləri haqqında qısaca məlumat vermək istəyirik. Qeyd olunacaq mehvərlərin hər birinin müfəssəl izahı sonrakı məqalələrə həvalə olunur.
Ustad Mütəhhəri dini təfəkkür sahəsində əvəzolunmaz müəllim olmaqdan əlavə, qərb fəlsəfəsi, sosiologiya və tarix kimi sahələrdə də güclü və mahir təhlilçi idi. Şəhid Mütəhhəri dini təlimləri dövrün dili və vasitələri ilə bəyan, digər tərəfdən mövcud ictimai, siyasi və mədəni problem və ehtiyacların dini prinsiplər əsasında cavablandıran yeganə ruhani şəxs idi. Başqa sözlə Ustad Mütəhhəri həm universitet təhsil sisteminə, həm də hövzə və dini təhsil sisteminə yaxşı bələd idi. Bu səbəbdən də ziyalı təbəqəsi üçün çox dəyərli müvəffəqiyyətlər əldə etmişdir. Digər tərəfdən o ruhani bir şəxs olduğu üçün müxtəlif məclislərdə sıravi insanlarla ünsiyyətdə olurdu. Ustad Mütəhhərinin bütün təbəqəli insanlarla hərtərəfli ünsiyyətdə olması cəmiyyətin problem və ehtiyaclarını daha dəqiq öyrənməsinə yardımçı olmuşdur. O Allahın xüsusi inayəti sayəsində cəmiyyətin mövcud ehtiyacları haqqında dəyərli əsərlər yaradaraq insanlara ərməğan etmişdir. Ustad Şəhid Mütəhhərini zəmanəsinin digər mütəffəkirlərindən fərqləndirən ən bariz xüsusiyyətlərindən biri də budur ki, o bütün sahələrdə, o cümlədən iqtisadiyyat, siyasət, mədəniyyət, fəlsəfə, tarix, idarəetmə, əxlaq, hüquq və sosiologiya sahələrində öz baxışlarını müqəddəs İslam dini və şəri hökmlər çərçivəsində cəmiyyətin zəmanəsinin dili və ədəbiyytatı ilə insanlara çatdıra bilmişdir. O cəmiyyətə bütün bu sadaladığımız sahələrdə kitab, məqalə və çıxışlar formasında qiymətli əsərlər təqdim etmişdir.
Ustad Mütəhhəri təfəkkürünün əsas mehvərləri
Həqiqi və xalis İslamı tanıması və tanıtması
Şəhid Mütəhhəri təkallahlıq nurunu onu dinləyənlərin və yazılarını oxuyanların canlarına üfürən parlaq nur idi. O çaşqınlıq pasını örəklərdən təmizləyən idi. O İslam maarifinin, əqli və nəqli elmlərin təcəssümü, İslam dünyasının əzəmətli islahçısı, İranın və İslam dünyasının əvəzolunmaz mütəfəkkürlərindən biri idi. O haqq olaraq İslam təfəkkür binasının ən böyük memarlarından biri sayılır. Şübhəsiz bu İslam ideoloqunun yaratdığı əsərlər İslam dünyası üçün həyati əhəmiyyətli əsərlərdir. İslamın həqiqi prinsiplərinə diqqət Ustad Mütəhhərinin dəyərli əsərlərində əşkar şəkildə görünür. Ustad Mütəhhərinin "İslam və onun tələbləri" (2 cild), "İslam elmləri ilə tanışlıq" (3 cild), "Quranla tanışlıq" (8 cild), "Bəşər həyatında qeybdən gələn köməklər", "Quranda insan", "Kamil insan", "İnsan və iman", "Tövhid", "İmam Hüsyn qəhrəanlığı" (3 cild), "Əbədi həyat və axirət həyatı", "Ümmi peyğəmbər", "Peyğəmbərin həyatına bir baxış", "İlahi ədalət", "Məad", "Fitrət", "Mənəvi söhbətlər", "Peyğəmbərlik (Nübuvvət)", "Vəhy və peyğəmbərlik", "Cihad və tövhid ideologiyası" kimi əsərləri onun İslamı dərindən bilməsinin və insanlara tanıtmasının göstəricisidir. Göründüyü kimi ustadın əsərlərinə hakim olan bu ruh onun İslam sütunlarının insanlara tanıtdırmaqda olan xüsusi eşqindən xəbər verir. Qeyd olunmalıdır ki, hal-hazırda Ustad Mütəhhərinin çoxlu əsərləri elm və təhsil mərkəzlərinin və dini hövzələrin tədqiqat mənbələrindən hesab olunur.
Fəlsəfi və ictimai baxışları
Şəhid Murtuza Mütəhhəri nəzər sahibi olan bir filosof, fiqhi və ürfanı yaxşı bilən bir alim idi. O məşhur İslam filosofları arasında yeganə şəxsdir ki, onun fəlsəfi baxışları ictimai, siyasi və hətta həyat məsələlərinə sirayət edir və bu onun özünəməxsus fəlsəfi məktəbə malik olmasını göstərir. Ustad Mütəhhəri tarix və İslam fəlsəfəsi üzrə kamil bir mütəxəssis olmaqla bərabər qərb və şərq fəlsəfi məktəblərini də yaxşı tanıyırdı. O qərb və şərq fəlsəfi cərəyanlarından təsirlənən ictimai quruluşları diqqətlə araşdırır, Quranın və İslam fəlsəfəsinin nurani təlimlərindən ilham alaraq onların naqisliklərini və problemlərini müasir dildə bəyan edirdi. Ustadın "Marksizmə bir tənqid", "Fəlsəfə və realizm metodunun əsasları" (5 cild), "Tarixin fəlsəfəsi" (2 cild), "Əxlaqın fəlsəfəsi", "İslam fəlsəfəsində hərəkət və zaman", "Xatəmiyyət", "Nübuvvətin sonu", "Mənəvi söhbətlər", "Riba", "Hicab", "İslamda qadın hüququ", "Son yüz ilin İslam cərəyanları", "Cinsi əxlaq", "İslamda təlim və tərbiyə", "İnsanın ictimai təkamülü", "Cam aynası", "Doğrudanışanların dastanı" (2 cild) kimi əsərləri onun ictimai problemlərin mahiyyətinin və onların necə formalaşdığının araşdırılmasına olan diqqətindən irəli gəlirdi. Ustad Mütəhhəri özünün elmi fəaliyyəti ilə insanları bu problemlərdən agah etmək və cəmiyyəti təkamülə çatdırmaq üçün çalışırdı.
Təfəkkür cərəyanlarını tama doğru-düzgün tanıması
1332-1357-ci illər İranın müasir tarixində mühüm bir dövr idi. 28 mordad çevrilişindən sonra materialist təfəkkürünün məğlubiyyətini ardınca İslamın yenidən dirçəlişi dövrü başlanır. Ümumiyyətlə bu dövrdə İslam bayrağı altında dörd mühüm təfəkkür cərəyanı fəaliyyət göstərirdi:
islahatçı sağçı cərəyan
iltiqat solçu cərəyan
xalis İslam cərəyanı
iltiqat solçu cərəyanlar
Ustad Şəhid Mütəhhəri bu cərəyanların əsl həqiqətini və mahiyyətini müəyyən edir və onların hədəflərini səlis, elmi və tənqidi dil və vasitələrlə insanlara çatdırırdı. O hər bir mövzunu və mövcud şübhələri aydın nümunələrlə xalqa bəyan edirdi. Bu dövrdə elə cərəyanlar var idi ki, zahirən elmi bəhslərlə təcrübə elmlərini Quran və hədislərə tətbiq etməklə dinin ictimai məna kəsb etdiyini sübut etməyə çalışır və öz baxışlarını qətiyyətlə müdafiə edirdilər. Ustad Mütəhhəri İranın belə bir ictimai və mədəni vəziyyəti dövründə meydana atılaraq bir tərəfdən qərbin mədəni hücumları, digər tərəfdə isə "iltiqati" və "mütəhəccir" təfəkkürləri qarşısında üzərinə düşən tarixi və həssas vəzifəni layiqli şəkildə yerinə yetirdi. O özü filosof olduğuna görə yanlış təfəkkürlərlə tam elmi və tənqidi metodlarla mübarizə edirdi.
İltiqat və təhəccür ilə ciddi və amansız mübarizə
Ustad Mütəhhərinin mübarizə etdiyi cərəyanlardan biri də çox çətin və qəliz "mütəhəccir" cərəyanı idi. Bu mübarizədə döyüşmək və qələbəyə nail olmaq üçün incəlik və zəriflik tələb olunurdu. Bu cərəyan insanların İslama gəlişi dövründən inkişaf etdiyinə görə onunla mübarizə aparmaq çətin, zərif və qəliz bir iş olmuşdur. Ustad Mütəhhəri deyirdi ki, əgər İslam dini yalnız dua və ibadətlərdən ibarətdirsə onda onun ictimai və siyasi ruhu olmayacaq və beləliklə İslam dinini kamil və hərtərəfli bir din kimi insanlara təqdim etmək olmaz. Elə bu səbəbdəndir ki, Ustad Mütəhhəri elmi hövzələrdə islahatların aparılmasına ehtiyac olduğunu bildirən ilk şəxslərdən biri idi. O özünün həyatı boyu dinin dirildilməsi, dini mərifət problemlərinin öyrənilməsi, bidətlərin və təhriflərin həqiqi dindən ayrılması yolunda çoxlu səy göstərdi. Onun "Materializmə yönəlmənin səbəbləri", "Hikmətli sözlər və nəsihətlər məcmuəsi", "Ustad Mütəhhəri və ziyalılar" kimi əsərləri bu mövzudadır.
"Dini hökumət" məsələsində münasib meyarın təqdim edilməsi
Ustad Mütəhhəri dini hökumətin münasib meyarının və onun təbliğində İslam cəmiyyətinə misilsiz xidmətlər etmişdir. O məharətlə və düzgün şəkildə hövzə və universitet dərslərində, konfranslarda, elmi bəhslərdə dini hökumətin əsaslarını insanlara bəyan edə bilmişdir. Onun əqidəsinə görə İslam cümhuriyyəti hökuməti iki kəlmənin, cümhuriyyət və İslam kəlmələrində təşkil olunmuşdur. Cümhuriyyət kəlməsi hökumətin formasını və strukturunu, İslam kəlməsi isə bu hökumətə hakim olan ruhu təyin edir. Dini hökumətin strukturu cümhuriyyətdir, yəni burada seçim hüququ qadın və ya kişi, ağ və ya qara, hansı əqidə sahibi olmasından asılı olmayaraq bütün insanlara məxsusdur. Burada şərt yalnız müəyyən yaş həddinə çatmaq və əqli inkişafdan ibarətdir və başqa heç bir şey. Lakin İslam kəlməsi qeyd etdiyiniz kimi bu hakimiyyətin məzmununu ehtiva edir, yəni təklif edir ki, bu hökumət İslam prinsipləri və qaydaları ilə idarə olunmalı və bundan kənara çıxmamalıdır. İslam hərtərəfli və kamil bir dindir, həm özündə məktəb və ideologiyaya malikdir və həm insan həyatının bütün mərhələləri üçün kamil bir proqrama malikdir.
Ustad Mütəhhərinin "Vəlilər və vilayətlər", "İslamın iqtisadi strukturuna bir baxış", "İslam inqilabı ətrafında" (2 cild), "Nəhcül-bəlağəyə bir baxış", "İmamət və rəhbərlik", "Əlinin cazibə və dafiəsi", "İslamla İranın qarşılıqlı xidmətləri", "Haqq və batil" kimi əsərləri mövzunun onun üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.
Şübhələrə cavab və zəmanənin ehtiyacları fonunda yölgöstərmə
Ustad Mütəhhəri öz dövrünü həqiqi alimlərindən idi. O ətrafda baş verən hadisələri öyrənməklə özünün elmi vəzifəsini yerinə yetirmişdir. Mütəhhəri dinə və dini hökumətə tutulan iradları dəqiq şəkildə öyrənir və onları cavablandırmaq üçün mövcud metod və vasitələrdən istifadə edirdi. Hər bir dövrün elmi ehtiyaclarını tanımaq alimlərin vəzifələrindən biridir ki, həqiqətən də Ustad Mütəhhəri bu işin öhdəsindən müvəffəqiyyətlə gələ bilmişdir. "Hüseyn qəhrəmanlığı", "İslamda qadın" və "İlahi ədalət" kimi kitablar Ustad Mütəhhərinin bu zəmində yaratdığı əsərlərindəndir.

Əlavə etdi: Əliyev Ceyhun (Administratorluq) () Reytinq: 1.0/1

Saytdan informasiya

Online olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Saytın Xəritəsi

18.188.249.160

Bizimlə əlaqə

Хостинг от uCoz