Salam hörmətli sayt həvəskarları saytımızda hər bir mövzu mövcuddur. Hər bir səhifəmizdə, Sizlər üçün Administratorluq lövhəsində aydınlıq gətirilmişdir. Hər səhifənin öz mənası və fəaliyyət tərzi vardır. Daha ətraflı məlumat əldə etmək istəyirsənizsə, sadəcə olaraq, qeydiyyatdan keçin. Diqqətinizə görə Minnətdaram. Hörmətlə Administratorluq: +994703125310 admin@azeri-love.az

   
Administratorluq
Əliyev Ceyhun
XƏBƏRLƏR
Qeydiyyatdan keçmiş istifadəçilərə "TÖVBƏ" adlı film VCD diskində hədiyyə olunacaqdır. Bundan başqa yaranacaq yeniliklər haqqıda son məlumatlar veriləcəkdir.
TEZLİKLƏ BİZİM SAYTIMIZDA
QURANİ KƏRİMİN ƏRƏB VƏ AZƏRBAYCAN DİLİNDƏ XÜSUSİ BURAXILIŞI
+994703125310
Valyuta mübadiləsi
 
 "ULDUZ" Biznes Center-dən SUPER TƏKLİFLƏR
 
 
Saytımızda Yeniliklər Yeni mövzular Elektron kitabxana

Saytımızda Azərbaycan Respublikası barədə geniş informasiya yerləşdirilmişdir. Liderlərimizin həyat və yaradıcılığı barədə, Ermənistan terrorizmi, ərazimiz, Bayram və xatirəli günlər, Dövlət rəmzlərimiz, Azərbaycan pulları və Xəritəmiz

AZƏRBAYCAN
DÖVLƏT RƏMZLƏRİ
BAYRAMLAR və XATİRƏLƏR
AZƏRBAYCAN ƏRAZİSİ
AZƏRBAYCAN PULLARI
ƏHALİSİNİN SAYI
AZƏRBAYCAN XƏRİTƏSİ
MÜHARİBƏMİZ
TERRORİZM

Bu ay Elektron Kitabxanamızda ÇİNGİZ ABDULLAYEVİN yazdığı kitablar satışa çıxarılmışdır. İstəyən şəxslər Elektron kitabxanamıza daxil olsun.

Sayt menyumuz

AZƏRBAYCANIN ƏHALİSİ
  

Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir. 2004-cü ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 faizini şəhər və 4 milyon 11 min nəfər və ya 48,5 faizini kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 faizi kişi, 4 milyon 207 min nəfəri və ya 51 faizi qadınlardır.
Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26 faizi 0 - 14 yaşda, 67 faizi 15-64 yaşda, 7 faizi isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 faizi 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhər yerlərində yaşayır.
Əhalinin orta yaşı 31 yaş təşkil edir.
Son 5 il ərzində ölkədə hər il orta hesabla 114 min körpə və ya hər gün təxminən 312 yeni vətəndaş dünyaya gəlir. 2003-cü ildə ölkədə doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə hesabı ilə 14 nəfər təşkil etmişdir.
Respublikada ölümün səviyyəsi nisbətən aşağı və sabit səviyyə ilə səciyyələnir. Lakin çoxsaylı insan tələfatına səbəb olmuş Ermənistanın hərbi təcavüzü nəticəsində 1992-94-cü illərdə ölüm səviyyəsinin göstəricisi xeyli artmışdır. Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi tətbiq edildikdən sonra ölümün səviyyəsi azalmış və keçən il əhalinin hər 1000 nəfərinə hesabı ilə 6 nəfər təşkil etmişdir.
Ölümün səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisində də öz əksini tapır. Ötən il bu göstərici 72,3 yaş, o cümlədən kişilər üçün - 69,5 yaş qadınlar üçün isə - 75, 1 yaş təşkil etmişdir.
Doğumun səviyyəsinə nigah da əhəmiyyətli dərəcədə təsir göstərir. Ötən il ölkədə 56,1 min nigah bağlanmış və 6,7 min nigah pozulmuşdur. Hazırda 16 və yuxarı yaşda olan qadınların təxminən 43 faizi nigahdadır.
2003-cü il ərzində daimi yaşamaq üçün respublikadan 3,8 min nəfər getmiş, 2,5 min nəfər isə ölkəyə gəlmişdir. Bu göstəricilər əvvəlki illərlə müqayisədə xeyli azalıb.
Əhalinin son siyahıyaalınmasının nəticələrinə görə ölkə əhalisinin 90,6 faizi azərbaycanlılar, 2,2 faizi ləzgilər, 1,8 faizi ruslar, 1,5 faizi ermənilər, 1,0 faizi talışlar, 0,6 faizi avarlar, 0,5 faizi türklər, 0,4 faizi tatarlar, 0,4 faizi ukraynalılar, 0,2 faizi saxurlar, 0,2 faizi gürcülər, 0,2 faizi kürdlər, 0,13 faizi tatlar, 0,1 faizi yəhudilər, 0,05 faizi udinlər, 0,12 faizi isə digər millətlərdir.
Öz millətinin dilində sərbəst danışa bilən əhalinin bütövlükdə ölkə üzrə xüsusi çəkisi 99,2 faiz olmuşdur. Azərbaycanlılar arasında bu göstərici 99,8 faiz təşkil etmişdir.
Əhalinin sayı (01.01.2005-ci il) - 8347.3 min nəfər
o cümlədən:
kişilər - 4103,7 min nəfər
qadınlar - 4243,6 min nəfər
18 yaşına qədər olan əhali - 2936,2 min nəfər
Pensiyaçıların sayı - 1373,0 min nəfər
(2004-cü il üzrə gözlənilən)
Əhalinin milli tərkibi
(1999-cu ildə əhalinin siyahıya alınma məlumatlarına əsasən) min nəfərlə faizlə
Cəmi əhali 7953.4 100.0
o cümlədən
azərbaycanlılar 7205.5 90.6
ləzgilər 178.0 2.2
ruslar 141.7 1.8
ermənilər 120.7 1.5
talışlar 76.8 1.0
avarlar 50.9 0.6
türklər 43.4 0.5
tatlar 10.9 0.13
tatarlar 30.0 0.4
ukraynalılar 29.0 0.4
saxurlar 15.9 0.2
gürcülər 14.9 0.2
kürdlər 13.1 0.2
yəhudilər 8.9 0.1
udinlər 4.1 0.05
digər millətlər 9.6 0.12

Saytdan informasiya

Online olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Siz Qonaq! istifadəçisi kimi daxil oldunuz!
Qrupp "Qonaq"
Saytın Xəritəsi

3.143.5.233

Bizimlə əlaqə

Хостинг от uCoz