Axtarmaq
">
01.02.2025, 04:40,
   
Administratorluq
Əliyev Ceyhun
XƏBƏRLƏR
Bu səhifəmizdə hamımızı maraqlandıran Dini mövzular vardır. Bunu biz DİNİ SÖHBƏTLƏR adlandırırıq. Burada Siz istədiyiniz mövzuları oxuya biləcəksiniz. Yox əgər istəyirsənizsə, Sizində yazılar bu səhifəmizdə dərc olunsun onda sadəcə olaraq, administratorluğa məktub yazın. admin@azeri-love.az Uzağı 2 gün sonra, Sizin mövzunuzda bu səhifəmizdə yer alacaqdır.
+994703125310
Valyuta mübadiləsi
   
Sayt menyumuz
Saytımızda Yeniliklər Yeni mövzular Elektron kitabxana

Sual-Cavab


Ana səhifə » DİNİ SÖHBƏTLƏR » İslamda Qadın  

Firuid-din [2]
Dində vacib əməllər
Dualar [4]
Möminlərin şəfası
Dinin əsasları [5]
Dini mövzular
İslamda Qadın [11]
Qadınlar üçün mövzular
İslam alimləri [5]
Dini alimlərimiz

İSLAMDA NÜMUNƏVİ QADINLAR
Qəm qəhrəmanı Xanım Zeynəbi- Kubra (ə)


Xanım Zeynəbi-Kubra (ə) hicrətin 5-ci ili Cəmadiul-əvvəl ayının 5-i anadan olmuşdur. O, Həzrət Əli (ə) və Xanım Fatimə (s.ə)-nın qızıdır. Zeynəb adını ona babası Muhəmməd Peyğəmbər (s) vermişdir. (Bu adın mənası: «atasının zinəti» deməkdir).
Xanımın tanınmış ləqəbləri bunlardır: Arifə, Muhəddisə və Alimə.
Babasının İslam Peyğəmbəri, atasının İmam Əli(ə) və anası Zəhra(s.ə)-nın ən şərafətli xanım olması xanım Zeynəbi- Kubranın(s.ə) İslamın buyurduğu bütün kamil tərbiyyə və əxlaqi keyfiyyətlər abu-havasında böyüməsinə imkan verirdi.
Xanım Zeynəbin (s.ə) elm və ibadətindən söhbət edəndə ən əsas qeyd edilməli məqam budur ki, Zeynəb (s.ə) Peyğəmbər elmindən bəhrələnən, Əli (ə), Fatimə (s.ə) ibadətinin hikmətindən qidalanan bir şəxsiyyətdir. Muhəmməd Peyğəmbər (s) buyurmuşdur ki, «Mən elmin şəhəri, Əli isə onun qapısıdır». Belə bir möhtəşəm elm şəhərində ərsəyə çatıb kamilləşmiş, ibadətin ruhiyyəsini öyrəndiyimiz Əhli-beyt (ə)-dan bu ibadətin hikmətini mənimsəmiş Xanım Zeynəbin (s.ə) elmi, biliyi, ruhi-mənəviyyatı təsəvvüredilməz yüksəkliklərdə pərvazlanırdı.
Həzrət Zeynəbin (s.ə) həyatının ən mühüm və ən əzəmətli dövrü İmam Huseynin (ə) eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Buna görə də Xanım Zeynəbin (s.ə) həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil. Çünki Zeynəb (s.ə) qəhrəmanlığını, cəsarətini, şücaətini tam aydınlığı ilə Kərbəla qiyamında və bu mübarizədən sonrakı dövrdə görə bilərik. Bir sözlə, «Aşura» qiyamını Zeynəbsiz (s.ə), Zeynəbi (s.ə) isə bu qiyamsız təsəvvür etmək mümkün deyil. Kərbəla vaqiəsinə, həmçinin bu hərəkatdan sonrakı dövrə nəzər saldıqda Xanımın özünə məxsus əzəmətinin şahidi oluruq.
Xanım Zeynəb (s.ə) bu müsibətlər qarşısında nəinki sarsılmadı, əksinə dağ kimi müqavimət göstərib mübarizəni davam etdirdi. Xanım Zeynəbin (s.ə) bu dəhşətlərin qarşısında, tükənməz səbri və yenilməzliyi ilə əbədi olaraq şücaət, mətanət və dözümlük simvoluna çevrildi. Aşura günü qardaşı İmam Huseynin (ə) mübarək cəsədini qolları üstə alıb: «İlahi, bu qurbanı bizdən qəbul et» deməsi Xanımın Allaha olan bağlılığından, məhəbbətindən xəbər vermirmi?
Aşura faciəsindən sonra əsir götürülən Peyğəmbər (s) balaları cürbəcür işgəncələrlə Kufəyə gətirilir. Kərbəla əsirləri Kufəyə daxil olduqda camaat onların ətrafına toplaşdı. Gördükləri bu mənzərədən, Peyğəmbər (s) balalarının başına gətirilən bu müsibətdən dəhşətə gəlib vay-şivən qopararaq ağlamağa başladılar. Xanım Zeynəb (ə) işarə edib onları sakitləşdirdi. Allaha həmd-səna etdikdən, Peyğəmbər və pak Əhli-beytinə salam-salavat göndərdikdən sonra xütbə edərək belə buyurdu:
«Ey Kufə camaatı! Ey hiyləgər və xəyanətkar xalq! Gözlərinizin yaşı heç vaxt qurumasın. Nə andınıza etibar etmək olar, nə də bağladığınız peymana…
Axirət üçün pis azuqə hazırlamısınız- Allah qəzəbi və Cəhənnəm əzabı. Ağlayırsınız?!
Qazandığınız çirkinliklərə niyə də ağlamayasınız?!...
Peyğəmbər balası, Behişt cavanlarının ağası, həmçinin yolunuzun çırağı və çətin gününüzün dostu olan bir insanı öldürməkdən pis hansı çirkinlik ola bilər?!...
Amma bilin ki, Axirət əzabı çətin olacaq. Əgər etdiyiniz işə görə Allah tərəfindən hələ cəza almamısınızsa, rahatlanmayın! Allah günahın cəzasını dərhal vermir, lakin məzlumların qanını da yerdə qoymur. Allah hər şeyin hesabını çəkəcəkdir!»
Bu xütbənin təsirindən sonra qəflət yuxusundan oyanan kufəlilər başa düşdülər ki, Əhli-beytə qarşı bu böyük cinayətdə onların da əli vardır.
Bunlardan da artıq təəccüb doğuran səhnə Yezidin sarayında baş verən hadisələr idi. Xəlifəlik vəzifəsini qəsb etmiş Yezid əsirlərin gözü qarşısında İmam Huseynin (ə) mübarək başını qarşısına qoymuş, qələbəni qeyd etmək fikrindədir. Belə bir şəraitdə xanım Zeynəbin (s.ə) səsi düşmən nizələri və zəncirləri arasından eşidilir ki, bu səs Bəni-üməyyənin (Yezidin nəslinin) yaramaz əməllərini elə ifşa edirki əbədi rüsvay olub etibarlarını əldən verirlər. Əlbəttə bu işdə İmam Səccadın (ə) sözləri də böyük rol oynamışdır.
Allah xanım Zeynəb (s.ə) vasitəsilə insanlığa bir daha dirilik bəxş etdi. Yalnız güclü iman, təqva(günahdan qorunmaq), elm, şücaət sahibi belə bir ağır imtahandan üzü ağ çıxa bilərdi. Əlbəttə ancaq həqiqi gözəlliyi görən zillətə qarşı bu qədər müqavimət göstərərdi və təkcə qəmdən və zülmdən parçalanan sinədən kainatı xilas edən qılınc tək kəsərli bəyan zahir ola bilərdi.
Kef məclisinə Peyğəmbərin nəvələrini əlləri qandallı halda daxil edirlər. Yezidin Kufə şəhərinə vali təyin etdiyi ibn Ziyad əsirləri görüb Xanım Zeynəbə (s.ə) dedi:
«Gördünmü Allah qardaşın Huseynin (ə) başına nə oyun gətirdi onu nə günə qoydu?»
Bu sözün qarşısında vücudları lərzəyə gətirən və insanın düşüncəsini heyrətdən donduran bir cümlə, tarixə qızıl hərflərlə düşən cümlələr eşidilir: «Mən gözəllikdən başqa bir şey görmədim!» Gərəsən gözəllik nədir? Al qanla bəzənmiş səhradır, yoxsa göz yaşlarıyla sulanmış kədər gülüstanı? Bəlkə həqiqi aşiqlərin Allah yolunda cəfasıdır? Həqiqətən Allah yolundakı haqqı dirçəltməkdən gözəl nə ola bilər?
Torpaqlarımızın böyük bir hissəsi düşmən tapdağı altında olan bir vaxtda gərəkdir ki, Azərbaycan xanımları da o əziz xanımlar kimi oğullarını, qardaşlarını qurban verməkdən çəkinməsinlər. Əlbəttə Xanım Zeynəbi (s.ə) özünə örnək götürən hər xanım heç vaxt zalimə baş əyməzlər (Yəni xarici istismarçıların təbliği nəticəsində milli mentalitetimizə zidd olan geyimlər, fikirlər, ideologiya və s.şeylərə abırlarını satmazlar).
Beləliklə, nübuvvət (peyğəmbər) bağçasının bu ətirli çiçəyi zülm tufanının gözləmədiyi bir dözümlüklə bütün bəlaları arxada qoydu. İndi bu baxçada bitən minlərlə yeni çiçək ləçəkləri tapdanmış, qəmdən bükülmüş, lakin həqiqi gözəlliyin və İslamda qadın simasının ən bariz nümunəsi olan qəm qəhrəmanı Zeynəbi (s.ə) sevgi və göz yaşları ilə xatırlayır və onun qarşısında azadlıq mücəssəməsi tək baş əyirlər.

Qadınlar haqqında nəql olunan hədislər.
Muhəmməd Peyğəmbər buyurur: « Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gücələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür».
İmam Əli (ə) buyurur: «Qadının cihadı ərinə yaxşı baxmasıdır».
İmam Sadiq (ə) buyurur: « Ərinə əziyyət edib onu kədərləndirən qadın Allah dərgahından qovulmuşdur. Əri ilə nəzakətli olub onu incitməyən, həmişə sözünə qulaq asan qadın isə necə də xoşbəxtdir».
Muhəmməd Peyğəmbər buyurur: «Əlbəttə, qadınların ən yaxşısı çox övladlı, qəlbi mehr-məhəbbətlə dolu, hicablı-örpəkli, iffətli, ərinin qarşısında təvazökar olan, qohumlarının yanında əziz olanlar eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib (ancaq) yad kişilərdən gizlədən, ərinin sözünə canla başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır.»
Fatimeyi-Zəhra (s.ə) qadınlara buyurur: « Sizin ən yaxşılarınız camaatla mülayim və mehriban rəftar edənlər, ən dəyərliləriniz isə öz həyat yoldaşı ilə mehriban olanlardır».
İmam Riza (ə) buyurur: «Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır:
1). Ərinə qarşı təvazökarlıq və üzü yolalıq, eləcə də bədxərclik etməyib qənaətcil olmaq.
2). Xoşxasiyyət, mülayimlik və mehribançılıq.
3). Əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək.
4). Ərini əsəbi və ya yorğun gördükdə, bütün işlərini, öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək.
5). Əri yanında olmayanda onun malını, namusunu, övladlarını, öz iffətini qorumaqda əlindən gələni əsirgəməmək.
Sonra İmam buyurdu: Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur, onlar öz istəklərinə çatacaq».


Əlavə etdi: Əliyev Ceyhun (Administratorluq) () Reytinq: 4.0/1

Qanlı Kərbəla hadisəsində elə böyük qadınlar olmuşlar ki, şəhadət və igidlik göstərmiş, pak və ismətli Əhli-Beyti sevdiklərindən həzrət Zəhranın (ə) övladlarını tək qoymamışlar və həzrət Zeynəb (ə) ilə birlikdə Kərbəlada düşmənin zülmünə mə'ruz qalmışlar. Biz aşağıda bu fədakar qadınların bir neçəsini nümunə olaraq qeyd edəcəyik.
1. Ummu Vəhəb.
Ummu Vəhəb, Kərbəlada imam Huseynin (ə) yanında vuruşaraq şəhid olmuş Abdullah ibn Umeyrin həyat yoldaşıdır. Abdullah meydana çıxmaq üçün İmam (ə)-dan icazə aldı və döyüş üçün meydana yollandı. Abdullahın həyat yoldaşı Ummu Vəhəb özünü Abdullaha çatdırdı və dedi: «Atam-anam sənə qurban, Peyğəmbər (s.a.a.v.)-in övladı naminə canını Allahu-təala (c.c.) yolunda fəda et». Abdullah ondan xeyməyə qayıtmasını istədi, baş tutmadı. O, Abdullahın ətəyindən tutub dedi: Səninlə birlikdə öldürülməyincə geri qayıtmayacağam.
Bu səhnəni görən İmam Huseyn (ə) onu qadınların xeyməsinə göndərdi. Abdullah şəhid olandan sonra arvadı özünü, onun başı üstünə çatdırdı, çöhrəsindəki tozu və qanı təmizlədi və dedi: Behişt sənin üçündür. Bu arada Ummu Vəhəbin boynuna bir zərbə vurdular ki, o şir ürəkli qadın zərbənin şiddətindən canını tapşırdı.
Beləliklə imam Huseynin (ə) yardımçılarından şəhid olan ilk qadın Ummu Vəhəb oldu.
2. Cünadə ibni Haris Səlmaninin anası
Cünadənin oğlu olan Əmr düşmənlə döyüşə çıxmaq üçün imam Huseyndən (ə) icazə istədikdə İmam buyurdu: «Bu gəncin atası ölmüşdür, ola bilsin bunun anası oğlunun döyüş meydanına çıxmasına razı olmaya». Əmr dedi: Anam ona görə məni bura göndərmişdir ki, sizin yanınızda şəhid olam. İmam (ə) ona düşmənlə döyüşə çıxmaq üçün icazə verdi. O, düşmənlə ağır döyüşdən sonra şəhid oldu. Anası övladının cənazəsini axtarmaq üçün meydana getdi və oğlunun kəsilmiş başını götürərək dedi: Afərin sənə oğlum! Özü isə dirək götürüb düşmənə hücum etdi, iki nəfəri öldürdükdən sonra, imam Huseyn (ə) onu xeyməyə qaytardı və onun haqqında Allahu-təalaya (c.c.) dua etdi.
3. İmam Huseyn (ə)-ın həyat yoldaşı Rubab
Rubabın imam Huseyn (ə)-dan Səkinə adlı qızı və Abdullah adlı bir oğlu var idi. Onların südəmər oğlanları Abdullah Aşura günü vəhşicəsinə qətlə yetirildi və Rubab qızı Səkinə ilə birlikdə əsir düşdü.
«Şəhidə ağlamaq onun hərəkatını diri saxlamaq deməkdir. Rəvayətdə «Hər kim ağlasa, ağlatsa və ya ağlamsınsa, mükafatı cənnətdir» deyilməsi ona görədir ki, hətta simasını kədərləndirən, özünü qəmli göstərən və ağlamsınan, bu hərəkatı, imam Huseyn (ə)-ın hərəkatını davam etdirir».
4. Qəm Qəhrəmanı, İmam Əli qızı Zeynəbi-Kubra (ə)
Babasının İslam Peyğəmbəri, atasının İmam Əli(ə) və anası Zəhra(s.ə)-nın ən şərafətli xanım olması xanım Zeynəbi- Kubranın(s.ə) İslamın buyurduğu bütün kamil tərbiyyə və əxlaqi keyfiyyətlər abu-havasında böyüməsinə imkan verirdi.
Xanım Zeynəbin (s.ə) elm və ibadətindən söhbət edəndə ən əsas qeyd edilməli məqam budur ki, Zeynəb (s.ə) Peyğəmbər elmindən bəhrələnən, Əli (ə), Fatimə (s.ə) ibadətinin hikmətindən qidalanan bir şəxsiyyətdir. Muhəmməd Peyğəmbər (s) buyurmuşdur ki, «Mən elmin şəhəri, Əli isə onun qapısıdır». Belə bir möhtəşəm elm şəhərində ərsəyə çatıb kamilləşmiş, ibadətin ruhiyyəsini öyrəndiyimiz Əhli-beyt (ə)-dan bu ibadətin hikmətini mənimsəmiş Xanım Zeynəbin (s.ə) elmi, biliyi, ruhi-mənəviyyatı təsəvvüredilməz yüksəkliklərdə pərvazlanırdı.
Həzrət Zeynəbin (s.ə) həyatının ən mühüm və ən əzəmətli dövrü İmam Huseynin (ə) eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Buna görə də Xanım Zeynəbin (s.ə) həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil. Çünki Zeynəb (s.ə) qəhrəmanlığını, cəsarətini, şücaətini tam aydınlığı ilə Kərbəla qiyamında və bu mübarizədən sonrakı dövrdə görə bilərik. Bir sözlə, «Aşura» qiyamını Zeynəbsiz (s.ə), Zeynəbi (s.ə) isə bu qiyamsız təsəvvür etmək mümkün deyil. Kərbəla vaqiəsinə, həmçinin bu hərəkatdan sonrakı dövrə nəzər saldıqda Xanımın özünə məxsus əzəmətinin şahidi oluruq.
Xanım Zeynəb (s.ə) bu müsibətlər qarşısında nəinki sarsılmadı, əksinə dağ kimi müqavimət göstərib mübarizəni davam etdirdi. Xanım Zeynəbin (s.ə) bu dəhşətlərin qarşısında, tükənməz səbri və yenilməzliyi ilə əbədi olaraq şücaət, mətanət və dözümlük simvoluna çevrildi. Aşura günü qardaşı İmam Huseynin (ə) mübarək cəsədini qolları üstə alıb: «İlahi, bu qurbanı bizdən qəbul et» deməsi Xanımın Allaha olan bağlılığından, məhəbbətindən xəbər vermirmi?
Aşura faciəsindən sonra əsir götürülən Peyğəmbər (s) balaları cürbəcür işgəncələrlə Kufəyə gətirilir. Kərbəla əsirləri Kufəyə daxil olduqda camaat onların ətrafına toplaşdı. Gördükləri bu mənzərədən, Peyğəmbər (s) balalarının başına gətirilən bu müsibətdən dəhşətə gəlib vay-şivən qopararaq ağlamağa başladılar. Xanım Zeynəb (ə) işarə edib onları sakitləşdirdi. Allaha həmd-səna etdikdən, Peyğəmbər və pak Əhli-beytinə salam-salavat göndərdikdən sonra xütbə edərək belə buyurdu:
«Ey Kufə camaatı! Ey hiyləgər və xəyanətkar xalq! Gözlərinizin yaşı heç vaxt qurumasın. Nə andınıza etibar etmək olar, nə də bağladığınız peymana…
Axirət üçün pis azuqə hazırlamısınız- Allah qəzəbi və Cəhənnəm əzabı. Ağlayırsınız?!
Qazandığınız çirkinliklərə niyə də ağlamayasınız?!...
Peyğəmbər balası, Behişt cavanlarının ağası, həmçinin yolunuzun çırağı və çətin gününüzün dostu olan bir insanı öldürməkdən pis hansı çirkinlik ola bilər?!...
Amma bilin ki, Axirət əzabı çətin olacaq. Əgər etdiyiniz işə görə Allah tərəfindən hələ cəza almamısınızsa, rahatlanmayın! Allah günahın cəzasını dərhal vermir, lakin məzlumların qanını da yerdə qoymur. Allah hər şeyin hesabını çəkəcəkdir!»
Bu xütbənin təsirindən sonra qəflət yuxusundan oyanan kufəlilər başa düşdülər ki, Əhli-beytə qarşı bu böyük cinayətdə onların da əli vardır.
Bunlardan da artıq təəccüb doğuran səhnə Yezidin sarayında baş verən hadisələr idi. Xəlifəlik vəzifəsini qəsb etmiş Yezid əsirlərin gözü qarşısında İmam Huseynin (ə) mübarək başını qarşısına qoymuş, qələbəni qeyd etmək fikrindədir. Belə bir şəraitdə xanım Zeynəbin (s.ə) səsi düşmən nizələri və zəncirləri arasından eşidilir. Bu səs Bəni-üməyyənin (Yezidin nəslinin) yaramaz əməllərini elə ifşa edirki, əbədi rüsvay olub etibarlarını əldən verirlər. Əlbəttə bu işdə İmam Səccadın (ə) sözləri də böyük rol oynamışdır.
Allah xanım Zeynəb (s.ə) vasitəsilə insanlığa bir daha dirilik bəxş etdi. Yalnız güclü iman, təqva(günahdan qorunmaq), elm, şücaət sahibi belə bir ağır imtahandan üzü ağ çıxa bilərdi. Əlbəttə ancaq həqiqi gözəlliyi görən zillətə qarşı bu qədər müqavimət göstərərdi və təkcə qəmdən və zülmdən parçalanan sinədən kainatı xilas edən qılınc tək kəsərli bəyan zahir ola bilərdi.
Kef məclisinə Peyğəmbərin nəvələrini əlləri qandallı halda daxil edirlər. Yezidin Kufə şəhərinə vali təyin etdiyi ibn Ziyad əsirləri görüb Xanım Zeynəbə (s.ə) dedi:
«Gördünmü Allah qardaşın Huseynin (ə) başına nə oyun gətirdi onu nə günə qoydu?»
Bu sözün qarşısında vücudları lərzəyə gətirən və insanın düşüncəsini heyrətdən donduran bir cümlə, tarixə qızıl hərflərlə düşən cümlələr eşidilir: «Mən gözəllikdən başqa bir şey görmədim!» Gərəsən gözəllik nədir? Al qanla bəzənmiş səhradır, yoxsa göz yaşlarıyla sulanmış kədər gülüstanı? Bəlkə həqiqi aşiqlərin Allah yolunda cəfasıdır? Həqiqətən Allah yolundakı haqqı dirçəltməkdən gözəl nə ola bilər?
Torpaqlarımızın böyük bir hissəsi düşmən tapdağı altında olan bir vaxtda gərəkdir ki, Azərbaycan xanımları da o əziz xanımlar kimi oğullarını, qardaşlarını qurban verməkdən çəkinməsinlər. Əlbəttə Xanım Zeynəbi (s.ə) özünə örnək götürən hər xanım heç vaxt zalimə baş əyməzlər (Yəni xarici istismarçıların təbliği nəticəsində milli mentalitetimizə zidd olan geyimlər, fikirlər, ideologiya və s.şeylərə abırlarını satmazlar).
Beləliklə, nübuvvət (peyğəmbər) bağçasının bu ətirli çiçəyi zülm tufanının gözləmədiyi bir dözümlüklə bütün bəlaları arxada qoydu. İndi bu baxçada bitən minlərlə yeni çiçək ləçəkləri tapdanmış, qəmdən bükülmüş, lakin həqiqi gözəlliyin və İslamda qadın simasının ən bariz nümunəsi olan qəm qəhrəmanı Zeynəbi (s.ə) sevgi və göz yaşları ilə xatırlayır və onun qarşısında azadlıq mücəssəməsi tək baş əyirlər.
Görəsən niyə görə Məhərrəmliyi əziz tutmalıyıq?
Niyə görə 1360 il bundan qabaq baş vermiş bir faciəni yad etməli və mərasimlər keçirməklə, o hadisənin xatirəsini canlı saxlamalıyıq? Bu faciə neçə əsr bundan qabaq baş vermiş bir hadisədir, olan olub, keçən keçib. 14 əsr keçdikdən sonra həmin hadisəni bir daha yaddaşlardan təzələyib, tez-tez mərasimlər təşkil etməyin nə lüzumu vardır?
Bu sualın cavabı elə də mürəkkəb deyil. Belə sual verənlərə başa salmaq olar ki, bütün cəmiyyətlərdə baş verən mühüm hadisələr, həmin xalqın gələcək həyatında, müqəddaratında böyük izlər qoyub, mühüm rol oynaya bilər. O xatirələrin yad edilməsinin səbəbi, həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən canlandırılmasıdır. Bu kimi tarixi hadisələrin təkrar-təkrar yad edilməsi həmin olayların həqiqi mahiyyətini üzə çıxarır.
Üzləşdikləri müşküllərin həllində gələcək həyatın düzgün qurulmasında xalqa yardımçı olur. Bu həqiqətləri dərk edən kəslər torpağı, milləti və dini qorumağı özlərinə müqəddəs vəzifə bilirlər.
Bu mərasimlər, insanlara şərəf, ləyaqət və ruh yüksəkliyi aşılamağında böyük rol oynayır. Aşura qiyamı İslam tarixinin böyük hadisələrindən biridir. Bu faciə adi bir faciə deyil, tarixin olduqca dəyərli və önəmli bir hadisəsidir. Onun bir daha yad edilib xatırlanmasının ictimaiyyətimizin qarşılaşdığı gərgin çətinliklərin həllində özünəməxsus rolu vardır. Bu mərasimlərin istər əzadarlıq, istərsə də konfranslar və ya seminarlar vasitəsilə yad edilməsi, cəmiyyətimizi mənəviyyata yad olan təbliğat və təşviqatdan müəyyən dərəcədə qorumasına səbəb olur.


Əlavə etdi:  () Reytinq: 0.0/0

İmam Sadiq (ə) buyurdu : «hər kəs Fatiməyi-Zəhra (s) ın təsbihini vacib namazdan sonra təşəhhüd və salam oturuşu halından çıxmamışdan əvvəl zikr etsə Allah-taala behişti ona vacib edər.
Bismillahir - rəhmanir - rəhim
Fatiməyi-Zəhra (ə) ın təsbihi kədərli dastanı xatırladır .
Fatiməyi-Zəhra (ə) ın təsbihi insanın meracıdır.
Fatiməyi-Zəhra (ə) ın təsbihi Namaza zinnət bağışlayır .
Fatiməyi-Zəhra (ə) ın təsbihi Allah dərgəhında qəbul olunmuş min rəkət namazdan üstündür .
Fatiməyi-Zəhra (ə) ın təsbihi çoxlu zikirdir .
Fatiməyi-Zəhra (ə) ın təsbihi insan əməllərinin tərəzisinin ağır olmasına bais olur .
Fatiməyi-Zəhra (ə) ın təsbihi Allahın razılığına səbəb olur .
Fatiməyi-Zəhra (ə) ın təsbihi behiştə daxil olmağa səbəb olur .
Fatiməyi-Zəhra (ə) ın təsbihi İlahi zikrdir . İmam Sadiq(ə)buyurur: İbadətlər arasında həzrəti Fatiməyi-Zəhra (ə) ın təsbihihindən daha üstünu yoxdur və əgər olsaydı Allahın Rəsulu Fatiməyə öyrədərdi .
Fatiməyi-Zəhra (ə) ın təsbih zikrini davamlı şəkildə deməkdə səy edək .Namazdan sonra və yatan zaman bu zikrdən qafil olmayaq .Öz namaz və yuxumuzu Fatiməyi-Zəhra (ə) ın təsbihi ilə zinnətləndirək və səy edək təsbih zikrini İmam Hüseyn (ə) türbəti ilə deyək . Çünki İmam Hüseyn(ə)-ın türbəti Kərbala himasələrini (iğidliklərini) xatırladır və şəhadət mədəniyyətini dirildir . Təsbih zikrini deməklə yanaşı gözlərimizdən yaş axsın . Nəticədə İmam Hüseyn (ə) ilə daha çox ünsiyyət tapaq .
Ümidvarıq ki , Fatiməyi-Zəhra (ə) ın təsbih zikrini deməklə öz dünya və axirət həyatımızı soğortalayaq və onu öz axirət səfərimizin azüqəsi edək.
Həzrəti Fatiməyi - Zəhra(s) nın təsbih zikrinin əhəmiyyəti

,,Çoxlu,, zikirdən məqsəd nədir ?
,, O kişilər ki , Allahı çox xatırlayırlar və o qadınlar ki , Allahı çox xatırlayırlar .
-İnsan Allahı xatırlamaqla hər halda və hər şəraitdə öz qəlbindən xəbərsizlik və qəflət pərdələrini kənara çəkir və şeytan vəsvəsələrini uzaqlaşdırır . ,, Çox,, zikirdən məqsəd nədir sualına gəldikdə isə İslami rəvayətlər və müvəssirlərin (təfsir alimləri) söhbətlərində zikrin müxtəlif mənaları qeyd olub ki ,zahiri mənada zikr cəhətdən eynidir (bir-birinin oxşarıdır).
İslam peyğəmbərindən (s) olan bir hədisdə oxuyuruq . ,,Bir vaxt kişi öz həyat yoldaşını gecə yuxudan oyatsa və hər ikisi dəstəmaz alıb gecə namazı qılsalar Allahı çox xatırlayan və zikr edən kişilər və qadınlar sinifindən olacaqlar ,,
-Həzrəti İmam Sadiq (ə) buyurur : Hər kəs Fatiməyi - Zəhra (s) təsbihini gecədə desə bu ayə ona aid olar :
,,Ey iman gətirənlər ! Allahı çox xatırlayın ,,

Maddi həyatda qəflətin amil və səbəbləri və şeytanın zəhərli vəsvəsə oxları hər tərəfdən insana atılır, onunla mübarizə üçün çoxlu zikirdən başqa ayrı yol yoxdur .
Əziz peyğəmbərdən soruşdular : ,,Qiyamət günü bəndələrdən hansı birinin məqamı daha üstündür ? Buyurdu : Allahı çox xatırlayan şəxslər (daha üstün məqama sahib olarlar)
İmam Sadiq (ə) buyurdu : Hər kəs Allahı çox xatırlasa Allah -taala ona öz lütfü sayəsində behiştdə yer verəcək

O cümlədən rəvayətlərdə həzrəti Fatiməyi-Zəhra (s)ın təsbih zikrinə(34 dəfə Allahu əkbər, 33 dəfə Əl-həmdu lil-lahi,33 dəfə Subhanəl-lahi)işarə oldu.
«Əlləzinə amənu və əmilus-salihati və zəkərəllahə kəsirən» «o kəslər ki, iman gətiriblər saleh əməllər edirlər və Allahı çox xatırlayırlar»¹.
İmam Sadiq (ə) dan olan bir hədisdən oxuyuruq ki , buyurdu :Çoxlu zikirdən məqsəd Fatiməyi-Zəhra (s)ın təsbih zikridir ki, təkbir,həmd və təsbihdən ibarətdir (1-Şüəra surəsi ayə 227).

Çoxlu zikr

İmam Sadiq (ə) buyurdu:
«Təsbih Fatiməyi-Zəhra (s) minəz-zikril -kəsirilləzi qaləl-ləhu əzzə və cəllə :Uzkurul-lahi zikrən kəsirən»
«Həzrəti Fatiməyi-Zəhra (s)ın təsbihi o çoxlu zikirdəndtr ki, Allah-taala buyurdu : Allahın zikrini çox deyin » .
İmam Hadi (ə) buyurdu: « Biz əhli-beyt yatan zaman on əməli yerinə yetiririk:Dəstəmaz almaq… 34 Allahu əkbər 33 ,,Əl-həmdulil-lahi ,,demək 33 Sübhanəllah demək».

Övladlara təsbihi öyrətmək.

İslam peyğəmbəri(s) qızı Zəhraya təsbihdən ibarət ən gözəl və ən üstün dərsi öyrətdi .O zamandan bizim dövrümüzə qədər milyonlarla insan öz namazlarının təqibatında (axırında) təsbih zikr edirlər . Allahın dərgahından Allahın təsbih gövsəri hörmətinə hacətlərini ərz edir və həyatda çətinliklərin aradan getməsini və müyvəffəqiyət qazanmalarını istəyirlər .
«Qürbül-İsnad»kitabında İmam Sadiq (ə) dan gəlmişdir : Biz onlara namazı əmr etdiyimiz kimi Fatiməyi-Zəhra(s) ın təsbihatını zikr etməyi əmr edirik .Sən də (Əbu Haruna xitab edərək) özünü bu işə vadar et ki ,hər hansı bir bəndə onu zikr etməsə bədbəxtliyə düşər».
Təsbih deməyə təşviq və həvəsləndirmək
Bu təsbihat barədə məsum imamlardan varid olan əxbar və rəvayətlərdə çoxdur ki ,o böyük şəxsiyyətlər öz tərəfdarlarını onun zikrinə (təsbihə)təşviq edirdilər .Bu o dərəcədə idi ki, həzrəti İmam Mühəmməd Baqir (ə) buyurdu: «Allah-taala hər namazdan sonra deyilən Həzrəti Fatimə(ə)ın təsbihindən daha üstün bir əməl ilə ibadət olunmamışdır və əgər ondan daha bir üstün bir əməl olsaydı Peyğəmbər (s) onu qızı Fatiməyə bəxşiş edərdi».
İmam Zaman (əc) təsbihata tövsiyə etməsi
Həzrəti Ayətul-lah Mərəşi Nəcəfi (ər) deyir :
Əsgəreynin (ə) ziyarəti yolunda (İmam Hadi(ə) və İmam Əsgəri (ə) ) İmamzadə seyyid Məhəmməddə sona yetən bir şosedə yolu itirdim .Şiddətli aclıq və susuzluğun nəticəsində həyatdan məyus olub huşsuz bir halda yerə yıxıldım . Birdən gözümü açdım ,başımın möhtərəm bir şəxsin ətəyində gördüm . O şəxs mənə öz ömrümdə onun kimi içmədiyim dadlı bir su verdi . Ondan sonra süfrəsini açdı və onun arasında iki və üç ədəd girdə çörək var idi ki,ondan da yedim . bu vaxt mənə buyurdu : «Ey seyyid ! hara getmək qəsdin var ?» Seyyid Məhəmmədin pak hərəminə .Buyurdu : «Bu Seyyid Məhəmmədin hərəmidir» Baxdım gördüm ki, Seyyid Mühəmmədin hərəmində qərar tutmuşuq,halbuki mən Qadisiyyədə itmişdim və ora ilə İmamzadə Seyyid Məhəmmədin hərəmi arasında xeyli məsafə vardır . O möhtərəm şəxslə olduğum bir müddətdə mənə faydalar nəsib oldu və mənə bir neçə əməl sifariş etdi ; O cümlədən Qurani -Kərimi tilavət etmək … və Fatiməyi -Zəhra(ə) ın təsbihi . Lakin zehnimə gəlmədi ki , bu ağa kimdir , məgər ki , gözlərimdən qeyb olduğu bir zamanda .
Fatiməyi -Zəhranın (ə) təsbihinin üstünlüyü .
Allah-taala heç bir həmd ilə Fatiməyi -Zəhra(s) ın təsbihindən daha üstün ibadət oxunmamaışdır . Əgər ondan daha bir üstün bir şey olsaydı əziz Peyğəmbərimiz (s) onu qızına bəxşiş edərdi . O (təsbih zikri) hər gündə namazdan sonra İmam Sadiq (ə) ın yanında hər gündə qılınan min rükət namazdan daha sevimlidir . Hər bir bəndə ona nisbət daimi surətdə əhəmiyyət verib qılmışsa heç vaxt bədbəxt olmayacaqdır . Bu səbəbdən uşaqlara namaz qılmağa əmr etmək gərək olduğu kimi bu təqibatları oxumağa da əmr etmək lazımdır . çünki baxmayaraq bu zikr dildə 100 ədəddir . Lakin İlahinin tərəzisində 1000 ədəd sayılır . Şeytanı uzaqlaşdırır və Allahın razılığını cəlb edir . Qulaqlarda olan ağırlıqları aradan aparır . Təsbih zikrini hər hansı bir bəndə zikr etsə məgər ki , səccadədən (canamazdan) ayağını hərəkətə gətirib götürməzdən əvvəl Allah-taala onu bağışlayar və behişti ona vacib edər məxsusən sübh namazından sonra onu «la ilahə illəllah» ı deməklə kamil etsin və sonra bağışlanma istəsin . Bu təsbihatı deməklədir ki , Allah bəndəsi o kəslərin sırasında məşhur olar ki , onlar Allahı çox xatırlayırlar « əz zakirinəllahə kəsirən» və Allahın onu xatırlamaq ləyaqətini qazanar necə ki , Allah vədə verib və buyurmuşdur «Fəzkuruni əzkurum» Məni xatırlayın ki , mən sizi xatırlayım»
Möminin nişanəsi .
Məkarimul - əxlaqda hekayət olub ki , Fatiməyi-Zəhra(s) ın təsbihi möminin beş əlamətlərindən biridir .
(1-Əl-Cəvahir , c 10 , səh 396 )
Fatiməyi-Zəhra (s) ın təsbihinin fəlsəfəsi
Misilsiz hədiyyə
Hədisdə gəlmişdir :
Əmirəl-Möminin (ə) Həzrəti Faiməyi - Zəhra (s) buyurdu ki ,getsin və peyğəmbərdən bir xidmətçi (qulluqçu) istəsin . O getdi və əlinin qabarlarını göstərdiyi əsnada dedi : Asyab xidmətçi əvəzinə sənə bütün dünyadan daha qiymətli bir hədiyyəni verim ? Yatmağa hazırlaşdığın zaman 34 dəfə «Allahu-Əkbər» , 33 dəfə «Əl-həmdulillah» 33 dəfə «Sübhanəllah» de .
Təsbih xidmətçidən daha üstündür .
«Daimul-İslam»da Əli (ə) dan nəql olmuşdur ki , buyurdu : Əcəm padşahlarından biri Peyğəmbərə bir qul hədiyyə etdi. Fatiməyə dedim : Allah Peyğəmbərinin yanına get və ondan özün üçün bir xidmətçi istə Fatiməyi - Zəhra (s) yanına gedib və bu mövzunu onunla ortaya qoydular .
Peyğəmbər buyurdu : «Fatiməcan ! Sənin üçün xidmətçidən və dünyadan daha üstün olan bir şey sənə verim ; Namazdan sonra 34 dəfə «Allahu-Əkbər» , 33 dəfə «Əl-həmdulillah» 33 dəfə «Sübhanəllah» de və axırda bu üçlük zikri «La ilahə illəllah» ilə tamamla . Bu sənin üçün istədiyindən , dünya və dünyada olanlardan daha yaxşı və üstün olacaq . Buna görə də Fatiməyi-Zəhra (s) bu təsbihatları hər namazdan sonra zikr etməyə diqqət yetirirdi və bu səbəbə görə təsbihat ona nisbət verildi və camaat arasında «Fatiməyi-Zəhra (s)»təsbihatı adı ilə məşhurdur .
Təsbihin sirri
İmamlardan olan hədislərdən gəlmişdir ki , Fatiməyi-Zəhra (s) ın bu məşhur zikrində 34 dəfə Allahu -Əkbər , 33 dəfə Əlhəmdullilah və 33 dəfə Subhanəllah ki , bu təsbihə əlavə olaraq Lailahə -illəlah ilə tamamlayın .
Bütün bu fəzilətlərin sirri bəlkə bu olsun ki, bir dilənçi İmam Cəfər Sadiq (ə)-dan sual edir ki , Kəbə evinin 4 sütunu var və kub şəkilində dörd güşəlidir .Bunun sirri nədir ? İmam (ə) buyüurdu : Çünkü Beytul-Məmuruen 4 rükunu (sütunu) var . Dilənçi soruşdu : Niyə Beytul-məmurun 4 sütunu vardır . İmam (ə) buyurdu : Çünkü ərşin 4 sütunu vardır . Dilənçi soruşdu : Ərşin niyə 4 sütunu vardır ? Çünki hər ərş bir rüknün üstündə durur . 1-cisi Allahu-Əkbər , 2-cisi Sübhanəllah , 3-cü sü Əlhəbdülillah , 4-cüsü Lailah illəllahdır . Bu hədis başa salır ki , təşri aləmində hər nə varsa təkvin aləmində bir sirr vardır . Əgər Peyğəmbər bu təsbişi Həzrəti Fatiməyi (s) a öyrədirsə və bu təsbihə onun adını verirsə və yaxud İmam Sadiq (ə) : «Bu təsbihi zikir etmək bizim üçün min rəkət namazdan daha yaxşıdır» buyurursa bəlkə bu məqsəd üçündür ki , bu təsbihin insanı ərşə qədər yüksəkliklərə aparmağa qüdrəti vardır və bəlkə bu dəlilə görə Təsbih (deyən) halında üzü qibləyə durmaq və ya dəstamazı almağı onun üçün şərt etmiş və bu təsbihin namaz kimi insanları meraca aparmaq qüdrəti varsa və əgər bir insan xalis niyyətlə bu 3 mühüm zikrə iqrar etsə və onu «La ilahə illəllah» ilə tamamlasa onun yanında (müqabilində) Allahdan başqası böyük olsun və ya başqasına həmd etsin və Allaha vəsl olmadan və ya başına şəxsi özünə məbud qərar versin .Hal bu ki , La İlahə İlləllahda bir ilahın inkarıdır və bir Allahın isbatıdır . Bəli belə bir şəxs zaman keçdikcə azmasının imkanı azdır ; Çünki bir şeydən yapışmışdır ki , ondan daha möhkəmi yoxdur .Çünki o Allahın ərşindən yapışmışdır və Allahdan istsəyir ki , biz günahkar bəndələrinə özünün ərşinə yetişməyəı və Allaha yanaşmağa lütf etsin .
Fatiməyi-Zəhra (s) təsbihinin şəriətə mənsub olmasının səbəbi .
Həzrəti Peyğəmbər (s) qızı Fatiməyiə (s) təsbihat və zikirləri hər namazdan sonra və yatan zaman onları deməsi üçün təsbihat və zikirlər öyrətdi ki , həzrəti Fatimə (s) ın təsbihi adı ilə məşhurdur .
Əlləma Məclisi (rə) deyir : Bu təsbihin şəri olmasının səbəbi bir qayda olaraq imamiyyə və başqaları rəvayət etmişlər o idi ki , Əmirəl-möminin (ə) buyurdu : Ev işlərində Fatimənin bərk zəhmət və çətinlik çəkdiyini gördükdə ayrı tərəfdən Allah elçisi üçün döyüş qəniməti adı ilə əsirlər gətirdiyindən xəbərdar olduqda Fatiməyə dedim : Niyə atanın yanına getmir və ondan ev işlərində sənə kömək etmək . Çətinlik və əziyyətini azaltmaq üçün ondan bir xidmətçi istəmirsən ? Xanım o Həzrətin yanına getdi , lakin bir dəstənin o Həzrətin hüzurunda oturduğunu müşahidə etdi və öz mətləbini deməyib qayıtdı .Həzrəti peyğəmbər (s) başa düşdü ki , Fatimə (ə) onun üçün əhəmiyyətli bir iş üçün gəlmişdir . O günün sabahı səhər vaxtı Fatimənin (ə) mənzilinə gəlib dünən gəlişinin səbəbini sual etdi . O xanım öz istəyini bəyan etmək üçün xəcalət çəkdi .Əziz Peyğəmbərə (s) ərz etdim : Siz ev işlərinin nə qədər çox olduğunu bilirsiniz . Su çəkmək , dəyirman unu üyütmək , süpürmək və bunun kimi işlər ki , ağır şəkildə onu narahat etmişdir . Mən ona demişdim ki , yaxşı olar ki , yanımıza gəlib çətinlik və əziyyətlərini azaltmağa görə onun üçün bir xidmətçi təyin etməyinizi istəsin . Həzrət buyurdu : Xidmətçidən daha üstün bir şeyi deyimmi ? Dedi : Bəli ! Ey Allahın rəsulu ! Həzrət bu məşhur təsbihi ona yatan zaman və hər namazdan sonra oxumasını təlim etdi .

Bədbəxtçilikdən nicat tapmaq .
İmam Sadiq (ə) buyurdu : Ey Əba Harun ! Biz öz uşaqlarımızı namaz qılmağa əmr etdiyimiz kimi Fatiməyi-Zəhranın (ə) təsbihini zikr etməyə əmr edirik . Onu zikr etməyə diqqət səy et və zikirləri qoru .Hər bir bəndə onu qorusa bədbəxt olmaz .

Günahların bağışlanması .
İmam Sadiq (ə) buyurdu : Hər kəs vacib namazdan sonra sağ ayağını sol ayağının üstündən götürməmişdən əvvəl Fatiməyi - Zəhra(s) nın təsbihini desə bütün günahları bağışlanar və bu təsbihi «Allahu-Əkbərdən» başlasın»
Behiştin vacib olması :
İmam Sadiq (ə) buyurdu : «hər kəs Fatiməyi-Zəhra (s) ın təsbihini vacib namazdan sonra təşəhhüd və salam oturuşu halından çıxmamışdan əvvəl zikr etsə Allah-taala behişti ona vacib edər .
Əbbas Əzizi


Əlavə etdi: Əliyev Ceyhun (Administratorluq) () Reytinq: 5.0/1

"Allah Adəmi tər-təmiz palçıqdan yaratdı. Sonra Adəm övladını nütfə halında möhkəm bir yerdə yerləşdirdi, sonra nütfəni laxtalanmış qana çevirdi, laxtalanmış qanı bir parça ət etdi, o bir parça əti sümüklərə döndərdi, sümükləri ətlə örtdü və daha sonra onu bam-başqa bir məxluq olaraq yetişdirdi. Yaradanların ən gözəli olan Allah nə qədər ucadır!" (Muminun; 12-14 ayələr)
"Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən böyük günahdır!" (İsra; 31)
Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd buyurmuşdur:
"Hamilə qadın gündüzləri oruc tutub, gecələri namaz qılan və Allah yolunda öz canı və malı ilə cihad edən kəslərə bənzəyir. Uşaq dünyaya gətirmiş ana elə bir mükafat alır ki, onun böyüklüyünü heç təsəvvür edə bilməz..."
Əziz gəlinlər və ana olmağa hazırlaşan qadınlar! Bilməlisiniz ki, gələcək övladlarınızın fiziki və mənəvi sağlamlığının, gözəlliyinin əsası hələ hamiləlikdən əvvəlki dövrdə qoyulur. Ana olmaq arzusu ilə yaşayan hər bir qadın ilk növbədə özünü fiziki və mənəvi cəhətdən bu şərəfli vəzifə üçün hazırlaşdırmalıdır. Hələ hamiləlikdən əvvəl öz orqanizminizi möhkəmlətməli, stresslərdən qorunmalısınız. Bunlara nail olmaq üçün ən gözəl və təbii vasitə vaxtlı-vaxtında orqanizmin normal fəaliyyəti üçün zəruri olan maddələrlə zəngin məhsullarla qidalanmaq, normal yuxu almaq, təmiz havada çox gəzmək və hər zaman nikbin olmaqdır.
Ümumiyyətlə, qidanın gələcək övladınızın şəxsiyyətinin formalaşmasında çox böyük təsiri var. Buna görə də, hər iki valideyn övladının nütfəsinin əsasını qoymazdan əvvəl və sonra yalnız halal yolla əldə edilmiş və Allahın halal buyurduğu yeməklərlə qidalanmalıdır. Qurani-Kərimdə Allah-Təala bu barədə buyurur:
"Ey insanlar! Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətlərinə şükür edin. Şeytanın izi ilə getməyin! Həqiqətən, o sizinlə açıq-aşkar düşməndir". (Bəqərə; 168, 172)
Beləliklə, əgər uşağın nütfəsi haramdan əmələ gələrsə və ya ana hamiləlik dövründə haram yemək yeyərsə, bu, uşağın xilqətində bədbəxtçilik zəmini yaradar. Həmçinin yeməkdən əvvəl "bismillah" deməyi və yeməkdən sonra verdiyi nemətlərə görə Allaha həmd və şükür etməyi də unutmayın.
Uca Allah Öz kitabında hamilə qadın üçün ən xeyirli olan qidaya işarə edərək Həzrəti Məryəm haqqında belə buyurur:
"Doğuş sancısı Məryəmi bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dərhal ona belə bir nida gəldi: "Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye, iç, gözün aydın olsun". (Məryəm; 23-26 ayələr)
Peyğəmbərimizdən gələn bir çox hədislərdə də hamilə qadınlara xurma, heyva, alma kimi qüvvətləndirici qidalar yemək tövsiyə edilir. Və əksinə olaraq, hamiləliyin ilk həftələrində kündür, sirkə, keşniş və turş alma yeməkləri məsləhət görülmür. Müasir alimlərin də nəzərinə görə, hamiləlik dövründə münasib və qüvvətləndirici yeməklərin uşağın surətinin gözəlliyinə və lətafətinə misilsiz təsiri var.
Əziz xanımlar! Unutmayın ki, hamiləlik vaxtı baxdığınız və eşitdiyiniz hər bir şey sizin gələcək övladınızda öz izini qoyur. Məsələn, dölün eşitmə aparatı bətndaxili inkişafın erkən vaxtlarında artıq formalaşmış olur. Bu da onu göstərir ki, döl hələ dərk etməyə qadir olmasa da, o artıq eşidir və eşitdikləri onun yaddaş aparatında həkk olunur. Buna görə də, qeybət və pis sözləri eşitməkdən uzaq olun, həmçinin öz dilinizi də belə nalayiq şeylərdən qoruyun. İnsanın mənəviyyatına zidd olan, kədərləndirici, həyəcanlandırıcı, qorxulu, haram və əxlaqsız səhnələrə, filmlərə, verilişlərə və s. baxmaqdan çəkinin. Əksinə olaraq, insanın daxili, ruhi və mənəvi aləmini zənginləşdirən və öz gözəlliyi ilə Allahın varlığına işarə edən, Onu xatırladan təbiət səhnələrini seyr edin, gözəl söz danışın, mümkün qədər çox Quran oxuyun. Çünki, müqəddəs Quran Uca Allahın sözu və qəlblərin şəfasıdır. Sidq ürəklə Allahdan sizə saleh, pak və sağlam övlad bəxş etməyini diləyin. Bir sözlə, Allahı çox zikr edib, Onunla dua vasitəsilə ünsiyyətdə olun. Yaxşı olar ki, bütün bunlara hələ hamiləlikdən əvvəl əməl etməyə başlayasınız. Onu da qeyd edək ki, hamiləlik vaxtı namaz qılmaqda əziyyət çəkən qadınlar oturuqlu halda namazlarını rahat qıla bilərlər.
Övladınızla hələ ana bətnində ikən ünsiyyət qurun, çünki bu, valideyn-övlad bağlarını daha da möhkəmləndirir. Məhəmməd peyğəmbərin tövsiyəsinə uyğun olaraq övladlarınız hələ dünyaya gəlməmişdən əvvəl onlar üçün gözəl adlar seçin.
Bütün bu deyilənlərdən məlum olur ki, yeyilən qidaların növləri, eşidilən və gözlə görünən hər bir şey, müsbət və mənfi rəftarlar, emosiyalar və nəhayət ananın bütün əxlaqi və ruhi xüsusiyyətləri övladın formalaşmasında təsirlidir. Bundan əlavə, atanın da əxlaqi və ruhi keyfiyyətləri gələcək uşağın şəxsiyyətində öz izini qoyur. Elə isə, ey atalar, ey analar, öz mənəvi gözəlliyinizlə balalarınızın həyatını gözəlləşdirməyə tələsin!
Allah övladlarınızı Öz saleh bəndələrindən qərar versin!
(Mənəvi Saflığa Dəvət)


Əlavə etdi: Əliyev Ceyhun (Administratorluq) () Reytinq: 5.0/1

Həzrət Fatimeyi Mə’sumə (ələyha salam)- ın həyatına bir baxış
Bağışlayan və mehriban Allahın adı ilə
O həzrətin adı Fatimə, məşhur ləqəbi isə «Mə’sumə»-dir. Atası, şiələrin yeddinci imamı Musa ibn Cə’fər (imam Kazim) əleyhis-salam, anası isə səkkizinci imam həzrət Rza (əleyhis-salam)-ın anası sayılan Nəcmə Xatun (ələyha-salam)-dır.
Beləliklə də həzrət Mə’sumə (ələyha-salam) və imam Rza (ələyhis-salam) bir ata-anadan dünyaya gələn bacı və qardaşdılar.
O həzrət hicri-qəməri tarixi ilə 173-cü il, Ziqə’də ayının 1-də müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır.
Uşaqlıq dövranında ikən Bağdad şəhərində Harunun zindanında həbs olunmuş atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı həzrət imam Rza (ələyhis-salam) onu öz himayəsi altına alaraq saxlamışdır.
Hicri-qəməri tarixi ilə 200-cü ildə Mə’mun Abbasinin tə’kid və hədə-qorxularından sonra imam Rza (əleyhis-salam) sürgünə bənzəyən Mərv səfərinə düzəlmiş və yanında Əhli-beytindən heç bir kəs olmayan halda Xorasana getmişdir.
Qardaşının hicrətindən bir il keçdikdən sonra, imam Rza (ələyhis-salam)-ı görmək şövqündə olan həzrət Mə’sumə (ələyha salam) bir dəstə qardaşı və qohumu ilə Xorasana tərəf yola düşdü.
Keçdikləri bütün şəhər və məhəllələrdə xalq onları təntənə ilə qarşılayır, onlara məhəbbət və qonaqpərvərlik göstərirdi.
Həzrət Mə’sumə (ələyha salam) da böyük bibisi həzrət Zeynəb (ələyha salam) kimi qardaşı imam Rza (əleyhis-salam)-ın məzlumiyyəti və qürbətini mö’min və müsəlman xalqlara çatrırır, həmçinin onlara özü və Əhli-beytin Bəni-Abbasın hiyləgər hökumətinə qarşı olan müxalifətini bəyan edirdi.
Karvan «Savə» şəhərinə çatdıqda, hökumət mə’murlarının himayə etdiyi bir dəstə Əhli-beyt müxalifləri onların qabağını kəsərək onlarla vuruşmağa başladılar.
Nəticədə təxminən karvanın bütün kişiləri şəhid olub, bir rəvayətə əsasən həzrət Mə’sumə (ələyha salam) isə zəhərləndi.
Hər halda o həzrət ya çoxlu qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələndi və Xorasana getməkdən aciz qalıb, Qum şəhərinə tərəf yola düşdü.
O həzrət soruşdu: Bu «Savə» şəhərindən «Qum» şəhərinədək nə qədər yol vardır?
Yolun miqdarını o həzrətə dedikdə, buyurdu: «Məni Qum şəhərinə aparın. Çünki atamdan eşitmişdim ki, (belə) buyururdu: «Qum şəhəri bizim şiələrimimzin mərkəzidir».
Qum şəhərinin ağsaqqalları bu sevindirici xəbəri eşitdikdə, o həzrəti (ə) qarşılamağa getdilər.
«Əş’əri» qəbiləsinin ağsaqqalı «Musa ibn Xəzrəc» o həzrətin dəvəsinin cilovunu tutmuş, xalqın çoxu isə piyada və minik halında həzrətin əyləşdiyi kəcavəni əhatəyə almışdılar. Həzrət Mə’sumə (ələyha salam) hicri-qəməri tarixi ilə 201-ci ilin təqribən Rəbiul-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil oldu.
Daha sonra «Mir meydanı» adlanan bir yerdə (Musa ibn Xəzrəcin şəxsi mənzili qarşısında) kəcavədən enib, onun qonağı oldu.
O həzrət on yeddi gün müddətində bu şəhərdə yaşamış və bu müddətdə ibadətlə məşğul olmuşdur. O həzrətin ibadət etdiyi yer, bu günədək «Sittiyyə mədrəsəsində» - «Beytun-nur» adı ilə məşhurdur. O yer ziyarətgah sayılır.
Beləliklə də Rəbius-sani ayının onu və başqa rəvayətə əsasən on ikisi (201 h. q.), həzrət öz qardaşı imam Rza (əleyhis-salam)-ı görmədən, qürbət yerdə böyük qəm-qüssə ilə dünyasını dəyişib, şiələri matəmə qərq etdi.
Qum əhalisi o həzrətin pak bədənini böyük təntənə ilə bu günkü hərəm yerində olan o zamankı «Babilan bağına» apardılar.
Qəbr hazır olduqda, o həzrətin kimin əli ilə dəfn edilməsində çətinliklə üzləşdilər.
Elə bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkmiş iki atlı sür’ətlə onlara yaxınlaşdı. Namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil oldu, digəri isə həzrətin pak cəsədini qaldıraraq ona verdi.
O iki nəfər işlərini qurtardıqdan sonra heç bir kəslə danışmadan öz atlarına minib oradan uzaqlaşdılar.
O iki nəfərin Allah-taalanın iki höccəti sayılan həzrət imam Rza (əleyhis-salam) və imam Cavad (əleyhis-salam) olması nəzərə çarpır. Çünki şəriət qaydalarına əsasən günahsız qadın bədəni günahsız şəxsin əli ilə dəfn olunmalıdır. Belə ki, həzrət Fatimə (ələyha salam)-ı Əmirəl mö’minin Əli (əleyhis-salam) və həzrət Məryəm (ələyha salam)-ı İsa (ələyhis-salam) şəxsən dəfn etmişdir.
Həzrət Mə’sumə (əleyhis-salam)-ın dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs qəbrinin üzərində qamışdan toxunmuş həsirdən bir örtük düzəltdi.
Hicri-qəməri tarixi ilə 256-cı ildə isə imam Cavad (əleyhis-salam)-ın qızı Zeynəb (ə), o həzrətin qəbri üzərində ilk dəfə olaraq günbəz tikdirdi.
Beləliklə də həzrət Mə’sumə (ələyha salam)-ın müqəddəs qəbri Əhli-beyt (əleyhimus-salam)-ın ardıcılları, həmçinin vilayət və imamət aşiqlərinin ziyarətgahı və şəfa yerinə çevrildi.


Əlavə etdi:  () Reytinq: 0.0/0

TƏVƏLLÜD
Həzrət Əli (ə) və Fatimeyi-Zəhra (s)-ın Həsən, Hüseyn, Zeynəb, Ümmi Gülsüm və Möhsin adlı beş övladı olmuşdur. Bu xanədanın üçüncü övladı Zeynəb Hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı.
ATANIN ZİNƏTİ
Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq:
SƏMAVİ AD
Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.
Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.
Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. çünki, o, Xədiceyi-Kubra kimidir.
Yə`ni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.
PEYĞƏMBƏR İLƏ BİRLİKDƏ
Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.
Bu beş il fürsət idi ki, Həzrət Zeynəb Peyğəmbərin mübarək vücudundan səbr və dözüm hədisini yazsın. çünki, o, Zeynəbin həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun.
DƏRDLİ YUXU
Zeynəb, onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri tə`bir edir ki, Əlinin yetişdirməsi və Zəhranın qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq:
Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:
«Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.»
Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu:
«Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.»
BİRİNCİ HADİSƏ
Çox keçmədi ki, Zeynəbin yuxusunun bir hissəsi çin çıxdı və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi. Bu, onun lətif və riqqətli qəlbini incidən ilk müsibət və sanki bir başlanğıc idi. Hələ bilmirdi ki, qarşıda hansı müsibət və bəlalar onu gözləyir. Amma bəşər tarixinin bu yenilməz siması heç vaxt həyatın ağrıları qarşısında baş əyməyəcək, mətanətlə islamın qorunması üçün öz vəzifəsini yerinə yetirəcəkdir.
ANASI FATİMƏ İLƏ GÖRÜŞ
Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb Zəhra kimi bir ananın məhəbbətindən yalnız bir neçə il bəhrələndi.
Bir neçə illik bu qısa müddət Zeynəbi Allah yolunda müsibət və çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb Peyğəmbərin vəfatından sonra anası Fatiməni gülən və hətta təbəssüm edən halda da görmədi. Fatimə atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yə`qub, Yusif və imam Səccad (ə) kimi ən çox ağlayanların sırasında qeyd etmişlər.
Zeynəb bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-beyt haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o isə səbr edib dözür və sanki daha böyük müsibətlərə hazırlaşırdı.
HAQQIN MÜDAFİƏSİ
Zeynəb anası Fatimənin Peyğəmbər məscidində Fədək və Əhli-beytin müdafiə mövzusunda etdiyi çıxışda iştirak edirdi. O, anasının xütbəsini dinləməklə yanaşı, zülm qarşısında necə mövqe tutmaq yolunu da öyrənirdi.
O, anasından öyrəndi ki, düşmənlə necə mübarizə etmək və onu rüsvay etmək olar. O, hazırlaşırdı ki, Kufə bazarında, İbn Ziyad və Yezidin saraylarında öz sözləri ilə onların cinayətlərini ifşa edib İslam və Əhli-beyt vilayətini müdafiə etsin.
SONUNCU GÖRÜŞ
Nəhayət, ana ilə son görüş və vidalaşma zamanı çatmışdır. Zəhranın pak ruhu mələkut aləminə pərvaz edib, cismi isə qüsl olunub kəfənlənmişdir. Atanın göstərişi ilə Zəhranın balaları ana ilə vidalaşır, son dəfə onu qucaqlayıb ayrılırlar. Həzrət Əli (ə) bu qəmli səhnələri belə təsvir edir:
«Zəhranın kəfənini düyünləyərək Ümmü Gülsüm, Zeynəb, Həsən və Hüseynə dedim: Gəlin son dəfə ananızla görüşün ki, bu ayrılığın başlanğıcıdır. növbəti görüş isə behiştdə olacaqdır. Həsən və Hüseyn anaları tərəfə gələ-gələ bu sözləri deyirdilər: Babamız Peyğəmbər (s) anamız Fatimənin (ə) ölmündə olan qəm və həsrət yanğısı heç vaxt sönməyəcək. Ana can! Bizim salamamızı babamız Məhəmməd Mustəfaya (s) çatdır və de ki, səndən sonra biz dünyada yetim qaldıq».
Əli (ə) buyurur: «O zaman göydən bir səs eşitdim ki, deyirdi: Ey Əbul-Həsən, onları anasının qucağından götür. Bu iki uşaq göyün mələklərini ağlamağa məcbur etdilər.»
Beləliklə, Zeynəb körpə yaşlarında mehriban ana və səmimi dostunu itirdi.
ANASINDAN SONRA
Artıq Əli evi Fatimə vücudunun şamı ilə nurlanmırdı. Buna görə də uşaqları öhdəsinə götürən bir qadına ehtiyac var idi. Fatimə (ə) bu əhəmiyyətli işi ömrünün son günlərində duymuş, uşaqları üçün mehriban ana və Əli üçün vəfalı yoldaş tapıb onunla evlənməyi Əli (ə)-a tövsiyə etmişdi. Bu şərəf həzrət Zəhranın ögey bacısı «Əmaməyə» mənsub idi.
Zeynəb anasından sonra Əli kimi atanın tərbiyəsi sayəsində, Həsən və Hüseyn kimi qardaşlarla yanaşı böyüyüb yetkinləşir və elə uşaqlıqdan çoxlu çətinlik və ruhi sıxıntılara dözüb tərcrübə toplayır.
Zeynəb Həsən və Hüseyndən kiçik olamasına baxmayaraq, Fatimə qızı və onun yetişdirməsi olduğu üçün qardaşları ilə onun arasında vəsfəgəlməz məhəbbət və bağlılıq olmuşdur. Bu məhəbbətin nəticəsində də o, bir an da qardaşlarından ayrılmır və onların qüssələrinə dözə bilmirdi. necə ki, görəcəyik o, ömürünün sonuna qədər mehriban ana kimi onları sevir və qəmlərinə şərik olurdu.
ŞƏRİKLİ HƏYAT
Artıq Zeynəbin ailə qurmaq vaxtı yaxınlaşmışdır. O bilir ki, izdivac hər bir insan üçün təbii və şər`i vəzifədir və bu sünnətdən imtina etmək Peyğəmbərin (s) dinindən çıxmaq deməkdir.
Lakin Zeynəb izdivac etməklə boynunda olan böyük vəzifəni unutmur. O bilir ki, hər an və bütün səhnələrdə qardaşının yanında olmalıdır. O bilir ki, əzizlərinin qiyamının səmərəsi onun əsir düşməsi, səbr edib dözməsi, qiyamın mahiyyət və səbəblərini bəşəriyyət tarixinə yetirməsindən asılıdır.
Bu səbəbdən Zeynəb izdivac ərəfəsində də vəzifəsini unutmur və ailə qurmaq üçün imam Hüseynlə (ə) birgə olmağı şərt kəsir. Əli (ə) qızına elçi göndərən və Əhli-beyt dostlarından olan Əbdüllah ibni Cə`fər sözsüz ki, bu şərti qəbul edir və nəhayət Zeynəbi-Kübranın əri olmaq şərəfinə nail olur.
ZEYNƏBİN HƏYAT YOLDAŞI
Əbdüllah Cə`fərin övladlarındandır. Cə`fər isə Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir. Cə`fəri-Təyyar adı ilə məşhur olan bu insanın şəxsiyyətini Peyğəmbərin (s) sözləri və ona bağlılığı ilə müəyyən etmək olar. Yəhudilərin Xeybər qalasının fəthi və Cə`fərin Həbəşədən qayıtdığı zaman Peyğəmbər (s) onu qucaqladı və alınını öpüb buyurdu: «Bilmirəm hansı iş üçün sevinim. Xeybərin alınması, ya Cə`fərin gəlişi üçün?» Sonra Peyğəmbər (s) ona məscidin qonşuluğunda mənzil verdi.
Mutə döyüşündə Cə`fərin iki qolu da kəsiləndən sonra bayrağı yerə atmağa razı olmayıb onu dişlərinə aldı. Həzrət Peyğəmbər (s) bu barədə buyurmuşdur: «Allah Cə`fərin iki qolunun yerinə ona iki qanad verəcək ki, behiştdə onlarla pərvaz etsin.» Buna görə də ona Cə`fəri-Təyyar (uçan) deyiblər.
Əbdüllah Həbəşədə doğuldu. Bu o zaman baş verdi ki. Cə`fər öz həyat yoldaşı və bir dəstə müsəlmanla birgə düşmənlərin təzyiqi nəticəsində, Peyğəmbərin (s) təklifi ilə həbəşəyə hicrət etmişdilər.
Əbdüllahın atası Cə`fərin şəhadətindən sonra Peyğəmbər (s) onun uşaqlarını yanına gətirib bir ata məhəbbəti ilə qucağına alar, öpüb ağlayar, beləliklə sanki Əbdüllaha və başqa balalara təsəlli verərdi.
Peyğəmbərdən sonra Əbdullah Həzrətin (ə) yanında rəşadət və fədakarlıqlar göstərmiş, Süffeyn döyşündə isə döyüş səhnəsinin xüsusi qəhrəmanlarından hesab olunmuşdur. O zamanlar o, səxavət və əliaçıqlıqda da məşhur idi.


Əlavə etdi: Əliyev Ceyhun (Administratorluq) () Reytinq: 4.0/1

«Mehriyyə» (nikah hədiyyəsi) və «nəfəqə» (ailənin yaşayış xərci)
Ailədaxili münasibətlərdə mövcud olan qədim ənənələrdən biri, evləndiyi zaman kişinin öz əmlakından gələcək həyat yoldaşına və ya qayınatasına bağışladığı «mehriyyə» adlı hədiyyə olmuşdur. Bundan əlavə, kişinin öhdəsinə düşən digər ən mühüm vəzifələrdən biri də ailənin yaşayış xərcini təmin etmək idi.
Görəsən, bu adət nəyə əsaslanır? Hansı amillər onun yaranmasına səbəb olmuşdur? Əgər qadın və kişi hər biri öz təbii hüquqlarını əldə ediblərsə, aralarında humanist münasibət qurulubsa və qadına olan baxış insani dəyərlərə söykənibsə, kişinin qadına «mehriyyə» verməsinə və ya ailənin yaşayış xərcini təmin etməsinə ehtiyac varmı? Uzun bir zamanı əhatə edib, bizim dövrə kimi gəlib çıxan «mehriyyə» və ailənin yaşayiş xərcinin təmini sizcə qadının kişiyə qul olduğu dövrlərin yadigarı deyilmi? Halbuki 20-ci əsrin aktual məsələsi olan «İnsan hüquqlarının bərabərliyi» iqtisadi məsuliyyətin yalnız kişi tərəfindən deyil, həm də qadın tərəfindən öhdəçiliyini tələb edir.
Mehriyyənin qısa tarixi
Alimlərin nəzərinə əsasən, hələ tarixdən öncə insanlar qəbilə və tayfa şəklində yaşadıqları zaman məlum olmayan səbəblər üzündən qan qohumları ilə evliliyə yol verilməzdi. Buna görə də evlənmək yaşına çatan qəbilə cavanları ailə qurmaq üçün qızı başqa qəbilələrdən seçmək məcburiyyətində qalardılar. Bu dövrlərdə kişi, nəsli davam etdirməkdə ifa etdiyi rolundan xəbərsiz idi. Baxmayaraq ki, ata uşaqların ona oxşarlığını görür, amma bunun səbəbini dərk edə bilmirdi və uşaqların dünyaya gəlməsindəki rolundan xəbərsiz olduğu üçün onları yalnız ananın övladı hesab edirdi. Digər tərəfdən təbii ki, uşaqlar da özlərini ananın övladları hesab edirdilər. Beləcə soy, kişi tərəfindən deyil, qadın tərəfindən tanınar, kişilərə isə sonsuz bir varlıq kimi baxılardı. Kişi, evləndikdən sonra tüfeyli bir varlıq kimi qadının tayfası arasında ömür sürərdi. Qadın, kişinin yalnız qol gücündən və bəzən də cinsi ehtirasının təminçisi kimi ondan bəhrələnərdi. Bütün hüquqlara ancaq qadınların malik olduğu bu dövr, tarixdə «Matriarxat» dövr kimi adlandırılıb.
Çox keçmir ki, kişi, uşaqların dünyaya gəlməsindəki rolunu anlayaraq özünü onların əsas sahibi kimi tanıyır. Bu vaxtdan etibarən qadını tamamilə özünə tabe edib, ailənin başçılığını öz ixtiyarına alır. Bu ikinci mərhələ isə tarixdə «Patriarxat» dövrü adlanır.
Birinci mərhələdə olduğu kimi, bu mərhələdə də qan qohumları ilə evliliyə icazə verilmirdi. Odur ki, oğlanlar qızı başqa qəbilədən seçib, öz qəbilələrinə gətirərdilər. Amma qəbilələr arasında daim baş verən döyüşlər üzündən oğlanlar gələcək həyat yoldaşını qaçırmaq məcburiyyətində qalırdılar. Tədricən, qəbilələr arasında sülh bərqərar olur və qəbilələr dinc həyat tərzini sınaqdan keçirirlər. Bu dövürdə qızqaçırma adəti aradan qalxır. Lakin digər tərəfdən başqa qəbilənin qızı ilə evlənmək istəyən şəxs üçün yeni bir öhdəçilik üzə çıxır: o, bir müddət qızın atasına muzdurluq etməli idi! Məhz bu müddət başa çatıqdan sonra ata qızını oğlan evinə yola salardı.
Bu adət, ictimai rifahın yüksəldiyi dövrə qədər sürür.Bu məqamda kişi anlayır ki, uzun illər qızın atasına muzdurluq etməkdənsə, ona münasib bir hədiyyə verib, qızı öz evinə aparsın. Beləcə bu əməl, mehriyyənin yaranmasına səbəb olur.
Patriarxat dövrünün matriarxat dövrünü əvəz etməsi, kişinin qadın üzərində tam ixtiyar sahibinə çevrilməsi və ondan cinsi ehtirasının təminçisi kimi istifadə etməsi qadının ictimai və iqtisadi məsuliyyətinin əlindən alınması ilə nəticələnir. O, öz hüquqlarından o dərəcədə məhrum olur ki, əldə etdiyi zəhmət haqqına belə ya əri, ya da atası yiyələnir. Əslində isə kişinin mehriyyə olaraq qayınatasına verdiyi pul və ya ailədə ödədiyi yaşayış xərci, birgə ailə həyatında bir növ qadının iqtisadi istismarına xidmət edirdi.
İslam hüququ baxımından mehriyyə
Lakin bəşər tarixində sosiloqların toxumadığı başqa bir mərhələ də mövcuddur. Bu mərhələdə kişi evləndiyi vaxt, mehriyyəni (nikah hədiyyəsi) şəxsən qadının özünə təqdim edir və heç kim, o cümlədən qızın valideynləri həmin hədiyyəyə şərik deyildirlər. Bu mərhələnin digər mühüm xüsusiyyəti də ondan ibarətdir ki, qadın, ona verilən hədiyyənin sahibi kimi tanımaqdan əlavə, onun ictimai və iqtisadi hüquqları da qorunur. İlk öncə o, atası və ya qardaşının istəyi ilə deyil, şəxsən özü gələcək həyat yoldaşını seçir. İkincisi, istər ata evində, istərsə də ər evində heç bir şəxsin onu istismar edib, qazancını əlindən almağa ixtiyari yoxdur. Üçüncüsü, onun hüquqi müamilələrində ərin qəyyumluğuna ehtiyac duyulmur və s.
Bu mərhələdə habelə, qadınla intim əlaqə yalnız evlilik çərçivəsində məhdudlaşır və mehriyyədən əlavə, kişi, evlilik müddəti boyunca ailənin yaşayış xərcini də təmin edir.
Bu mərhələ, İslam dininin qəbul etdiyi və həmin şərtləri evlilik üçün təyin etdiyi bir mərhələdir. Qeyd olunan şərtlər haqqında İslamın əsas mənbəyi olan müqəddəs kitabımız Qurani-Kərimdə çoxlu ayələr və eyni zamanda məsumlarımızdan rəvayət olunan hədislərimiz vardır.
Məhz bu mərhələdədir ki, qadının «mehriyyə» və yaşayış xərcinin təmini məsələsi barədə anlaşılmazlıq yaranır. Belə ki, öncəki mərhələlərdə mehriyyə, qızın atasına verilir, qız isə ər evinə aparılaraq bir qul kimi istismar olunurdu. Bu halda mehriyyənin fəlsəfəsi, qızın atadan pulla alınmasından, yaşayış xərcinin fəlsəfəsi isə hər bir sahibkarın öz qulu üçün ödədiyi zəruri xərclərdən ibarət olurdu. Əgər qızın atasına müəyyən məbləğ verib, qızını almırlarsa, ərin qadını istismar etmək hüququ yoxdursa və qadın iqtisadi və hüquqi baxımdan tam azaddırsa, hətta həyat yoldaşının qəyyumluğuna belə ehtiyacı yoxdursa onda mehriyyə və yaşayış xərcinin zəruriliyi nədən ibarətdir?
Mehriyyənin həqiqi fəlsəfəsi
Bizim nəzərimizcə mehriyyə, qadın və kişi münasibətlərini tarazlaşdırmaq və onları bir-birinə qovuşdurmaq üçün atılan ən münasib addımlardan biridir. Sevgi, duyğu məsələsində təbiət etibarı ilə qadın məşuqə, kişi isə aşiq rolunu ifa edir. Ariflər eşq və aşiq-məşuq qanununun bütün kainatda hökm sürdüyünü bildirirlər. Təbii ki, hər bir varlığın özünəxas vəzifəsi vardır. Sanki xaliq, gözəlliyi, qüruru, zərifliyi, zahiri ehtiyacsızlığı qadına, aşiqliyi və ehtiyacı isə kişiyə bəxş etmişdir. Beləliklə, qadının fizioloji gücsüzlüyü, kişinin güc-qüvvətinin müqabilində belə bir şəkildə tarazlaşmışdır. Elə bu fərqlərə əsasən də həmişə – həm matriarxat və həm də patriarxat dövrlərdə – kişi qadına elçilik etmiş və onun razılığını qazanmaq üçün ona hədiyyə bağışlamışdır.
Nə üçün həmişə kişilər hansısa bir qadına sahib çıxmaq üçün bir-biri ilə rəqabət aparırlar? Halbuki, belə bir hallara qadınlar arasında ya heç rast gəlinmir, ya da çox azdır. Beləcə bütün bu misallar, bizə qadın xarakterindəki həya və ismətdən xəbər verir. Mehriyyə də qadın təbiətinə – onun həya və ismətinə söykənir. Yəni qadın, öz təbiətindən ilham alaraq dərk etmişdir ki, o, öz izzət və qürurunu qorumalı və özünü ucuz tutmamalıdır.
Qarşılıqlı münasibətlərdə də qadının kişiyə qoyduğu təsir, kişinin qadına qoyduğu təsirdən daha çoxdur. Kişi, igidlik, qəhrəmanlıq, alicənablıq, dahilik və s. bu kimi bir çox müsbət keyfiyyətlərin onda formalaşmasında məhz qadına – onun ismət və həyasına – borcludur. Bir sözlə həqiqət bundan ibarətdir ki, kişini, ümumiyyətlə, cəmiyyəti «yaradan» və formalaşdıran qadındır! Əgər qadın, bu mühüm xasiyyətini, yəni ismət və həyasını istərsə, ilk öncə o, qadınlığını itirmiş olur. Sonra isə kişi, tədricən öz kişilik məsuliyyətini unudur və nəhayət ,cəmiyyətin özülü uçulub, aradan gedir.
Qurani-Kərimdə mehriyyə
Müqəddəs kitabımız Qurani-Kərimdə də mehriyyə məsələsinə toxunulubdur. Nisa surəsinin 4-cü ayəsində xüsusi bir incəlik və dəqiqliklə buyurulur:
وَآتُوا النِّسَاءَ صَدُقَاتِهِنَّ نِحْلَةً...«Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin...»
Qurani-Kərim bu ayədə 3 əsas məsələyə toxunur:
– ilk öncə mehriyyəni «səduqə» adı ilə xatırlayır. «Səduqə» sözünün kökü «sidq», yəni doğruluq və düzgünlük deməkdir. Bəs mehriyyə bir növ kişinin məhəbbət və duyğularının doğruluğunun göstəricisi və simvoludur.
– «səduqə» sözünə «hunnə» şəkilçisini artırmaqla, mehriyyənin yalnız qadının özünə aid olduğunu bildirir.
– ayədə gətirilən «nihlə» sözü mehriyyənin «hədiyyə»dən savayı bir şey olmadığını açıqcasına bildirir.
Qeyri qanuni və qeyri şəri evliliklərdə hədiyyə
Qeyd etdiklərimizə bunu da əlavə etmək mümkündür ki, yalnız qanuni və şəri evliliklərdə deyil, hətta qeyri-qanuni evliliklərdə, dırnaqarası azad sevgilərdə də kişi qadına müəyyən hədiyyələr bağışlayır. Məsələn, kişi, öz sövqi-təbiiliyi ilə anlayır ki, qadınla birgə əyləşib yedikləri yeməyin, içdikləri çayın xərcini məhz o ödəməlidir. Deməli, kişinin əylənməsi üçün əsas şərt, pul və maddi imkanın olmasıdır. Bu isə qadının növbənöv hədiyyələrə sahib olması deməkdir. Göründüyü kimi hədiyyə bağışlamaq həm qanuni, həm də qeyri-qanuni evliliklərdə mövcuddur. Bu da qadın və kişinin müxtəlif xarakterlərə malik olduğunu göstərir.
Müasir dünyada «İnsan hüquqlarının bərabərliyi» şuarı altında ailə üzvlərinin hüquqları da özünün təbii axarından çıxarılıbdır. Belə ki, təbiət qanunun əksinə olaraq iki müxtəlif yaranışlı cinsi, yəni qadın və kişini, eyni və oxşar vəzifələrlə yükləməyə çalışırlar. Bundan əlavə rəsmi nikahlarda «mehriyyə» ünvanında qadın üçün heç bir hədiyyə nəzərdə tutulmur və yaşayış xərcini təmin etməkdə qadın da məsuliyyət daşıyır.
Son olaraq bunu qeyd edə bilərik ki, mehriyyə, qadın və kişinin fərqli təbiətlərə sahib olmasının göstərcisidir.

Bu məqalə www.kovser.az saytından götürülüb


Əlavə etdi: Əliyev Ceyhun (Administratorluq) () Reytinq: 0.0/0

1 - İslam tarixinin ilk şəhid xanımı - Süməyyə
İslamın ilk dövrlərində Əmmarın atasını, yəni Süməyyənin əri Yasəri İslamı qəbul etdiyinə görə, şəhid edirlər. Onu şəhid edənlərin ürəkləri bununla soyumur. Onlar Süməyyəni də hədələyirlər: «Əgər Muhəmmədi inkar etməsən, ayaqlarının hər birini bir dəvəyə bağlayıb, iki tərəfə çəkərək səni şaqqalayacağıq». Ancaq bütün vücudu «Allah» -deyən Süməyyəyə, onların bu hədə-qorxusu təsir edərdimi?! Elə hey Peyğəmbərin (s) sözü qulağında cingildəyirdi: «Yasərin ailəsi! Səbr edin, sizin yeriniz cənnətdir».
Nəhayət, qana susamış düşmənlər ona ağır işgəncə verməklə öz qəzəblərini yatırtmaq qərarına gəlirlər və onu şəhid edirlər. Beləliklə, onun adı, İslam uğrunda canını qurban verən ilk şəhid xanım kimi, tarixin səhifələrinə yazılmış olur.
2 - Digər bir neçə qəhrəman qadın
1. «Lubəynə» bəni-Muməl tayfasının kənizi idi. Ömər ibn Xəttab, İslamı qəbul etməmişdən öncə, ona çox işgəncə verərdi. Lakin bu qadın heç vaxt təslim olmayıb və İslam dinindən dönməyib.
2. «Zinnirə» bəni-Məxzum tayfasından idi. Əbu Cəhl, müsəlman olduğuna görə ona olmazın əziyyətlər versə də, onu əqidəsindən döndərə bilməyib.
3. «Nəhdiyyə» bəni-Nəhd tayfasının kənizi idi. Nəhdiyyə, İslamı qəbul etdiyinə görə, (bəni-Əbduddar qəbiləsindən olan) öz xanımının ağır işgəncələrinə məruz qalsa da, əqidəsindən dönməyib.
4. Belə xanımlardan biri də Cabir ibn Həkimin qızı, «Qəziyyə» kimi tanınan, Ümmü Şərik Əsədi idi. O, Qüreyş tayfasının bəni-Amir qəbiləsindən idi. İslamın ilk dövrlərində müsəlman olan bu xanım, bütün bacarığı ilə dinin təbliği üçün çalışmışdı. O, gizlin və aşkarda insanları (əsasən də qadınları) İslama dəvət etdiyi üçün, ağır işgəncələrə məruz qalıb, hətta bir dəfə onu palansız dəvəyə mindirib, üç gün ac-susuz vəziyyətdə saxlayıb, sonra isə əl-ayağını bağlayıb, qızmar günəşin altında yolun üstünə atıblar. Əgər Allahın lütf və mərhəməti olmasaydı, şübhəsiz ki, o, tələf olardı.
5. Xənsa bəni-Səlim tayfasından idi. Onun təbliği nəticəsində, bütün qəbiləsi müsəlmanlığı qəbul etmişdi. Bəzən Xənsa, özünün şer və şüarları ilə müsəlmanları kafirlərin əleyhinə qaldırardı. Bütün bu etdikləri ilə kifayətlənməyən Xənsa, Qadisiyyə döyüşündə oğlanlarının hər dördünü döyüş meydanına göndərmiş və onların hər dördü bu döyüşdə şəhid olmuşlar (bu barədə bir qədər sonra qeyd olunacaq).
6. «Ümmü Ziyad Əşcəiyyə» Xeybər döyüşündə iştirak etmiş beş qadından biridir. Peyğəmbər (s) onların gəlişinin səbəbini soruşduqda, onlar cavabında: «Yaralılara tibbi yardım göstərməklə sizə kömək etmək istəyirik» deyiblər.
Rəsuləllah (s) onların qalıb, yardım etmələrinə icazə verib. Xeybər qalası fəth ediləndə Rəsuləllah (s) döyüşdə əldə edilmiş qənimətlərdən onların da payını ayırıb.
7. Şücaətli xanımlardan, şəhid vermiş analardan biri də, Peyğəmbərin (s) kənizi «Ümmü Əymən» olub (onun adı Bərkə idi). Həzrət Peyğəmbər (s) onu kənizlikdən azad edərək Übeydə Xəzrəci ilə evləndirmiş və onların bu izdivacdan «Əymən» adlı oğlu dünyaya gəlmişdi. Ümmü Əymənin əri vəfat edəndən bir müddət sonra Peyğəmbər (s) onu Zeyd ibn Haris ilə evləndirmiş, bu izdivacdan da «Üsamə» adlı oğlu dünyaya gəlmişdi. Ümmü Əymən çox qoçaq və şücaətli bir xanım idi. O, yaralılara tibbi yardım göstərmək üçün Ühüd döyüşündə iştirak etmiş və döyüşün qızğın anında bir dəstə müsəlmanın fərariliyini görəndə ovcunu torpaqla doldurub onların üzlərinə ataraq demişdi: «Kişi döyüşdən qaçmaz. Siz arvad kimi hərəkət edirsinizsə, gedin arvad cəhrəsi arxasında da oturun. Vay olsun sizə!» Ümmü Əymən bununla da kifayətlənməyib, əlinə qılınc alaraq İslam və Peyğəmbərimizin (s) müdafiəsinə qalxmışdı.
Onun fəziləti, cəsurluğu barəsində çox yazmaq olar. Ümmü Əymən Rəsuləllahdan (s) sonra da əqidəsində möhkəm qalmış və həmişə Həzrət Fatimeyi Zəhra (ə) və Əhli-beytlə (ə) birgə olmuşdu. Bu fəzilətli qadin haqqında bunu demək kifayətdir ki, onun oğlu Əymən, Hüneyn döyüşündə misli görünməmiş qəhrəmanlıq göstərərək şəhid olmuş, digər oğlu Usamə isə hələ 17-20 yaşında ikən sərkərdə məqamına kimi yüksəlmişdi.
8. İslam tarixində ağır döyüşlərdən biri sayılan Ühüd döyüşündə Mədinə müsəlmanlarının bir çoxu şəhid vermişdilər. Maraqlıdır ki, xanımlar öz övladlarının, ərlərinin və qardaşlarının halını xəbər almazdan öncə, Peyğəmbərin (s) halını soruşardılar.
Qeysin qızı Suda da belə xanımlardan biri idi. Ühüd döyüşündə o, övladlarının şəhid olduqlarını bilsə də, onlar haqqında xəbər almazdan öncə, «Peyğəmbərdən (s) nə xəbər var?» – deyə soruşmuşdur.
Ona «Peyğəmbər (s) sağdır» – deyiləndə, dərhal özünü Rəsuləllaha (s) çatdırmış və onun sağ-salamat olduğunu gördükdə demişdir: «Başıma gələn müsibətlər mənə asanlaşdı. Təki siz salamat olasınız, daha heç bir qəmim yoxdur».
Bu, möhkəm iradəli xanım, döyüş meydanından oğlanlarının cənazəsini tapıb dəvənin belinə yükləyərək Mədinəyə tərəf yollanarkən, yolda rastlaşdığı insanlar ondan Peyğəmbəri (s) soruşduqda: «Peyğəmbər (s) sağ-salamatdır» deyib.
Rastlaşdığı insanlardan biri də Aişə idi. Aişə ondan: «Dəvənin belindəki yük nədir?» xəbər alanda, Suda belə cavab verib: «Ürəyimin parası iki oğlanlarımdır. Onlar Allah yolunda qəhrəmanlıq göstərərək şəhid olublar. Onları torpağa tapşırmağa aparıram».
Bir şəhid anasının bizə öyrətdiyi ibrət dərsi
Süraqənin oğlu Harisə, Bədr döyüşündə boğazından yaralanaraq, şəhid olub. Onun şəhid olma xəbəri Mədinəyə çatdıqda, anası (və bacısı) ətrafına toplaşanlara belə deyib: «And olsun Allaha! Oğlumun cənnətdə, ya cəhənnəmdə olduğunu Peyğəmbərdən (s) soruşmayınca, ağlamayacağam. Əgər Peyğəmbər (s) oğlumun cəhənnəmdə olduğunu desə, göz yaşlarım cəhənnəmin odunu söndürənə qədər, ağlayıb nalə çəkəcəyəm. Əgər oğlumun cənnətdə olduğunu buyursa, heç vaxt ağlamayacam. Əksinə, çox sevinəcəyəm».
Bədr döyüşündən sonra Peyğəmbər (s) Mədinəyə qayıdır. Harisənin anası o Həzrətin (s) hüzuruna gəlib deyir: «Ey Allahın Rəsulu! Mənim Harisəni çox istəydiyimi yaxşı bilirsən. O, mənim gözümün işığı idi. Onun şəhidlik xəbəri mənə yetişəndə, onun cənnətdə, ya cəhənnəmdə olduğunu sizdən soruşmayınca, ağlamadım? Əgər cəhənnəm odundadırsa, ağlayıb nalə edəcəyəm».
Peyğəmbər (s) ona buyurdu: «Cənnət bir neçə mərtəbədən ibarətdir. Sənin oğlun «firdovsi-əlada», cənnətin ən yüksək məqamındadır».
Bunu eşidən ana Peyğəmbərə (s) dedi: «Mən onun üçün heç vaxt ağlamayacağam».

Məlumat www.kovser.az saytına məxsusdur


Əlavə etdi: Əliyev Ceyhun (Administratorluq) () Reytinq: 0.0/0

Təfsiri Nümunə»dən tərcümə)

«Nisa» surəsinin 1-ci ayəsinin təfsiri
«Nisa» surəsindəki ayələrin təfsirinə başlamazdan əvvəl, bu surənin bir neçə xüsusiyyətini qeyd etmək münasib olardı. Bu surənin bütün ayələri (58-ci ayə istisna olmaqla) Mədinədə nazil olub və nazil olma ardıcılığına görə, «Mumtəhənə» surəsindən sonra yerləşir. Bunu da qeyd etməliyik ki, Quran surələrinin indiki ardıcıllığı, surələrin nazil olma ardıcıllığı ilə eyni deyil. Yəni Məkkədə nazil olan surələrin bir çoxu Quranın sonunda, Mədinədə nazil olmuş surələrin bir çoxu isə Quranın əvvəlində yerləşir.
«Nisa» surəsi, kəlmələrinin və hərflərinin sayına görə, «Bəqərə» surəsindən sonra ən uzun surədir. Bu surə, qadınların hüquq və hökmlərindən daha çox bəhs etdiyi üçün, «Nisa» (qadınlar) adlandırılmışdır.
«Nisa» surəsi, ayə 1:


يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالأرْحَامَ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا


Ey insanlar! Sizi tək bir nəfsdən (Adəmdən) xəlq edən, ondan da (həmin yaratdığından) zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah daim sizə nəzarət edir.
Təfsir:
Bu surənin birinci ayəsi bütün insanlara xitab edir və onları, cəmiyyətin sağlamlığının kökü olan, təqvaya (günahdan çəkinməyə) və Allahdan qorxmağa dəvət edir, buyurur: «Ey insanlar! Rəbbinizdən qorxun!»


يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ


Sonra insanların bütün əməllərinə nəzarət edən Allahı tanıtdırır və Onun vəsflərindən birinə işarə edir. Bu da ictimai birliyin köküdür. Buyurur: «O Allah ki, sizi tək bir nəfsdən yaratdı».

ا
لَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ


Buna əsaslanaraq, İslam cəmiyyətində bu gün minlərlə bədbəxtliklərin mənşəyi olan, qondarma irs, dil, tayfa, qəbilə üstünlüyü və s. ayrıseçkiliklər olmamalıdır, çünki hamı bir kökdən yaranıb.
Ayədəki «nəfsin vəhidətin» kəlməsi birinci insana, yəni Quranın «Adəm» adlandırdığı insanların atasına işarədir. Quran ayələrində «Bəni Adəm» adı da zikr olunub.
Sonrakı cümlədə buyurur: «Adəmin zövcəsini ondan yaratdı».


وَخَلَقَ مِنْهَا زَوْجَهَا


Bəs, «ondan» – deyəndə, kim nəzərdə tutulur? Görəsən, bu söz xüsusi bir insanı (fərdi) bildirir, yoxsa ümumiyyətlə insan cinsinə aiddir? Şübhəsiz ki, bu ifadənin zahirindən belə nəticə alınır ki, söhbət xüsusi fərddən gedir.
Ey insanlar! Sizi tək bir nəfsdən (Adəmdən) xəlq edən, ondan da (həmin yaratdığından) zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!
Bu cümlənin mənası budur ki, Allah Adəmin zövcəsini onun cinsindən yaratdı, bədəninin əzasından yox. Təfsirçilərin bəzisi bu ifadədən belə nəticə çıxarıblar ki, Adəmin zövcəsi Həvva, Adəmin bədənindən yaradılıb. Qeyri mötəbər, zəif sənədli rəvayətlərdə deyilir: «Həvva Adəmin qabırğasından (belindən) yarandı».
Amma Quranın digər ayələrinə diqqət yetirdikdə, bu ayənin təfsiri aydınlaşır və müəyyən olur ki, Allah onun zövcəsini öz cinsindən yaratdı. «Rum» surəsinin 21-ci ayəsində buyurulur: «Allahın qüdrət nişanələrindəndir ki, onların vasitəsi ilə rahatlıq tapasınız deyə, sizə öz içinizdən zövcələr yaratdı». «Nəhl» surəsinin 72-ci ayəsində buyurulur: «Allah sizin üçün öz cinsinizdən (özünüzdən) zövcələr yaratdı». Bu ayələrdəki «zövcələrinizi sizdən yaratdıq» ifadəsinin mənası budur ki, Allah qadını kişinin cinsindən – yəni insan cinsindən yaratdı, onun hər hansı bir üzvündən yox.
Əyyaşinin təfsirində, İmam Baqir (ə)-dan olan rəvayətə əsasən, Həvvanın Adəmin qabırğalarının birindən yaranması iddiası şiddətlə təkzib olunur və bildirilir ki, Həvva Adəmin artıq qalmış torpağından yaradılıb.
Sonra əlavə edir: «Allah, Adəm və zövcəsindən çoxlu kişi və qadınlar törətdi».


وَبَثَّ مِنْهُمَا رِجَالا كَثِيرًا وَنِسَاءً


Bu ifadədən aydın olur ki, Adəmin övladlarının və nəslinin artması, yalnız Adəm və zövcəsi tərəfindən həyata keçmiş və başqa mövcudun bu işdə müdaxiləsi olmamışdır. Buradan bu nəticə alınır ki, Adəmin oğlu və qızı bir-bir ilə evlənmişlər, çünki əgər onlar başqa tayfa ilə evlənmiş olsaydılar, ayədə «minha» – (ikisindən) sözü işlənməzdi. Bu mövzu çox hədislərdə gəlmiş və Əhli-beyt İmamlarının hədislərindəki sübutlara əsasən, bu izdivac mübah (icazə verilən) bir evlilik olmuşdu. Çünki bu iş, insan nəslinin davam etməsi üçün zəruri idi və o zaman bacı-qardaşın evlənməsini haram edən hökm də, nazil olmamışdı. Aydındır ki, bu işin haram olması, Allah tərəfindən qadağan edilməsinə bağlıdır. Odur ki, bir məsələnin (işin), müəyyən bir zamanda zərurətlə bağlı olaraq, caiz (icazəli) olub sonra haram edilməsi təbiidir.
Amma bəzi hədislərdə Adəm övladlarının qətiyyən bir-biri ilə evlənməməsi söylənilmiş və bu işə etiqad edənlər isə kəskin hücuma məruz qalmışlar.
Odur ki, əgər Quranın zahiri ilə uyğun olan hədislərə üstünlük vermək istəsək, gərək birinci dəstədən olan hədisləri seçək. Burada başqa bir ehtimal da var ki, Adəm övladları, Adəmdən əvvəl yaşamış, qədim insanlarla izdivac ediblər. Çünki rəvayətə görə, Adəm yer üzündə yaşamış ilk insan olmamışdır. Lakin bu ehtimal da, yuxarıda söylənilmiş ayənin zahiri ilə uyğun gəlmədiyindən, zəif hesab olunur.
Ayənin sonunda, sağlam bir cəmiyyətin yaranmasında təqvanın (əxlaqın) əhəmiyyətinə işarə edilərək, insanlar pəhrizkarlıq və Allahdan qorxmağa dəvət edilir. Buyurur: «Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan qorxun».


وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ


Və əlavə edir: «Qohumluq əlaqələrini kəsməkdən çəkinin».


وَالأرْحَامَ


Bu mövzunun burada zikr olunması qohumluq əlaqələrinin fövqəladə əhəmiyyətinə işarədir. Bu ayədə başqa bir məsələyə də, işarə olunub. Ayənin əvvəlində zikr olunduğu kimi, bütün insanlar bir ata-anadandırlar. (Yəni bütün Adəm övladları bir-biri ilə qohumdurlar.) Bu bağlılıq tələb edir ki, sizlər müxtəlif irq, tayfadan olan insanlara öz yaxınlarınız və qohumlarınız kimi, məhəbbət göstərəsiniz.
Ayə belə sona çatır: «Həqiqətən, Allah daim sizə nəzarət edir».


إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا


Nəzarətçi kimi tərcümə olunan «rəqib» sözü, əslində o kəsə deyilir ki, hündür bir yerdən vəziyyətə nəzarət edir. «Rəqib» sözü bir şeyi hifz edən və gözətçi mənalarında da işlənir. Çünki gözətçiliyin özü də nəzarət vasitələrindəndir. «Rəqib»in yerinin hündürlüyü həm zahiri (yüksək məkanda dayanır və nəzarət edir), həm də mənəvi baxımdan nəzərdə tutula bilər.
Yuxarıdakı ayənin mənası budur ki, Allah sizin nəzarətçinizdir və sizin bütün əməl və niyyətlərinizi görür və bilir.
(kovser.az)


Əlavə etdi: Əliyev Ceyhun (Administratorluq) () Reytinq: 4.0/1

Biz sənə Kövsər əta etdik
«Kövsər» surəsinin təfsiri
(«Əl-mizan fi təfsiril-Quran» kitabından tərcümə)
Surənin tərcüməsi:
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə.
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ
1. Həqiqətən, biz sənə Kövsər (Fatimə (s.ə)) bəxş etdik.
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ
2. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!
إِنَّ شَانِئَكَ هُوَ الأبْتَرُ
3. Həqiqətən, sənin düşməninin özü sonsuzdur!
Təfsir:
Bu surədə, Həzrət Rəsuləllahın (s) mübarək qəlbini sevindirmək üçün ona «Kövsər» əta olunduğu bəyan olunur. Burada bildirilir ki, oğlan övladı olmadığı üçün Peyğəmbərə (s) nəsli kəsilmiş deyib, dil yarası vuranın özü nəsli kəsilmişdir.
Bu surə, Quranın ən qısa surəsidir və onun Məkkədə, yoxsa Mədinədə nazil olması barədə müxtəlif rəvayətlər var. Nəzərə elə çarpır ki, bu surə Məkkədə nazil olmuşdur. Bir sıra təfsirçilər bu barədə mövcud olan hədislər arasındakı ziddiyyəti aradan qaldırmaq üçün deyiblər: «Ola bilsin ki,bu surə iki dəfə – bir dəfə Məkkədə və bir dəfə Mədinədə – nazil olubdur».
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ
«Məcməul-bəyan» kitabında yazılıb:
كَوْثَرَ
sözü
«فوعل»
vəznində olub, şənindən çoxluq irəli gələn bir şeyə deyilir və «Kövsər» – çoxlu xeyir deməkdir («Məcməul-bəyan», c.10, səh.548).
Lakin təfsirçilər «Kövsər» sözünün təfsiri, yəni bu sözdə nəzərdə tutulan məna barədə qəribə fikirlər yürüdüblər. Bəzilərinin fikrincə «Kövsər» – çoxlu xeyir deməkdir («Ruhul-məani», c.30, səh.245).
Başqa fikirləri də qısa şəkildə nəzərinizə çatdırırıq:
1. Cənnətdə bir çaydır.
2. Cənnətdə və ya məhşərdə Həzrət Peyğəmbərə (s) xas olan hovuzdur.
3. Peyğəmbərin (s) övladlarıdır.
4. Peyğəmbərin (s) səhabələri və Qiyamətədək olan davamçılarıdır.
5. Peyğəmbərin (s) ümmətinin alimləridir.
6. Quran və onun saysız fəzilətləridir.
7. Peyğəmbərlik məqamıdır.
8. Quranın, şəriət və onun hökmlərinin asanlaşdırılmasıdır.
9. İslam dinidir.
10. Tovhiddir.
11. Elm və hikmətdir.
12. Allah elçisinin (s) fəzilətləridir.
13. Bəyənilən məqamdır.
14. Peyğəmbərin (s) mübarək qəlbinin nurudur və s.
Belə ki, bəzi təfsirçilər «Kövsər» sözünün təfsirində iyirmi altıya yaxın fikir söyləmişlər.
«Kövsər» sözünün təfsiri barədə yuxarıda qeyd olunan yalnız birinci və ikinci fikrin sahibləri bir sıra mövcud hədislərə əsaslanıblar, başqa fikirlər isə əsassız iddialardır.
Əgər surənin sonuncu ayəsində «innə şaniəkə huvəl əbtər» buyurulduğunu və «əbtər» sözünün mənasının «nəsli kəsilmiş» olduğunu, bundan əlavə bu ayə ilə Peyğəmbərə (s) təskinlik verildiyini nəzərə alsaq, bu nəticəyə gəlmək olar ki, «Kövsər» sözünün burada ifadə etdiyi məna, yalnız və yalnız Allah-Taalanın Peyğəmbərə (s) bəxş etdiyi böyük nəsildir. Yaxud bu söz həm çoxlu xeyir, həm də böyük nəsil mənalarını daşıyır. Bunu da qeyd etmək lazımdır ki, nəslin böyüklüyü çoxlu xeyirlərdən biridir. Xülasə, əgər söhbət nəsil barəsində olmasaydı – istər təklikdə, istərsə də çoxlu xeyirdən biri kimi «innə şaniəkə huvəl əbtər» kəlamında «innə» sözünün işlənilməsi mənasız olardı. Çünki «innə» sözü «həqiqətən» mənasını verməklə yanaşı, səbəbiyyəti də ifadə edir (yəni «innə»-dən əvvəlki cümlə səbəb, ondan sonrakı cümlə isə nəticədir). Odur ki, «Kövsər» sözünü «çay və ya hovuz» kimi mənalandırmaq, bu iki ayə arasında məna bağlılığı yaratmır. Diqqət edin: «Biz sənə hovuz verdik, çünki sənə tənə vuran özü nəsli kəsilmiş və ya xeyirdən məhrumdur».
Saysız hədislər mövcuddur ki, bu surə, Peyğəmbərə (s) nəsli kəsilmiş deyib, dil yarası vurana cavab olaraq nazil olubdur. Belə ki, Peyğəmbərin (s) iki – oğlu Qasim və Abdullah dünyadan köçdükdən sonra ona belə bir dil yarası vurulubdur. Beləliklə, aydın olur ki, Peyğəmbərə (s) dil yarası vurub, «əbtər» adlandıran şəxsin məqsədi barədə təfsirçilərdən birinin aşağıdakı izahı əsassızdır:
«Peyğəmbərə (s) dil yarası vuran şəxs, ona «əbtər» dedikdə, Peyğəmbərin (s) camaatdan uzaq düşməsini və ya xeyirdən məhrum olmasını nəzərdə tutmuşdur. Allah-Taala da, ona cavab olaraq, buyurur ki, onun özü hər şeydən məhrumdur».
«İnna ətəynakəl...» ifadəsi «biz» əvəzliyi («mutəkəllimun mə-əl ğəyri» şəxsi) ilə bəyan olunub, böyüklük və ucalığı bildirdiyi üçün əta olunan şəxsi minnətçi salır. Bundan əlavə, bu ayə Peyğəmbəri (s) sevindirmək üçün nazil olunduğuna görə, bu ayədə mülkiyyəti bildirən «əta etmək» sözü işlənilib:
«Biz sənə çoxlu xeyir verdik».
Bu ayə, Fatimənin (s.ə) övladlarının Peyğəmbərin (s) nəsli olduğuna da dəlalət edir və bunun özü Qurani-Kərimin qeybi xəbərlərindən biridir.
Göründüyü kimi, Allah-Taala Peyğəmbərin (s) vəfatından sonra onun nəslinə elə bir bərəkət verdi ki, onlara qarşı edilən zülmə və onların dəstə-dəstə qətlə yetirilmələrinə baxmayaraq, indiyədək dünyada onun nəsli kimi böyük nəslə rast gəlinməyibdir.
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ
Surənin ümumi mənasından, eləcə də ayənin əvvəlində
فاء  (fə) ədatının işlənməsindən belə məlum olur ki, «Sənə çoxlu xeyir verdik» ayəsinə bağlanan namaz qılmaq və qurban kəsmək hökmü, nemətin şükrünü yerinə yetirmək məqsədi daşıyır və belə bir məna kəsb edir: «İndi ki, biz sənə minnət qoyub çoxlu xeyir verdik, bu böyük nemətin şükranəliyi olaraq, namaz qıl və qurban kəs!»
İstər şiə, istərsə də sünni qaynaqlarında Peyğəmbərdən (s), Əlidən (ə), eləcə də imam Sadiqdən (ə) və başqa İmamlardan (ə) nəql olunan hədislərə əsasən,
«نحر» (nəhr) sözü namazın təkbirini (yəni «Allahu Əkbər» sözünü) deyərkən əlləri boyuna tərəf qaldırmaq mənasındadır («Burhan təfsiri», c.4, səh.514 və «Durrul-mənsur» təfsiri, c.6, səh.403).
Lakin bəzi təfsirçilər belə deyiblər:
«Bu ayənin mənası belədir: Qurban bayramının namazını qıl və dəvə qurban et! (Çünki «nəhr» sözü dəvənin xüsusi bir qaydada kəsilməsi və «ذبخ» (zibh) sözü isə dəvədən qeyri heyvanların kəsilməsi deməkdir)» («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
Başqa bir dəstə təfsirçilərin nəzərincə isə ayənin mənası belədir:
«Rəbbin üçün namaz qıl və rükudan qalxan zaman qamətini tam düzəlt» («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
Bu ayənin mənası barədə başqa fikirlər də mövcuddur («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ
  شانئ(şaniə) sözünün mənası «qəzəbli düşmən»,
«ابتر» (əbtər) sözünün mənası «nəsli kəsilmiş» deməkdir. Bu ifadə ilə (yəni, nəsli kəsilmiş sözü ilə) Peyğəmbərə (s) dil yarası vuran şəxs – As ibn Vail olmuşdur.
Bir sıra təfsirçilərin nəzərincə, «əbtər» sözünün mənası «xeyirdən məhrum olan» və ya «qövmündən uzaq düşən» deməkdir. Lakin nəzərinizə çatdırdıq ki, bu fikir ayənin nazil olma səbəbi ilə uyğun gəlmir.
Hədislər əsasında araşdırma
«Durrul-mənsur» təfsirində nəql olunur ki, ibn Cərir, Buxari və Hakim Əbu Büşrdən, o da Səid ibn Cübeyrdən və o da ibn Abbasdan rəvayət edibdir ki, o dedi (ibn Abbas): «Kövsər, Allah-Taalanın Peyğəmbərə (s) bəxş etdiyi xeyirdir».
Əbu Büşr nəql edir ki, mən, Səid ibn Cübeyrə dedim: «Camaatın bəzisi bu əqidədədirlər ki, Kövsər, Cənnətdə bir çayın adıdır».
Səid dedi: «Cənnətdəki çay da, Allah-Taalanın Peyğəmbərə (s) bəxş etdiyi xeyirlərdən biridir» («Durrul-mənsur» təfsiri, c.6, səh.402).
Yenə də «Durrul-mənsur» təfsirində qeyd olunub ki, ibn Əbu Hatəm, Hakim, ibn Mərdəviyyə və Beyhəqi öz «Sünən»lərində («Sünən» – sünnə əhlinin qaynaq kitablarıdır) Əli ibn Əbu Talibdən nəql ediblər ki, o Həzrət (ə) Cəbrayıldan soruşdu: «Allah-Taala hansı «نحیره»-yə (nəhirətun) əmr edir?»
Cəbrayıl dedi: «Burada Allah-Taala dəvə qurban kəsməyə göstəriş vermir. Allah-Taala əmr edir ki, həm namazın təkbirətul-ehramını dedikdə, həm də rükuya getdikdə və rükudan qalxdıqda, «Allahu Əkbər» dediyin vaxt əllərini yuxarıya qaldır. Bu bizim və yeddi göy qatında olan mələklərin namazının qaydasıdır. Hər bir şeyin bir zinəti olduğu kimi, namazın da zinəti hər «Allahu Əkbər» deyərkən, əlləri yuxarı qaldırmaqdadır».
Allahın elçisi (s) buyurub: Əlləri yuxarı qaldırmaq ehtiyac və yalvarış rəmzidir və Allah-Taala (kafirləri məzəmmət edərkən) buyurub:
فما استکانوا لربهم و ما یتضرعون
Yəni, nə özlərini Rəbblərinə möhtac bilirlər, nə də qarşısında yalvarırlar («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
Müəllifin sözü: Peyğəmbərdən (s) nəql olunan bu hədisi «Məcməul-bəyan» təfsirinin müəllifi, Əsbəğ ibn Nəbatənin «Məqatil» kitabından əxz etmişdir. «Məcməul-bəyan» təfsirinin müəllifi qeyd etmişdir ki, Sələbi və Vahidi də bu hədisi öz təfsirlərində nəql ediblər. O, əlavə etmişdir ki, bütün İmamlar (ə) bu hədisi Peyğəmbərdən (s) nəql ediblər. Yəni, «nəhr» sözü namazda «Allahu Əkbər» deyərkən, hər iki əli boğazın çökəkliyi səviyyəsində yuxarı qaldırmaq mənasındadır («Məcməul-bəyan» təfsiri, c.10, səh.550).
Həmçinin, «Durrul-mənsur» təfsirinə əsasən, ibn Cərir nəql edir ki, Əbu Cəfər «fəsəlli li-rabbikə» ifadəsi barədə: «Yəni namaz qıl!» «وَانْحَرْ» ifadəsi üçün isə deyib: «Yəni, həm namaza başlayarkən, həm də «iftitah» təkbirlərini (namaz əsnasında deyilən «Allahu Əkbər») deyərkən əlləri yuxarı qaldır» («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
Həmçinin, «Durrul-mənsur» təfsirində ibn Mərdəviyyə nəql edir ki, ibn Abbas «fəsəlli li rabbikə vənhər» ayəsinin təfsirində deyib: «Allah-Taala əziz Peyğəmbərinə (s) vəhy nazil etdi ki, namazın təkbirətul-ehramını dedikdə, əlləri boğazın çökəkliyinə qədər yuxarı qaldırsın. «نحر» (nəhr) sözünün mənası budur» («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
«Məcməul-bəyan» kitabının müəllifi sözü gedən ayənin təfsirində Ömər ibn Yəziddən belə nəql edir:
«Fəsəlli li rabbikə vənhər» ayəsinin təfsiri barədə İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim. Buradakı «nəhr» sözü əlləri üz səviyyəsinə qədər qaldırmaq deməkdir («Məcməul-bəyan», c.10, səh.550).
Müəllifin sözü: Daha sonra «Məcməul-bəyan»nın müəllifi deyir:
Abdullah ibn Sinan da eynilə bu hədisi İmam Sadiq (ə)-dan nəql etmişdir. Bu hədislə yaxın məzmunlu hədisi isə Cəmil o Həzrətdən (ə) rəvayət edib («Məcməul-bəyan», c.10, səh.550).
«Durrul-mənsur» təfsirində qeyd olunub ki, ibn Səd və ibn Əsakir Kələbidən, o da Əbu Salehdən və o da ibn Abbasdan belə nəql ediblər:
Peyğəmbərin (s) ən böyük övladı Qasim idi. Ondan sonra sıra ilə Zeynəb, Abdullah, Ummu-Gülsüm, Fatimə və Ruqəyya olub. Peyğəmbərin (s) övladları içərisində Məkkədə ikən birinci Qasim dünyadan getdi. Bu vaxt As ibn Vail Səhmi dedi: «Onun (Peyğəmbərin) nəsli kəsildi və o, nəsli kəsilmişdir». Allah-Taala da ona cavab olaraq, bu ayəni nazil etdu ki, As ibn Vailin özü «əbtər» və nəsli kəsilmişdir («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
Yenə də «Durrul-mənsur»da qeyd olunub ki, Zübeyr ibn Bəkkar və ibn Əsakir Cəfər ibn Muhəmməddən və o da atasından belə nəql ediblər:
«Allah elçisinin (s) oğlu Qasim Məkkədə dünyadan getdi. Oğlunun dəfnindən qayıdarkən Peyğəmbər (s) As ibn Vail və onun oğlu ilə rastlaşdı. As hələ uzaqdan Peyğəmbəri (s) gördükdə dedi: «İndi ona bir dil yarası vuracağam!»
Peyğəmbər (s) yaxınlaşdıqda As ona dedi: «Əcəb nəslin kəsildi!»
Onun bu sözünə cavab olaraq, bu ayə nazil oldu: «İnnə şəniəkə huvəl əbtər». («Durrul-mənsur» təfsiri, c.6, səh.404).
Həmçinin, ibn Əbi Hatəm nəql edir ki, Sudey dedi: «Qureyşlilər bir nəfərin oğlan övladı öldükdə belə deyirdilər: «بتر فلان». Yəni, filan kəsin nəsli kəsildi».
Peyğəmbərin (s) də övladı dünyadan köçdükdə, As ibn Vail ona «بتر» yəni, oğlan övladı öldü və bu kişi (yəni Peyğəmbər (s)) necə də nəslikəsikdir (çünki heç bir oğlan övladı qalmadı) dedi («Durrul-mənsur» təfsiri, c.6, səh.404).
Müəllifin sözü: Bəzi tarixi qaynaqlarda («Ruhul-məani», c.30, səh.248) qeyd olunub ki, Peyğəmbərə (s) dil yarası vuran Vəlid ibn Müğeyrə və Əbu Cəhl («Ruhul-məani», c.30, səh.248), yaxud Əqəbə ibn Əbi Muit («Ruhul-məani», c.30, səh.248) və yaxud Kəb ibn Əşrəf («Ruhul-məani», c.30, səh.248) olubdur.
Lakin daha doğrusu budur ki, Peyğəmbərə (s) tənə vuran şəxs As ibn Vail olubdur. Bu nəzəriyyəni təsdiqləyən sənəd isə mərhum Təbərsinin «Ehticac» kitabında, Həsən ibn Əlidən (ə) nəql olunan hədisdir.
O Həzrət (ə) üzünü Əmr ibn Asa tutub belə buyurub: «Sən müştərək yataqda doğulmusan (Yəni, anan həm As ibn Vail ilə yatıb, həm də başqaları ilə). Sən doğulanda da Qüreyşdən bir neçə kişi sənin üstündə mübahisə apardılar: Əbu Süfyan dedi ki, bu oğlan mənim nütfəmdən yaranıb. Vəlid ibn Müğeyrə dedi ki, məndəndir».
Osman ibn Haris, Nəzr ibn Haris ibn Kəldə və As ibn Vail də hər biri bu iddianı etdilər. Beləliklə, onların içərisindən ən məlunu, zülmkarı, zinakarı və nəsli-nəcabəti bilinməyəni olan As ibn Vail başqalarını üstələyib səni özünə calaşdırdı.
Eləcə də, sən o kəssən ki, özünü belə öyüb demisən: «Bu mənəm ki, Muhəmmədə dil yarası vurmuşam. As ibn Vail dedi ki, Muhəmməd nəsli kəsilmiş bir kişidir. Yəni, onun oğlan övladı yoxdur. Dünyadan getdikdən sonra ondan heç bir nişanə qalmayacaq». Allah-Taala isə onun cavabında buyurdu: «İnnə şəniəkə huvəl əbtər»... (Təbərsinin «Ehticac» kitabı, c.1, səh.411)
Quminin təfsirində isə «İnnə ətəynəkəl kovsər» ayəsi barədə yazılıb: «Kövsər, cənnətdə bir çayın adıdır və Allah-Taala oğlu İbrahimin əvəzində onu Muhəmmədə (s) bəxş etmişdir» («Quminin» təfsiri, c.2, səh.445).
Müəllifin sözü: Bu hədis (Quminin təfsirindəki hədis), «mürsəl hədis» (yəni, ravilərin adı məlum olmayan hədis) və həmçinin «müzmər hədis» (yəni, bu hədisdə «buyurdu» sözünün kimə aid olduğu və bu hədisi hansı İmamın (ə) buyurduğu aydın deyil) olmaqdan əlavə, məzmunca başqa hədislərlə ziddiyyətlidir.
Lakin «Kövsər» sözünü «cənnətdəki çay» kimi təfsir etməyin, onun «çoxlu xeyir» mənasını ifadə etməklə ziddiyyəti yoxdur. Belə ki, ibn Cübeyrin rəvayətində rastlaşdıq ki, cənnətdəki çay da «çoxlu xeyir»dən biridir.

Əlavə etdi: Əliyev Ceyhun (Administratorluq) () Reytinq: 0.0/0

Üç şəhidin xəbərini almış Həmnə

Qəhrəmanlıq göstərmiş qadınlardan biri də, Abdullah ibn Cəhşin həyat yoldaşı olan Həmnədir. Ühüd savaşından sonra o, Həzrət Peyğəmbərin (s) hüzuruna gəlmiş və Peyğəmbərimiz (s) ona yaxınlarından üçünün – əvvəl (dayısı) Həmzə Seyyiduş-Şühədanın (ə), sonra qardaşı Abdullahın və daha sonra isə ərinin – şəhid olma xəbərini vermişdir. O, ağlayaraq yalnız «Biz hamımız Allahdanıq və Ona tərəf qayıdacağıq. Allah onların günahlarını bağışlasın və şəhidliyi onlar üçün mübarək etsin» – söyləmişdir.
Həmnə qəmgin olmasına baxmayaraq, qəlbi ümüdlə dolu halda, özünü Allahın razılığı qarşısında təslim etmişdi.
Musəbin həyat yoldaşı Zeynəb
Musəb ibn Umeyr Ühüd savaşında igidlik göstərərək, şəhid olan şəxslərdən biridir. Həzrət Peyğəmbər (s) Ühüd savaşından sonra Mədinəyə qayıdarkən onu qarşılayanlar içərisində Musəbin həyat yoldaşı Zeynəbi görüb ona: «Qardaşının (Abdullahın) şəhid olmasına görə səbr et» – deyə buyurub.
Zeynəb cavabında: «İnna lillahi və inna iləyhi raciun, səbr edərəm» –deyib.
Peyğəmbər (s) ona yenə: «Səbr et» – buyurub.
Zeynəb soruşub: «Kimə görə səbr edim?»
Peyğəmbər (s) deyib: «Həmzənin (ə) şəhid olmasına görə səbr et».
Zeynəb yenə: «İnna lillahi və inna iləyhi raciun, səbr edərəm» – söyləyib.
Həzrət Peyğəmbər (s) üçüncü dəfə buyurub: «Səbr et və dözümlü ol».
Zeynəb: «Kimə görə səbr edim?» – soruşduqda, Peyğəmbər (s) buyurub: «Ərin Musəbin şəhid olmasına görə səbr et».
Bu sözü eşidən Zeynəbin əhvalı dəyişib və o ağlayaraq deyib: «Aman bu dərddən!»
Həzrət Peyğəmbər (s) buyurub: «Qadın üçün həyat yoldaşı qədər yaxın, ikinci bir şəxs yoxdur».
Ətrafdakılar Zeynəbdən «Nə üçün ərinə görə narahat oldun?» – soruşduqda, o cavabında: «Onun yetim qalmış uşaqları yadıma düşdü» – cavab verib.
Yəni mənim ah – naləm və narahatlığım ərimin Peyğəmbərdən (s) qabaq ölməsinə görə deyil, onun övladlarına xatirdir.



Əlavə etdi: Əliyev Ceyhun (Administratorluq) () Reytinq: 5.0/1

Saytdan informasiya

Online olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Saytın Xəritəsi

3.128.78.107

Bizimlə əlaqə

Хостинг от uCoz