Salam hörmətli sayt həvəskarları saytımızda hər bir mövzu mövcuddur. Hər bir səhifəmizdə, Sizlər üçün Administratorluq lövhəsində aydınlıq gətirilmişdir. Hər səhifənin öz mənası və fəaliyyət tərzi vardır. Daha ətraflı məlumat əldə etmək istəyirsənizsə, sadəcə olaraq, qeydiyyatdan keçin. Diqqətinizə görə Minnətdaram. Hörmətlə Administratorluq: +994703125310 admin@azeri-love.az

   
Administratorluq
Əliyev Ceyhun
XƏBƏRLƏR
Qeydiyyatdan keçmiş istifadəçilərə "TÖVBƏ" adlı film VCD diskində hədiyyə olunacaqdır. Bundan başqa yaranacaq yeniliklər haqqıda son məlumatlar veriləcəkdir.
TEZLİKLƏ BİZİM SAYTIMIZDA
QURANİ KƏRİMİN ƏRƏB VƏ AZƏRBAYCAN DİLİNDƏ XÜSUSİ BURAXILIŞI
+994703125310
Valyuta mübadiləsi
 
 "ULDUZ" Biznes Center-dən SUPER TƏKLİFLƏR
 
 
Saytımızda Yeniliklər Yeni mövzular Elektron kitabxana

Saytımızda Azərbaycan Respublikası barədə geniş informasiya yerləşdirilmişdir. Liderlərimizin həyat və yaradıcılığı barədə, Ermənistan terrorizmi, ərazimiz, Bayram və xatirəli günlər, Dövlət rəmzlərimiz, Azərbaycan pulları və Xəritəmiz

AZƏRBAYCAN
DÖVLƏT RƏMZLƏRİ
BAYRAMLAR və XATİRƏLƏR
AZƏRBAYCAN ƏRAZİSİ
AZƏRBAYCAN PULLARI
ƏHALİSİNİN SAYI
AZƏRBAYCAN XƏRİTƏSİ
MÜHARİBƏMİZ
TERRORİZM

Bu ay Elektron Kitabxanamızda ÇİNGİZ ABDULLAYEVİN yazdığı kitablar satışa çıxarılmışdır. İstəyən şəxslər Elektron kitabxanamıza daxil olsun.

Sayt menyumuz

NECƏ NAMAZ QILMALIYIQ?

Namaz iki növ əməldən təşkil olunmuşdur

1 - Hərəkət və vəziyyətlər;
2 - Tilavətlər;

Hərəkət və vəziyyətlər aşağıdakılardan ibarətdir.

1 - Düz və aram dayanmaq
2 - Ruku; (əyilmək);
3 - Səcdə (alını yerə və ya möhürə qoymaq);
4 - Təşəhhüd və salam demək üçün əyləşmək;

Tilavətlər (oxunuşlar) isə aşağıdakılardır:

1 - Allahu Əkbər;
2 - Fatihə surəsi;
3 - Ruku və səcdələrin zikri;
4 - Allah və Onun Rəsuluna şəhadət vermək, sonra Allahdan Həzrət Peyğəmbər (s.ə.v.v) və Əhli-Beyti üçün bərəkət və rəhmət diləmək və daha sonra salam demək. Bununla da namaz sona yetir.

Dini göstərişlərə əsasən, hər bir müsəlman gündə beş dəfə nazam qılıb, Allaha ibadət etməlidir.
Hər bir müsəlmana vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir.

1 - Sübh namazı: İki rək'ət (Dan yeri söküləndən gün çıxana qədər);
2 - Zöhr namazı: Dörd rək
'ət (Günorta çağı);
3 - Əsr namazı: Dörd rək'ət (Günortadan bir az sonra);
4 - Məğrib namazı: Üç rək'ət (Gün batandan sonra);
5 - İşa namazı: Dörd rək'ət (Məğrib namazından bir az sonra).

Namazın hər bir rək'əti qiyam (ayaq üstə durmaq), qiraət (oxunuş), ruku və səcdələrdən təşkil olunmuşdur.

Hər iki rək
'ətdən sonra bir təşəhhüd oxunmalıdır.

Cümə günlərində qılınan Cümə namazı Zöhr namazını əvəz edir və iki rək'ət qılınır.

İki rək
'ətdən ibarət olan Sübh namazının qılınma qaydasını öyrəndikdə, digər vacib namazların qılınma qaydasını da öyrənmək sizlər üçün asanlaşacaqdır. Elə buna görə də hər şeydən öncə yalnız namazın vacib hissəsini qeyd edəcək və daha sonra namazın bir sıra müstəhəb əməllərini diqqətinizə çatdıracağıq.

SÜBH NAMAZI

Sübh namazı 2 rək'ətdir və dan yeri söküləndən gün çıxana qədər qılınır.
Dəstəmaz aldıqdan sonra, qibləyə tərəf durur və namaza başlayırıq.

1 - İqamə;
2 - Niyyət:

Ayaq üstə duran halda "Sübh namazını qılıram, qürbətən iləllah" sözünü qəlbdən keçirmək lazımdır.

(Şəkil - 1)



Şəkil - 1

3 - Təkbirətul - ehram:

İki əlləri qulaqlara qədər qaldırıb, "Allahu Əkbər" deyərək namaza başlayırıq.

Şəkil 2-yə bax




Şəkil - 2

3 - Qiraət:

"Allahu Əkbər" dedikdən sonra ayaq üstə duran halda "Həmd" və "İxlas" surələrini oxumaq

"HƏMD" Surəsi belədir:

Bismillahir - Rəhmanir - Rəhim
Əlhəmdu lillahi Rəbbil - Aləmin.
Ərrəhmanir - Rəhim. Maliki yəvmid - din.
İyyakə nə
'budu və iyyakə nəstəin.
İhdinəs - siratəl - mustəqim.
Siratəlləzinə ən
'əmtə ələyhim, ğəyril - məğzubi ələyhim vələz - zallin.

"Həmd" surəsini oxuduqdan sonra "İxlas" surəsini oxuyuruq.

"İXLAS" Surəsi belədir:

Bismillahir - Rəhmanir - Rəhim
Qul huvəllahu əhəd. Əllahus - saməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kufuvən əhəd.

4 - Ruku:

"Həmd" və "İxlas" surələrini oxuduqdan sonra əyilib əllərimizi dizlərimizə qoyaraq, üç dəfə "Subhanəllah" demək və daha sonra ayağa qalxmaq.


Şəkil 3 və 4-də bax


Şəkil - 3                                                     Şəkil - 4

5 - Səcdə:

Qiyamdan sonra səcdəyə gedərək, alnımızı möhürə qoyub üç dəfə "Subhanəllah" demək.

Şəkil 5-ə bax



Şəkil - 5

Qeyd etmək lazımdır ki, səcdə halında alın, əllərin içi, ayaqların baş barmaqları və diz qapaqları yerə dəyməlidir.

Birinci səcdədən baş qaldıraraq bi anlıq diz üstə oturur (Şəkil 6-ya bax) sonra səcdədən qalxıb, oturaq halında bir dəfə Təkbirətul - ehram deyirik və bir daha səcdəyə gedərək üç dəfə "Subhanəllah" sözünü təkrar edirik.




Şəkil - 6

İkinci səcdəni yerinə yetirdikdən sonra yenidən diz üstə oturur və bununla da namazın birinci rək
'ətini qılmış oluruq.

Namazın ikinci rək
'ətini qılmaq üçün ikinci səcdədən sonra bir anlıq diz üstə əyləşir, daha sonra dərhal ayağa qalxaraq "Həmd" və "İxlas" surələrini oxuyuruq.

6 - Qunut:

Namazın bu hissəsi vacib olmasa da bəyənilmiş bir iş sayılır.

(Şəkil 7-ə bax)



Şəkil - 7

Qunut, 2 -ci rək
'ətdə "Həmd" və "İxlas" surələrindən sonra və rukuya getməzdən öncə oxunur.

Qunutda iki əllərin içini üzümüz önündə tutaraq, dua oxuyuruq. Qunutda bu duanı oxumaq daha yaxşıdır. "Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd"

Rəbbəna atina fid - dünya həsənətən və fil - axirəti həsənətən və qina əzabən - nari.

Qunutdan sonra əllərimizi yanımıza salıb, rukuya gedir və üç dəfə "Subhanəllah" sözünü təkrar edirik.

Bundan sonra ayaq üstə durur və bir az dayandıqdan sonra səcdəyə gedərək, üç dəfə "Subhanəllah" sözünü təkra edirik.

Bu zikrləri dedıkdən sonra səcdədən qalxır və azacıq dayandıqdan sonra bir daha səcdəyə gedərək üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.

7-Təşəhhüd:

İkinci səcdədən sonra diz üstə əyləşib bu sözləri deyirik:

Əlhəmdulillah, Əşhədu əlla ilahə illəllah. Vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd. (Şəkil: 8)



Şəkil: 8

8-Salam:

Təşəhhüd sona çatdıqdan sonra belə deyirik:

Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh.
Əssəlamu ələyna və əla ibadillahis-salihin.
Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.

Salamı dedikdən sonra, üç dəfə «Allahu əkbər» deyir və beləliklə də sübh namazını sona çatdırırıq.

Qeyd etmək lazımdır ki, hər namaz qurtardıqdan sonra alını möhürə qoyub, şükr səcdəsi etmək və səcdədə üç dəfə «Şukrən lillah» (yə`ni; Allaha şükr olsun) sözünü demək bəyənilmiş işlərdən sayılır.

ZÖHR NAMAZI

Zöhr namazı 4 rək`ətdir və günorta çağı qılınır. Zöhr namazının qılınma qaydası belədir:

1-Niyyət:

Zöhr namazı qılıram, vacib qürbətən iləllah sözünü qəbdən keçirmək.

2-Təkbirətul-ehram:

Allahu əkbər demək. Zöhr namazı təkbir dedikdən sonra eynilə Sübh namazı kimi qılınır. Lakin təşəhhüddən sonra salam deməmiş, ayağa qalxaraq üçüncü və dördüncü rək`ətləri aşağıda göstərilən şəkildə tamamlamaq lazımdır:

3-Təsbihatı demək:

Subhanəllahi vəl-həmdulillahi və la ilahə illəllah vallahu əkbər-(3 dəfə).

4-Ruku:

5-Rukudan qalxmaq:

6-Səcdə:

7-Səcdədən qalxmaq:

8-İkinci dəfə səcdəyə getmək:

9-İkinci səcdədən qalxmaq:

İkinci səcdədən qalxdıqdan sonra bir daha ayağa qalxır və üçüncü rək`ət kimi dördüncü rək`əti belə qılırıq:

1-Təsbihatı üç dəfə demək.

2-Ruku.

3-Rukudan qalxmaq.

4-Səcdə.

5-Səcdədən qalxmaq.

6-İkinci dəfə səcdəyə getmək.

7-İkinci səcdədən qalxmaq.

8-Təşəhhüd.

9-Salam.

10-Təkbir (3 dəfə).

ƏSR NAMAZI

Əsr namazı eynilə Zöhr namazı kimi olub, təkcə niyyətdə fərqlənir. Əsr namazı 4 rək`ətdir və Zöhr namazından sonra qılınır.

Əsr namazının niyyəti belədir:

«Əsr namazını qılıram, qürbətən iləllah».

Zöhr və Əsr namazlarını həm bir-birinin ardınca, həm də bir-birindən fasilə ilə (yə`ni öz fəziləti vaxtında) qılmaq olar. Lakin onları ayrıca (öz fəzilətli vaxtında qılmaq, daha üstün və bəyənilmiş sayılır).

MƏĞRİB NAMAZI

Məğrib namazı 3 rək`ətdir. Bu namaz günəş batdıqdan sonra və İşa namazından qabaq qılınır.

Məğrib namazının qılınma qaydası belədir:

1-Niyyət:

«Məğrib namazı qılıram qürbətən iləllah».

2-Təkbirətul-ehram.

3-Təkbir dedikdən sonra sübh namazı kimi 2 rək`ət qılınır, amma 2-ci rək`ətdə təşəhhüddən sonra salam deməmiş ayağa qalxıb 3-cü rək`ətə məşğul oluruq.

Namazının 3-cü rək`əti, Zöhr və Əsr namazlarının 3-cü rək`ətləri kimidir.

Şam namazının 3-cü rək`ətində ikinci səcdədən qalxdıqdan sonra, təşəhhüd və salam deyilir və üç dəfə Allahu əkbər deməklə namaz tamamlanır.

İŞA NAMAZI

İşa namazı dörd rək`ətdir. Bu namaz Məğrib namazından sonra qılınır və onun qılınma qaydası eynilə Zöhr və Əsr namazları kimidir.

İşa namazı yalnız niyyətdə Zöhr və Əsr namazlarından fərqlənir. İşa namazının niyyəti isə belədir:

«İşa namazı qılıram qürbətən iləllah».

Qeyd etməliyik ki, Sübh, Məğrib və İşa namazlarında kişilər «Həmd» və «İxlas» surələrini ucadan, Zönr və Əsr namazları, həmçinin təsbihatları isə astadan oxumalıdırlar.

NAMAZDA BİR NEÇƏ ŞEYƏ DİQQƏT YETİRMƏK ZƏRURİDİR:

1-Namaz halında danışmamaq;

2-Namaz halında qəh-qəhə ilə gülməmək;

3-Namaz halında yemək və içməkdən pərhiz etmək;

4-Namaz halında qiblədən üz döndərmək;

5-«Həmd» surəsindən sonra amin deməmək;

6-Namaz qılarkən əlləri bir-birinin üzərinə qoymamaq və s.

Qeyd olunanların hamısı namazı batil edən amillərdən sayılır.

7-Qızlar və qadınlar həm namaz qılarkən, həm də digər vaxtlarda dini örtüyə riayət etməlidirlər. (Şəkil: 9)



Şəkil: 9

NAMAZIN TƏRCÜMƏSİ

Həmd surəsi:

«Rəhman və Rəhim Allahın adı ilə. Həmd-səna və tə`rif aləmlərin Rəbbi olan Allaha məxsusdur. Rəhm edənlərin rəhm edənidir. Qiyamət gününün sahibidir. İlahi! Yalnız sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola hidayət et. O kəslərin yoluna ki, onlara ne`mət vermisən, qəzəb etdiyin şəxslərin və azğınların yoluna yox.»

İxlas (Tövhid) surəsi:

«Rəhman və Rəhim Allahın adı ilə. De ki, odur yeganə Allah. (O) Allah ehtiyacsızdır. Doğmayıb, doğulmayıb və ona tay olan bir kəs yoxdur.»

Zikr:

Pakizə və müqəddəsdir O Allah!

Təkbir:

Allah çox ucadır.

Təsbihat:

Pakizə və müqəddəsdir O Allah. Tə`rif yalnız Allaha məxsusdur. Ondan başqa heç bir mə`bud yoxdur və Allah çox ucadır.

Təşəhhüd:

Allaha həmd-səna və tə`rif olsun. Şəhadət verirəm ki, Allahdan başqa ayrı bir mə`bud yoxdur və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir. Ey mənim Allahım! Məhəmməd və Onun ailəsinə öz rəhmətini göndər.

Salam:

Ya Peyğəmbər! Sənə salam, Allahın rəhmət və bərəkəti olsun. Salam olsun bizə və Allahın saleh bəndələrinə. Sizə salam və Allahın rəhməti və bərəkəti olsun.



Saytdan informasiya

Online olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Siz Qonaq! istifadəçisi kimi daxil oldunuz!
Qrupp "Qonaq"
Saytın Xəritəsi

3.145.88.104

Bizimlə əlaqə

Хостинг от uCoz