Bu səhifəmizdə hamımızı maraqlandıran Dini mövzular vardır. Bunu biz DİNİ SÖHBƏTLƏR adlandırırıq. Burada Siz istədiyiniz mövzuları oxuya biləcəksiniz. Yox əgər istəyirsənizsə, Sizində yazılar bu səhifəmizdə dərc olunsun onda sadəcə olaraq, administratorluğa məktub yazın. admin@azeri-love.az Uzağı 2 gün sonra, Sizin mövzunuzda bu səhifəmizdə yer alacaqdır.
İSLAMDA NÜMUNƏVİ QADINLAR Qəm qəhrəmanı Xanım Zeynəbi- Kubra (ə)
Xanım Zeynəbi-Kubra (ə) hicrətin 5-ci ili Cəmadiul-əvvəl ayının 5-i anadan olmuşdur. O, Həzrət Əli (ə) və Xanım Fatimə (s.ə)-nın qızıdır. Zeynəb adını ona babası Muhəmməd Peyğəmbər (s) vermişdir. (Bu adın mənası: «atasının zinəti» deməkdir). Xanımın tanınmış ləqəbləri bunlardır: Arifə, Muhəddisə və Alimə. Babasının İslam Peyğəmbəri, atasının İmam Əli(ə) və anası Zəhra(s.ə)-nın ən şərafətli xanım olması xanım Zeynəbi- Kubranın(s.ə) İslamın buyurduğu bütün kamil tərbiyyə və əxlaqi keyfiyyətlər abu-havasında böyüməsinə imkan verirdi. Xanım Zeynəbin (s.ə) elm və ibadətindən söhbət edəndə ən əsas qeyd edilməli məqam budur ki, Zeynəb (s.ə) Peyğəmbər elmindən bəhrələnən, Əli (ə), Fatimə (s.ə) ibadətinin hikmətindən qidalanan bir şəxsiyyətdir. Muhəmməd Peyğəmbər (s) buyurmuşdur ki, «Mən elmin şəhəri, Əli isə onun qapısıdır». Belə bir möhtəşəm elm şəhərində ərsəyə çatıb kamilləşmiş, ibadətin ruhiyyəsini öyrəndiyimiz Əhli-beyt (ə)-dan bu ibadətin hikmətini mənimsəmiş Xanım Zeynəbin (s.ə) elmi, biliyi, ruhi-mənəviyyatı təsəvvüredilməz yüksəkliklərdə pərvazlanırdı. Həzrət Zeynəbin (s.ə) həyatının ən mühüm və ən əzəmətli dövrü İmam Huseynin (ə) eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Buna görə də Xanım Zeynəbin (s.ə) həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil. Çünki Zeynəb (s.ə) qəhrəmanlığını, cəsarətini, şücaətini tam aydınlığı ilə Kərbəla qiyamında və bu mübarizədən sonrakı dövrdə görə bilərik. Bir sözlə, «Aşura» qiyamını Zeynəbsiz (s.ə), Zeynəbi (s.ə) isə bu qiyamsız təsəvvür etmək mümkün deyil. Kərbəla vaqiəsinə, həmçinin bu hərəkatdan sonrakı dövrə nəzər saldıqda Xanımın özünə məxsus əzəmətinin şahidi oluruq. Xanım Zeynəb (s.ə) bu müsibətlər qarşısında nəinki sarsılmadı, əksinə dağ kimi müqavimət göstərib mübarizəni davam etdirdi. Xanım Zeynəbin (s.ə) bu dəhşətlərin qarşısında, tükənməz səbri və yenilməzliyi ilə əbədi olaraq şücaət, mətanət və dözümlük simvoluna çevrildi. Aşura günü qardaşı İmam Huseynin (ə) mübarək cəsədini qolları üstə alıb: «İlahi, bu qurbanı bizdən qəbul et» deməsi Xanımın Allaha olan bağlılığından, məhəbbətindən xəbər vermirmi? Aşura faciəsindən sonra əsir götürülən Peyğəmbər (s) balaları cürbəcür işgəncələrlə Kufəyə gətirilir. Kərbəla əsirləri Kufəyə daxil olduqda camaat onların ətrafına toplaşdı. Gördükləri bu mənzərədən, Peyğəmbər (s) balalarının başına gətirilən bu müsibətdən dəhşətə gəlib vay-şivən qopararaq ağlamağa başladılar. Xanım Zeynəb (ə) işarə edib onları sakitləşdirdi. Allaha həmd-səna etdikdən, Peyğəmbər və pak Əhli-beytinə salam-salavat göndərdikdən sonra xütbə edərək belə buyurdu: «Ey Kufə camaatı! Ey hiyləgər və xəyanətkar xalq! Gözlərinizin yaşı heç vaxt qurumasın. Nə andınıza etibar etmək olar, nə də bağladığınız peymana… Axirət üçün pis azuqə hazırlamısınız- Allah qəzəbi və Cəhənnəm əzabı. Ağlayırsınız?! Qazandığınız çirkinliklərə niyə də ağlamayasınız?!... Peyğəmbər balası, Behişt cavanlarının ağası, həmçinin yolunuzun çırağı və çətin gününüzün dostu olan bir insanı öldürməkdən pis hansı çirkinlik ola bilər?!... Amma bilin ki, Axirət əzabı çətin olacaq. Əgər etdiyiniz işə görə Allah tərəfindən hələ cəza almamısınızsa, rahatlanmayın! Allah günahın cəzasını dərhal vermir, lakin məzlumların qanını da yerdə qoymur. Allah hər şeyin hesabını çəkəcəkdir!» Bu xütbənin təsirindən sonra qəflət yuxusundan oyanan kufəlilər başa düşdülər ki, Əhli-beytə qarşı bu böyük cinayətdə onların da əli vardır. Bunlardan da artıq təəccüb doğuran səhnə Yezidin sarayında baş verən hadisələr idi. Xəlifəlik vəzifəsini qəsb etmiş Yezid əsirlərin gözü qarşısında İmam Huseynin (ə) mübarək başını qarşısına qoymuş, qələbəni qeyd etmək fikrindədir. Belə bir şəraitdə xanım Zeynəbin (s.ə) səsi düşmən nizələri və zəncirləri arasından eşidilir ki, bu səs Bəni-üməyyənin (Yezidin nəslinin) yaramaz əməllərini elə ifşa edirki əbədi rüsvay olub etibarlarını əldən verirlər. Əlbəttə bu işdə İmam Səccadın (ə) sözləri də böyük rol oynamışdır. Allah xanım Zeynəb (s.ə) vasitəsilə insanlığa bir daha dirilik bəxş etdi. Yalnız güclü iman, təqva(günahdan qorunmaq), elm, şücaət sahibi belə bir ağır imtahandan üzü ağ çıxa bilərdi. Əlbəttə ancaq həqiqi gözəlliyi görən zillətə qarşı bu qədər müqavimət göstərərdi və təkcə qəmdən və zülmdən parçalanan sinədən kainatı xilas edən qılınc tək kəsərli bəyan zahir ola bilərdi. Kef məclisinə Peyğəmbərin nəvələrini əlləri qandallı halda daxil edirlər. Yezidin Kufə şəhərinə vali təyin etdiyi ibn Ziyad əsirləri görüb Xanım Zeynəbə (s.ə) dedi: «Gördünmü Allah qardaşın Huseynin (ə) başına nə oyun gətirdi onu nə günə qoydu?» Bu sözün qarşısında vücudları lərzəyə gətirən və insanın düşüncəsini heyrətdən donduran bir cümlə, tarixə qızıl hərflərlə düşən cümlələr eşidilir: «Mən gözəllikdən başqa bir şey görmədim!» Gərəsən gözəllik nədir? Al qanla bəzənmiş səhradır, yoxsa göz yaşlarıyla sulanmış kədər gülüstanı? Bəlkə həqiqi aşiqlərin Allah yolunda cəfasıdır? Həqiqətən Allah yolundakı haqqı dirçəltməkdən gözəl nə ola bilər? Torpaqlarımızın böyük bir hissəsi düşmən tapdağı altında olan bir vaxtda gərəkdir ki, Azərbaycan xanımları da o əziz xanımlar kimi oğullarını, qardaşlarını qurban verməkdən çəkinməsinlər. Əlbəttə Xanım Zeynəbi (s.ə) özünə örnək götürən hər xanım heç vaxt zalimə baş əyməzlər (Yəni xarici istismarçıların təbliği nəticəsində milli mentalitetimizə zidd olan geyimlər, fikirlər, ideologiya və s.şeylərə abırlarını satmazlar). Beləliklə, nübuvvət (peyğəmbər) bağçasının bu ətirli çiçəyi zülm tufanının gözləmədiyi bir dözümlüklə bütün bəlaları arxada qoydu. İndi bu baxçada bitən minlərlə yeni çiçək ləçəkləri tapdanmış, qəmdən bükülmüş, lakin həqiqi gözəlliyin və İslamda qadın simasının ən bariz nümunəsi olan qəm qəhrəmanı Zeynəbi (s.ə) sevgi və göz yaşları ilə xatırlayır və onun qarşısında azadlıq mücəssəməsi tək baş əyirlər.
Qadınlar haqqında nəql olunan hədislər. Muhəmməd Peyğəmbər buyurur: « Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gücələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür». İmam Əli (ə) buyurur: «Qadının cihadı ərinə yaxşı baxmasıdır». İmam Sadiq (ə) buyurur: « Ərinə əziyyət edib onu kədərləndirən qadın Allah dərgahından qovulmuşdur. Əri ilə nəzakətli olub onu incitməyən, həmişə sözünə qulaq asan qadın isə necə də xoşbəxtdir». Muhəmməd Peyğəmbər buyurur: «Əlbəttə, qadınların ən yaxşısı çox övladlı, qəlbi mehr-məhəbbətlə dolu, hicablı-örpəkli, iffətli, ərinin qarşısında təvazökar olan, qohumlarının yanında əziz olanlar eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib (ancaq) yad kişilərdən gizlədən, ərinin sözünə canla başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır.» Fatimeyi-Zəhra (s.ə) qadınlara buyurur: « Sizin ən yaxşılarınız camaatla mülayim və mehriban rəftar edənlər, ən dəyərliləriniz isə öz həyat yoldaşı ilə mehriban olanlardır». İmam Riza (ə) buyurur: «Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır: 1). Ərinə qarşı təvazökarlıq və üzü yolalıq, eləcə də bədxərclik etməyib qənaətcil olmaq. 2). Xoşxasiyyət, mülayimlik və mehribançılıq. 3). Əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək. 4). Ərini əsəbi və ya yorğun gördükdə, bütün işlərini, öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək. 5). Əri yanında olmayanda onun malını, namusunu, övladlarını, öz iffətini qorumaqda əlindən gələni əsirgəməmək. Sonra İmam buyurdu: Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur, onlar öz istəklərinə çatacaq».
Dini əqidələrimizin əsaslarından biri də «İmamət» mövzusudur. İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm xalq üçün ilahi peyğəmbər olmaqla yanaşı, müsəlman ümməti üçün dahi rəhbər də sayılırdı.
Amma bütün ilahi peyğəmbərlər bir gün dünya ilə vidalaşdığı kimi, İslam peyğəmbəri də 63 il yaşayaraq 23 il peyğəmbərlikdən sonra vəfat etdi.
Hər bir ağıl və düşüncə sahibinin zehnində yaranmış sual bundan ibarətdir ki, İslam peyğəmbəri öz vəfatından sonra müsəlman ümmətinin rəhbərliyini kimin öhdəsinə qoymuş və bu ağır vəzifə üçün kimi tə'yin etmişdir?
Əhli-beyt məktəbinə mənsub olanların əqidəsi bu barədə aydındır və onlar bu məsələdə bir sıra möhkəm və tutarlı dəlillərə, əsaslanırlar.
İMAMƏTİN MƏ'NASI İmamət ərəb sözü olub, rəhbərlik mə'nasını daşıyır. Dini termində isə «İmamət» sözünü belə izah edirlir: «İmamət, peyğəmbər canişinliyi olub, dini və dünyəvi işlərdə xalqa rəhbərlik etmək və onları ziyanlı və azğın işlərdən çəkindirib doğru yola də'vət etmək deməkdir. Hamının da belə bir imama tabe olması vacib və zəruri sayılır.»
QUR'AN VƏ İMAMƏT Qur'ani-kərimin bir sıra ayələrinə nəzər saldıqda imamət və rəhbərliyin xüsusi əhəmiyyət daşıdığını körür və bununla da aşağıdakı nəticələri almaq olar:
1-Qur'ani-kərimin buyurduğuna görə, Allah təala İbrahim peyğəmbərə peyğəmbərlikdən sonra imamət məqamı vermişdir. Bu isə imamət məqamının böyük əhəmiyyət daşıdığını göstərir.[78]
2-İmamət və rəhbərlik iki qismə bölünür ki, onlardan biri hidayət, digəri isə küfr və azğınlıq rəhbərliklərindən ibarətdir.[79]
3-Qiyamət günü əməllərin hesabı üçün hər bir insan və hər bir millət öz imamı ilə birlikdə çağrılacaqdır.[80]
4-Allahın təqvalı və pərhizkar bəndələrinə imam olmaq mö'minlərin duasıdır. [81]
İMAMƏTİN LÜZUMU Qeyd etdiyimiz kimi, İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm 23 il peyğəmbərlikdən sonra vəfat edib, əbədi diyara köçdü.
Peyğəmbərimizin isə özündən sonra xalq üçün imam (rəhbər) tə'yin etməməsi heç bir ağıl və düşüncə ilə uyğun gəlmir.
Kiçik bir dəstəni başçısız və rəhbərsiz təsəvvür etmək mümkün olmadığı bir halda böyük İslam ümmətini rəhbərsiz fikirləşmək və onun üçün başçı tə'yin etməmək ağıl və məntiqlə uyğundurmu?
Bir gün İmam Sadiq əleyhissalamın şagirdlərindən biri olan Hişam ibni Həkəm, Bəsrə şəhərində yaşayan Mö'təzilə e'tiqadlı sünnü alimi Əmr ibn Übeydin evinə gəldi, amma Əmr onu tanımadı. hişam üzünü ona tutub soruşdu?
Nə üçün Allah sənə iki göz verib?
-Əmr ibni Übeyd: Onların vasitəsi ilə baxmağım üçün.
-hişam: Allah nə üçün iki qulağı xəlq etmişdir?
-Əmr inbi Übeyd: Onların vasitəsi ilə eşitmək üçün.
-Hişam: Allah nə üçün ağız və burun xəlq etmişdir?
-Əmr ibni Übeyd: Ağızla yemək, dadmaq və burunla iyləmək üçün.
Hişam: Allah nə üçün ürəyi xəlq etmişdir?
-Əmr ibni Übeyd: Bədən üzvlərinin fəaliyyətini tənzim etmək və onlara bir növ rəhbərlik etmək üçün.
Hişam ibni həkəm ayağa qalxaraq dedi: Ey Əmr! İnsanın bədən üzvləri üçün başçı qəbul edir, amma bu böyük ümmət üçün imam və rəhbəri qəbul etməyərək (həzrət Peyğəmbərin özündən sonra ümmətə rəhbər tə'yin etmədiyini iddia edirsən!?) [82]
Elə buna əsasən peyğəmbərdən sonra İslam ümməti üçün imam (rəhbər) tə'yin edilməsi və onun lüzumu hamı üçün aydın və aşkardır.
Bu haqda inadkarlıq edib ayrı sözlər danışanlar isə daha ətraflı fikirləşməli və məntiqə uyğun sözə tabe olmalıdırlar. Qur'ani-kərim bu haqda belə buyurur:
«Ey peyğəmbər! Müxtəlif sözlər eşidib onların ən yaxşısına tabe olanlara müjdə ver. »[83]
Bu isə məhz Allah kəlamıdır və Allah kəlamı istər əhli sünnət, istərsə də şiə tərəfindən qəbul olunmuş bir kəlamdır.
Buradan belə nəticə alırıq ki, Həzrət Peyğəmbər (s) özündən sonra ümmət üçün rəhbər və ya rəhbərlər tə'yin etmişdir. Bu rəhbərlərin kimlər olduğu barədə isə «Həzrət peyğəmbərin canişinləri» bəhsində söhbət açacağıq.
İMAMƏTİN XÜSUSİYYƏTLƏRİ Əhli-beyt məktəbinə görə imamətin bir neçə xüsusiyyəti vardır ki, onların bə'zisi aşağıdakılardan ibarətdir:
1-İmamın Allah tərəfindən tə'yin olunması:
Əhli sünnət e'tiqadının əksinə olaraq, Şiə məzhəbi imamın seçkilər (müsəlmanlar icması) yolu ilə deyil, məhz Allah tərəfindən tə'yin edilməsinə əqidə bəsləyir. Allah təalanın tə'yin etdiyi şəxs isə, peyğəmbərin (s) vasitəsi ilə xalqa çatdırılır. Həzrət Mühəmməd səlləllahu ələyhi və alihi və səlləm öz həyatında dəfələrlə özündən sonra gələn imamları (rəhbərləri) ümmətə tanıtdırmış və bu mühüm işə tə'kid etmişdir.
2-İmamın ilahi biliklərə yiyələnməsi:
Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm ilahi biliklərə malik olduğu kimi, ondan sonra gələn ümmət rəhbəri də ilahi mənbələrlə rabitəli və xalqın ən bilicisi olmalıdır.
3-İmamın mə'sum olması:
Həzrət Peyğəmbərin günah və səhvlərdən mə'sum olması zəruri olduğu kimi, xalqa rəhbərlik edən imamın da mə'sum olması vacibdir. Əks təqdirdə, xalqın azğınlığa çəkilib hidayət yolundan kənarlaşması kimi acı nəticələr verə bilər. Nəticədə isə insanların hidayəti üçün göndərilmiş din və şəriət təhrif olub, öz dəyərini itirər.
4-İmamın ədalətli olması:
Xalqın İslam dininin də'vət etdiyi qanunlara riayət edib, cəmiyyətdə ədaləti bərpa etməsi, ədalətsiz imamın rəhbərliyi ilə mümkün deyildir.
5-İmamın xalqdan təmənnasız olması:
İlahi peyğəmbərlər öz vəzifələrinin əvəzində xalqdan bir şey istəmədikləri kimi, onların ardıcılları olan imamlar da öz rəhbərliyi üçün xalqdan heç bir şey istəməməli və öz ilahi risalətini təmənnasız olaraq yerinə yetirməlidir.
İMAMIN TƏ'YİN OLUNMASI İslam ümməti üçün rəhbərin lazımlığı çox aydın və aşkar bir məsələdir. Lakin əsas məsələ müsəlman millətləri üçün rəhbərin kim tərəfindən tə'yin olunmasıdır ki, bu haqda müsəlmanlar arasında iki növ əqidə mövcuddur.
Onlardan biri əhli-sünnət qardaşlarımıza aiddir ki, onlar islam ümməti üçün rəhbərin (xəlifənin) seçkilər və şura vasitəsi ilə tə'yin olunmasının tərəfdarıdır.
Digər əqidə isə Əhli-beyt məktəbi ardıcıllarına aiddir ki, onlar ümmət üçün rəhbərin yalnız Allah tərəfindən tə'yin olunmasını qəbul edir və məhz bu yolu ağıl və məntiqə uyğun hesab edirdilər.
Bu məktəbin əqidəsinə görə xalq tərəfindən seçilmiş rəhbər yalnız bir sıra zahiri işləri idarə edə bilər və xalqın ilahi rəhbərliyi heç vaxt şura və seçki vasitəsilə tə'yin ola bilməz.
Çünki belə bir üslubun tətbiqi, bir sıra xoşagəlməz işlərin yaranması və son dərəcə həyati olan vəzifənin təsadüfi şəxslərin əlinə düşməsinə səbəb ola bilər. Məsələn; xalq arasında böyük mənsəb sahibi olanlar, var-dövlət və qüdrət sahibləri çox asanlıqla bu ilahi rəhbərliyi ələ keçirib, xalqı və islam ümmətini Allahın dediyi kimi deyil, öz istəyi və nəzəri ilə idarə edə bilərlər.
Bu isə İslam şəriəti və ümməti üçün ən böyük təhlükədir.
Bunu da qeyd etmək lazımdır ki, Əməvi və Əbbasi xilafətləri zamanı uzun müddətli bir siyasət nəticəsində xilafət və ilahi rəhəbrlik məsələsi sü'ni şəkildə dəyişdirilmiş, əvəzində isə padşahlıq, varislik və dünyəvilik əsasında hökm edən hökumətlərə gətirilmişdir.
İmamət və rəhbərlik məsələsi, həqiqətdə İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləmin ümmət üzərində olan ilahi rəhbərliyinin davamıdır. Həzrət Peyğəmbərin (s) isə xalq tərəfindən deyil, yalnız Allah tərəfindən bu mühüm iş üçün tə'yin olunması hamıya aydındır.
Unutmaq olmaz ki, islam ümməti üçün rəhbərin şura və seçkilər vasitəsilə deyil, məhz Allah tərəfindən tə'yin olunması, məntiqlə uyğun gələn bir əqidədir.
İLAHİ RƏHBƏRİN VƏZİFƏLƏRİ İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin canişini olan ilahi rəhbərlərin bir neçə vəzifəsi vardır ki, onlar aşağıdakılardan ibarətdir:
1-Qur'ani-kərimin mə'nalarını xalq üçün aydınlaşdırıb onlara aid olan məsələləri izah etmək;
2-Dini hökmləri xalqa çatdırıb, bəyan etmək;
3-Ümmət arasında e'tiqadi azğınlığın qarşısını almaq;
4-Öz sözləri və rəftarı ilə cəmiyyəti islah etmək və tərbiyələndirmək;
5-Cəmiyyətdə təhlükəsizlik, əminəmanlıq və ədaləti yaratmaq;
6-Düşmənlər qarşısında islamın sərhəd, sərvət və varlığını müdafiə etmək;[84]
Gördüyünüz kimi hər hansı bir ilahi rəhbərin boynunda belə ağır vəzifələr vardır. Bu vəzifələrin öhdəsindən gələn şəxsi, yalnız Allah-taala tə'yin edə bilər və adi camaat belə bir şəxsi tanıyıb onu özü üçün imam seçə bilməz.
Qeyd etdiyimiz vəzifələr ilk növbədə Həzrət Peyğəmbərin (s) öhdəsində olmuş və o həzrətdən sonra isə ilahi rəhbərlərə (imamlara) tapşırılmışdır. Lakin həzrət peyğəmbərimizin ayrı bir vəzifəsi də var idi ki, o vəzifə imamlara aid deyildir.
Həzrət Peyğəmbərin istisna olan bu vəzifəsi vəhy yolu ilə Allah göstərişlərini alıb ümmətə çatdırmaq və başqa sözlə desək, Allah izni ilə qanunvericilik ixtiyarına malik olması idi. İlahi rəhbərlərə (imamlara) isə vəhy olunmaz və yeni bir şəriət göndərilməz.
İMAMƏTƏ AİD AYƏ VƏ RƏVAYƏTLƏR İslam Peyğambərinin (s) canişinləri haqda bir çox ayə və rəvayətlər mövcuddur ki, burada onlardan bir neçəsini diqqətinizə çatdırırıq:
1-Maidə surəsi, ayə,55:
Allah təala bu ayədə buyurur:
«Şübhəsiz sizin rəhbəriniz Allah, Onun elçisi və iman gətirib namaz iqamə edən və ruku halında zəkat verənlərdir.»
Həzrət peyğəmbərimizin (s) səhabələrindən olan Əbuzər (r.ə) belə nəql edir:
«Bir gün Həzrət Peyğəmbər (s) camaatla birlikdə zöhr namazını qılarkən bir yoxsul məscidə daxil oldu. Heç kəs ona bir şey vərmədiyindən əllərini göyə qaldıraraq dedi: «İlahi! Şahid ol ki, mən sənin peyğəmbərinin məscidində kömək istədim, amma heç kəs mənə bir şey vermədi.
Elə bu vaxt namazda rükuya getmiş Həzrət Əli əleyhissalam barmağında olan üzüyü (almaq üçün) yoxsula uzatdı və o da üzüyü həzrət Əli əleyhissalamın barmağından çıxararaq getdi. Həzrət Peyğəmbər (s) bu səhnəni gördükdə əllərini qaldırıb belə dua etdi:...İlahi! Qardaşım Musa əleyhissalam Səndən özü üçün qardaşı harunu vəzir (və köməkçi) istədi. İlahi! Mən də sənin peyğəmbərin və seçilmiş bəndənəm.....Əhli-Beytimdən olan Əlini mənim üçün canişin, arxa və möhkəm dayaq qərar ver.
Əbuzər (r.ə) deyir: Həzrət Peyğəmbərin duası qurtarmamış Cəbrail əleyhissalam nazil olaraq bu ayəni (Nisa surəsinin 55-ci ayəsini) çatdırdı.»
Bu rəvayət təkcə şiələr tərəfindən deyil, həm də bir çox əhli sünnət alimləri tərəfindən nəql olunmuşdur.
Mərhum Əllamə Əmini (r.ə) nəql olunmuş hədisi özünün «Əl-ğədir» kitabında gətirmiş və onun 30-a yaxın sünnü alimi tərəfindən də nəql olunduğunu qeyd etmişdir ki, Təbərinin təfsiri, 6,165, İbni Kəsirin «Əlbidayətu vən-nəhayət», 7,357, İbni Həcərin «Əs-səvaiq, səh.25 və s... kitablar buna nümunə ola bilər.[85]
2-Nisa surəsi, 59:
Allah təala bu surədə belə göstəriş verir:
«Ey mö'minlər! Allaha, peyğəmbərə və əmr sahiblərinə itaət edin.»
«Cabir ibni Əbdullah Ənsari (r.ə) nəql edir ki, bu ayə Həzrət Peyğəmbərə (s) nazil olanda soruşdum: Ey Allahın elçisi! Biz Allahı və Onun peyğəmbərini tanıdıq, amma sizinlə yanaşı itaəti (vacib) olanların kim olduğunu bilmirik. Həzrət Peyqəmbər (s) cavabımda buyurdu:
«Ey Cabir! Onlar (əmr sahibləri) mənim canişinlərim və məndən sonra müsəlmanların imamlarıdır.
Onların birincisi Əliyyibni Əbi Talib, sonra Həsən, sonra Hüseyn, sonra Əli ibni Hüseyn, sonra Tövratda Baqir adı ilə tanınmış Mühəmməd ibni Əlidir ki, sən onu görəcəksən.
Ey Cabir, onu görəndə mənim salamımı ona çatdırarsan.
Sonra Sadiq Cə'fər ibni Mühəmməd, sonra Musəbni Cə'fər, sonra Əliyyibni Musa, sonra Mühəmməd ibni Əli, sonra Əliyyibni Mühəmməd, sonra həsən ibni Əli və daha sonra mənim adımda olan Allahın höccəti (Sahibəz-zəman əleyhimus-səlam)-dır.»
Üsuliddinin beşinci və sonuncu əsası «Məad»-dır. «Məad», ərəb sözü olub qayıdış mə'nasını daşıyır. Amma dini termin baxımından məadın mə'nasında belə deyirlir: «Məad» axirət aləminə inanıb bu dünyadan sonra ayrı bir aləmin varlığına e'tiqad bəsləməkdən ibarətdir. Bu əqidəyə əsasən dünyadan getmiş hər bir insan Həzrət İsrafil əleyhissalamın şeypurunun səslənməsi ilə oyanıb Allah qarşısında hazır olacaq və öz əməllərinin əvəzini görəcəkdir. Axirət aləminə inanmaq təkcə müsəlmanlar arasında deyil, bütün ilahi dinlərdə əsas mövzulardan biri sayılır. Həqiqətdə Axirət aləminə inanmağın əsası hər bir insan varlığının ruh və cisimdən yaranmasından qaynaqlanır. İnsanın cismi öləndən sonra torpaqlar altında çürüyüb, aradan getsə də ruhu dəyişməz qalır. İnsanı sair varlıqlardan ayıran əsas amil isə onun ağıl və şüura malik olmasıdır. İnsan bu dünyaya təkcə yemək-içmək və bir sıra ləzzətlərin ardınca düşmək üçün gəlməmiş və heç də belə bir hədəf üçün yaranmamışdır. Elə buna görə də hər bir insanın zehnində aşağıdakı suallar yarana bilər: 1-haradan gəlmişik? 2-Hansı hədəf üçün yaranmışıq? 3-Bu həyatın sonu haradır? Bu suallara düzgün cavab tapmaq üçün «Məad» barəsində və başqa sözlə Axirət aləmi haqda danışmaq zəruri və lazım məsələlərdən biri sayılır. Qeyd etdiyimiz kimi, axirət aləminə inanmaq təkcə müsəlmanlara məxsus deyil, həm də bədəvi insanlar, atəşpərəstlər, yəhudilər, məsihilər və s .... insanların da əqidə bağladığı əsaslı e'tiqadlardan biridir. AXİRƏT ALƏMİNİN XÜSUSİYYƏTLƏRİ Ağıl və məntiq baxımından Axirət aləmi aşağıdakı xüsusiyyətlərə malik olmalıdır. 1-Axirət aləmi əbədi və həmişəlik olmalıdır; Qur'ani-kərimə nəzər saldıqda Axirət aləminin əbədi olmasına dair bir çox ayələr görürük. Məsələn: «Behiştin qapıçıları Behişt əhlinə salam verərək deyər: Xoş olsun sizə; əbədi olaraq Behiştə daxil olun.»[106] həmçinin Cəhənnəm əhli barədə buyurulur: «Allah-təala münafiq (iki üzlü) kişilər, qadınlar və kafirlər üçün əbədi olan cəhənnəm odunu və'də vermişdir.»[107] 2-Axirət aliminin ne'mət və səadəti hər növ çətinlik və əzab-əziyyətdən uzaq olmalıdır; Axirət aləmində olan ne'mət və səadət üçün heç bir əziyyət, narahatçılıq və hüzn olmamalıdır. Çünki bu cür xüsusiyyətlər müvəqqəti olan dünya həyatının ne'mətləri və rifahını əldə etdikdə ola bilər. Axirət aləmində isə bu cür xüsusiyyətlərin olması qeyri-mümkündür. Qur'ani-kərimdə oxuyuruq: «(Onlara xitab olunar:) Behiştə daxil olun! Sizin üçün Heç bir qorxu və hüzn olmayacaqdır.»[108] 3-Axirət aləmi iki hissədən təşkil olunmuşdur; Belə ki, saleh əməllər sahibi üçün rəhmət və günahkarlar üçün əzaba malik olmalıdır. Qur'ani-kərimin bir çox ayələri bu söz üçün canlı sübutdur. Məsələn: «Zərrə qədər yaxşı əməl sahibi (Axirət aləmində) öz işinin savabını görəcəkdir. Və zərrə qədər pis əməl sahibi (də) öz əməlinin cəzasına çatacaqdır.»[109] Beləliklə heç bir insan ilahi rəhmət və cəzadan boyun qaçıra bilməz və hamı ilahi məhkəmədə hazır olmalıdır. 4-Axirət aləmi əməl yeri deyil, cəza və mükafat yeri olmalıdır; Çünki əməl qapısı ölüm yetişdikdə bağlanar və bir daha açılmaz. Qur'ani-kərim bu haqda buyurur: «Sizlərdən birinizin ölümü yetişməmiş sizə verdiyimiz ruzilərdən Allah yolunda infaq edin, (ki, əcəli çatmış hər bir şəxs) belə deyər: İlahi, bir daha əcəlimi tə'xirə salsan, Sənin yolunda sədəqə verib salehlərdən olaram.»[110] Bu ayədən aydın olur ki, insanın ölümü çatdıqdan sonra heç bir əməli yerinə yetirə bilməz və ona savab yazılmaz. AXİRƏT ALƏMİNİN İSBAT OLUNMASI Digər dini əsaslar kimi Axirət aləmi də iki yolla isbat olunur ki, onlardan biri ağıl və digəri isə ayə və rəvayətlərdən ibarətdir. Birinci: Ağıl və düşüncə; Ağıl və düşüncə yolu ilə Axirət aləmini bir neçə dəlillə isbat etmək olar: 1-Hikmət dəlili; Bildiyiniz kimi hər bir insan ruh və cisimdən ibarətdir ki, onun əbədi həyatının əsas amili də ruhla bağlıdır. İnsan bu dünyada zəhmət çəkib bir sıra ləzzətlərdən bəhrələnmək və nəhayət bu dünya ilə vidalaşıb torpaq altında çürüyərək aradan getmək üçün xəlq olunmamışdır. Çünki ölməklə bütün var dövlət, çəkdiyi zəhmətlər və s.. heçə çıxır və beləliklə də hər bir insanın həyat tərzi mə'nasız və puç sayılır. İlahi sifətlərdən biri də Allahın hikmətli olmasıdır. Belə bir həyat tərzi isə Allahın hikmətindən çox-çox uzaqdır. Digər tərəfdən də qeyd olunmalıdır ki, insan əbədilik və həmişə yaşamağı, ixtiyarında olan imkanların həmişəlik əlinda qalmağını sevən və tələb edən bir mövcuddur ki, 70-80 ildən sonra dünyadan köçüb qəbr evində çürümək qorxusu bu istəyi aradan apararaq onu nakam qoyur. Bu isə heç bir sağlam ağılla uyğun gəlmir. Elə bütün bunlara görə də bu dünyadan sonra ayrı bir aləmin olması, ilahi hikmətin zəruriyyətlərindəndir. 2-Ədalət dəlili; Bildiyiniz kimi insanlar öz əməllərində ixtiyar sahibi olub, istədikləri pis və yaxşı əməlləri əncam verə bilərlər. Bə'zi insanlar ömürlərinin sonunadək Allaha bəndəçilik edib saleh əməllər görür, bə'ziləri isə ömürlərinin sonunadək günah işlərlə məşğul olur və hətta günah etdikləri halda dünyalarını dəyişirlər. Digər tərəfdəndə bir çox insanlar dünyada öz imkanları, qüdrətləri və s.. şeylərdən istifadə etməklə zəif və imkansızlara istədikləri zülmləri edirlər ki, adətən bu cür zülmkarlar dünyada zəngin və firavan həyat sürür və heç də öz çirkin əməllərinin cəzasına çatmırlar. Allahın sifətlərindən biri də onun ədalətli olmasıdır. Belə bir həyat tərzi (salehlər və günahkarların cavabsız qalması) heç də ilahi ədalətlə uyğun gəlmir və heç bir sağlam ağıl belə bir işi qəbul edə bilmir. Beləliklə saleh bəndələr və günahkarları bir-birindən ayırd edib, salehləri mükafatlandırmaq, zülmkarları isə cəzalandırmaq üçün bu dünyadan başqa bir aləmin (axirət aləminin) olması ilahi ədalətin zəruriyyətlərindən sayılır və əks təqdirdə, bu həyat tərzinin Allah ədalətindən kənar olması kimi düşüncə və fikir meydana çıxa bilər. 3-Qüdrət dəlili; Ağıl və düşüncə yolu ilə Axirət aləmini isbat edən dəlillərdən biri də ilahi qüdrətdən ibarətdir. Axirət aləminin varlığı, çürüyüb aradan getmiş bir sıra varlıqların bir daha xəlq olunması bu işin qeyri-mümkünlüyü ilə inkar olunsa, ilahi qüdrətə əsasən bu fikirin yanlış olduğunu isbat edə bilərik. Məsələn, insanları müxtəlif bitki, meyvə və s.. şeylərdən ataların belində nütfə kimi, anaların bətnində körpə uşaq şəklində vücuda gətirən və hər bir körpəni boya-başa çatdıran, həmçinin varlıqları yoxdan xəlq edən Allah heç də çürümüş insanı bir daha dirildib Axirət aləmində hazır etməkdən aciz deyildir. Allah-taala nəhayətsiz qüdrət sahibi olduğu halda bu kimi işləri həyata keçirməkdən aciz qalmaz. Məsələn, əgər bir mühəndis tikdiyi binanı dağıtdıqdan sonra onu yenidən inşa edəcəyini iddia etsə, hamı ona inanar. Çünki o, artıq bir dəfə bu işə qadir olduğunu sübuta yetirmişdir. Onun yenidən bu işi bacaracağına isə kimsə şübhə etməz. Elə bütün bunlara əsasən axirət aləminin varlığı zəruri və olasıdır. İkinci: Ayə və rəvayətlər; Axirət aləminin isbatı üçün çoxlu ayə və rəvayətlər mövcuddur ki, burada onların bə'zisini qeyd edirik: 1-Zəlzələ surəsi: «Bağışlayan və mehriban Allahın adı ilə! Yer möhkəm zəlzələ ilə titrədikdə və öz ağır yüklərini xaric, etdikdə, insan (Heyrətlə) deyər: Görəsən yerə nə olmuşdur? O vaxt yer, camaatı (böyük) xəbərlərdən agah edər. Çünki sənin Rəbbin ona belə ilham etmişdir. O gün xalq öz əməlllərinin (cəza və mükafatını) görmək üçün qəbrlərdən pərakəndə halda xaric olarlar. Beləliklə zərrə qədər xeyir əməl sahibi öz mükafatını görərcək və zərrə qədər şərr əməl sahibi (də) öz əməlinin cəzasına çatacaqdır.» 2-Təğabun surəsi, ayə-7: «Kafirlər (belə) güman edirlər ki, (öldükdən sonra) bir daha dirilməyəcəklər...» 3-Mu'minun surəsi, ayə-16: «Və (bütün bunlardan sonra) siz Qiyamət günü diriləcəksiniz.» 4-Nəql olunmuş rəvayətə əsasən Ubəyy ibni Xələf çürümüş bir sümüyü Həzrət Peyğəmbərin (s) yanına gətirib onu havaya sovuraraq dedi: «Bu çürümüş sümükləri bir daha kim dirildə bilər?» Allah-təala bu ayəni nazil etməklə ona belə cavab verdi: «O öz xilqətini unudan halda bizə misal çəkərək, «bu çürümüş sümükləri bir daha kim dirildə bilər?»- dedi. (Ey peyğəmbər!) Ona de ki, onları ilk dəfə yaradan Allah (çürümüş sümüyü) bir daha dirildəcək və o Allah hər şeyi xəlq etməyə (qadir və ) bilicidir.»[111] 5-həzrət Əmirəl Mö'minin Əli əleyhissalam buyurur: «Qiyamət günü mö'minlər, kafirlər və münafiqlər dəstə-dəstə gələrək öz əməllərinin (mükafat və cəzasını) görəcəklər...»[112] Beləliklə qeyd olunmuş bir sıra əqli dəlillər, həmçinin ayə və rəvayətlərə əsasən bu dünyadan sonra Axirət aləminin varlığı zəruri və bəlli olur. AXİRƏT ALƏMİNİN KEYFİYYƏTİ Bə'ziləri Axirət aləminin cismani, digərləri isə ruhani olduğunu iddia etmişlər ki, bir sıra Qur'an ayələri, həmçinin rəvayətlərə əsasən Axirət aləmi həm cismani həm də ruhani olacaqdır. Çünki bir sıra Qur'an ayələri Axirətdə əl və ayaqların şəhadət verməsi və bədən üzvlərinin dil açıb, danışmasından xəbər verir. Məsələn: «Bu gün (Axirət aləmində) kafirlərin ağzına sükut möhrü vurular, dilləri dilə gəlib bizlə danışar və ayaqları etdiklərindən şəhadət verər.»[113] Gördüyünüz kimi bu ayə Axirət aləminin cismani olduğunu yetirir. Digər tərəfdən də bə'zi ayələr Axirət aləmində günahkarların həsrət çəkməsi, cəhənnəm odunda yanması və ruha aid sair hadisələrdən söz açır ki, ruhsuz insan heç vaxt belə əzabları dərk etməz və heç bir ağrını hiss edə bilməz. Məsələn: «(Ey peyğəmbər!) Zülmkarları həsrət günündən qorxut ki, o vaxt onların əzab olunmaqlarına Hökm olunacaq. Bir halda ki, onlar (bu dunyada) qəflətə düşüb iman gətirmirlər.»[114] Əllamə Hilli (r.ə) bu haqda buyurur: «Bütün müsəlmanlar Axirət aləminin cismani olması əqidəsindədirlər. Çünki əks təqdirdə (bir sıra əməllər və) təkliflərin yerinə yetirilməsi (məntiqsiz və) ağlabatmaz olacaqdır.»[115] Beləliklə də cisim təklikdə heç bir şeyi dərk etmədiyinə görə, Axirət aləmi həm cismani, həm də ruhani olacaqdır. AXİRƏT ALƏMİNİN MƏRHƏLƏLƏRİ Axirət aləminə aid olan bir sıra mövzulardan sonra onun mərhələləri haqda danışmaq münasib olardı: 1- Ölüm: Ölüm ruhun təmamilə bədəndən ayrılmasına deyilir ki, hər bir insan müxtəlif xəstəliklər, hadisələr və s... səbəblərdən bu dünyadan köçəcək və dünyada etdiyi əməllərə görə Allah qarşısında hazır olacaqdır. Bir sıra rəvayətlərə əsasən ölüm, mö'min və yaxşı əməl sahibləri üçün asan, kafirlər və günahkarlar üçün isə çətin və ağır olacaqdır. Kafirlər və qeyb aləmini inkar edənlər ölümü aradan gedib məhv olmaq kimi qələmə verir, mö'minlər və saleh bəndələr isə onu məhv olmaq deyil, əksinə əbədi yaşayışa qovuşmaq bilirlər. 2- Qəbr: Ruhu bədənindən çıxmış insan qüsl, kəfən və s... işlərdən sonra qəbrdə dəfn olunur. Kafir, müşrik və günahkarlar üçün qəbr sıxıntısı ən qorxulu və dözülməz hadisələrdən biri sayılır. İstər müsəlman, istərsə də qeyri-müsəlman üçün qəbr məsələlərindən biri də münkir və nəkirin ölüdən bir sıra suallar soruşmasıdır. Onlar qəbrdə olan insandan Allah, peyğəmbər, müqəddəs kitab, imam və s... məsələlər haqda sual edəcəkdir. 3- Bərzəx: Bərzəx aləmi Qiyamət gününədək mö'minlər və kafirlərin qalacağı müvəqqəti bir yerdir ki, mö'minlər Qiyamət gününədək orada cənnətə oxşar müvəqqəti yerdə, kafirlər isə cəhənnəmə oxşar bir yerdə qalacaqlar. Bu aləm dünya həyatı ilə Axirət arasında olan ayrılıq və boşluğu doldurduğu üçün «Bərzəx» adlanmışdır.[116] 4- Qiyamət: «Qiyamət» sözü ayağa qalxmaq və dirçəliş mə'nasını daşıyır. Qur'ani-kərimdə bu gün «Yəvmud-din» (cəza və mükafat), «Yəvmul-axir» (son gün), «Yəvmul-həsrət» (Həsrət günü,) «Yəvmul-üsr» (çətin gün) və «Yəvmə tubləs-sərair» (pərdələrin kənara gedib, sirlərin aşkar olduğu gün) kimi adlarla yad edilmişdir. Qur'ani-kərimin buyurduğuna görə iki dəfə İsrafilin vasitəsi ilə şeypur çalınacaq. Birinci dəfə çalınanda yerdə və göylərdə olan canlı varlıqlar öləcək və bununla da Qiyamət günü başlanacaqdır. Şeypur ikinci dəfə çalındıqda isə ölmüş canlılar bir daha diriləcək və Allah hüzurunda dayanacaqlar. Qur'ani-kərimdə oxuyuruq: «İsrafil şeypuru çalacaq və Allah istədiyi kəslərdən başqa göylərdə və yerdə olan bütün canlılar öləcəkdir və sonra bir daha şeypur çalındıqda, insanlar ölümdən ayılaraq (məhşərə) baxacaqlar.»[117] Qiyamət gününün necə ağır və dəhşətli olduğunu diqqətinizə çatdırmaq üçün bir neçə ayəni qeyd edirik: «Bağışlayan va mehriban Allahın adı ilə. Ey insanlar! Rəbbinizdən (qorxub) pərhizkar olun ki, şübhəsiz Qiyamət gününün zəlzəlzsi çox böyuk bir Hadisədir. O gün bütün südverən analar qorxudan öz körpələrini unudacaq və bütün hamilə qadınlar uşaqlarını salacaqlar. O gün xalqı məst halda görəcəksən, halbuki onlar məst deyil və lakin Allahın əzabı şiddətlidir.»[118] Nəql olunmuş rəvayətə əsasən, bu ayələr «Bənil-müstələq» döyüşündə Həzrət Peyğəmbərə (s) nazil oldu. Peyğəmbər onu müsəlmanlar üçün oxudu və onlar qorxudan ağlayaraq pərişan oldular. hamılıqla o günün şərrindən Allaha pənah aparırıq. 5-Qəbrdən qalxmaq: Həzrət İsrafilin çaldığı ikinci şeypurdan sonra əvvəldən dəfn olunmuş insanlar öz qəbrlərindən qalxacaq və etdiyi əməllərin hesabını görəcəklər. Qur'ani-kərim bu haqda buyurur: «(Onlar) qəbrlərdən çıxaraq həşəratlar kimi məhşərə səpələnəcəklər.»[119] 6-Əməllərin hesablanması: Qur'ani-kərimin buyurduğuna əsasən, Qiyamət günündə zərrə qədər də olsa, yaxşı və pis əməllər ölçüləcək və onların hər biri üçün savab və cəza veriləcəkdir.[120] Rəvayətlərdən belə başa düşülür ki, yaxşı əməlləri artırıb daha çox savab almaq üçün Həzrət Peyğəmbər (s) və onun pak ailəsinə salavat göndərmək, («Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd»)-sözünü demək, həmçinin xoş əxlaqlı olmaq çox faydalıdır. Bu mərhələdə əməllərin ölçülüb hesablanması üçün bir sıra şahidlər şəhadət verəcəkdir. Qur'ani-kərimin ayələrindən istifadə olunduğu kimi, Qiyamət günündə şəhadət verənlər aşağıdakılardan ibarətdir: Birinci: Allah-təala; İkinci: İslam ümmətinin peyğəmbəri; Üçüncü: İnsanın bədən üzvləri; Dördüncü: Mələklər; Beşinci: Yer;[121] Həmçinin Qur'ani-kərimdə qiyamət günündə İslam ümməti, əməllər kitabı və əməllərin şəhadət verməsi barədə də söz açılmışdır.[122] 7-Əməllər kitabının verilməsi: Axirət aləminin həyəcanlı mərhələlərindən biri də insanlara əməllər kitabının verilməsidir. Bu kitab insana sağ tərəfdən verilərsə onun cənnətə, sol tərəfdən verilərsə, cəhənnəmə kedəcəyi mə'lum olacaqdır. İnsanların bütün yaxşı və pis işləri bu kitabda yazılı halda təhvil veriləcəkdir ki, Qur'ani-kərimdə bu haqda belə buyurulur: «Onlar deyərlər: Vay olsun bizə! Bu nə cür kitabdır ki, bizim bütün kiçik və böyük əməllərimizi (unutmamış) və saxlamışdır!.»[123] 8-Sirat körpüsü: Axirət aləminin ən qorxulu mərhələlərindən biri də bütün insanların siratdan keçməsidir. Sirat yeddi dayanacaqdan ibarət bir körpüdür. Bu dayanacaqlar aşağıdakılardan ibarətdir: Birinci: Rəhm (qohum-əqrəba ilə yaxşı rabitə), əmanət və mə'sumların vilayət və imaməti; İkinci: Namaz; Üçüncü: Xüms və zəkat; Dördüncü: Oruc; Beşinci: Həcc; Altıncı: Təharət və təmizlik; Yeddinci: Məzalim (haqqun-nas və yaxud xalqın hüquqları); Məryəm surəsinin 70-ci ayəsinə əsasən, bütün insanlar bu sirat körpüsündən keçməli, amma günahkarlar sirat üzərində büdrəyib Cəhənnəmə düşəcəklər. Sadaladığımız yeddi dayanacağın hər birində insandan bu əməllərin yerinə yetirib-yetirməməsi soruşulacaq, onları yerinə yetirmişsə tez keçəcək, əks təqdirdə isə ayağı büdrəyəcəkdir. Amma mö'min şəxslər bu körpünü bir göz qırpımında keçəcəklər. 9-Behişt ya Cəhənnəm: Axirət aləminin sonuncu və əbədi mərhələsi cənnət və ya cəhənnəmdən ibarətdir ki, cənnət yaxşı əməl sahibləri olan mö'minlər, cəhənnəm isə müşrik və kafirlər üçün əbədi bir yerdir. Məşhur alim Şeyx Səduq (r.ə) bu barədə deyir: «Cənnət haqda əqidəmiz belədir: Həqiqətən cənnət əbədilik və sağlamlıq evidir. Orada ölüm, qocalıq, xəstəlik, ziyan və fanilik yoxdur...həmçinin cənnətdə Heç bir qəm-qüssə, hacət və yoxsulluq olmayacaq. Cənnət ehtiyacsızlıq və səadət evidir.» Cəhənnəm Haqda olan əqidəmiz isə belədir: Həqiqətən cəhənnəm zillət evi olub küfr və günah əhlindən intiqam alınmaq yeridir ki, yalnız küfr və şirk əhli orada əbədi olaraq qalacaqdır.»[124] AXİRƏT ALƏMİ BARƏDƏ BİR NEÇƏ SÖZ 1-Mə'lum olduğu kimi, dünyada yaxşı əməl sahibi olan mö'minlər əbədi olaraq cənnətdə, kafirlər və müşriklər isə əbədi olaraq Cəhənnəmdə qalacaqdır. Amma günahkar müsəlmanlar müvəqqəti cəhənnəm əzabından sonra Cənnətə aparılacaq və əbədi olaraq orada qalacaqlar.[125] 2-Şəfaət bir şeyin digər bir şeyin kənarında durmasına deyilir. İmtahandan iki almış şagirdə bir qiymət əlavə edərək üç qiymətlə müəllim tərəfindən edilən bu hörmət, şəfaət üçün ən yaxşı bir misaldır. Bizim əqidəmizə əsasən qiyamət günü peyğəmbərlər, imamlar, alimlər, şəhidlər və salehlər, bə'zi günahkar bəndələrə şəfaət edəcək və beləliklə Allah-təala onların təqsirindən keçəcəkdir. Qur'ani-kərimdə oxuyuruq: «Qiyamət günü Allahın izn verdiyi və sözlərini bəyəndiyi şəxslərdən başqa heç bir kəsin şəfaəti fayda verməz.»[126] Qeyd etmək lazımdır ki, şəfaət heç də səhlənkar, müqəssir və bu kimi digər şəxslərə aid olmayıb, yalnız məxsus insanlar üçün Allah izni ilə həyata keçəcəkdir. 3-Müsəlman məzhəbləri arasında olan ixtilaflardan biri də «v'əd» və «və'id» məsələsidir. «Və'd» savab və xeyir, «Və'id» isə əzab və cəza üçün işlədilir. Bizim əqidəmizə əsasən Allah-təala heç vaxt öz və'dinə yalançı çıxmaz. Necə ki, Qur'ani-kərimdə buyurur: «Bu Allah və'didir və Allah heç vaxt öz və'dinə yalançı çıxmaz, lakin xalqın çoxu bundan agah deyildir.»[127] Lakin və'id (cəza və əzab və'dəsini) yerinə yetirib-yetirməməkdə ixtiyar sahibidir. Yə'ni Allah-təala bir şəxs və ya bir millət üçün və'id (cəza və əzab və'di) verərsə, bu və'dinə əməl edib-etməməsi öz ixtiyarındadır. Necə ki, Qur'ani-kərimdə buyurur: «Göylərdə və yerdə olan hər bir şey Allaha məxsusdur, o istədiyini bağışlayar və istədiyinə əzab verər və Allah bağışlayan və mehribandır.»[128] Pərvərdigara! Bizə həqiqi İslam maarifinə yiyələnməkdə yardımçı ol və bircə an da bizi qəflətdə saxlama! İlahi Amin. [106] Zumər surəsi, ayə.73 [107]«Tövbə» surəsi, ayə.68 [108]«Ə`raf» surəsi, ayə 49 [109]«Zəlzələ» surəsi, ayə 7-8 [110] «Munafiqun» surəsi, ayə 10 [111]«Əl-mizan təfsiri», 7-ci cild;«Yasin» surəsi, ayə.78-79, [112]«Əl-mizan təfsiri», 20-ci cild; «3əlzələ» surəsi. [113]«Yasin» surəsi, ayə.65 [114]«Məryəm» surəsi, ayə.40 [115]«Əlbabul-hadi əşər»,7-ci fəsil, səh.105 [116] Qur'ani-kərimin Mö'minun surəsinin 100-cü ayəsi, həmçinin bir sıra rəvayətlərdə Bərzəx aləmi haqda danışılmışdır. [117] Zumər surəsi, ayə.68 [118] «həcc» surəsi, ayə.1-2 [119] Qəmər surəsi, ayə.7 [120] 3əlzələ surəsi [121] Bu barədə Həcc surəsi, ayə.17, Nisa surəsi, ayə.41, Nəhl surəsi, ayə.89, Nur surəsi, ayə.24, Qaf surəsi, ayə.21 və 3əlzələ surəsi, 4-5-ci ayələrə baxa bilərsiz. [122] Bu barədə Bəqərə surəsi, ayə.143, Kəhf surəsi, ayə.49, Ali İmran surəsi, ayə.30 baxa bilərsiz. [123] Kəhf» surəsi, ayə,49 [124] «Əl-e'tiqadat fi dinil-imamiyyə» səh.53-54 [125] «Qəvaidul-əqaid» səh.149 [126] «Taha» surəsi, ayə.109 [127] «Rum» surəsi, ayə.6. [128] «Ali imran» surəsi, ayə.129.
Yüzlərlə Quran ayəsi, minlərlə Peyğəmbərdən (s) nəql olunan hədislər və İmamlardan buyurulan xəbərlər tam açıq-aydın məad (ölümdən sonrakı həyat) məsələsini vurğulayır. Bu etiqada görə Allah-Təala bütün bəndələrini ölümdən sonra müəyyən bir gündə yenidən dirildərək onların əməllərinin hesabına yetişəcək: yaxşı əməl sahiblərinə əbədi nemətlər bağışlayacaq və pis əməl sahibləri isə öz rəftarının cəzasını əbədi əzab içində çəkəcəklər. Allah-Təala Quranda buyurur ki, bütün keçmiş Peyğəmbərlər məad və oyanış gününü öz ümmətinə xatırlatmışlar. Başqa İlahi dinlər kimi, İslam dini də Məadı (ölümdən sonrakı həyatı) öz dəlilləri ilə sübut edir. Allaha pərəstiş edən bütün xalqların inanc dünyasında yenidən dirilmə məsələsi vardır. Bu inanca görə bəşər yaxşı işə dəvət edilir, pis işdən çəkindirilir. Quranda məad (ölümdən sonrakı həyat) anlamı Qurani-Kərim yüzlərlə ayələrdə məad barədə hər bir şəkk-şübhəni rədd edir. Bir çox məqamlarda bəşərin bəsirət gözünü açmaq və xilqətin yaranışından sonra bir daha oyanışını diqqətə çatdırmaqla Allahın mütləq qüdrət sahibi olduğunu camaata vurğulayır. Yəni belə bir yenilməz qüdrət yalnız Allaha xasdır, O hər şeyi bilən və hər şeyə qadirdir. Qurani-Kərim Xaliqin (Allahın yaradan sifəti ) yenidən diriltmə qüdrətini belə bir məntiqlə bəyan edir: - «Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək, öz yaradılışını unudub: çürümüş sümükləri kim dirildə bilər?-deyə, hələ Bizə bir məsəl çəkdi». - «(Ya Peyğəmbər) De ki, «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışdan əvvəl də, sonra da) çox gözəl tanıyandır!» (Yasin surəsi, ayə 77- 78). Allahın qüdrətini təsəvvürdə sadə bəyanla canlandırmaq istəyən Quran diqqəti qışda öldükdən sonra yaz zamanı bir daha dirlən torpağa yönəldir və belə bir misal çəkir: - «Onun qüdrət nişanələrindən biri də budur ki, sən Yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar (cana gələr). Onu dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir!» (Fussilət: ayə 39). Qurani-Kərim məntiq və dəlil ilə öz həqiqətlərini bəyan edir və ona görə insan şüurunu oyadaraq həmin həqiqəti anlamağa və etiraf etməyə yönəldir. - «Biz Göyü və Yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!» (Sad surəsi; ayə 28). Ayədən göründüyü kimi, Göylərdə və Yerdə heç nə bihudə yaranmayıb. Əgər insan elə-belə yaranıb, bir neçə gün dolanıb, yeyib-yatıb sonra da ölüb gedərsə və bütün bəşər həyatı bu sayaq təkrar olarsa, xilqət aləmi mənasız oyuncaq kimi təsəvvür edilər. Lakin hikmət sahibi olan Allah belə bir mənasız və boş xilqəti yaratmazdı. Məada (ölümdən sonrakı həyat) inanmayanlar xilqəti boş sayırlar. Belə olduqda mömin və yaxşı əməl sahibləri ilə fəsad törədənlər eyni ola bilərmi? Bu dünyada yaxşı və pis əməl sahibləri öz layiqli cavabını almağa fürsət tapmırsa, başqa bir dünya və fürsət olmadıqda hər kəs öz yaxşı və pis əməlinin əvəzini tam görə bilməz. Deməli, axirət yoxdursa, sanki yaxşı və pis əməl sahibləri Allah qarşısında bərabər kimi təsəvvür edilir ki, bu da mümkün deyil və İlahi ədalət prinsipinə ziddir. Ölümdən Qiyamətədək İslam baxımından insan bədən və ruhdan ibarət bir xilqətdir. İnsanın bədəni maddi tərkibdən ibarət olub qanunlara tabedir- yəni onun ölçüsü, tutumu və çəkisi vardır. Bəşərin həyatı isə zaman və məkan çərçivəsində cərəyan edir. Bədən təbii proseslərə, o sıradan istilik və soyuğun təsirinə məruz qalır. Bədən tədricən qocalır; bir gün Allahın əmri ilə yaranan insan bədəni bir gün də ölüb-məhv olur. Lakin ruh maddi deyil və maddəyə aid heç bir xasiyyət ona şamil edilmir. Ruha aid sifətlər - elm, duyğu, fikir, iradə, məhəbbət, kin, sevinc, qəm, qorxu və ümid kimi xasiyyətlərdir. Ruh maddəyə aid xüsusiyyətlərə malik olmadığı kimi, ruhi sifətlər də belə xüsusiyyətlərdən uzaqdır. Qəlb və beyin bədənin başqa üzvləri kimi öz çoxsaylı fəaliyyətində ruh və ruha aid sifətlərə tabe olur. İslam ölümü necə mənalandırır? İslam ölüm dedikdə heç də insanın bütövlükdə yoxluğunu və heçə çevrilməsini nəzərdə tutmur. Ölüm- yəni fənayə uğramayan və əbədiyyət sifəti ilə tanınan ruhun bədənlə öz əlaqəsini kəsməsi deməkdir. Nəticədə ruh bədəndən çıxaraq öz yaşamını davam etdirir və bədən isə aradan gedir. Allah-Təala Qurani-Kərimdə belə buyurur: «(Axirətə inanmayanlar) Dedilər; «Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?» Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını (Qiyamət günü haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) inkar edən kəslərdir!». «(Ya Muhəmməd (s)) De ki, «Sizə müvəkkil olan ölüm mələyi (Əzrail (ə)) canınızı alacaqdır. Sonra da (Qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!». (Səcdə surəsi; ayə 10-11). Muhəmməd Peyğəmbər (s) bu barədə belə buyurub: «Siz yox olmursunuz, bir evdən başqa evə köçürsünüz». Bərzəx aləmi İslam etiqadına görə, insan öləndən sonra xüsusi bir tərzdə bir növ diri qalır: əgər yaxşı əməl sahibidirsə, nemət və səadətə qovuşur, əgər pis əməl sahibidirsə, əzaba düçar olur. Qiyamət qopan kimi adamlar hesab üçün bir yerə toplanır. İnsanın öləndən sonra Qiyamətə qədər keçirdiyi dövr bərzəx adlanır. Qurani-Kərim bu barədə belə buyurur: «Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (Qiyamətə kimi) qədər pərdə bərzəx aləmi vardır». (Möminin surəsi ayə 100). Yenidən oyanış mütləqdir Hər bir insan istisnasız olaraq Allahın ona verdiyi təbiətə görə yaxşı və pisi dərk edib bir-birindən seçir. İnsan özü əməl etməsə də, yaxşı əməli yaxşı kimi tanıyır və ona əməl etməyi vacib bilir, pis əməli isə pis kimi tanıyır və özü bəzən ona düçar olsa da, içərisindən ondan çəkinməyi vacib sayır. Şübhəsiz ki, yaxşılıq və pislik, yaxşı əməl və pis əməl ona uyğun əvəzini və cavabını tapmalıdır. Şübhəsiz ki, bu dünyada bütün yaxşı və pis əməllərin cavabı dərhal verilmir və buna fürsət tapılmır. Biz bir çox yaxşı əməl sahiblərinin çox çətinliklə və ağır şəraitdə yaşadığını görürük; eyni zamanda pis əməl sahibləri isə öz cinayət və fəsadları, pis rəftarı və rüsvayçı işləri ilə bərabər, xoşluqla və təminat içində yaşayırlar. Axirətə inam heç də bütün yaxşılıqların cavabını orada axtarmaq məqsədi daşımır. Bu əxlaqi-mənəvi tərbiyə üçün psixoloji bir təcrübədir. Əgər insan təkcə bu dünyanın maddi istəkləri ilə məhdudlaşıb axirət barədə düşünməsə, onun pis əxlaqdan çəkinməsi mümkünsüzdür. İnsan gələcəkdə başqa bir dünyada hesab günü gözləyirsə, öz yaxşı və pis əməllərinin münasib cavabını düşünürsə , yaxşı işi zəruri bilir, pis işdən isə çəkinir. Belə bir xüsusiyyət insan fitrətindən doğan təbii bir istəkdir. Xeyir əməlin əvəzini heç də cəmiyyətdə inzibati qaydalar ilə çıxmaq olmaz, insan xeyir əməl görməklə cəmiyyətdə xüsusi qaydalar bərqərar edərək şəxsi həyatda səadətə nail ola bilmir, necə deyərlər, etdiyi yaxşılığın əvəzi olaraq inzibati qaydada cəmiyyətdən öz xeyrinə pay ala bilmir. Belə bir payı gözləmək bəsit təsəvvürdür. Bunun əksi də belədir, yəni bir nəfər pis rəftar edirsə, onun cəzasını həmişə inzibati qaydada ala bilmir. Yəni Allahın ehsan və cəzası ilə fərdlərin qurduğu ictimai-inzibati qaydalar arasında fərq vardır. Yuxarıdakı təsəvvür əlsiz-ayaqsız adamlarda bir qədər təsirə malikdir, lakin cəmiyyətdəki intizam və pozuntular öz qüdrət və gücünün zirvəsinə yetişənlər üçün təsirsiz qalır, onlar istədiklərinə nail ola bilərlər. Güc sahibləri üçün cəmiyyətdə fəsad və hərc-mərcliyin çox olması sərfəlidir, sanki xalqın ruzigarı qaraldıqca onlar daha çox özlərini xoşbəxt hiss edirlər. Təbiidir, belə adamların təbiətində yaxşı əməl sahibləri müsbət və pis əməl sahibləri isə mənfi ola bilməz. Belə təsəvvür etmək olmaz ki, pis əməl sahibləri öz neçə günlük həyatında nəfsi istəklərinə çataraq həmişə xoşbəxt qalırlar. Onların pis əməli istər sağlığında, istərsə də sonra həmişə nifrətlə qarşılanır, adları rüsvay olur. Adlarının rüsvayçılıqla yad edilməsi, özləri barədə ictimai fikirdə xoşagəlməz fikrin formalaşması nəticəsində pis əməl sahibləri bir növ heçliyə çevrilir, heç bir mal-dövlət bu rüsvayçılığı və ləkəni yuya bilmir. Onların harınlıq və ləzzətlə keçirdiyi həyat heç nə olur, heç nə isə köməklərinə yetişmir. Deməli, məntiq hökm edir ki, insan yaxşı əməli yaxşı kimi tanısın və özü də yaxşılıq etsin, pis əməli də pis kimi tanısın və özü də pislikdən çəkinsin. Bu mənada məad anlamı (Yenidən dirilmə) və axirət gününə olan etiqadın məntiqi aydın olur və belə olmazsa, məad (Yenidən dirilmə) xurafat mənasında yozula bilər. Deməli, bəşər öz fitrətində olan pak imana əsasən məad etiqadına inanır. O, belə bir günün yetişəcəyini düşünür: belə bir gündə o, Haqqın dərgahında öz əməl və rəftarının hesabını verməklə yaxşı əməli müqabilində layiqincə mükafat, pis əməli müqabilində isə layiqincə cəza alacaq. Bəs din baxımından məad nədir? Səmavi dünya dinlərinin hər birində bir sıra etiqad prinsipləri və əməli ayinlər vardır ki, həmin dinin ardıcılları onlara riayət etməklə Allahın fərmanlarına təslim olur və onları gözəl mükafat gözləyir. Bu hökmlərdən boyun qaçırmaq və onları pozmaq isə cəza ilə əvəzlənir. Bu dünyada mükafat günü yoxdursa, həmin günü axirətdə gözləmək lazım gəlir. İslam həmin günü Qiyamət və oyanış günü adlandırmış, onun varlığını şəksiz-şübhəsiz bilmişdir. Qiyamətə inam İslam dininin beş sütunundan biridir və həmin günün gələcəyi barədə keçmiş Peyğəmbərlər təkidlə bəhs etmişlər. Qurani-Kərim də Qiyamət gününü təsdiqləyir.
Bidiyiniz kimi Allah-Təala bəşərin kamilliyə və səadətə çatması üçün bir çox vasitələr yaratmışdır. Lakin Allah-Təala insanların öz içlərindən onun əmr, göstəriş, qadağalarını çatdıran peyğəmbərlər seçməsi onun əsas missiyalarındandır. Bəli Allah-Təala 124000 peyğəmbər təyin etməsi bunu söyləməyə əsas verir. Bəşərin peyğəmbərlərə ehtiyacı Allah-Təala öz kamil qüdrəti ilə heç nəyə ehtiyacı olmadan varlıq aləmini və buradakı çeşidli məxluqatı yaratmış, onları öz saysız-hesabsız nemətləri ilə təmin etmişdir. İnsan və hər bir yaradılan, canlı və cansız aləm ilk yaranış günündən öz həyatının sonunadək Allahın nəzarəti ilə hər biri öz nizam və düzəni ilə müəyyən bir məqsədə doğru hidayət olunur və hərəkət edir. Hər bir varlıq nümunəsi bütün mərhələlərdə Allahın yardım və inayətindən bəhrələnir. Əgər təkcə öz yaşayışımızın müxtəlif mərhələlərini diqqətlə izləsək - yəni südəmər uşaqlıq dövrü, uşaqlıq, yeniyetmə çağı, gənclik, yetkinlik və qocalıq çağlarını nəzərdən keçirsək, öz vicdanımız Allahın bizə etdiyi yardımı yadımıza salar və ona şahidlik edər. Bu məsələyə ağıllı tərzdə yanaşaraq mühakimə yürütsək, Allahın öz yaratdığı xilqətinə hər şeydən və hər kəsdən daha mehriban və yaxın olması bizim üçün şəksiz -şübhəsiz aydınlaşar. Allah həmin rəhmət və mehribanlığına görə xilqətin məsləhətinə uyğun tədbir görür, hikmət və məsləhət olmadan heç bir şeyin xarab olmasına və məhvinə izn vermir. İnsan Allahın yaratdığı xilqətdən (yaradılışından) biridir, insanın xoşbəxtliyi və mənafeyi onun dünya və hadisələrə gerçək gözlə baxmasını, yaxşı əməl göstərməsini, düzgün etiqada (əqidəyə), bəyənilmiş əxlaqa və yaxşı rəftara malik olmasını tələb edir. İnsan öz fitri ağlı ilə yaxşı və pisi seçərək hər şeyi öz yoluna qoya bilər. Ancaq bilmək lazımdır ki, ağıl təklikdə bütün çətinlikləri və düyünləri aça bilməz, insanı bütövlükdə gerçəkliyi tam aydın görməyə və yaxşı əmələ yönəldə bilməz. Çünki insan cəmiyyətində müşahidə edilən bu qədər xoşagəlməz sifətlər və pis işlər məhz ağıl və şüur sahibi olan insanlardan baş verir. Deməli, ağıl nəfsin tələbi ilə öz həvayi-nəfsinə və mənfəətinə uyaraq insaniyyət duyğularını nəfsə qurban verir. Bu və başqa səbəblərə görə Allah-Təala insanları öz nəfsinin əmrinə baş əyməyən başqa yol və vasitələrlə idarə etməli olur. İnsanları xəta və səhvlərdən çəkindirən, onları gerçək insani səadətə qovuşduran bu yol nədən ibarətdir? Bu yeganə yol peyğəmbərlik yoludur. Peyğəmbərlər Bizim ağılımızın dərin mühakimə və hökmünə əsasən bəşərin doğru yola yönəlməsi üçün onun üzərinə peyğəmbərlik qapısı açılmalıdır. Həmin yol doğrudan da bəşərin üzünə açılmışdır. Bir sıra insanlar Allah tərəfindən göndərilmiş, onlar vasitəsilə camaat üçün etiqad və əməli rəftar qaydaları çatdırılmışdır. Peyğəmbərlər insanları doğru yola dəvət üçün gəlmişlər. Onlar öz dəvətinin düzgünlüyünü və doğruluğunu, təbliğ etdikləri dinin gerçəkliyini xalqın anladığı bir yolla sübut etmiş, öz tərbiyyə məktəbində ləyaqətli şəxsiyyətlər yetişdirmişlər. Peyğəmbərlər Allah tərəfindən xeyir və şər, səadət və bədbəxtlik yollarını xalqa ayırd edir, iman gətirənlərə savab müjdəsi verir, onları Allahın rəhmətinə ümidvar edir, zalımları və imandan boyun qaçıranları Allahın əzabı ilə qorxudur. İnsan isə bu yollardan hər birini qəbul etməkdə və seçməkdə ixtiyar sahibidir. Bir sözlə insan bu xeyir yolu seçib əməl etdikdə, ona imanlı şəxs deyirlər. Bizə aydın olur ki, ağılla xeyir və şəri bilməkdən əlavə insanlara Allah tərəfindən bəxş olunan və insan öz ixtiyarı ilə əldə edəcəyi iman gərəkdir ki, bu bildiklərini öz həyatında icra etsin. Allah-Təala insanları sadə yolla dinə, imana gəlməsi və kamilliyə çatması üçün əvvəlcə vəhy yolu ilə peyğəmbərlərə öz əmrlərini çatdırır, daha sonra peyğəmbərlər öz vəzifələrinə əməl edərək insanlara təbliğ edir və pis əməllərdən çəkindirirlər. Allah-Təala Qurani-Kərimdə buyurur: «Biz peyğəmbərləri (iman gətirənlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allah üçün bəhanə yeri qalmasın. Allah yenilməz qüdrət və hikmət sahibidir» (Nisa surəsi ayə 165) Peyğəmbərə xas sifətlər Deyilənlərin nəticəsinə görə peyğəmbərlərə xas olan aşağıdakı sifətləri ümumilləşdirmək olar: 1. Öz peyğəmbərlik vəzifəsini yerinə yetirməkdə xətadan uzaq və günahsız olur, unutqanlığa və başqa zehni xətalara yol verməzlər. Çünki peyğəmbərlər onlara vəhy olunanları düzgün qəbul etməli və səhvsiz-xətasız xalqa çatdırmalıdırlar. Belə olmasa ilahi hidayət (camaatı düz yola yönəltmək) öz hədəfinə yetişməz, ümumi hidayət qanunu etibardan düşərək insanlara təsir göstərməz. 2. Öz danışıq və rəftarında günah və yanlışlıqdan uzaq olar, çünki onda məsiyyət (günah etmə) əlaməti olarsa təbliğin təsiri olmaz. Əməli ilə sözü düz gəlməyən şəxslərə camaat qiymət verməz. İnsanın əməlini sözləri ilə ölçüb ona dəyər verərlər. Bu iki məsələni bir ifadə ilə yekunlaşdırmaq olar: peyğəmbərlərin dini təbliğin düzgün və təsirli olması üçün o özü xəta və günahlardan pak olmalıdır. 3. Əxlaqi fəzilətlər- diyanət, iffət, şücaət və ədalət kimi sifətlər bəyənilmiş sifətlər sayılır. Hər sayaq günahdan pak olan şəxs gerçək ilahi dinə tabe olmaqla heç vaxt qeyri-əxlaqi sifətlərə bulaşmaz. Deməli, peyğəmbərlər əxlaqi fəzilət sahibi olmalıdır. Peyğəmbərlər bəşər arasında Tarixdən bəllidir ki, peyğəmbərlər bəşər arasından çıxaraq insanları ilahi dinə dəvət etməyə qalxmışlar. Əksər peyğəmbərlərin həyat yolu tarixi sənədlərlə aydın təsvir və təsdiq edilməmişdir. Təkcə Həzrəti-Muhəmmədin (s) həyatı gerçək sənədlə təsdiq edilib və burada qaranlıq məqamlar yoxdur. Qurani-Kərim isə yeganə təhrif olunmamış səmavi kitabdır və İslamın ali məqsədlərini bəyan edir. Bu kitabda keçmiş peyğəmbərlərin dəvəti açıqlanır, onların hədəf və məqsədi diqqətə çatdırılır. Qalan dini kitabların hamısı təhrif edilmişdir. Qurani-Kərimdə deyilir ki, Allah tərəfindən insanlara doğru çoxlu peyğəmbərlər gəlmiş, onlar isə «birlik» sözü ilə bəşəri haqq din olan təkallahlıq dininə, yəni tovhidə dəvət etmişlər. Qurani-Kərimdə buyurulur: «(Ya Muhəmməd) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona «Allahdan başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin»- deyə vəhy etmədik (deyilməsin)». (Ənbiya surəsi ayə 25) Şəriət sahibi olan peyğəmbərlər Qurani- Kərim eyni zamanda bəyan edir ki, bütün peyğəmbərlər kitaba və şəriətə malik olmamışlar. Allah-Təala Qurani-Kərimdə belə buyurur: «(Ya Peyğəmbər) Allah «Dini qoruyub saxlayın, ona düzgün riayət edin, dində ayrılığa düşməyin»- deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə (ə), Musaya (ə) və İsaya (ə) tövsiyə etdiyini dində sizin üçün qanuni (şəriətə uyğun) etdi. Sənin dəvət etdiyin (təkallahlıq dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona doğru qayıdan kəsi də doqru yola yönəldər». (Şura surəsi ayə 18) Peyğəmbərlər arasında beş nəfər böyuk peyğəmbər sayılır ki, onlar şəriət sahibidir: 1. Həzrəti Nuh (ə) 2. Həzrəti İbrahim (ə) 3. Həzrəti Musa (ə) 4. Həzrəti İsa (ə) 5. Həzrəti Muhəmməd (s). Hər bir peyğəmbərin şəriəti özündən əvvəlki peyğəmbərin şəriətini tamamlayır. Allahın göndərilmişləri isə beş deyil, belə ki, hər ümmət üçün peyğəmbər göndərilmişdir. Allah-Təala bəşər üçün çoxlu peyğəmbərlər göndərmişdir ki, Quranda onlardan 25 nəfərin adı çəkilir. Allah-Təala Qurani Kərimdə buyurur: «Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz» (Yunis surəsi ayə 47). Hər peyğəmbərdən sonra gələnlər xalqı peyğəmbərlərin şəriətinə dəvət etmiş və peyğəmbərlərin göndərilməsi Həzrəti Muhəmmədə (s) qədər davam etmişdir. Nəhayət, Allah-Təala sonuncu peyğəmbər Həzrəti Muhəmmədi (s) göndərməklə bu məsələni xətm etmişdir. Allah bununla sonuncu ən mükəmməl səmavi kitabı və kamil dini qanun-qaydaları Yer üzərində insanları doğru yola yönəltmək üçün göndərdi. Bu din, bu kitab və bu şəriət qiyamətə qədər həmişə canlı qalacaqdır.
Bildiyiniz kimi «Ədalət» Allahın sifətlərindən biri olduğu halda, Əhli-beyt (ə) məktəbi tərəfindən dinin əsasları olan (Üsuliddinin) ikinci əsası kimi sayılmışdır. Yə'ni bu məsələ Allahın birliyi, Nübüvvət və s.. əsasların kənarında yerləşdirilmişdir. Görəsən bunun səbəbi nədir? Cavab: Əhli-sünnətin kəlami firqələrindən sayılan «Əş'əri»-lərin əqidəsinə görə, insan ağlı yaxşını pisdən ayırd etməyə qadir deyil və Allah təala istədiyi hər bir işi əncam verə bilər.
Məsələn, Yezid kimi zülmkarı Cənnətə və hər hansı bir məzlum və saleh bəndəsini Cəhənnəmə apara bilər.
İnsan ağlı isə bütün bu işlərin doğru və ya yalnış olması haqda heç bir fikir yürütməməli və Allahın işlərinin ədalətə uyğun olması barədə bir söz danışmamalıdır!»
Bir halda ki, ağıl, Qur'an ayələri və bir çox rəvayətlər belə bir yalnış fikiri rədd edərək Allah təalanın bütün işlərinin ədalət, hikmət və insafla olduğunu təsdiq edir.
Biz Allahın bütün işlərini ədalət və hikmət üzündən bilir və onun ədalətsiz olmasının heç bir ağıl və məntiqə sığışmadığına əqidə bəsləyirik.
Elə buna görə də Əhli-beyt məktəbinin davamçıları «Əş'əri» firqəsinin Allah-təalaya vurduğu ədalətsizlik töhmətinin qarşısında «Ədalət» (Allahın ədalətli olması) əqidəsini öz dini əsaslarından qərar vermişdir.
ƏDALƏTİN MƏ'NASI Ədalət «Ədl» sözündən olub, ərəb dilində bərabərlik və insaflı mə'nalarını daşıyır.
Dini termində isə, ədalət zülmkarlığın ziddinə olan bir kəlmə olub, «hər kəsin haqqını özünə vermək» və «hər şeyi öz yerinə qoymaq» kimi mə'nalara malikdir.
Allah təala heç vaxt zülmkarlıq etməz və hətta qarışqanın da belə haqqını tapdalamaz və ona zülm etməz.
Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s... buna misal ola bilər.
Qeyd etmək lazımdır ki, başqalarına zülm edən hər bir zülmkar aşağıdakı yollardan biri əsasında zülm edir:
1-Bir sıra ruhi və maddi çətinliklərə görə zülmkarlıq etməyə məcbur olub, başqasının haqqını tapdalamaq.
2-Zülmkarlığın pis bir iş olmasından xəbərsizlik və nadanlıq;
3-Gələcəkdə baş verəcək hadisələrdən qorxub zülmkarlığa əl atmaq;
4-Nəfsin paklaşdırılmaması üçün başqalarına zülm etmək xasiyyəti;
5-Tərəfbazlıq üzündən başqasına zülm etmək; Məsələn, aralarında ixtilaf olan iki nəfər hakimin yanına gedir, amma hakimin tərəfbazlıq edərək qohumu olan günahkarı deyil, ona yad olan günahsız şəxsi cəzalandırıb və bu yolla zülmkarlığa əl atması və s...
ƏDALƏTİN NÖVLƏRİ İlahi ədaləti iki hissəyə bölmək olar:
1-Təkvini ədalət;
2-Təşri'i ədalət;
Təkvini ədalətdən məqsəd, kainatda ilahi ədalətin hökm sürməsi və ədalətin bütün varlıqlar arasında hakim olmasıdır.
Təkvini ədalətin isbatı üçün kainatda olan nizam-intizam, həmçinin ədalət üzündən yaranmış varlıqların vücudunu müşahidə etmək kifayətdir. Rəvayətdə buyurulduğu kimi: “Asimanlar və yer ədalət əsasında möhkəm dayanmışdır.” Amma «Təşri'i» ədalət dedikdə, ilahi qanun, hökm və göstərişlərin ədalət və insaf üzündən olması nəzərdə tutulur. Təşri'i ədalət özü də iki qismə bölünür: Birinci: Peyğəmbərlər vasitəsi ilə göndərilmiş qanun və şəriətlərin ədalət əsasında olması; Allah-təalanın göndərdiyi şəriət və hökmlərin hamısı ədalət əsasındadır və insanın qüdrət və imkan dairəsində məhdudlaşır. Qur'ani-kərimdə buyurulur: «Biz insanın imkanından kənar hökm vermərik.»[16] Sual: Allah təala Qur'ani kərimdə buyurur: «Allah (üçün) layiqincə təqvalı olun.»[17] Bildiyiniz kimi Həzrət peyğəmbərin (s) zamanında texnika inkişaf etməmiş və fəsad yayan televizor, video, internet və bu kimi digər təbliğat və rabitə vasitələri, olmamışdır. İndiki zamanda (14 əsrdən sonra) isə dünyanın hər bir nöqtəsində müxtəlif pozğunluq və fəsadla üzləşmək olur. Belə bir halda hansı bir müsəlman Allaha layiq olan şəkildə təqvalı ola bilər? Bu Allahın ədaləti ilə uyğun gəlirmi? Cavab: Qur'ani-kərimlə ətraflı tanış olan hər bir şəxs bu suala çox asanlıqla cavab verə bilər. Qeyd etmək lazımdır ki, Qur'ani kərimin bə'zi ayələrini deyil, bütün ayələrini nəzərdən keçirməli və daha sonra zehnimizdə olan sualları açıqlamalıyıq. Qur'ani-kərimin ayrı bir surəsinə nəzər saldıqda öz sualımızın cavabını tapa bilərik. Bu barədə buyurulur: «Bacardığınız qədər təqvalı olun.»[18] həzrət peyğəmbərin (s) buyurduğu kimi, Qur'an ayələri bir-birini təkzib etmək üçün deyil, təsdiqləmək üçün nazil olmuşdur.[19] Elə buna görə də hər bir müsəlmanın öz bacarığı qədər təqvalı olması heç də Allah ədaləti ilə zidd deyildir. İkinci: Təşri'i ədalətin ikinci qismi axirət aləminə aiddir. Yə'ni axirət aləmində saleh bəndələrlə günahkarlara eyni səviyyədə baxılmayacaq və onların hər biri haqda ədalətli və insaflı hökmlər veriləcəkdir. Qur'ani-kərimdə oxuyuruq: «(Bu dünyada) zərrə qədər yaxşı iş görən şəxs onun (əcrini) görəcək, həmçinin zərrə qədər pis iş görən şəxs də öz (pis əməlinin) cəzasını çəkəcəkdir.»[20] Sual: Axirət aləmində zərrə qədər etdiyimiz günahların cəzasını çəkməli olsaq, onda elə bu başdan yerimizi cəhənnəmdə görməliyik. Çünki hər bir müsəlman öz gündəlik həyatında istər-istəməz bir çox kiçik günahlara batır. Bu isə kiçik günahlara aiddir və böyük günahlardan söz açılsa, bəlkə də bu haqda danışmağa dəyməz. Bu ilahi ədalətin ziddi sayılmırmı? Cavab: Əvvəldə verilən sualın cavabında qeyd etdiyimiz kimi, əvvəla təqvalı olub günahlardan çəkinmək hər bir müsəlmanın öz bacarığı qədərdir. Digər tərəfdən də Qur'ani-kərimin bə'zi ayələri bu nigarançılığı tamamilə aradan aparır və insanı ümidvar edir. Necə ki, Qur'ani-kərimdə buyurulur: «Bircə yaxşı iş görən şəxsə on bərabər savab və bircə günah edən şəxsə isə təkcə bir günah yazılacaq və onlara heç bir zülm olunmayacaqdır.»[21] Beləliklə hər bir müsəlmanın bir savab işi üçün on savab, bir günah işi üçün isə təkcə bir günah yazılır. Bunun isə ilahi ədalətlə heç bir ziddiyyəti yoxdur və hətta Allahın nəhayətsiz rəhmətindən xəbər verir. İLAHİ ƏDALƏTİN SÜBUTLARI Allah təalanın hər növ zülmkarlıqdan uzaq olmasının isbatı üçün ağıl və Qur'an ayələri, həmçinin rəvayətlərdən istifadə olunur. Ağılın hökmünə əsasən kainatın xaliqi hər növ zülmkarlıq və insafsızlıqdan uzaq olmalıdır. Əks təqdirdə Allah təalanın sifətlərindən biri sayılan «hikmət»-in mə'nası olmayacaqdır. Heç bir ağıl və məntiq, zülmkar Rəbbi təsdiq etməz, çünki zülmə əl atan şəxs ya kimdənsə qorxur və onun şərrindən uzaq qalmaq istəyir, ya kimə və ya nəyəsə ehtiyacı vardır. Allah-taala isə bütün bunlardan pak və münəzzəhdir. İndi isə İlahi ədaləti təsdiq edən bir neçə ayə və rəvayəti nəzərinizə çatdırırıq: 1- «Şübhəsiz Allah zərrə qədər belə zülm etməz.»[22] 2- «Şübhəsiz Allah insanlara (heç vaxt) heç bir zülm etməz.»[23] «həqiqətən Allah ədalət, yaxşılıq, və yaxınlara (qohumlara) əl tutmağa göstəriş verir, (Həmçinin) çirkin, pis işlər və zülmkarlıqdan nəhy edir və xatırladasız deyə sizə moizə (nəsihət) verir.»[24] Görəsən insanları ədalət və yaxşılığa əmr edən Allahın özü ədalət və insafdan kənar ola bilərmi? 3-«Yəhudi bir şəxs Həzrət Peyğəmbərdən (s) Allahın ədaləti barədə soruşduqda, Həzrət buyurdu: Allah təala zülmün pisliyindən agah olub, zülmə ehtiyacı olmadığı üçün heç vaxt zülm etməz.» Bütün bu sübutlardan belə bir nəticə alırıq ki, Allahın ədalət, insaf və hikməti inkar edilməzdir. Allah təala öz işlərində ədalətli olmasaydı, Onun bütün işləri hikmətsiz sayılar, hikmətsiz işlər isə əbəs və mə'nasız olardı. Bu isə uca məqamlı Rəbbimizdən çox-çox uzaqdır. İLAHİ ƏDALƏTƏ İNANMAĞIN FAYDALARI Allahın ədalətli olmasına e'tiqad bəsləməyin aşağıdakı nəticələri vardır: 1-Ümidvarlıq; Allahın öz işlərində ədalətli olduğunu bilən hər bir şəxs bir sıra çətin və yaxşı hadisələrdən sonra ümidvar olaraq öz Rəbbinin hikmət və ədalətinə tapınır. Allahın ədalətinə inanmayanlar isə həmişə bədgüman və naümiddirlər. 2- Özünü günahdan qorumaq; Çünki hər bir əməlin ədalətlə mükafatlandırılacağına inanan şəxs, heç vaxt günahkar olmaz və günah vasitəsi ilə özünü cəhənnəm əhlindən etməz. 3-İnsanın fərdi və ictimayi həyatında ədalətin bərqərar olması; Rəbbini ədalətli bilən hər bir şəxs və ya cəmiyyət öz yaşayışında da ədalətli olmağı sevir və ədalətə əməl edir. FƏRDİ VƏ İCTİMAYİ BƏLALARIN SƏBƏBİ NƏDİR? Sual: Əgər Allah adildirsə, bəs nə üçün müsəlmanlar müxtəlif çətinliklərə düşür, öz fərdi və ya ictimayi həyatlarında problemlərlə üzləşirlər ki, cəmiyyətdə bərabərsizlik, bə'zilərinin gözəl və bə'zilərinin çirkin olması və yaxud təbii fəlakətlər nəticəsində yüzlərlə günahsız insanın bədbəxt olması və s... o cümlədəndir. Bütün bunlar ilahi ədalətlə uyğundurmu? Cavab: Bu suala bir neçə mərhələdə cavab vermək olar: Əvvəla: Bu cür fərdi və ictimayi bəlaları ilahi imtahan adlandıraraq onun üç səbəbini aydınlaşdırmalıyıq: 1)- Yatmış fitrətləri oyatmaq; Bir sıra günahlar nəticəsində insan fitrəti qəflətə düşür və Allah təala onları oyatmaq üçün fərdi və ya ictimayi əzab göndərərək onları doğru yola çəkmək istəyir. Qur'ani-kərimdə oxuyuruq: «Biz Fir'on xanidanını (zülmkarlıq və günahkarlıqdan üz döndərib) həqiqəti başa düşsünlər deyə quraqlıq, çətin yaşayış, və məhsullarında zərər-ziyana mübtəla etdik.»[25] Bunu da bilməliyik ki, günah və fəsad içində yaşayan şəxs və ya millət üçün bir sıra təbii fəlakətlər gəldikdə, onları heç vaxt Allahın hesabına qoymaq olmaz. Çünki bu onların öz pis əməllərinin nəticəsidir. 2)- İnsanları sınamaq; Bir çoxları Allaha iman gətirib həqiqi müsəlman və mö'min olduqlarını iddia edirlər. Lakin həqiqətdə onların bu iddiasının heç bir əsası yoxdur. Allah təala bə'zi vaxtlarda fərdi və ya ictimayi bəlalar göndərərək yalançıları doğrulardan ayırd edir. Qur'ani-kərimdə oxuyuruq: «Şübhəsiz sizlərdən mücahidlər və səbr edənləri tanımaq üçün yoxlayacaq və sizin sözlərinizi (iddialarınızı) imtahana çəkəcəyik.»[26] Bunu da qeyd etmək lazımdır ki, Allah təala xalqı imtahana çəkməzdən qabaq onları yaxşı tanıyır və ayədə qeyd olunmuş «tanımaq»-dan məqsəd, xalqın özünü özlərinə tanıtdırmaq və höccəti onlara tamamlamaqdır. 3)-Tərbiyə; Rəvayətdə buyurulduğu kimi, «Allah təala bir bəndəsinə qarşı məhəbbət edib (böyük və ali məqamlara çatdırmaq istədikdə), onu çətin bəlalara mübtəla edər və o, bir bəladan çıxmamış ayrı bir bəlaya düşər.»[27] Əlbəttə bu cür bəlalar hamı üçün deyil, yalnız məxsus bəndələr üçündür və onlar bəlaların çoxluğuna baxmayaraq bunu özləri üçün bir növ ne'mət sayırlar. Böyük arif və şair Məhəmməd Füzuli deyir: Ya Rəbb, bəlayi eşqiylə qıl aşina məni, Bir dəm bəlayi eşqdən etmə cüda məni Az etmə inayətini əhli-dərdidən, Yə'ni düçar qıl böylə bəlalara mübtəla məni. İkinci: Bir sıra bəlalar və çətinliklər insanın öz xeyrinədir və bu mənfə'əti gələcəkdə və ya axirətdə başa düşmək olar. Qur'ani-kərimdə oxuyuruq: «Mümkündür ki, sizin üçün xeyirli işlərdən narahat olub, (Həmçinin) sizə zərərli olan bir çox şeyləri sevəsiz; Allah biləndir lakin siz bir şey bilmirsiniz.»[28] Üçüncü: Bir sıra bəla və çətinliklər insanın öz əməlləri nəticəsində baş verir. Lakin insan çox hallarda səbirsizlikdən irəli həqiqəti başa düşməkdən imtina edir. Qur'ani kərimdə buyurulur: «Amma insana gəldikdə isə, elə ki, Rəbbi onu imtahan edib onu əzizləsə, və ona nemət versə, deyər ki, Rəbbim mənə yaxşılıq etdi. Amma elə ki, onu imtahan edib ruzisini ona müqəddər etsə, deyər ki, Rəbbim məni təhqir (zəlil) etdi. Yox (belə deyildir) onlar yetimə yaxşılıq etmir və miskinə təam (yemək) verməkdə bir-birini təşviq etmirlər. Və (istər qanuni, istərsə də qeyri- qanuni) mirası toplayıb, yeyir və mal-dövləti çox sevirsiniz.»[29] Bu səbəbləri hər hansı bir insan, özü başqasından daha yaxşı ayırd edib , daha yaxşı başa düşə bilər. Qur'ani kərimdə buyurulur: «Əksinə, insan öz nəfsinə (etdiyi əməllərə başqalarından daha) agahdır, baxmayaraq ki, müxtəlif bəhanə və üzrlər gətirir.»[30] Dördüncü: həqiqətdə dünyanı bəlasız saymaq mə'nasız bir işdir. Çünki bir sıra çətinliklər və bəlalar insan iste'dadlarının inkişafı üçün ən yaxşı amildir. Məsələn, zəlzələ olmasa insan heç vaxt möhkəm binalar tikmək fikrinə düşməz və həmişə çətinliklərə üzləşərdi və s.. Amma bunu da qeyd etməliyik ki, bə'zilərinin səhlənkarlığı ucbatından zəlzələ zamanı çoxlu insanların dünyadan getməsini heç də ilahi ədalətin üzərinə qoya bilmərik. Məsələn, öz evini möhkəm tikməyən şəxs, zəlzələ nəticəsində yaxın adamlarını əldən verdiyi üçün özündən başqa kimsəni təqsirləndirməməlidir. Çünki bu itki onun öz səhlənkarlığından irəli gəlmişdir. Beşinci: Bəlasız və çətinliksiz yaşayış, duzsuz xörəyə bənzəyir və bu həyatı çətinliksiz saymaq məntiqsiz bir düşüncədir. Çünki dünya, rahatlıq yeri deyildir. Zəif xəlq olunmuş insan bu dünyada müxtəlif bəlalar vasitəsi ilə möhkəmlənməli və yalnız axirət aləmində rahat olmalıdır. Digər tərəfdən, axirət aləminə iman gətirmək bu cür bəla və çətinlikləri insan üçün asanlaşdırır və onun iradəsini daha da möhkəmləndirir. Altıncı: Cəmiyyətdə olan bərabərsizliyi aradan qaldırmaq üçün hər növ təlaşlar puç və mə'nasızdır. İnsan həyatını at yarışına bənzətmək olar. Belə ki, bu cür müsabiqədə iştirak edən atların hamısının eyni sür'ətlə qaçmasına sə'y göstərməyimiz, cəmiyyətdə olan bərabərsizliyi aradan qaldırmağa bənzəyir. Çünki insanların hamısı eyni cür yaradılmamış və eyni bacarıqlara malik deyildir. Həzrət Əmirəl-Mö'minin imam Əli (əleyhis-salam) buyurur: «İnsanlar bir-biri ilə qeyri-bərabər halda yaşadıqda rifah və xeyirdə, bərabər halda yaşamaq istədikdə isə həlakətdə olacaqlar.» Amma bunun mə'nası belə deyildir ki, varlılar imkansızlara kömək etməsin və onlara öz kömək əllərini uzatmaqdan boyun qaçırsınlar. Allah təala Qur'ani-kərimdə 70-ə yaxın ayədə imkansızlara kömək etməkdən söz açmış və 9 dəfə “Allah yolunda infaq edin” - (yoxsullara kömək əlinizi uzadın) fərmanını vermişdir. Məsələn Qur'ani-kərimdə oxuyuruq: «Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərdən Allah yolunda infaq edin (xərcləyin)...»[31] Yeddinci: Bə'zilərinin gözəl, bə'zilərinin isə çirkin olmasının heç bir eybi yoxdur. Bə'zi insanlar belə güman edirlər ki, qızların çoxunun gözəlliyə malik olmaması onları ailə həyatı qurmaqdan saxlayır və bu da ilahi ədalətlə ziddir! Amma həqiqət ayrı bir şeydir. Çünki ailə həyatını qoruyub saxlayan xass amil heç də qadının gözəlliyi deyil, əksinə qızla oğlanın bir-birinə olan sədaqət və məhəbbətidir. Digər tərəfdən gözəllik heç də əbədi və həmişəlik deyil və bir çoxları ailə həyatı qurduqdan sonra get-gedə gözəlliklərini itirməyə başlayırlar. Qur'ani kərimdə buyurulur:
«Və Allahın nişanələrindən biri də budur ki, sizin üçün özünüzdən həyat yoldaşları xəlq etdi ki, onlarla asayiş tapasız və sizin aranızda məhəbbət və rəhmət qərar verdi. Həqiqətən bunda təfəkkür sahibləri üçün nişanələr vardır.»[32] Beləliklə ailə həyatı qurub onu davam etdirmək təkcə gözəllik əsasında deyil və bu cür işləri Allahın ədaləti ilə zidd olan işlər kimi qələmə vermək olmaz. Əlbəttə, gözəlliyin ailə həyatının qurulmasında olan tə'sirini tam şəkildə inkar etmirik. Amma bunu da bilmək lazımdır ki, əsl ailə quruluşu qarşılıqlı məhəbbət əsasında olmalıdır.
Qanlı Kərbəla hadisəsində elə böyük qadınlar olmuşlar ki, şəhadət və igidlik göstərmiş, pak və ismətli Əhli-Beyti sevdiklərindən həzrət Zəhranın (ə) övladlarını tək qoymamışlar və həzrət Zeynəb (ə) ilə birlikdə Kərbəlada düşmənin zülmünə mə'ruz qalmışlar. Biz aşağıda bu fədakar qadınların bir neçəsini nümunə olaraq qeyd edəcəyik. 1. Ummu Vəhəb. Ummu Vəhəb, Kərbəlada imam Huseynin (ə) yanında vuruşaraq şəhid olmuş Abdullah ibn Umeyrin həyat yoldaşıdır. Abdullah meydana çıxmaq üçün İmam (ə)-dan icazə aldı və döyüş üçün meydana yollandı. Abdullahın həyat yoldaşı Ummu Vəhəb özünü Abdullaha çatdırdı və dedi: «Atam-anam sənə qurban, Peyğəmbər (s.a.a.v.)-in övladı naminə canını Allahu-təala (c.c.) yolunda fəda et». Abdullah ondan xeyməyə qayıtmasını istədi, baş tutmadı. O, Abdullahın ətəyindən tutub dedi: Səninlə birlikdə öldürülməyincə geri qayıtmayacağam. Bu səhnəni görən İmam Huseyn (ə) onu qadınların xeyməsinə göndərdi. Abdullah şəhid olandan sonra arvadı özünü, onun başı üstünə çatdırdı, çöhrəsindəki tozu və qanı təmizlədi və dedi: Behişt sənin üçündür. Bu arada Ummu Vəhəbin boynuna bir zərbə vurdular ki, o şir ürəkli qadın zərbənin şiddətindən canını tapşırdı. Beləliklə imam Huseynin (ə) yardımçılarından şəhid olan ilk qadın Ummu Vəhəb oldu. 2. Cünadə ibni Haris Səlmaninin anası Cünadənin oğlu olan Əmr düşmənlə döyüşə çıxmaq üçün imam Huseyndən (ə) icazə istədikdə İmam buyurdu: «Bu gəncin atası ölmüşdür, ola bilsin bunun anası oğlunun döyüş meydanına çıxmasına razı olmaya». Əmr dedi: Anam ona görə məni bura göndərmişdir ki, sizin yanınızda şəhid olam. İmam (ə) ona düşmənlə döyüşə çıxmaq üçün icazə verdi. O, düşmənlə ağır döyüşdən sonra şəhid oldu. Anası övladının cənazəsini axtarmaq üçün meydana getdi və oğlunun kəsilmiş başını götürərək dedi: Afərin sənə oğlum! Özü isə dirək götürüb düşmənə hücum etdi, iki nəfəri öldürdükdən sonra, imam Huseyn (ə) onu xeyməyə qaytardı və onun haqqında Allahu-təalaya (c.c.) dua etdi. 3. İmam Huseyn (ə)-ın həyat yoldaşı Rubab Rubabın imam Huseyn (ə)-dan Səkinə adlı qızı və Abdullah adlı bir oğlu var idi. Onların südəmər oğlanları Abdullah Aşura günü vəhşicəsinə qətlə yetirildi və Rubab qızı Səkinə ilə birlikdə əsir düşdü. «Şəhidə ağlamaq onun hərəkatını diri saxlamaq deməkdir. Rəvayətdə «Hər kim ağlasa, ağlatsa və ya ağlamsınsa, mükafatı cənnətdir» deyilməsi ona görədir ki, hətta simasını kədərləndirən, özünü qəmli göstərən və ağlamsınan, bu hərəkatı, imam Huseyn (ə)-ın hərəkatını davam etdirir». 4. Qəm Qəhrəmanı, İmam Əli qızı Zeynəbi-Kubra (ə) Babasının İslam Peyğəmbəri, atasının İmam Əli(ə) və anası Zəhra(s.ə)-nın ən şərafətli xanım olması xanım Zeynəbi- Kubranın(s.ə) İslamın buyurduğu bütün kamil tərbiyyə və əxlaqi keyfiyyətlər abu-havasında böyüməsinə imkan verirdi. Xanım Zeynəbin (s.ə) elm və ibadətindən söhbət edəndə ən əsas qeyd edilməli məqam budur ki, Zeynəb (s.ə) Peyğəmbər elmindən bəhrələnən, Əli (ə), Fatimə (s.ə) ibadətinin hikmətindən qidalanan bir şəxsiyyətdir. Muhəmməd Peyğəmbər (s) buyurmuşdur ki, «Mən elmin şəhəri, Əli isə onun qapısıdır». Belə bir möhtəşəm elm şəhərində ərsəyə çatıb kamilləşmiş, ibadətin ruhiyyəsini öyrəndiyimiz Əhli-beyt (ə)-dan bu ibadətin hikmətini mənimsəmiş Xanım Zeynəbin (s.ə) elmi, biliyi, ruhi-mənəviyyatı təsəvvüredilməz yüksəkliklərdə pərvazlanırdı. Həzrət Zeynəbin (s.ə) həyatının ən mühüm və ən əzəmətli dövrü İmam Huseynin (ə) eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Buna görə də Xanım Zeynəbin (s.ə) həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil. Çünki Zeynəb (s.ə) qəhrəmanlığını, cəsarətini, şücaətini tam aydınlığı ilə Kərbəla qiyamında və bu mübarizədən sonrakı dövrdə görə bilərik. Bir sözlə, «Aşura» qiyamını Zeynəbsiz (s.ə), Zeynəbi (s.ə) isə bu qiyamsız təsəvvür etmək mümkün deyil. Kərbəla vaqiəsinə, həmçinin bu hərəkatdan sonrakı dövrə nəzər saldıqda Xanımın özünə məxsus əzəmətinin şahidi oluruq. Xanım Zeynəb (s.ə) bu müsibətlər qarşısında nəinki sarsılmadı, əksinə dağ kimi müqavimət göstərib mübarizəni davam etdirdi. Xanım Zeynəbin (s.ə) bu dəhşətlərin qarşısında, tükənməz səbri və yenilməzliyi ilə əbədi olaraq şücaət, mətanət və dözümlük simvoluna çevrildi. Aşura günü qardaşı İmam Huseynin (ə) mübarək cəsədini qolları üstə alıb: «İlahi, bu qurbanı bizdən qəbul et» deməsi Xanımın Allaha olan bağlılığından, məhəbbətindən xəbər vermirmi? Aşura faciəsindən sonra əsir götürülən Peyğəmbər (s) balaları cürbəcür işgəncələrlə Kufəyə gətirilir. Kərbəla əsirləri Kufəyə daxil olduqda camaat onların ətrafına toplaşdı. Gördükləri bu mənzərədən, Peyğəmbər (s) balalarının başına gətirilən bu müsibətdən dəhşətə gəlib vay-şivən qopararaq ağlamağa başladılar. Xanım Zeynəb (ə) işarə edib onları sakitləşdirdi. Allaha həmd-səna etdikdən, Peyğəmbər və pak Əhli-beytinə salam-salavat göndərdikdən sonra xütbə edərək belə buyurdu: «Ey Kufə camaatı! Ey hiyləgər və xəyanətkar xalq! Gözlərinizin yaşı heç vaxt qurumasın. Nə andınıza etibar etmək olar, nə də bağladığınız peymana… Axirət üçün pis azuqə hazırlamısınız- Allah qəzəbi və Cəhənnəm əzabı. Ağlayırsınız?! Qazandığınız çirkinliklərə niyə də ağlamayasınız?!... Peyğəmbər balası, Behişt cavanlarının ağası, həmçinin yolunuzun çırağı və çətin gününüzün dostu olan bir insanı öldürməkdən pis hansı çirkinlik ola bilər?!... Amma bilin ki, Axirət əzabı çətin olacaq. Əgər etdiyiniz işə görə Allah tərəfindən hələ cəza almamısınızsa, rahatlanmayın! Allah günahın cəzasını dərhal vermir, lakin məzlumların qanını da yerdə qoymur. Allah hər şeyin hesabını çəkəcəkdir!» Bu xütbənin təsirindən sonra qəflət yuxusundan oyanan kufəlilər başa düşdülər ki, Əhli-beytə qarşı bu böyük cinayətdə onların da əli vardır. Bunlardan da artıq təəccüb doğuran səhnə Yezidin sarayında baş verən hadisələr idi. Xəlifəlik vəzifəsini qəsb etmiş Yezid əsirlərin gözü qarşısında İmam Huseynin (ə) mübarək başını qarşısına qoymuş, qələbəni qeyd etmək fikrindədir. Belə bir şəraitdə xanım Zeynəbin (s.ə) səsi düşmən nizələri və zəncirləri arasından eşidilir. Bu səs Bəni-üməyyənin (Yezidin nəslinin) yaramaz əməllərini elə ifşa edirki, əbədi rüsvay olub etibarlarını əldən verirlər. Əlbəttə bu işdə İmam Səccadın (ə) sözləri də böyük rol oynamışdır. Allah xanım Zeynəb (s.ə) vasitəsilə insanlığa bir daha dirilik bəxş etdi. Yalnız güclü iman, təqva(günahdan qorunmaq), elm, şücaət sahibi belə bir ağır imtahandan üzü ağ çıxa bilərdi. Əlbəttə ancaq həqiqi gözəlliyi görən zillətə qarşı bu qədər müqavimət göstərərdi və təkcə qəmdən və zülmdən parçalanan sinədən kainatı xilas edən qılınc tək kəsərli bəyan zahir ola bilərdi. Kef məclisinə Peyğəmbərin nəvələrini əlləri qandallı halda daxil edirlər. Yezidin Kufə şəhərinə vali təyin etdiyi ibn Ziyad əsirləri görüb Xanım Zeynəbə (s.ə) dedi: «Gördünmü Allah qardaşın Huseynin (ə) başına nə oyun gətirdi onu nə günə qoydu?» Bu sözün qarşısında vücudları lərzəyə gətirən və insanın düşüncəsini heyrətdən donduran bir cümlə, tarixə qızıl hərflərlə düşən cümlələr eşidilir: «Mən gözəllikdən başqa bir şey görmədim!» Gərəsən gözəllik nədir? Al qanla bəzənmiş səhradır, yoxsa göz yaşlarıyla sulanmış kədər gülüstanı? Bəlkə həqiqi aşiqlərin Allah yolunda cəfasıdır? Həqiqətən Allah yolundakı haqqı dirçəltməkdən gözəl nə ola bilər? Torpaqlarımızın böyük bir hissəsi düşmən tapdağı altında olan bir vaxtda gərəkdir ki, Azərbaycan xanımları da o əziz xanımlar kimi oğullarını, qardaşlarını qurban verməkdən çəkinməsinlər. Əlbəttə Xanım Zeynəbi (s.ə) özünə örnək götürən hər xanım heç vaxt zalimə baş əyməzlər (Yəni xarici istismarçıların təbliği nəticəsində milli mentalitetimizə zidd olan geyimlər, fikirlər, ideologiya və s.şeylərə abırlarını satmazlar). Beləliklə, nübuvvət (peyğəmbər) bağçasının bu ətirli çiçəyi zülm tufanının gözləmədiyi bir dözümlüklə bütün bəlaları arxada qoydu. İndi bu baxçada bitən minlərlə yeni çiçək ləçəkləri tapdanmış, qəmdən bükülmüş, lakin həqiqi gözəlliyin və İslamda qadın simasının ən bariz nümunəsi olan qəm qəhrəmanı Zeynəbi (s.ə) sevgi və göz yaşları ilə xatırlayır və onun qarşısında azadlıq mücəssəməsi tək baş əyirlər. Görəsən niyə görə Məhərrəmliyi əziz tutmalıyıq? Niyə görə 1360 il bundan qabaq baş vermiş bir faciəni yad etməli və mərasimlər keçirməklə, o hadisənin xatirəsini canlı saxlamalıyıq? Bu faciə neçə əsr bundan qabaq baş vermiş bir hadisədir, olan olub, keçən keçib. 14 əsr keçdikdən sonra həmin hadisəni bir daha yaddaşlardan təzələyib, tez-tez mərasimlər təşkil etməyin nə lüzumu vardır? Bu sualın cavabı elə də mürəkkəb deyil. Belə sual verənlərə başa salmaq olar ki, bütün cəmiyyətlərdə baş verən mühüm hadisələr, həmin xalqın gələcək həyatında, müqəddaratında böyük izlər qoyub, mühüm rol oynaya bilər. O xatirələrin yad edilməsinin səbəbi, həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən canlandırılmasıdır. Bu kimi tarixi hadisələrin təkrar-təkrar yad edilməsi həmin olayların həqiqi mahiyyətini üzə çıxarır. Üzləşdikləri müşküllərin həllində gələcək həyatın düzgün qurulmasında xalqa yardımçı olur. Bu həqiqətləri dərk edən kəslər torpağı, milləti və dini qorumağı özlərinə müqəddəs vəzifə bilirlər. Bu mərasimlər, insanlara şərəf, ləyaqət və ruh yüksəkliyi aşılamağında böyük rol oynayır. Aşura qiyamı İslam tarixinin böyük hadisələrindən biridir. Bu faciə adi bir faciə deyil, tarixin olduqca dəyərli və önəmli bir hadisəsidir. Onun bir daha yad edilib xatırlanmasının ictimaiyyətimizin qarşılaşdığı gərgin çətinliklərin həllində özünəməxsus rolu vardır. Bu mərasimlərin istər əzadarlıq, istərsə də konfranslar və ya seminarlar vasitəsilə yad edilməsi, cəmiyyətimizi mənəviyyata yad olan təbliğat və təşviqatdan müəyyən dərəcədə qorumasına səbəb olur.
İmam Sadiq (ə) buyurdu : «hər kəs Fatiməyi-Zəhra (s) ın təsbihini vacib namazdan sonra təşəhhüd və salam oturuşu halından çıxmamışdan əvvəl zikr etsə Allah-taala behişti ona vacib edər. Bismillahir - rəhmanir - rəhim Fatiməyi-Zəhra (ə) ın təsbihi kədərli dastanı xatırladır . Fatiməyi-Zəhra (ə) ın təsbihi insanın meracıdır. Fatiməyi-Zəhra (ə) ın təsbihi Namaza zinnət bağışlayır . Fatiməyi-Zəhra (ə) ın təsbihi Allah dərgəhında qəbul olunmuş min rəkət namazdan üstündür . Fatiməyi-Zəhra (ə) ın təsbihi çoxlu zikirdir . Fatiməyi-Zəhra (ə) ın təsbihi insan əməllərinin tərəzisinin ağır olmasına bais olur . Fatiməyi-Zəhra (ə) ın təsbihi Allahın razılığına səbəb olur . Fatiməyi-Zəhra (ə) ın təsbihi behiştə daxil olmağa səbəb olur . Fatiməyi-Zəhra (ə) ın təsbihi İlahi zikrdir . İmam Sadiq(ə)buyurur: İbadətlər arasında həzrəti Fatiməyi-Zəhra (ə) ın təsbihihindən daha üstünu yoxdur və əgər olsaydı Allahın Rəsulu Fatiməyə öyrədərdi . Fatiməyi-Zəhra (ə) ın təsbih zikrini davamlı şəkildə deməkdə səy edək .Namazdan sonra və yatan zaman bu zikrdən qafil olmayaq .Öz namaz və yuxumuzu Fatiməyi-Zəhra (ə) ın təsbihi ilə zinnətləndirək və səy edək təsbih zikrini İmam Hüseyn (ə) türbəti ilə deyək . Çünki İmam Hüseyn(ə)-ın türbəti Kərbala himasələrini (iğidliklərini) xatırladır və şəhadət mədəniyyətini dirildir . Təsbih zikrini deməklə yanaşı gözlərimizdən yaş axsın . Nəticədə İmam Hüseyn (ə) ilə daha çox ünsiyyət tapaq . Ümidvarıq ki , Fatiməyi-Zəhra (ə) ın təsbih zikrini deməklə öz dünya və axirət həyatımızı soğortalayaq və onu öz axirət səfərimizin azüqəsi edək. Həzrəti Fatiməyi - Zəhra(s) nın təsbih zikrinin əhəmiyyəti
,,Çoxlu,, zikirdən məqsəd nədir ? ,, O kişilər ki , Allahı çox xatırlayırlar və o qadınlar ki , Allahı çox xatırlayırlar . -İnsan Allahı xatırlamaqla hər halda və hər şəraitdə öz qəlbindən xəbərsizlik və qəflət pərdələrini kənara çəkir və şeytan vəsvəsələrini uzaqlaşdırır . ,, Çox,, zikirdən məqsəd nədir sualına gəldikdə isə İslami rəvayətlər və müvəssirlərin (təfsir alimləri) söhbətlərində zikrin müxtəlif mənaları qeyd olub ki ,zahiri mənada zikr cəhətdən eynidir (bir-birinin oxşarıdır). İslam peyğəmbərindən (s) olan bir hədisdə oxuyuruq . ,,Bir vaxt kişi öz həyat yoldaşını gecə yuxudan oyatsa və hər ikisi dəstəmaz alıb gecə namazı qılsalar Allahı çox xatırlayan və zikr edən kişilər və qadınlar sinifindən olacaqlar ,, -Həzrəti İmam Sadiq (ə) buyurur : Hər kəs Fatiməyi - Zəhra (s) təsbihini gecədə desə bu ayə ona aid olar : ,,Ey iman gətirənlər ! Allahı çox xatırlayın ,,
Maddi həyatda qəflətin amil və səbəbləri və şeytanın zəhərli vəsvəsə oxları hər tərəfdən insana atılır, onunla mübarizə üçün çoxlu zikirdən başqa ayrı yol yoxdur . Əziz peyğəmbərdən soruşdular : ,,Qiyamət günü bəndələrdən hansı birinin məqamı daha üstündür ? Buyurdu : Allahı çox xatırlayan şəxslər (daha üstün məqama sahib olarlar) İmam Sadiq (ə) buyurdu : Hər kəs Allahı çox xatırlasa Allah -taala ona öz lütfü sayəsində behiştdə yer verəcək
O cümlədən rəvayətlərdə həzrəti Fatiməyi-Zəhra (s)ın təsbih zikrinə(34 dəfə Allahu əkbər, 33 dəfə Əl-həmdu lil-lahi,33 dəfə Subhanəl-lahi)işarə oldu. «Əlləzinə amənu və əmilus-salihati və zəkərəllahə kəsirən» «o kəslər ki, iman gətiriblər saleh əməllər edirlər və Allahı çox xatırlayırlar»¹. İmam Sadiq (ə) dan olan bir hədisdən oxuyuruq ki , buyurdu :Çoxlu zikirdən məqsəd Fatiməyi-Zəhra (s)ın təsbih zikridir ki, təkbir,həmd və təsbihdən ibarətdir (1-Şüəra surəsi ayə 227).
Çoxlu zikr
İmam Sadiq (ə) buyurdu: «Təsbih Fatiməyi-Zəhra (s) minəz-zikril -kəsirilləzi qaləl-ləhu əzzə və cəllə :Uzkurul-lahi zikrən kəsirən» «Həzrəti Fatiməyi-Zəhra (s)ın təsbihi o çoxlu zikirdəndtr ki, Allah-taala buyurdu : Allahın zikrini çox deyin » . İmam Hadi (ə) buyurdu: « Biz əhli-beyt yatan zaman on əməli yerinə yetiririk:Dəstəmaz almaq… 34 Allahu əkbər 33 ,,Əl-həmdulil-lahi ,,demək 33 Sübhanəllah demək».
Övladlara təsbihi öyrətmək.
İslam peyğəmbəri(s) qızı Zəhraya təsbihdən ibarət ən gözəl və ən üstün dərsi öyrətdi .O zamandan bizim dövrümüzə qədər milyonlarla insan öz namazlarının təqibatında (axırında) təsbih zikr edirlər . Allahın dərgahından Allahın təsbih gövsəri hörmətinə hacətlərini ərz edir və həyatda çətinliklərin aradan getməsini və müyvəffəqiyət qazanmalarını istəyirlər . «Qürbül-İsnad»kitabında İmam Sadiq (ə) dan gəlmişdir : Biz onlara namazı əmr etdiyimiz kimi Fatiməyi-Zəhra(s) ın təsbihatını zikr etməyi əmr edirik .Sən də (Əbu Haruna xitab edərək) özünü bu işə vadar et ki ,hər hansı bir bəndə onu zikr etməsə bədbəxtliyə düşər». Təsbih deməyə təşviq və həvəsləndirmək Bu təsbihat barədə məsum imamlardan varid olan əxbar və rəvayətlərdə çoxdur ki ,o böyük şəxsiyyətlər öz tərəfdarlarını onun zikrinə (təsbihə)təşviq edirdilər .Bu o dərəcədə idi ki, həzrəti İmam Mühəmməd Baqir (ə) buyurdu: «Allah-taala hər namazdan sonra deyilən Həzrəti Fatimə(ə)ın təsbihindən daha üstün bir əməl ilə ibadət olunmamışdır və əgər ondan daha bir üstün bir əməl olsaydı Peyğəmbər (s) onu qızı Fatiməyə bəxşiş edərdi». İmam Zaman (əc) təsbihata tövsiyə etməsi Həzrəti Ayətul-lah Mərəşi Nəcəfi (ər) deyir : Əsgəreynin (ə) ziyarəti yolunda (İmam Hadi(ə) və İmam Əsgəri (ə) ) İmamzadə seyyid Məhəmməddə sona yetən bir şosedə yolu itirdim .Şiddətli aclıq və susuzluğun nəticəsində həyatdan məyus olub huşsuz bir halda yerə yıxıldım . Birdən gözümü açdım ,başımın möhtərəm bir şəxsin ətəyində gördüm . O şəxs mənə öz ömrümdə onun kimi içmədiyim dadlı bir su verdi . Ondan sonra süfrəsini açdı və onun arasında iki və üç ədəd girdə çörək var idi ki,ondan da yedim . bu vaxt mənə buyurdu : «Ey seyyid ! hara getmək qəsdin var ?» Seyyid Məhəmmədin pak hərəminə .Buyurdu : «Bu Seyyid Məhəmmədin hərəmidir» Baxdım gördüm ki, Seyyid Mühəmmədin hərəmində qərar tutmuşuq,halbuki mən Qadisiyyədə itmişdim və ora ilə İmamzadə Seyyid Məhəmmədin hərəmi arasında xeyli məsafə vardır . O möhtərəm şəxslə olduğum bir müddətdə mənə faydalar nəsib oldu və mənə bir neçə əməl sifariş etdi ; O cümlədən Qurani -Kərimi tilavət etmək … və Fatiməyi -Zəhra(ə) ın təsbihi . Lakin zehnimə gəlmədi ki , bu ağa kimdir , məgər ki , gözlərimdən qeyb olduğu bir zamanda . Fatiməyi -Zəhranın (ə) təsbihinin üstünlüyü . Allah-taala heç bir həmd ilə Fatiməyi -Zəhra(s) ın təsbihindən daha üstün ibadət oxunmamaışdır . Əgər ondan daha bir üstün bir şey olsaydı əziz Peyğəmbərimiz (s) onu qızına bəxşiş edərdi . O (təsbih zikri) hər gündə namazdan sonra İmam Sadiq (ə) ın yanında hər gündə qılınan min rükət namazdan daha sevimlidir . Hər bir bəndə ona nisbət daimi surətdə əhəmiyyət verib qılmışsa heç vaxt bədbəxt olmayacaqdır . Bu səbəbdən uşaqlara namaz qılmağa əmr etmək gərək olduğu kimi bu təqibatları oxumağa da əmr etmək lazımdır . çünki baxmayaraq bu zikr dildə 100 ədəddir . Lakin İlahinin tərəzisində 1000 ədəd sayılır . Şeytanı uzaqlaşdırır və Allahın razılığını cəlb edir . Qulaqlarda olan ağırlıqları aradan aparır . Təsbih zikrini hər hansı bir bəndə zikr etsə məgər ki , səccadədən (canamazdan) ayağını hərəkətə gətirib götürməzdən əvvəl Allah-taala onu bağışlayar və behişti ona vacib edər məxsusən sübh namazından sonra onu «la ilahə illəllah» ı deməklə kamil etsin və sonra bağışlanma istəsin . Bu təsbihatı deməklədir ki , Allah bəndəsi o kəslərin sırasında məşhur olar ki , onlar Allahı çox xatırlayırlar « əz zakirinəllahə kəsirən» və Allahın onu xatırlamaq ləyaqətini qazanar necə ki , Allah vədə verib və buyurmuşdur «Fəzkuruni əzkurum» Məni xatırlayın ki , mən sizi xatırlayım» Möminin nişanəsi . Məkarimul - əxlaqda hekayət olub ki , Fatiməyi-Zəhra(s) ın təsbihi möminin beş əlamətlərindən biridir . (1-Əl-Cəvahir , c 10 , səh 396 ) Fatiməyi-Zəhra (s) ın təsbihinin fəlsəfəsi Misilsiz hədiyyə Hədisdə gəlmişdir : Əmirəl-Möminin (ə) Həzrəti Faiməyi - Zəhra (s) buyurdu ki ,getsin və peyğəmbərdən bir xidmətçi (qulluqçu) istəsin . O getdi və əlinin qabarlarını göstərdiyi əsnada dedi : Asyab xidmətçi əvəzinə sənə bütün dünyadan daha qiymətli bir hədiyyəni verim ? Yatmağa hazırlaşdığın zaman 34 dəfə «Allahu-Əkbər» , 33 dəfə «Əl-həmdulillah» 33 dəfə «Sübhanəllah» de . Təsbih xidmətçidən daha üstündür . «Daimul-İslam»da Əli (ə) dan nəql olmuşdur ki , buyurdu : Əcəm padşahlarından biri Peyğəmbərə bir qul hədiyyə etdi. Fatiməyə dedim : Allah Peyğəmbərinin yanına get və ondan özün üçün bir xidmətçi istə Fatiməyi - Zəhra (s) yanına gedib və bu mövzunu onunla ortaya qoydular . Peyğəmbər buyurdu : «Fatiməcan ! Sənin üçün xidmətçidən və dünyadan daha üstün olan bir şey sənə verim ; Namazdan sonra 34 dəfə «Allahu-Əkbər» , 33 dəfə «Əl-həmdulillah» 33 dəfə «Sübhanəllah» de və axırda bu üçlük zikri «La ilahə illəllah» ilə tamamla . Bu sənin üçün istədiyindən , dünya və dünyada olanlardan daha yaxşı və üstün olacaq . Buna görə də Fatiməyi-Zəhra (s) bu təsbihatları hər namazdan sonra zikr etməyə diqqət yetirirdi və bu səbəbə görə təsbihat ona nisbət verildi və camaat arasında «Fatiməyi-Zəhra (s)»təsbihatı adı ilə məşhurdur . Təsbihin sirri İmamlardan olan hədislərdən gəlmişdir ki , Fatiməyi-Zəhra (s) ın bu məşhur zikrində 34 dəfə Allahu -Əkbər , 33 dəfə Əlhəmdullilah və 33 dəfə Subhanəllah ki , bu təsbihə əlavə olaraq Lailahə -illəlah ilə tamamlayın . Bütün bu fəzilətlərin sirri bəlkə bu olsun ki, bir dilənçi İmam Cəfər Sadiq (ə)-dan sual edir ki , Kəbə evinin 4 sütunu var və kub şəkilində dörd güşəlidir .Bunun sirri nədir ? İmam (ə) buyüurdu : Çünkü Beytul-Məmuruen 4 rükunu (sütunu) var . Dilənçi soruşdu : Niyə Beytul-məmurun 4 sütunu vardır . İmam (ə) buyurdu : Çünkü ərşin 4 sütunu vardır . Dilənçi soruşdu : Ərşin niyə 4 sütunu vardır ? Çünki hər ərş bir rüknün üstündə durur . 1-cisi Allahu-Əkbər , 2-cisi Sübhanəllah , 3-cü sü Əlhəbdülillah , 4-cüsü Lailah illəllahdır . Bu hədis başa salır ki , təşri aləmində hər nə varsa təkvin aləmində bir sirr vardır . Əgər Peyğəmbər bu təsbişi Həzrəti Fatiməyi (s) a öyrədirsə və bu təsbihə onun adını verirsə və yaxud İmam Sadiq (ə) : «Bu təsbihi zikir etmək bizim üçün min rəkət namazdan daha yaxşıdır» buyurursa bəlkə bu məqsəd üçündür ki , bu təsbihin insanı ərşə qədər yüksəkliklərə aparmağa qüdrəti vardır və bəlkə bu dəlilə görə Təsbih (deyən) halında üzü qibləyə durmaq və ya dəstamazı almağı onun üçün şərt etmiş və bu təsbihin namaz kimi insanları meraca aparmaq qüdrəti varsa və əgər bir insan xalis niyyətlə bu 3 mühüm zikrə iqrar etsə və onu «La ilahə illəllah» ilə tamamlasa onun yanında (müqabilində) Allahdan başqası böyük olsun və ya başqasına həmd etsin və Allaha vəsl olmadan və ya başına şəxsi özünə məbud qərar versin .Hal bu ki , La İlahə İlləllahda bir ilahın inkarıdır və bir Allahın isbatıdır . Bəli belə bir şəxs zaman keçdikcə azmasının imkanı azdır ; Çünki bir şeydən yapışmışdır ki , ondan daha möhkəmi yoxdur .Çünki o Allahın ərşindən yapışmışdır və Allahdan istsəyir ki , biz günahkar bəndələrinə özünün ərşinə yetişməyəı və Allaha yanaşmağa lütf etsin . Fatiməyi-Zəhra (s) təsbihinin şəriətə mənsub olmasının səbəbi . Həzrəti Peyğəmbər (s) qızı Fatiməyiə (s) təsbihat və zikirləri hər namazdan sonra və yatan zaman onları deməsi üçün təsbihat və zikirlər öyrətdi ki , həzrəti Fatimə (s) ın təsbihi adı ilə məşhurdur . Əlləma Məclisi (rə) deyir : Bu təsbihin şəri olmasının səbəbi bir qayda olaraq imamiyyə və başqaları rəvayət etmişlər o idi ki , Əmirəl-möminin (ə) buyurdu : Ev işlərində Fatimənin bərk zəhmət və çətinlik çəkdiyini gördükdə ayrı tərəfdən Allah elçisi üçün döyüş qəniməti adı ilə əsirlər gətirdiyindən xəbərdar olduqda Fatiməyə dedim : Niyə atanın yanına getmir və ondan ev işlərində sənə kömək etmək . Çətinlik və əziyyətini azaltmaq üçün ondan bir xidmətçi istəmirsən ? Xanım o Həzrətin yanına getdi , lakin bir dəstənin o Həzrətin hüzurunda oturduğunu müşahidə etdi və öz mətləbini deməyib qayıtdı .Həzrəti peyğəmbər (s) başa düşdü ki , Fatimə (ə) onun üçün əhəmiyyətli bir iş üçün gəlmişdir . O günün sabahı səhər vaxtı Fatimənin (ə) mənzilinə gəlib dünən gəlişinin səbəbini sual etdi . O xanım öz istəyini bəyan etmək üçün xəcalət çəkdi .Əziz Peyğəmbərə (s) ərz etdim : Siz ev işlərinin nə qədər çox olduğunu bilirsiniz . Su çəkmək , dəyirman unu üyütmək , süpürmək və bunun kimi işlər ki , ağır şəkildə onu narahat etmişdir . Mən ona demişdim ki , yaxşı olar ki , yanımıza gəlib çətinlik və əziyyətlərini azaltmağa görə onun üçün bir xidmətçi təyin etməyinizi istəsin . Həzrət buyurdu : Xidmətçidən daha üstün bir şeyi deyimmi ? Dedi : Bəli ! Ey Allahın rəsulu ! Həzrət bu məşhur təsbihi ona yatan zaman və hər namazdan sonra oxumasını təlim etdi .
Bədbəxtçilikdən nicat tapmaq . İmam Sadiq (ə) buyurdu : Ey Əba Harun ! Biz öz uşaqlarımızı namaz qılmağa əmr etdiyimiz kimi Fatiməyi-Zəhranın (ə) təsbihini zikr etməyə əmr edirik . Onu zikr etməyə diqqət səy et və zikirləri qoru .Hər bir bəndə onu qorusa bədbəxt olmaz .
Günahların bağışlanması . İmam Sadiq (ə) buyurdu : Hər kəs vacib namazdan sonra sağ ayağını sol ayağının üstündən götürməmişdən əvvəl Fatiməyi - Zəhra(s) nın təsbihini desə bütün günahları bağışlanar və bu təsbihi «Allahu-Əkbərdən» başlasın» Behiştin vacib olması : İmam Sadiq (ə) buyurdu : «hər kəs Fatiməyi-Zəhra (s) ın təsbihini vacib namazdan sonra təşəhhüd və salam oturuşu halından çıxmamışdan əvvəl zikr etsə Allah-taala behişti ona vacib edər . Əbbas Əzizi
"Allah Adəmi tər-təmiz palçıqdan yaratdı. Sonra Adəm övladını nütfə halında möhkəm bir yerdə yerləşdirdi, sonra nütfəni laxtalanmış qana çevirdi, laxtalanmış qanı bir parça ət etdi, o bir parça əti sümüklərə döndərdi, sümükləri ətlə örtdü və daha sonra onu bam-başqa bir məxluq olaraq yetişdirdi. Yaradanların ən gözəli olan Allah nə qədər ucadır!" (Muminun; 12-14 ayələr) "Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən böyük günahdır!" (İsra; 31) Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd buyurmuşdur: "Hamilə qadın gündüzləri oruc tutub, gecələri namaz qılan və Allah yolunda öz canı və malı ilə cihad edən kəslərə bənzəyir. Uşaq dünyaya gətirmiş ana elə bir mükafat alır ki, onun böyüklüyünü heç təsəvvür edə bilməz..." Əziz gəlinlər və ana olmağa hazırlaşan qadınlar! Bilməlisiniz ki, gələcək övladlarınızın fiziki və mənəvi sağlamlığının, gözəlliyinin əsası hələ hamiləlikdən əvvəlki dövrdə qoyulur. Ana olmaq arzusu ilə yaşayan hər bir qadın ilk növbədə özünü fiziki və mənəvi cəhətdən bu şərəfli vəzifə üçün hazırlaşdırmalıdır. Hələ hamiləlikdən əvvəl öz orqanizminizi möhkəmlətməli, stresslərdən qorunmalısınız. Bunlara nail olmaq üçün ən gözəl və təbii vasitə vaxtlı-vaxtında orqanizmin normal fəaliyyəti üçün zəruri olan maddələrlə zəngin məhsullarla qidalanmaq, normal yuxu almaq, təmiz havada çox gəzmək və hər zaman nikbin olmaqdır. Ümumiyyətlə, qidanın gələcək övladınızın şəxsiyyətinin formalaşmasında çox böyük təsiri var. Buna görə də, hər iki valideyn övladının nütfəsinin əsasını qoymazdan əvvəl və sonra yalnız halal yolla əldə edilmiş və Allahın halal buyurduğu yeməklərlə qidalanmalıdır. Qurani-Kərimdə Allah-Təala bu barədə buyurur: "Ey insanlar! Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətlərinə şükür edin. Şeytanın izi ilə getməyin! Həqiqətən, o sizinlə açıq-aşkar düşməndir". (Bəqərə; 168, 172) Beləliklə, əgər uşağın nütfəsi haramdan əmələ gələrsə və ya ana hamiləlik dövründə haram yemək yeyərsə, bu, uşağın xilqətində bədbəxtçilik zəmini yaradar. Həmçinin yeməkdən əvvəl "bismillah" deməyi və yeməkdən sonra verdiyi nemətlərə görə Allaha həmd və şükür etməyi də unutmayın. Uca Allah Öz kitabında hamilə qadın üçün ən xeyirli olan qidaya işarə edərək Həzrəti Məryəm haqqında belə buyurur: "Doğuş sancısı Məryəmi bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dərhal ona belə bir nida gəldi: "Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye, iç, gözün aydın olsun". (Məryəm; 23-26 ayələr) Peyğəmbərimizdən gələn bir çox hədislərdə də hamilə qadınlara xurma, heyva, alma kimi qüvvətləndirici qidalar yemək tövsiyə edilir. Və əksinə olaraq, hamiləliyin ilk həftələrində kündür, sirkə, keşniş və turş alma yeməkləri məsləhət görülmür. Müasir alimlərin də nəzərinə görə, hamiləlik dövründə münasib və qüvvətləndirici yeməklərin uşağın surətinin gözəlliyinə və lətafətinə misilsiz təsiri var. Əziz xanımlar! Unutmayın ki, hamiləlik vaxtı baxdığınız və eşitdiyiniz hər bir şey sizin gələcək övladınızda öz izini qoyur. Məsələn, dölün eşitmə aparatı bətndaxili inkişafın erkən vaxtlarında artıq formalaşmış olur. Bu da onu göstərir ki, döl hələ dərk etməyə qadir olmasa da, o artıq eşidir və eşitdikləri onun yaddaş aparatında həkk olunur. Buna görə də, qeybət və pis sözləri eşitməkdən uzaq olun, həmçinin öz dilinizi də belə nalayiq şeylərdən qoruyun. İnsanın mənəviyyatına zidd olan, kədərləndirici, həyəcanlandırıcı, qorxulu, haram və əxlaqsız səhnələrə, filmlərə, verilişlərə və s. baxmaqdan çəkinin. Əksinə olaraq, insanın daxili, ruhi və mənəvi aləmini zənginləşdirən və öz gözəlliyi ilə Allahın varlığına işarə edən, Onu xatırladan təbiət səhnələrini seyr edin, gözəl söz danışın, mümkün qədər çox Quran oxuyun. Çünki, müqəddəs Quran Uca Allahın sözu və qəlblərin şəfasıdır. Sidq ürəklə Allahdan sizə saleh, pak və sağlam övlad bəxş etməyini diləyin. Bir sözlə, Allahı çox zikr edib, Onunla dua vasitəsilə ünsiyyətdə olun. Yaxşı olar ki, bütün bunlara hələ hamiləlikdən əvvəl əməl etməyə başlayasınız. Onu da qeyd edək ki, hamiləlik vaxtı namaz qılmaqda əziyyət çəkən qadınlar oturuqlu halda namazlarını rahat qıla bilərlər. Övladınızla hələ ana bətnində ikən ünsiyyət qurun, çünki bu, valideyn-övlad bağlarını daha da möhkəmləndirir. Məhəmməd peyğəmbərin tövsiyəsinə uyğun olaraq övladlarınız hələ dünyaya gəlməmişdən əvvəl onlar üçün gözəl adlar seçin. Bütün bu deyilənlərdən məlum olur ki, yeyilən qidaların növləri, eşidilən və gözlə görünən hər bir şey, müsbət və mənfi rəftarlar, emosiyalar və nəhayət ananın bütün əxlaqi və ruhi xüsusiyyətləri övladın formalaşmasında təsirlidir. Bundan əlavə, atanın da əxlaqi və ruhi keyfiyyətləri gələcək uşağın şəxsiyyətində öz izini qoyur. Elə isə, ey atalar, ey analar, öz mənəvi gözəlliyinizlə balalarınızın həyatını gözəlləşdirməyə tələsin! Allah övladlarınızı Öz saleh bəndələrindən qərar versin! (Mənəvi Saflığa Dəvət)
Həzrət Fatimeyi Mə’sumə (ələyha salam)- ın həyatına bir baxış Bağışlayan və mehriban Allahın adı ilə O həzrətin adı Fatimə, məşhur ləqəbi isə «Mə’sumə»-dir. Atası, şiələrin yeddinci imamı Musa ibn Cə’fər (imam Kazim) əleyhis-salam, anası isə səkkizinci imam həzrət Rza (əleyhis-salam)-ın anası sayılan Nəcmə Xatun (ələyha-salam)-dır. Beləliklə də həzrət Mə’sumə (ələyha-salam) və imam Rza (ələyhis-salam) bir ata-anadan dünyaya gələn bacı və qardaşdılar. O həzrət hicri-qəməri tarixi ilə 173-cü il, Ziqə’də ayının 1-də müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. Uşaqlıq dövranında ikən Bağdad şəhərində Harunun zindanında həbs olunmuş atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı həzrət imam Rza (ələyhis-salam) onu öz himayəsi altına alaraq saxlamışdır. Hicri-qəməri tarixi ilə 200-cü ildə Mə’mun Abbasinin tə’kid və hədə-qorxularından sonra imam Rza (əleyhis-salam) sürgünə bənzəyən Mərv səfərinə düzəlmiş və yanında Əhli-beytindən heç bir kəs olmayan halda Xorasana getmişdir. Qardaşının hicrətindən bir il keçdikdən sonra, imam Rza (ələyhis-salam)-ı görmək şövqündə olan həzrət Mə’sumə (ələyha salam) bir dəstə qardaşı və qohumu ilə Xorasana tərəf yola düşdü. Keçdikləri bütün şəhər və məhəllələrdə xalq onları təntənə ilə qarşılayır, onlara məhəbbət və qonaqpərvərlik göstərirdi. Həzrət Mə’sumə (ələyha salam) da böyük bibisi həzrət Zeynəb (ələyha salam) kimi qardaşı imam Rza (əleyhis-salam)-ın məzlumiyyəti və qürbətini mö’min və müsəlman xalqlara çatrırır, həmçinin onlara özü və Əhli-beytin Bəni-Abbasın hiyləgər hökumətinə qarşı olan müxalifətini bəyan edirdi. Karvan «Savə» şəhərinə çatdıqda, hökumət mə’murlarının himayə etdiyi bir dəstə Əhli-beyt müxalifləri onların qabağını kəsərək onlarla vuruşmağa başladılar. Nəticədə təxminən karvanın bütün kişiləri şəhid olub, bir rəvayətə əsasən həzrət Mə’sumə (ələyha salam) isə zəhərləndi. Hər halda o həzrət ya çoxlu qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələndi və Xorasana getməkdən aciz qalıb, Qum şəhərinə tərəf yola düşdü. O həzrət soruşdu: Bu «Savə» şəhərindən «Qum» şəhərinədək nə qədər yol vardır? Yolun miqdarını o həzrətə dedikdə, buyurdu: «Məni Qum şəhərinə aparın. Çünki atamdan eşitmişdim ki, (belə) buyururdu: «Qum şəhəri bizim şiələrimimzin mərkəzidir». Qum şəhərinin ağsaqqalları bu sevindirici xəbəri eşitdikdə, o həzrəti (ə) qarşılamağa getdilər. «Əş’əri» qəbiləsinin ağsaqqalı «Musa ibn Xəzrəc» o həzrətin dəvəsinin cilovunu tutmuş, xalqın çoxu isə piyada və minik halında həzrətin əyləşdiyi kəcavəni əhatəyə almışdılar. Həzrət Mə’sumə (ələyha salam) hicri-qəməri tarixi ilə 201-ci ilin təqribən Rəbiul-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil oldu. Daha sonra «Mir meydanı» adlanan bir yerdə (Musa ibn Xəzrəcin şəxsi mənzili qarşısında) kəcavədən enib, onun qonağı oldu. O həzrət on yeddi gün müddətində bu şəhərdə yaşamış və bu müddətdə ibadətlə məşğul olmuşdur. O həzrətin ibadət etdiyi yer, bu günədək «Sittiyyə mədrəsəsində» - «Beytun-nur» adı ilə məşhurdur. O yer ziyarətgah sayılır. Beləliklə də Rəbius-sani ayının onu və başqa rəvayətə əsasən on ikisi (201 h. q.), həzrət öz qardaşı imam Rza (əleyhis-salam)-ı görmədən, qürbət yerdə böyük qəm-qüssə ilə dünyasını dəyişib, şiələri matəmə qərq etdi. Qum əhalisi o həzrətin pak bədənini böyük təntənə ilə bu günkü hərəm yerində olan o zamankı «Babilan bağına» apardılar. Qəbr hazır olduqda, o həzrətin kimin əli ilə dəfn edilməsində çətinliklə üzləşdilər. Elə bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkmiş iki atlı sür’ətlə onlara yaxınlaşdı. Namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil oldu, digəri isə həzrətin pak cəsədini qaldıraraq ona verdi. O iki nəfər işlərini qurtardıqdan sonra heç bir kəslə danışmadan öz atlarına minib oradan uzaqlaşdılar. O iki nəfərin Allah-taalanın iki höccəti sayılan həzrət imam Rza (əleyhis-salam) və imam Cavad (əleyhis-salam) olması nəzərə çarpır. Çünki şəriət qaydalarına əsasən günahsız qadın bədəni günahsız şəxsin əli ilə dəfn olunmalıdır. Belə ki, həzrət Fatimə (ələyha salam)-ı Əmirəl mö’minin Əli (əleyhis-salam) və həzrət Məryəm (ələyha salam)-ı İsa (ələyhis-salam) şəxsən dəfn etmişdir. Həzrət Mə’sumə (əleyhis-salam)-ın dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs qəbrinin üzərində qamışdan toxunmuş həsirdən bir örtük düzəltdi. Hicri-qəməri tarixi ilə 256-cı ildə isə imam Cavad (əleyhis-salam)-ın qızı Zeynəb (ə), o həzrətin qəbri üzərində ilk dəfə olaraq günbəz tikdirdi. Beləliklə də həzrət Mə’sumə (ələyha salam)-ın müqəddəs qəbri Əhli-beyt (əleyhimus-salam)-ın ardıcılları, həmçinin vilayət və imamət aşiqlərinin ziyarətgahı və şəfa yerinə çevrildi.
TƏVƏLLÜD Həzrət Əli (ə) və Fatimeyi-Zəhra (s)-ın Həsən, Hüseyn, Zeynəb, Ümmi Gülsüm və Möhsin adlı beş övladı olmuşdur. Bu xanədanın üçüncü övladı Zeynəb Hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı. ATANIN ZİNƏTİ Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq: SƏMAVİ AD Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin. Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur. Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. çünki, o, Xədiceyi-Kubra kimidir. Yə`ni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir. PEYĞƏMBƏR İLƏ BİRLİKDƏ Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur. Bu beş il fürsət idi ki, Həzrət Zeynəb Peyğəmbərin mübarək vücudundan səbr və dözüm hədisini yazsın. çünki, o, Zeynəbin həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun. DƏRDLİ YUXU Zeynəb, onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri tə`bir edir ki, Əlinin yetişdirməsi və Zəhranın qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq: Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi: «Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.» Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu: «Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.» BİRİNCİ HADİSƏ Çox keçmədi ki, Zeynəbin yuxusunun bir hissəsi çin çıxdı və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi. Bu, onun lətif və riqqətli qəlbini incidən ilk müsibət və sanki bir başlanğıc idi. Hələ bilmirdi ki, qarşıda hansı müsibət və bəlalar onu gözləyir. Amma bəşər tarixinin bu yenilməz siması heç vaxt həyatın ağrıları qarşısında baş əyməyəcək, mətanətlə islamın qorunması üçün öz vəzifəsini yerinə yetirəcəkdir. ANASI FATİMƏ İLƏ GÖRÜŞ Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb Zəhra kimi bir ananın məhəbbətindən yalnız bir neçə il bəhrələndi. Bir neçə illik bu qısa müddət Zeynəbi Allah yolunda müsibət və çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb Peyğəmbərin vəfatından sonra anası Fatiməni gülən və hətta təbəssüm edən halda da görmədi. Fatimə atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yə`qub, Yusif və imam Səccad (ə) kimi ən çox ağlayanların sırasında qeyd etmişlər. Zeynəb bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-beyt haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o isə səbr edib dözür və sanki daha böyük müsibətlərə hazırlaşırdı. HAQQIN MÜDAFİƏSİ Zeynəb anası Fatimənin Peyğəmbər məscidində Fədək və Əhli-beytin müdafiə mövzusunda etdiyi çıxışda iştirak edirdi. O, anasının xütbəsini dinləməklə yanaşı, zülm qarşısında necə mövqe tutmaq yolunu da öyrənirdi. O, anasından öyrəndi ki, düşmənlə necə mübarizə etmək və onu rüsvay etmək olar. O, hazırlaşırdı ki, Kufə bazarında, İbn Ziyad və Yezidin saraylarında öz sözləri ilə onların cinayətlərini ifşa edib İslam və Əhli-beyt vilayətini müdafiə etsin. SONUNCU GÖRÜŞ Nəhayət, ana ilə son görüş və vidalaşma zamanı çatmışdır. Zəhranın pak ruhu mələkut aləminə pərvaz edib, cismi isə qüsl olunub kəfənlənmişdir. Atanın göstərişi ilə Zəhranın balaları ana ilə vidalaşır, son dəfə onu qucaqlayıb ayrılırlar. Həzrət Əli (ə) bu qəmli səhnələri belə təsvir edir: «Zəhranın kəfənini düyünləyərək Ümmü Gülsüm, Zeynəb, Həsən və Hüseynə dedim: Gəlin son dəfə ananızla görüşün ki, bu ayrılığın başlanğıcıdır. növbəti görüş isə behiştdə olacaqdır. Həsən və Hüseyn anaları tərəfə gələ-gələ bu sözləri deyirdilər: Babamız Peyğəmbər (s) anamız Fatimənin (ə) ölmündə olan qəm və həsrət yanğısı heç vaxt sönməyəcək. Ana can! Bizim salamamızı babamız Məhəmməd Mustəfaya (s) çatdır və de ki, səndən sonra biz dünyada yetim qaldıq». Əli (ə) buyurur: «O zaman göydən bir səs eşitdim ki, deyirdi: Ey Əbul-Həsən, onları anasının qucağından götür. Bu iki uşaq göyün mələklərini ağlamağa məcbur etdilər.» Beləliklə, Zeynəb körpə yaşlarında mehriban ana və səmimi dostunu itirdi. ANASINDAN SONRA Artıq Əli evi Fatimə vücudunun şamı ilə nurlanmırdı. Buna görə də uşaqları öhdəsinə götürən bir qadına ehtiyac var idi. Fatimə (ə) bu əhəmiyyətli işi ömrünün son günlərində duymuş, uşaqları üçün mehriban ana və Əli üçün vəfalı yoldaş tapıb onunla evlənməyi Əli (ə)-a tövsiyə etmişdi. Bu şərəf həzrət Zəhranın ögey bacısı «Əmaməyə» mənsub idi. Zeynəb anasından sonra Əli kimi atanın tərbiyəsi sayəsində, Həsən və Hüseyn kimi qardaşlarla yanaşı böyüyüb yetkinləşir və elə uşaqlıqdan çoxlu çətinlik və ruhi sıxıntılara dözüb tərcrübə toplayır. Zeynəb Həsən və Hüseyndən kiçik olamasına baxmayaraq, Fatimə qızı və onun yetişdirməsi olduğu üçün qardaşları ilə onun arasında vəsfəgəlməz məhəbbət və bağlılıq olmuşdur. Bu məhəbbətin nəticəsində də o, bir an da qardaşlarından ayrılmır və onların qüssələrinə dözə bilmirdi. necə ki, görəcəyik o, ömürünün sonuna qədər mehriban ana kimi onları sevir və qəmlərinə şərik olurdu. ŞƏRİKLİ HƏYAT Artıq Zeynəbin ailə qurmaq vaxtı yaxınlaşmışdır. O bilir ki, izdivac hər bir insan üçün təbii və şər`i vəzifədir və bu sünnətdən imtina etmək Peyğəmbərin (s) dinindən çıxmaq deməkdir. Lakin Zeynəb izdivac etməklə boynunda olan böyük vəzifəni unutmur. O bilir ki, hər an və bütün səhnələrdə qardaşının yanında olmalıdır. O bilir ki, əzizlərinin qiyamının səmərəsi onun əsir düşməsi, səbr edib dözməsi, qiyamın mahiyyət və səbəblərini bəşəriyyət tarixinə yetirməsindən asılıdır. Bu səbəbdən Zeynəb izdivac ərəfəsində də vəzifəsini unutmur və ailə qurmaq üçün imam Hüseynlə (ə) birgə olmağı şərt kəsir. Əli (ə) qızına elçi göndərən və Əhli-beyt dostlarından olan Əbdüllah ibni Cə`fər sözsüz ki, bu şərti qəbul edir və nəhayət Zeynəbi-Kübranın əri olmaq şərəfinə nail olur. ZEYNƏBİN HƏYAT YOLDAŞI Əbdüllah Cə`fərin övladlarındandır. Cə`fər isə Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir. Cə`fəri-Təyyar adı ilə məşhur olan bu insanın şəxsiyyətini Peyğəmbərin (s) sözləri və ona bağlılığı ilə müəyyən etmək olar. Yəhudilərin Xeybər qalasının fəthi və Cə`fərin Həbəşədən qayıtdığı zaman Peyğəmbər (s) onu qucaqladı və alınını öpüb buyurdu: «Bilmirəm hansı iş üçün sevinim. Xeybərin alınması, ya Cə`fərin gəlişi üçün?» Sonra Peyğəmbər (s) ona məscidin qonşuluğunda mənzil verdi. Mutə döyüşündə Cə`fərin iki qolu da kəsiləndən sonra bayrağı yerə atmağa razı olmayıb onu dişlərinə aldı. Həzrət Peyğəmbər (s) bu barədə buyurmuşdur: «Allah Cə`fərin iki qolunun yerinə ona iki qanad verəcək ki, behiştdə onlarla pərvaz etsin.» Buna görə də ona Cə`fəri-Təyyar (uçan) deyiblər. Əbdüllah Həbəşədə doğuldu. Bu o zaman baş verdi ki. Cə`fər öz həyat yoldaşı və bir dəstə müsəlmanla birgə düşmənlərin təzyiqi nəticəsində, Peyğəmbərin (s) təklifi ilə həbəşəyə hicrət etmişdilər. Əbdüllahın atası Cə`fərin şəhadətindən sonra Peyğəmbər (s) onun uşaqlarını yanına gətirib bir ata məhəbbəti ilə qucağına alar, öpüb ağlayar, beləliklə sanki Əbdüllaha və başqa balalara təsəlli verərdi. Peyğəmbərdən sonra Əbdullah Həzrətin (ə) yanında rəşadət və fədakarlıqlar göstərmiş, Süffeyn döyşündə isə döyüş səhnəsinin xüsusi qəhrəmanlarından hesab olunmuşdur. O zamanlar o, səxavət və əliaçıqlıqda da məşhur idi.
«Mehriyyə» (nikah hədiyyəsi) və «nəfəqə» (ailənin yaşayış xərci) Ailədaxili münasibətlərdə mövcud olan qədim ənənələrdən biri, evləndiyi zaman kişinin öz əmlakından gələcək həyat yoldaşına və ya qayınatasına bağışladığı «mehriyyə» adlı hədiyyə olmuşdur. Bundan əlavə, kişinin öhdəsinə düşən digər ən mühüm vəzifələrdən biri də ailənin yaşayış xərcini təmin etmək idi. Görəsən, bu adət nəyə əsaslanır? Hansı amillər onun yaranmasına səbəb olmuşdur? Əgər qadın və kişi hər biri öz təbii hüquqlarını əldə ediblərsə, aralarında humanist münasibət qurulubsa və qadına olan baxış insani dəyərlərə söykənibsə, kişinin qadına «mehriyyə» verməsinə və ya ailənin yaşayış xərcini təmin etməsinə ehtiyac varmı? Uzun bir zamanı əhatə edib, bizim dövrə kimi gəlib çıxan «mehriyyə» və ailənin yaşayiş xərcinin təmini sizcə qadının kişiyə qul olduğu dövrlərin yadigarı deyilmi? Halbuki 20-ci əsrin aktual məsələsi olan «İnsan hüquqlarının bərabərliyi» iqtisadi məsuliyyətin yalnız kişi tərəfindən deyil, həm də qadın tərəfindən öhdəçiliyini tələb edir. Mehriyyənin qısa tarixi Alimlərin nəzərinə əsasən, hələ tarixdən öncə insanlar qəbilə və tayfa şəklində yaşadıqları zaman məlum olmayan səbəblər üzündən qan qohumları ilə evliliyə yol verilməzdi. Buna görə də evlənmək yaşına çatan qəbilə cavanları ailə qurmaq üçün qızı başqa qəbilələrdən seçmək məcburiyyətində qalardılar. Bu dövrlərdə kişi, nəsli davam etdirməkdə ifa etdiyi rolundan xəbərsiz idi. Baxmayaraq ki, ata uşaqların ona oxşarlığını görür, amma bunun səbəbini dərk edə bilmirdi və uşaqların dünyaya gəlməsindəki rolundan xəbərsiz olduğu üçün onları yalnız ananın övladı hesab edirdi. Digər tərəfdən təbii ki, uşaqlar da özlərini ananın övladları hesab edirdilər. Beləcə soy, kişi tərəfindən deyil, qadın tərəfindən tanınar, kişilərə isə sonsuz bir varlıq kimi baxılardı. Kişi, evləndikdən sonra tüfeyli bir varlıq kimi qadının tayfası arasında ömür sürərdi. Qadın, kişinin yalnız qol gücündən və bəzən də cinsi ehtirasının təminçisi kimi ondan bəhrələnərdi. Bütün hüquqlara ancaq qadınların malik olduğu bu dövr, tarixdə «Matriarxat» dövr kimi adlandırılıb. Çox keçmir ki, kişi, uşaqların dünyaya gəlməsindəki rolunu anlayaraq özünü onların əsas sahibi kimi tanıyır. Bu vaxtdan etibarən qadını tamamilə özünə tabe edib, ailənin başçılığını öz ixtiyarına alır. Bu ikinci mərhələ isə tarixdə «Patriarxat» dövrü adlanır. Birinci mərhələdə olduğu kimi, bu mərhələdə də qan qohumları ilə evliliyə icazə verilmirdi. Odur ki, oğlanlar qızı başqa qəbilədən seçib, öz qəbilələrinə gətirərdilər. Amma qəbilələr arasında daim baş verən döyüşlər üzündən oğlanlar gələcək həyat yoldaşını qaçırmaq məcburiyyətində qalırdılar. Tədricən, qəbilələr arasında sülh bərqərar olur və qəbilələr dinc həyat tərzini sınaqdan keçirirlər. Bu dövürdə qızqaçırma adəti aradan qalxır. Lakin digər tərəfdən başqa qəbilənin qızı ilə evlənmək istəyən şəxs üçün yeni bir öhdəçilik üzə çıxır: o, bir müddət qızın atasına muzdurluq etməli idi! Məhz bu müddət başa çatıqdan sonra ata qızını oğlan evinə yola salardı. Bu adət, ictimai rifahın yüksəldiyi dövrə qədər sürür.Bu məqamda kişi anlayır ki, uzun illər qızın atasına muzdurluq etməkdənsə, ona münasib bir hədiyyə verib, qızı öz evinə aparsın. Beləcə bu əməl, mehriyyənin yaranmasına səbəb olur. Patriarxat dövrünün matriarxat dövrünü əvəz etməsi, kişinin qadın üzərində tam ixtiyar sahibinə çevrilməsi və ondan cinsi ehtirasının təminçisi kimi istifadə etməsi qadının ictimai və iqtisadi məsuliyyətinin əlindən alınması ilə nəticələnir. O, öz hüquqlarından o dərəcədə məhrum olur ki, əldə etdiyi zəhmət haqqına belə ya əri, ya da atası yiyələnir. Əslində isə kişinin mehriyyə olaraq qayınatasına verdiyi pul və ya ailədə ödədiyi yaşayış xərci, birgə ailə həyatında bir növ qadının iqtisadi istismarına xidmət edirdi. İslam hüququ baxımından mehriyyə Lakin bəşər tarixində sosiloqların toxumadığı başqa bir mərhələ də mövcuddur. Bu mərhələdə kişi evləndiyi vaxt, mehriyyəni (nikah hədiyyəsi) şəxsən qadının özünə təqdim edir və heç kim, o cümlədən qızın valideynləri həmin hədiyyəyə şərik deyildirlər. Bu mərhələnin digər mühüm xüsusiyyəti də ondan ibarətdir ki, qadın, ona verilən hədiyyənin sahibi kimi tanımaqdan əlavə, onun ictimai və iqtisadi hüquqları da qorunur. İlk öncə o, atası və ya qardaşının istəyi ilə deyil, şəxsən özü gələcək həyat yoldaşını seçir. İkincisi, istər ata evində, istərsə də ər evində heç bir şəxsin onu istismar edib, qazancını əlindən almağa ixtiyari yoxdur. Üçüncüsü, onun hüquqi müamilələrində ərin qəyyumluğuna ehtiyac duyulmur və s. Bu mərhələdə habelə, qadınla intim əlaqə yalnız evlilik çərçivəsində məhdudlaşır və mehriyyədən əlavə, kişi, evlilik müddəti boyunca ailənin yaşayış xərcini də təmin edir. Bu mərhələ, İslam dininin qəbul etdiyi və həmin şərtləri evlilik üçün təyin etdiyi bir mərhələdir. Qeyd olunan şərtlər haqqında İslamın əsas mənbəyi olan müqəddəs kitabımız Qurani-Kərimdə çoxlu ayələr və eyni zamanda məsumlarımızdan rəvayət olunan hədislərimiz vardır. Məhz bu mərhələdədir ki, qadının «mehriyyə» və yaşayış xərcinin təmini məsələsi barədə anlaşılmazlıq yaranır. Belə ki, öncəki mərhələlərdə mehriyyə, qızın atasına verilir, qız isə ər evinə aparılaraq bir qul kimi istismar olunurdu. Bu halda mehriyyənin fəlsəfəsi, qızın atadan pulla alınmasından, yaşayış xərcinin fəlsəfəsi isə hər bir sahibkarın öz qulu üçün ödədiyi zəruri xərclərdən ibarət olurdu. Əgər qızın atasına müəyyən məbləğ verib, qızını almırlarsa, ərin qadını istismar etmək hüququ yoxdursa və qadın iqtisadi və hüquqi baxımdan tam azaddırsa, hətta həyat yoldaşının qəyyumluğuna belə ehtiyacı yoxdursa onda mehriyyə və yaşayış xərcinin zəruriliyi nədən ibarətdir? Mehriyyənin həqiqi fəlsəfəsi Bizim nəzərimizcə mehriyyə, qadın və kişi münasibətlərini tarazlaşdırmaq və onları bir-birinə qovuşdurmaq üçün atılan ən münasib addımlardan biridir. Sevgi, duyğu məsələsində təbiət etibarı ilə qadın məşuqə, kişi isə aşiq rolunu ifa edir. Ariflər eşq və aşiq-məşuq qanununun bütün kainatda hökm sürdüyünü bildirirlər. Təbii ki, hər bir varlığın özünəxas vəzifəsi vardır. Sanki xaliq, gözəlliyi, qüruru, zərifliyi, zahiri ehtiyacsızlığı qadına, aşiqliyi və ehtiyacı isə kişiyə bəxş etmişdir. Beləliklə, qadının fizioloji gücsüzlüyü, kişinin güc-qüvvətinin müqabilində belə bir şəkildə tarazlaşmışdır. Elə bu fərqlərə əsasən də həmişə – həm matriarxat və həm də patriarxat dövrlərdə – kişi qadına elçilik etmiş və onun razılığını qazanmaq üçün ona hədiyyə bağışlamışdır. Nə üçün həmişə kişilər hansısa bir qadına sahib çıxmaq üçün bir-biri ilə rəqabət aparırlar? Halbuki, belə bir hallara qadınlar arasında ya heç rast gəlinmir, ya da çox azdır. Beləcə bütün bu misallar, bizə qadın xarakterindəki həya və ismətdən xəbər verir. Mehriyyə də qadın təbiətinə – onun həya və ismətinə söykənir. Yəni qadın, öz təbiətindən ilham alaraq dərk etmişdir ki, o, öz izzət və qürurunu qorumalı və özünü ucuz tutmamalıdır. Qarşılıqlı münasibətlərdə də qadının kişiyə qoyduğu təsir, kişinin qadına qoyduğu təsirdən daha çoxdur. Kişi, igidlik, qəhrəmanlıq, alicənablıq, dahilik və s. bu kimi bir çox müsbət keyfiyyətlərin onda formalaşmasında məhz qadına – onun ismət və həyasına – borcludur. Bir sözlə həqiqət bundan ibarətdir ki, kişini, ümumiyyətlə, cəmiyyəti «yaradan» və formalaşdıran qadındır! Əgər qadın, bu mühüm xasiyyətini, yəni ismət və həyasını istərsə, ilk öncə o, qadınlığını itirmiş olur. Sonra isə kişi, tədricən öz kişilik məsuliyyətini unudur və nəhayət ,cəmiyyətin özülü uçulub, aradan gedir. Qurani-Kərimdə mehriyyə Müqəddəs kitabımız Qurani-Kərimdə də mehriyyə məsələsinə toxunulubdur. Nisa surəsinin 4-cü ayəsində xüsusi bir incəlik və dəqiqliklə buyurulur: وَآتُوا النِّسَاءَ صَدُقَاتِهِنَّ نِحْلَةً...«Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin...» Qurani-Kərim bu ayədə 3 əsas məsələyə toxunur: – ilk öncə mehriyyəni «səduqə» adı ilə xatırlayır. «Səduqə» sözünün kökü «sidq», yəni doğruluq və düzgünlük deməkdir. Bəs mehriyyə bir növ kişinin məhəbbət və duyğularının doğruluğunun göstəricisi və simvoludur. – «səduqə» sözünə «hunnə» şəkilçisini artırmaqla, mehriyyənin yalnız qadının özünə aid olduğunu bildirir. – ayədə gətirilən «nihlə» sözü mehriyyənin «hədiyyə»dən savayı bir şey olmadığını açıqcasına bildirir. Qeyri qanuni və qeyri şəri evliliklərdə hədiyyə Qeyd etdiklərimizə bunu da əlavə etmək mümkündür ki, yalnız qanuni və şəri evliliklərdə deyil, hətta qeyri-qanuni evliliklərdə, dırnaqarası azad sevgilərdə də kişi qadına müəyyən hədiyyələr bağışlayır. Məsələn, kişi, öz sövqi-təbiiliyi ilə anlayır ki, qadınla birgə əyləşib yedikləri yeməyin, içdikləri çayın xərcini məhz o ödəməlidir. Deməli, kişinin əylənməsi üçün əsas şərt, pul və maddi imkanın olmasıdır. Bu isə qadının növbənöv hədiyyələrə sahib olması deməkdir. Göründüyü kimi hədiyyə bağışlamaq həm qanuni, həm də qeyri-qanuni evliliklərdə mövcuddur. Bu da qadın və kişinin müxtəlif xarakterlərə malik olduğunu göstərir. Müasir dünyada «İnsan hüquqlarının bərabərliyi» şuarı altında ailə üzvlərinin hüquqları da özünün təbii axarından çıxarılıbdır. Belə ki, təbiət qanunun əksinə olaraq iki müxtəlif yaranışlı cinsi, yəni qadın və kişini, eyni və oxşar vəzifələrlə yükləməyə çalışırlar. Bundan əlavə rəsmi nikahlarda «mehriyyə» ünvanında qadın üçün heç bir hədiyyə nəzərdə tutulmur və yaşayış xərcini təmin etməkdə qadın da məsuliyyət daşıyır. Son olaraq bunu qeyd edə bilərik ki, mehriyyə, qadın və kişinin fərqli təbiətlərə sahib olmasının göstərcisidir.
1 - İslam tarixinin ilk şəhid xanımı - Süməyyə İslamın ilk dövrlərində Əmmarın atasını, yəni Süməyyənin əri Yasəri İslamı qəbul etdiyinə görə, şəhid edirlər. Onu şəhid edənlərin ürəkləri bununla soyumur. Onlar Süməyyəni də hədələyirlər: «Əgər Muhəmmədi inkar etməsən, ayaqlarının hər birini bir dəvəyə bağlayıb, iki tərəfə çəkərək səni şaqqalayacağıq». Ancaq bütün vücudu «Allah» -deyən Süməyyəyə, onların bu hədə-qorxusu təsir edərdimi?! Elə hey Peyğəmbərin (s) sözü qulağında cingildəyirdi: «Yasərin ailəsi! Səbr edin, sizin yeriniz cənnətdir». Nəhayət, qana susamış düşmənlər ona ağır işgəncə verməklə öz qəzəblərini yatırtmaq qərarına gəlirlər və onu şəhid edirlər. Beləliklə, onun adı, İslam uğrunda canını qurban verən ilk şəhid xanım kimi, tarixin səhifələrinə yazılmış olur. 2 - Digər bir neçə qəhrəman qadın 1. «Lubəynə» bəni-Muməl tayfasının kənizi idi. Ömər ibn Xəttab, İslamı qəbul etməmişdən öncə, ona çox işgəncə verərdi. Lakin bu qadın heç vaxt təslim olmayıb və İslam dinindən dönməyib. 2. «Zinnirə» bəni-Məxzum tayfasından idi. Əbu Cəhl, müsəlman olduğuna görə ona olmazın əziyyətlər versə də, onu əqidəsindən döndərə bilməyib. 3. «Nəhdiyyə» bəni-Nəhd tayfasının kənizi idi. Nəhdiyyə, İslamı qəbul etdiyinə görə, (bəni-Əbduddar qəbiləsindən olan) öz xanımının ağır işgəncələrinə məruz qalsa da, əqidəsindən dönməyib. 4. Belə xanımlardan biri də Cabir ibn Həkimin qızı, «Qəziyyə» kimi tanınan, Ümmü Şərik Əsədi idi. O, Qüreyş tayfasının bəni-Amir qəbiləsindən idi. İslamın ilk dövrlərində müsəlman olan bu xanım, bütün bacarığı ilə dinin təbliği üçün çalışmışdı. O, gizlin və aşkarda insanları (əsasən də qadınları) İslama dəvət etdiyi üçün, ağır işgəncələrə məruz qalıb, hətta bir dəfə onu palansız dəvəyə mindirib, üç gün ac-susuz vəziyyətdə saxlayıb, sonra isə əl-ayağını bağlayıb, qızmar günəşin altında yolun üstünə atıblar. Əgər Allahın lütf və mərhəməti olmasaydı, şübhəsiz ki, o, tələf olardı. 5. Xənsa bəni-Səlim tayfasından idi. Onun təbliği nəticəsində, bütün qəbiləsi müsəlmanlığı qəbul etmişdi. Bəzən Xənsa, özünün şer və şüarları ilə müsəlmanları kafirlərin əleyhinə qaldırardı. Bütün bu etdikləri ilə kifayətlənməyən Xənsa, Qadisiyyə döyüşündə oğlanlarının hər dördünü döyüş meydanına göndərmiş və onların hər dördü bu döyüşdə şəhid olmuşlar (bu barədə bir qədər sonra qeyd olunacaq). 6. «Ümmü Ziyad Əşcəiyyə» Xeybər döyüşündə iştirak etmiş beş qadından biridir. Peyğəmbər (s) onların gəlişinin səbəbini soruşduqda, onlar cavabında: «Yaralılara tibbi yardım göstərməklə sizə kömək etmək istəyirik» deyiblər. Rəsuləllah (s) onların qalıb, yardım etmələrinə icazə verib. Xeybər qalası fəth ediləndə Rəsuləllah (s) döyüşdə əldə edilmiş qənimətlərdən onların da payını ayırıb. 7. Şücaətli xanımlardan, şəhid vermiş analardan biri də, Peyğəmbərin (s) kənizi «Ümmü Əymən» olub (onun adı Bərkə idi). Həzrət Peyğəmbər (s) onu kənizlikdən azad edərək Übeydə Xəzrəci ilə evləndirmiş və onların bu izdivacdan «Əymən» adlı oğlu dünyaya gəlmişdi. Ümmü Əymənin əri vəfat edəndən bir müddət sonra Peyğəmbər (s) onu Zeyd ibn Haris ilə evləndirmiş, bu izdivacdan da «Üsamə» adlı oğlu dünyaya gəlmişdi. Ümmü Əymən çox qoçaq və şücaətli bir xanım idi. O, yaralılara tibbi yardım göstərmək üçün Ühüd döyüşündə iştirak etmiş və döyüşün qızğın anında bir dəstə müsəlmanın fərariliyini görəndə ovcunu torpaqla doldurub onların üzlərinə ataraq demişdi: «Kişi döyüşdən qaçmaz. Siz arvad kimi hərəkət edirsinizsə, gedin arvad cəhrəsi arxasında da oturun. Vay olsun sizə!» Ümmü Əymən bununla da kifayətlənməyib, əlinə qılınc alaraq İslam və Peyğəmbərimizin (s) müdafiəsinə qalxmışdı. Onun fəziləti, cəsurluğu barəsində çox yazmaq olar. Ümmü Əymən Rəsuləllahdan (s) sonra da əqidəsində möhkəm qalmış və həmişə Həzrət Fatimeyi Zəhra (ə) və Əhli-beytlə (ə) birgə olmuşdu. Bu fəzilətli qadin haqqında bunu demək kifayətdir ki, onun oğlu Əymən, Hüneyn döyüşündə misli görünməmiş qəhrəmanlıq göstərərək şəhid olmuş, digər oğlu Usamə isə hələ 17-20 yaşında ikən sərkərdə məqamına kimi yüksəlmişdi. 8. İslam tarixində ağır döyüşlərdən biri sayılan Ühüd döyüşündə Mədinə müsəlmanlarının bir çoxu şəhid vermişdilər. Maraqlıdır ki, xanımlar öz övladlarının, ərlərinin və qardaşlarının halını xəbər almazdan öncə, Peyğəmbərin (s) halını soruşardılar. Qeysin qızı Suda da belə xanımlardan biri idi. Ühüd döyüşündə o, övladlarının şəhid olduqlarını bilsə də, onlar haqqında xəbər almazdan öncə, «Peyğəmbərdən (s) nə xəbər var?» – deyə soruşmuşdur. Ona «Peyğəmbər (s) sağdır» – deyiləndə, dərhal özünü Rəsuləllaha (s) çatdırmış və onun sağ-salamat olduğunu gördükdə demişdir: «Başıma gələn müsibətlər mənə asanlaşdı. Təki siz salamat olasınız, daha heç bir qəmim yoxdur». Bu, möhkəm iradəli xanım, döyüş meydanından oğlanlarının cənazəsini tapıb dəvənin belinə yükləyərək Mədinəyə tərəf yollanarkən, yolda rastlaşdığı insanlar ondan Peyğəmbəri (s) soruşduqda: «Peyğəmbər (s) sağ-salamatdır» deyib. Rastlaşdığı insanlardan biri də Aişə idi. Aişə ondan: «Dəvənin belindəki yük nədir?» xəbər alanda, Suda belə cavab verib: «Ürəyimin parası iki oğlanlarımdır. Onlar Allah yolunda qəhrəmanlıq göstərərək şəhid olublar. Onları torpağa tapşırmağa aparıram». Bir şəhid anasının bizə öyrətdiyi ibrət dərsi Süraqənin oğlu Harisə, Bədr döyüşündə boğazından yaralanaraq, şəhid olub. Onun şəhid olma xəbəri Mədinəyə çatdıqda, anası (və bacısı) ətrafına toplaşanlara belə deyib: «And olsun Allaha! Oğlumun cənnətdə, ya cəhənnəmdə olduğunu Peyğəmbərdən (s) soruşmayınca, ağlamayacağam. Əgər Peyğəmbər (s) oğlumun cəhənnəmdə olduğunu desə, göz yaşlarım cəhənnəmin odunu söndürənə qədər, ağlayıb nalə çəkəcəyəm. Əgər oğlumun cənnətdə olduğunu buyursa, heç vaxt ağlamayacam. Əksinə, çox sevinəcəyəm». Bədr döyüşündən sonra Peyğəmbər (s) Mədinəyə qayıdır. Harisənin anası o Həzrətin (s) hüzuruna gəlib deyir: «Ey Allahın Rəsulu! Mənim Harisəni çox istəydiyimi yaxşı bilirsən. O, mənim gözümün işığı idi. Onun şəhidlik xəbəri mənə yetişəndə, onun cənnətdə, ya cəhənnəmdə olduğunu sizdən soruşmayınca, ağlamadım? Əgər cəhənnəm odundadırsa, ağlayıb nalə edəcəyəm». Peyğəmbər (s) ona buyurdu: «Cənnət bir neçə mərtəbədən ibarətdir. Sənin oğlun «firdovsi-əlada», cənnətin ən yüksək məqamındadır». Bunu eşidən ana Peyğəmbərə (s) dedi: «Mən onun üçün heç vaxt ağlamayacağam».
«Nisa» surəsinin 1-ci ayəsinin təfsiri «Nisa» surəsindəki ayələrin təfsirinə başlamazdan əvvəl, bu surənin bir neçə xüsusiyyətini qeyd etmək münasib olardı. Bu surənin bütün ayələri (58-ci ayə istisna olmaqla) Mədinədə nazil olub və nazil olma ardıcılığına görə, «Mumtəhənə» surəsindən sonra yerləşir. Bunu da qeyd etməliyik ki, Quran surələrinin indiki ardıcıllığı, surələrin nazil olma ardıcıllığı ilə eyni deyil. Yəni Məkkədə nazil olan surələrin bir çoxu Quranın sonunda, Mədinədə nazil olmuş surələrin bir çoxu isə Quranın əvvəlində yerləşir. «Nisa» surəsi, kəlmələrinin və hərflərinin sayına görə, «Bəqərə» surəsindən sonra ən uzun surədir. Bu surə, qadınların hüquq və hökmlərindən daha çox bəhs etdiyi üçün, «Nisa» (qadınlar) adlandırılmışdır. «Nisa» surəsi, ayə 1:
Ey insanlar! Sizi tək bir nəfsdən (Adəmdən) xəlq edən, ondan da (həmin yaratdığından) zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah daim sizə nəzarət edir. Təfsir: Bu surənin birinci ayəsi bütün insanlara xitab edir və onları, cəmiyyətin sağlamlığının kökü olan, təqvaya (günahdan çəkinməyə) və Allahdan qorxmağa dəvət edir, buyurur: «Ey insanlar! Rəbbinizdən qorxun!»
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ
Sonra insanların bütün əməllərinə nəzarət edən Allahı tanıtdırır və Onun vəsflərindən birinə işarə edir. Bu da ictimai birliyin köküdür. Buyurur: «O Allah ki, sizi tək bir nəfsdən yaratdı».
ا لَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ
Buna əsaslanaraq, İslam cəmiyyətində bu gün minlərlə bədbəxtliklərin mənşəyi olan, qondarma irs, dil, tayfa, qəbilə üstünlüyü və s. ayrıseçkiliklər olmamalıdır, çünki hamı bir kökdən yaranıb. Ayədəki «nəfsin vəhidətin» kəlməsi birinci insana, yəni Quranın «Adəm» adlandırdığı insanların atasına işarədir. Quran ayələrində «Bəni Adəm» adı da zikr olunub. Sonrakı cümlədə buyurur: «Adəmin zövcəsini ondan yaratdı».
وَخَلَقَ مِنْهَا زَوْجَهَا
Bəs, «ondan» – deyəndə, kim nəzərdə tutulur? Görəsən, bu söz xüsusi bir insanı (fərdi) bildirir, yoxsa ümumiyyətlə insan cinsinə aiddir? Şübhəsiz ki, bu ifadənin zahirindən belə nəticə alınır ki, söhbət xüsusi fərddən gedir. Ey insanlar! Sizi tək bir nəfsdən (Adəmdən) xəlq edən, ondan da (həmin yaratdığından) zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! Bu cümlənin mənası budur ki, Allah Adəmin zövcəsini onun cinsindən yaratdı, bədəninin əzasından yox. Təfsirçilərin bəzisi bu ifadədən belə nəticə çıxarıblar ki, Adəmin zövcəsi Həvva, Adəmin bədənindən yaradılıb. Qeyri mötəbər, zəif sənədli rəvayətlərdə deyilir: «Həvva Adəmin qabırğasından (belindən) yarandı». Amma Quranın digər ayələrinə diqqət yetirdikdə, bu ayənin təfsiri aydınlaşır və müəyyən olur ki, Allah onun zövcəsini öz cinsindən yaratdı. «Rum» surəsinin 21-ci ayəsində buyurulur: «Allahın qüdrət nişanələrindəndir ki, onların vasitəsi ilə rahatlıq tapasınız deyə, sizə öz içinizdən zövcələr yaratdı». «Nəhl» surəsinin 72-ci ayəsində buyurulur: «Allah sizin üçün öz cinsinizdən (özünüzdən) zövcələr yaratdı». Bu ayələrdəki «zövcələrinizi sizdən yaratdıq» ifadəsinin mənası budur ki, Allah qadını kişinin cinsindən – yəni insan cinsindən yaratdı, onun hər hansı bir üzvündən yox. Əyyaşinin təfsirində, İmam Baqir (ə)-dan olan rəvayətə əsasən, Həvvanın Adəmin qabırğalarının birindən yaranması iddiası şiddətlə təkzib olunur və bildirilir ki, Həvva Adəmin artıq qalmış torpağından yaradılıb. Sonra əlavə edir: «Allah, Adəm və zövcəsindən çoxlu kişi və qadınlar törətdi».
وَبَثَّ مِنْهُمَا رِجَالا كَثِيرًا وَنِسَاءً
Bu ifadədən aydın olur ki, Adəmin övladlarının və nəslinin artması, yalnız Adəm və zövcəsi tərəfindən həyata keçmiş və başqa mövcudun bu işdə müdaxiləsi olmamışdır. Buradan bu nəticə alınır ki, Adəmin oğlu və qızı bir-bir ilə evlənmişlər, çünki əgər onlar başqa tayfa ilə evlənmiş olsaydılar, ayədə «minha» – (ikisindən) sözü işlənməzdi. Bu mövzu çox hədislərdə gəlmiş və Əhli-beyt İmamlarının hədislərindəki sübutlara əsasən, bu izdivac mübah (icazə verilən) bir evlilik olmuşdu. Çünki bu iş, insan nəslinin davam etməsi üçün zəruri idi və o zaman bacı-qardaşın evlənməsini haram edən hökm də, nazil olmamışdı. Aydındır ki, bu işin haram olması, Allah tərəfindən qadağan edilməsinə bağlıdır. Odur ki, bir məsələnin (işin), müəyyən bir zamanda zərurətlə bağlı olaraq, caiz (icazəli) olub sonra haram edilməsi təbiidir. Amma bəzi hədislərdə Adəm övladlarının qətiyyən bir-biri ilə evlənməməsi söylənilmiş və bu işə etiqad edənlər isə kəskin hücuma məruz qalmışlar. Odur ki, əgər Quranın zahiri ilə uyğun olan hədislərə üstünlük vermək istəsək, gərək birinci dəstədən olan hədisləri seçək. Burada başqa bir ehtimal da var ki, Adəm övladları, Adəmdən əvvəl yaşamış, qədim insanlarla izdivac ediblər. Çünki rəvayətə görə, Adəm yer üzündə yaşamış ilk insan olmamışdır. Lakin bu ehtimal da, yuxarıda söylənilmiş ayənin zahiri ilə uyğun gəlmədiyindən, zəif hesab olunur. Ayənin sonunda, sağlam bir cəmiyyətin yaranmasında təqvanın (əxlaqın) əhəmiyyətinə işarə edilərək, insanlar pəhrizkarlıq və Allahdan qorxmağa dəvət edilir. Buyurur: «Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan qorxun».
وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ
Və əlavə edir: «Qohumluq əlaqələrini kəsməkdən çəkinin».
وَالأرْحَامَ
Bu mövzunun burada zikr olunması qohumluq əlaqələrinin fövqəladə əhəmiyyətinə işarədir. Bu ayədə başqa bir məsələyə də, işarə olunub. Ayənin əvvəlində zikr olunduğu kimi, bütün insanlar bir ata-anadandırlar. (Yəni bütün Adəm övladları bir-biri ilə qohumdurlar.) Bu bağlılıq tələb edir ki, sizlər müxtəlif irq, tayfadan olan insanlara öz yaxınlarınız və qohumlarınız kimi, məhəbbət göstərəsiniz. Ayə belə sona çatır: «Həqiqətən, Allah daim sizə nəzarət edir».
إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا
Nəzarətçi kimi tərcümə olunan «rəqib» sözü, əslində o kəsə deyilir ki, hündür bir yerdən vəziyyətə nəzarət edir. «Rəqib» sözü bir şeyi hifz edən və gözətçi mənalarında da işlənir. Çünki gözətçiliyin özü də nəzarət vasitələrindəndir. «Rəqib»in yerinin hündürlüyü həm zahiri (yüksək məkanda dayanır və nəzarət edir), həm də mənəvi baxımdan nəzərdə tutula bilər. Yuxarıdakı ayənin mənası budur ki, Allah sizin nəzarətçinizdir və sizin bütün əməl və niyyətlərinizi görür və bilir. (kovser.az)
Biz sənə Kövsər əta etdik «Kövsər» surəsinin təfsiri («Əl-mizan fi təfsiril-Quran» kitabından tərcümə) Surənin tərcüməsi: بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ Bağışlayan və mehriban Allahın adı ilə. إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ 1. Həqiqətən, biz sənə Kövsər (Fatimə (s.ə)) bəxş etdik. فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ 2. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! إِنَّ شَانِئَكَ هُوَ الأبْتَرُ 3. Həqiqətən, sənin düşməninin özü sonsuzdur! Təfsir: Bu surədə, Həzrət Rəsuləllahın (s) mübarək qəlbini sevindirmək üçün ona «Kövsər» əta olunduğu bəyan olunur. Burada bildirilir ki, oğlan övladı olmadığı üçün Peyğəmbərə (s) nəsli kəsilmiş deyib, dil yarası vuranın özü nəsli kəsilmişdir. Bu surə, Quranın ən qısa surəsidir və onun Məkkədə, yoxsa Mədinədə nazil olması barədə müxtəlif rəvayətlər var. Nəzərə elə çarpır ki, bu surə Məkkədə nazil olmuşdur. Bir sıra təfsirçilər bu barədə mövcud olan hədislər arasındakı ziddiyyəti aradan qaldırmaq üçün deyiblər: «Ola bilsin ki,bu surə iki dəfə – bir dəfə Məkkədə və bir dəfə Mədinədə – nazil olubdur». إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ «Məcməul-bəyan» kitabında yazılıb: كَوْثَرَ sözü «فوعل» vəznində olub, şənindən çoxluq irəli gələn bir şeyə deyilir və «Kövsər» – çoxlu xeyir deməkdir («Məcməul-bəyan», c.10, səh.548). Lakin təfsirçilər «Kövsər» sözünün təfsiri, yəni bu sözdə nəzərdə tutulan məna barədə qəribə fikirlər yürüdüblər. Bəzilərinin fikrincə «Kövsər» – çoxlu xeyir deməkdir («Ruhul-məani», c.30, səh.245). Başqa fikirləri də qısa şəkildə nəzərinizə çatdırırıq: 1. Cənnətdə bir çaydır. 2. Cənnətdə və ya məhşərdə Həzrət Peyğəmbərə (s) xas olan hovuzdur. 3. Peyğəmbərin (s) övladlarıdır. 4. Peyğəmbərin (s) səhabələri və Qiyamətədək olan davamçılarıdır. 5. Peyğəmbərin (s) ümmətinin alimləridir. 6. Quran və onun saysız fəzilətləridir. 7. Peyğəmbərlik məqamıdır. 8. Quranın, şəriət və onun hökmlərinin asanlaşdırılmasıdır. 9. İslam dinidir. 10. Tovhiddir. 11. Elm və hikmətdir. 12. Allah elçisinin (s) fəzilətləridir. 13. Bəyənilən məqamdır. 14. Peyğəmbərin (s) mübarək qəlbinin nurudur və s. Belə ki, bəzi təfsirçilər «Kövsər» sözünün təfsirində iyirmi altıya yaxın fikir söyləmişlər. «Kövsər» sözünün təfsiri barədə yuxarıda qeyd olunan yalnız birinci və ikinci fikrin sahibləri bir sıra mövcud hədislərə əsaslanıblar, başqa fikirlər isə əsassız iddialardır. Əgər surənin sonuncu ayəsində «innə şaniəkə huvəl əbtər» buyurulduğunu və «əbtər» sözünün mənasının «nəsli kəsilmiş» olduğunu, bundan əlavə bu ayə ilə Peyğəmbərə (s) təskinlik verildiyini nəzərə alsaq, bu nəticəyə gəlmək olar ki, «Kövsər» sözünün burada ifadə etdiyi məna, yalnız və yalnız Allah-Taalanın Peyğəmbərə (s) bəxş etdiyi böyük nəsildir. Yaxud bu söz həm çoxlu xeyir, həm də böyük nəsil mənalarını daşıyır. Bunu da qeyd etmək lazımdır ki, nəslin böyüklüyü çoxlu xeyirlərdən biridir. Xülasə, əgər söhbət nəsil barəsində olmasaydı – istər təklikdə, istərsə də çoxlu xeyirdən biri kimi «innə şaniəkə huvəl əbtər» kəlamında «innə» sözünün işlənilməsi mənasız olardı. Çünki «innə» sözü «həqiqətən» mənasını verməklə yanaşı, səbəbiyyəti də ifadə edir (yəni «innə»-dən əvvəlki cümlə səbəb, ondan sonrakı cümlə isə nəticədir). Odur ki, «Kövsər» sözünü «çay və ya hovuz» kimi mənalandırmaq, bu iki ayə arasında məna bağlılığı yaratmır. Diqqət edin: «Biz sənə hovuz verdik, çünki sənə tənə vuran özü nəsli kəsilmiş və ya xeyirdən məhrumdur». Saysız hədislər mövcuddur ki, bu surə, Peyğəmbərə (s) nəsli kəsilmiş deyib, dil yarası vurana cavab olaraq nazil olubdur. Belə ki, Peyğəmbərin (s) iki – oğlu Qasim və Abdullah dünyadan köçdükdən sonra ona belə bir dil yarası vurulubdur. Beləliklə, aydın olur ki, Peyğəmbərə (s) dil yarası vurub, «əbtər» adlandıran şəxsin məqsədi barədə təfsirçilərdən birinin aşağıdakı izahı əsassızdır: «Peyğəmbərə (s) dil yarası vuran şəxs, ona «əbtər» dedikdə, Peyğəmbərin (s) camaatdan uzaq düşməsini və ya xeyirdən məhrum olmasını nəzərdə tutmuşdur. Allah-Taala da, ona cavab olaraq, buyurur ki, onun özü hər şeydən məhrumdur». «İnna ətəynakəl...» ifadəsi «biz» əvəzliyi («mutəkəllimun mə-əl ğəyri» şəxsi) ilə bəyan olunub, böyüklük və ucalığı bildirdiyi üçün əta olunan şəxsi minnətçi salır. Bundan əlavə, bu ayə Peyğəmbəri (s) sevindirmək üçün nazil olunduğuna görə, bu ayədə mülkiyyəti bildirən «əta etmək» sözü işlənilib: «Biz sənə çoxlu xeyir verdik». Bu ayə, Fatimənin (s.ə) övladlarının Peyğəmbərin (s) nəsli olduğuna da dəlalət edir və bunun özü Qurani-Kərimin qeybi xəbərlərindən biridir. Göründüyü kimi, Allah-Taala Peyğəmbərin (s) vəfatından sonra onun nəslinə elə bir bərəkət verdi ki, onlara qarşı edilən zülmə və onların dəstə-dəstə qətlə yetirilmələrinə baxmayaraq, indiyədək dünyada onun nəsli kimi böyük nəslə rast gəlinməyibdir. فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ Surənin ümumi mənasından, eləcə də ayənin əvvəlində فاء (fə) ədatının işlənməsindən belə məlum olur ki, «Sənə çoxlu xeyir verdik» ayəsinə bağlanan namaz qılmaq və qurban kəsmək hökmü, nemətin şükrünü yerinə yetirmək məqsədi daşıyır və belə bir məna kəsb edir: «İndi ki, biz sənə minnət qoyub çoxlu xeyir verdik, bu böyük nemətin şükranəliyi olaraq, namaz qıl və qurban kəs!» İstər şiə, istərsə də sünni qaynaqlarında Peyğəmbərdən (s), Əlidən (ə), eləcə də imam Sadiqdən (ə) və başqa İmamlardan (ə) nəql olunan hədislərə əsasən, «نحر» (nəhr) sözü namazın təkbirini (yəni «Allahu Əkbər» sözünü) deyərkən əlləri boyuna tərəf qaldırmaq mənasındadır («Burhan təfsiri», c.4, səh.514 və «Durrul-mənsur» təfsiri, c.6, səh.403). Lakin bəzi təfsirçilər belə deyiblər: «Bu ayənin mənası belədir: Qurban bayramının namazını qıl və dəvə qurban et! (Çünki «nəhr» sözü dəvənin xüsusi bir qaydada kəsilməsi və «ذبخ» (zibh) sözü isə dəvədən qeyri heyvanların kəsilməsi deməkdir)» («Durrul-mənsur» təfsiri, c.6, səh.403). Başqa bir dəstə təfsirçilərin nəzərincə isə ayənin mənası belədir: «Rəbbin üçün namaz qıl və rükudan qalxan zaman qamətini tam düzəlt» («Durrul-mənsur» təfsiri, c.6, səh.403). Bu ayənin mənası barədə başqa fikirlər də mövcuddur («Durrul-mənsur» təfsiri, c.6, səh.403). إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ شانئ(şaniə) sözünün mənası «qəzəbli düşmən», «ابتر» (əbtər) sözünün mənası «nəsli kəsilmiş» deməkdir. Bu ifadə ilə (yəni, nəsli kəsilmiş sözü ilə) Peyğəmbərə (s) dil yarası vuran şəxs – As ibn Vail olmuşdur. Bir sıra təfsirçilərin nəzərincə, «əbtər» sözünün mənası «xeyirdən məhrum olan» və ya «qövmündən uzaq düşən» deməkdir. Lakin nəzərinizə çatdırdıq ki, bu fikir ayənin nazil olma səbəbi ilə uyğun gəlmir. Hədislər əsasında araşdırma «Durrul-mənsur» təfsirində nəql olunur ki, ibn Cərir, Buxari və Hakim Əbu Büşrdən, o da Səid ibn Cübeyrdən və o da ibn Abbasdan rəvayət edibdir ki, o dedi (ibn Abbas): «Kövsər, Allah-Taalanın Peyğəmbərə (s) bəxş etdiyi xeyirdir». Əbu Büşr nəql edir ki, mən, Səid ibn Cübeyrə dedim: «Camaatın bəzisi bu əqidədədirlər ki, Kövsər, Cənnətdə bir çayın adıdır». Səid dedi: «Cənnətdəki çay da, Allah-Taalanın Peyğəmbərə (s) bəxş etdiyi xeyirlərdən biridir» («Durrul-mənsur» təfsiri, c.6, səh.402). Yenə də «Durrul-mənsur» təfsirində qeyd olunub ki, ibn Əbu Hatəm, Hakim, ibn Mərdəviyyə və Beyhəqi öz «Sünən»lərində («Sünən» – sünnə əhlinin qaynaq kitablarıdır) Əli ibn Əbu Talibdən nəql ediblər ki, o Həzrət (ə) Cəbrayıldan soruşdu: «Allah-Taala hansı «نحیره»-yə (nəhirətun) əmr edir?» Cəbrayıl dedi: «Burada Allah-Taala dəvə qurban kəsməyə göstəriş vermir. Allah-Taala əmr edir ki, həm namazın təkbirətul-ehramını dedikdə, həm də rükuya getdikdə və rükudan qalxdıqda, «Allahu Əkbər» dediyin vaxt əllərini yuxarıya qaldır. Bu bizim və yeddi göy qatında olan mələklərin namazının qaydasıdır. Hər bir şeyin bir zinəti olduğu kimi, namazın da zinəti hər «Allahu Əkbər» deyərkən, əlləri yuxarı qaldırmaqdadır». Allahın elçisi (s) buyurub: Əlləri yuxarı qaldırmaq ehtiyac və yalvarış rəmzidir və Allah-Taala (kafirləri məzəmmət edərkən) buyurub: فما استکانوا لربهم و ما یتضرعون Yəni, nə özlərini Rəbblərinə möhtac bilirlər, nə də qarşısında yalvarırlar («Durrul-mənsur» təfsiri, c.6, səh.403). Müəllifin sözü: Peyğəmbərdən (s) nəql olunan bu hədisi «Məcməul-bəyan» təfsirinin müəllifi, Əsbəğ ibn Nəbatənin «Məqatil» kitabından əxz etmişdir. «Məcməul-bəyan» təfsirinin müəllifi qeyd etmişdir ki, Sələbi və Vahidi də bu hədisi öz təfsirlərində nəql ediblər. O, əlavə etmişdir ki, bütün İmamlar (ə) bu hədisi Peyğəmbərdən (s) nəql ediblər. Yəni, «nəhr» sözü namazda «Allahu Əkbər» deyərkən, hər iki əli boğazın çökəkliyi səviyyəsində yuxarı qaldırmaq mənasındadır («Məcməul-bəyan» təfsiri, c.10, səh.550). Həmçinin, «Durrul-mənsur» təfsirinə əsasən, ibn Cərir nəql edir ki, Əbu Cəfər «fəsəlli li-rabbikə» ifadəsi barədə: «Yəni namaz qıl!» «وَانْحَرْ» ifadəsi üçün isə deyib: «Yəni, həm namaza başlayarkən, həm də «iftitah» təkbirlərini (namaz əsnasında deyilən «Allahu Əkbər») deyərkən əlləri yuxarı qaldır» («Durrul-mənsur» təfsiri, c.6, səh.403). Həmçinin, «Durrul-mənsur» təfsirində ibn Mərdəviyyə nəql edir ki, ibn Abbas «fəsəlli li rabbikə vənhər» ayəsinin təfsirində deyib: «Allah-Taala əziz Peyğəmbərinə (s) vəhy nazil etdi ki, namazın təkbirətul-ehramını dedikdə, əlləri boğazın çökəkliyinə qədər yuxarı qaldırsın. «نحر» (nəhr) sözünün mənası budur» («Durrul-mənsur» təfsiri, c.6, səh.403). «Məcməul-bəyan» kitabının müəllifi sözü gedən ayənin təfsirində Ömər ibn Yəziddən belə nəql edir: «Fəsəlli li rabbikə vənhər» ayəsinin təfsiri barədə İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim. Buradakı «nəhr» sözü əlləri üz səviyyəsinə qədər qaldırmaq deməkdir («Məcməul-bəyan», c.10, səh.550). Müəllifin sözü: Daha sonra «Məcməul-bəyan»nın müəllifi deyir: Abdullah ibn Sinan da eynilə bu hədisi İmam Sadiq (ə)-dan nəql etmişdir. Bu hədislə yaxın məzmunlu hədisi isə Cəmil o Həzrətdən (ə) rəvayət edib («Məcməul-bəyan», c.10, səh.550). «Durrul-mənsur» təfsirində qeyd olunub ki, ibn Səd və ibn Əsakir Kələbidən, o da Əbu Salehdən və o da ibn Abbasdan belə nəql ediblər: Peyğəmbərin (s) ən böyük övladı Qasim idi. Ondan sonra sıra ilə Zeynəb, Abdullah, Ummu-Gülsüm, Fatimə və Ruqəyya olub. Peyğəmbərin (s) övladları içərisində Məkkədə ikən birinci Qasim dünyadan getdi. Bu vaxt As ibn Vail Səhmi dedi: «Onun (Peyğəmbərin) nəsli kəsildi və o, nəsli kəsilmişdir». Allah-Taala da ona cavab olaraq, bu ayəni nazil etdu ki, As ibn Vailin özü «əbtər» və nəsli kəsilmişdir («Durrul-mənsur» təfsiri, c.6, səh.403). Yenə də «Durrul-mənsur»da qeyd olunub ki, Zübeyr ibn Bəkkar və ibn Əsakir Cəfər ibn Muhəmməddən və o da atasından belə nəql ediblər: «Allah elçisinin (s) oğlu Qasim Məkkədə dünyadan getdi. Oğlunun dəfnindən qayıdarkən Peyğəmbər (s) As ibn Vail və onun oğlu ilə rastlaşdı. As hələ uzaqdan Peyğəmbəri (s) gördükdə dedi: «İndi ona bir dil yarası vuracağam!» Peyğəmbər (s) yaxınlaşdıqda As ona dedi: «Əcəb nəslin kəsildi!» Onun bu sözünə cavab olaraq, bu ayə nazil oldu: «İnnə şəniəkə huvəl əbtər». («Durrul-mənsur» təfsiri, c.6, səh.404). Həmçinin, ibn Əbi Hatəm nəql edir ki, Sudey dedi: «Qureyşlilər bir nəfərin oğlan övladı öldükdə belə deyirdilər: «بتر فلان». Yəni, filan kəsin nəsli kəsildi». Peyğəmbərin (s) də övladı dünyadan köçdükdə, As ibn Vail ona «بتر» yəni, oğlan övladı öldü və bu kişi (yəni Peyğəmbər (s)) necə də nəslikəsikdir (çünki heç bir oğlan övladı qalmadı) dedi («Durrul-mənsur» təfsiri, c.6, səh.404). Müəllifin sözü: Bəzi tarixi qaynaqlarda («Ruhul-məani», c.30, səh.248) qeyd olunub ki, Peyğəmbərə (s) dil yarası vuran Vəlid ibn Müğeyrə və Əbu Cəhl («Ruhul-məani», c.30, səh.248), yaxud Əqəbə ibn Əbi Muit («Ruhul-məani», c.30, səh.248) və yaxud Kəb ibn Əşrəf («Ruhul-məani», c.30, səh.248) olubdur. Lakin daha doğrusu budur ki, Peyğəmbərə (s) tənə vuran şəxs As ibn Vail olubdur. Bu nəzəriyyəni təsdiqləyən sənəd isə mərhum Təbərsinin «Ehticac» kitabında, Həsən ibn Əlidən (ə) nəql olunan hədisdir. O Həzrət (ə) üzünü Əmr ibn Asa tutub belə buyurub: «Sən müştərək yataqda doğulmusan (Yəni, anan həm As ibn Vail ilə yatıb, həm də başqaları ilə). Sən doğulanda da Qüreyşdən bir neçə kişi sənin üstündə mübahisə apardılar: Əbu Süfyan dedi ki, bu oğlan mənim nütfəmdən yaranıb. Vəlid ibn Müğeyrə dedi ki, məndəndir». Osman ibn Haris, Nəzr ibn Haris ibn Kəldə və As ibn Vail də hər biri bu iddianı etdilər. Beləliklə, onların içərisindən ən məlunu, zülmkarı, zinakarı və nəsli-nəcabəti bilinməyəni olan As ibn Vail başqalarını üstələyib səni özünə calaşdırdı. Eləcə də, sən o kəssən ki, özünü belə öyüb demisən: «Bu mənəm ki, Muhəmmədə dil yarası vurmuşam. As ibn Vail dedi ki, Muhəmməd nəsli kəsilmiş bir kişidir. Yəni, onun oğlan övladı yoxdur. Dünyadan getdikdən sonra ondan heç bir nişanə qalmayacaq». Allah-Taala isə onun cavabında buyurdu: «İnnə şəniəkə huvəl əbtər»... (Təbərsinin «Ehticac» kitabı, c.1, səh.411) Quminin təfsirində isə «İnnə ətəynəkəl kovsər» ayəsi barədə yazılıb: «Kövsər, cənnətdə bir çayın adıdır və Allah-Taala oğlu İbrahimin əvəzində onu Muhəmmədə (s) bəxş etmişdir» («Quminin» təfsiri, c.2, səh.445). Müəllifin sözü: Bu hədis (Quminin təfsirindəki hədis), «mürsəl hədis» (yəni, ravilərin adı məlum olmayan hədis) və həmçinin «müzmər hədis» (yəni, bu hədisdə «buyurdu» sözünün kimə aid olduğu və bu hədisi hansı İmamın (ə) buyurduğu aydın deyil) olmaqdan əlavə, məzmunca başqa hədislərlə ziddiyyətlidir. Lakin «Kövsər» sözünü «cənnətdəki çay» kimi təfsir etməyin, onun «çoxlu xeyir» mənasını ifadə etməklə ziddiyyəti yoxdur. Belə ki, ibn Cübeyrin rəvayətində rastlaşdıq ki, cənnətdəki çay da «çoxlu xeyir»dən biridir.
Qəhrəmanlıq göstərmiş qadınlardan biri də, Abdullah ibn Cəhşin həyat yoldaşı olan Həmnədir. Ühüd savaşından sonra o, Həzrət Peyğəmbərin (s) hüzuruna gəlmiş və Peyğəmbərimiz (s) ona yaxınlarından üçünün – əvvəl (dayısı) Həmzə Seyyiduş-Şühədanın (ə), sonra qardaşı Abdullahın və daha sonra isə ərinin – şəhid olma xəbərini vermişdir. O, ağlayaraq yalnız «Biz hamımız Allahdanıq və Ona tərəf qayıdacağıq. Allah onların günahlarını bağışlasın və şəhidliyi onlar üçün mübarək etsin» – söyləmişdir. Həmnə qəmgin olmasına baxmayaraq, qəlbi ümüdlə dolu halda, özünü Allahın razılığı qarşısında təslim etmişdi.
Musəbin həyat yoldaşı Zeynəb
Musəb ibn Umeyr Ühüd savaşında igidlik göstərərək, şəhid olan şəxslərdən biridir. Həzrət Peyğəmbər (s) Ühüd savaşından sonra Mədinəyə qayıdarkən onu qarşılayanlar içərisində Musəbin həyat yoldaşı Zeynəbi görüb ona: «Qardaşının (Abdullahın) şəhid olmasına görə səbr et» – deyə buyurub. Zeynəb cavabında: «İnna lillahi və inna iləyhi raciun, səbr edərəm» –deyib. Peyğəmbər (s) ona yenə: «Səbr et» – buyurub. Zeynəb soruşub: «Kimə görə səbr edim?» Peyğəmbər (s) deyib: «Həmzənin (ə) şəhid olmasına görə səbr et». Zeynəb yenə: «İnna lillahi və inna iləyhi raciun, səbr edərəm» – söyləyib. Həzrət Peyğəmbər (s) üçüncü dəfə buyurub: «Səbr et və dözümlü ol». Zeynəb: «Kimə görə səbr edim?» – soruşduqda, Peyğəmbər (s) buyurub: «Ərin Musəbin şəhid olmasına görə səbr et». Bu sözü eşidən Zeynəbin əhvalı dəyişib və o ağlayaraq deyib: «Aman bu dərddən!» Həzrət Peyğəmbər (s) buyurub: «Qadın üçün həyat yoldaşı qədər yaxın, ikinci bir şəxs yoxdur». Ətrafdakılar Zeynəbdən «Nə üçün ərinə görə narahat oldun?» – soruşduqda, o cavabında: «Onun yetim qalmış uşaqları yadıma düşdü» – cavab verib. Yəni mənim ah – naləm və narahatlığım ərimin Peyğəmbərdən (s) qabaq ölməsinə görə deyil, onun övladlarına xatirdir.
Ayətullah Seyyid Məhəmməd Lənkərani Nəcəfi Ayətullah Seyyid Məhəmməd Lənkarani Nəcəfi zəmanəsinin görkəmli alimlərindən və böyük fəqihlərindən olmuşdur. (Atası Ayatullah Ağa Seyyid Lənkərani, də öz əsrinin adlı-sanlı alimlərindən idi.) 1898-ci ildə (1312-ci hicri qəməri ili) Nəcəfi-Əşrəf şəhərində düyaya göz açıb. Orta və ali təhsilini Nəcəfi-Əşrəf elm ocağının məşhur alimlərindən alır. Bundan sonra Ayatullah Mirzə Əli İrəvani, Mirzə Hüseyn Naini, Şeyx Məhəmməd Hüseyn Kompani İsfahani, Şeyx Əbdül-Hüseyn Rəşti və Ağa Hüseyn Qumi kimi məşhur alimlərindən üsul və fiqh dərslərini öyrənir. Bu minvalla yüksək dərəcədə elmi məqama nail olur. Nəhayət 1944-ci ildə dünyasını dəyişir və müqəddəs Nəcəf şəhərinə dəfn edilir.
Ayətullah Hacı Şeyx Səfər Əli Badkubey Ayətullah Hacı Şeyx Cəfər Əli Badkubeyi on üçüncü hicri əsrinin məhşur alimlərindən biri olub. O, Bakı şəhərində dünyaya gəlmişdir.Ali təhsilini Nəcəfi-Əşrəf şəhərində alaraq yüksək, elmi məqama çatıb. Alimin Nəcəfi Əşrəfdəki, usdadlarından Şeyx Məhəmməd Lahici, Seyyid Hüseyn Kuhkəməri və başqalarının adını qeyd etmək olar.O, mərhum Ayətullah Kuhkəmərinin zamanında öz vətəninə qayıdıb, dini hökmləri təbliğ etməyə, mədrəsə açıb dərs verməyə başlayır.Çoxlu savadlı tələbələr tərbiyə edir. Lakin çox çəkmir ki, on dördüncü əsrin əvvəllərində dünyasını dəyişir.
Ayətullah Hacı Seyyid Rza Lənkərani Ayətullah Hacı Seyyid Rza Lənkərani Nəcəfdə təhsil almış görkəmli alimlərdən biridir. (Atası Seyyid Məhəmməd Lənkəran seyyidlərindən idi.) O, 1835-ci ildə (1250-ci hicri qəməri ili) Lənkəranda dünyaya göz açıb. İlk təhsilini doğulduğu yerdə alıb, sonra ali təhsil almaq üçün Nəcəfi-Əşrəf Şəhərinə yola, düşür. Nəcəfin alimlərindən üsul və fiqh dərslərini öyrənib, yüksək elmi məqama yetişir. Atası Ayətullah Seyyid Məhəmməd Lənkəranidə Nəcəfi-Əşrəf elm ocağının məşhur alimlərindən biri idi. Seyyid Rza Lənkəraninin bə`zi əlyazmaları yadigar qalıb ki, aşağıdakıları qeyd edirik: 1-Şeyx Ənsarinin “Rəsail” kitabına şərh. 2-Şeyx Ənsarinin “Məkasib” və “Rəsail” kitablarına haşiyə. Bu görkəmli alim 1904-ci ildə (1327-ci hicri qəməri ili) Aşura günündə Nəcəfi-Əşrəfdə dünyadan gedib. Onun Həzrəti Əli (ə.s)-ın pak hərəminin otaqlarından birində dəfn edirlər.
Şeyx Məhəmməd Abbas Şirvani Hindi Şeyx Məhəmməd Abbas Şirvani Hindi 1826-cıildə Hindistanın Ləkino əyalətində dünyaya gəlir. O, öz zamanının adlı-sanlı alimi kimi, şe`r və ədəbiyyatda öz öz əsrində misilsiz olub. Alimlər arsında təhqiqat vəkitab yazmaqda məxsuz yeri var idi. Atası MirzəMəhəmməd Abbas və qardaşı Mirzə Əhməddə öz zamanının böyük alimlərindən sayılırdı. Atası Şirvandan Hindistana köçüb Ləkino əyalətində sakin olub. Şeyx Məhəmməd Abbas atasının himayəsi altında böyüyür ərəb dilini və ədəbiyyat elmlərini öz məntəqəsinin alimlərindən öyrənir. Elm öyrənmək üçün Hindistanın bir çox şəhərlərinə səfər edir. Bərəkətli ömrünü müxtəlif elmlərdə, o cümlədən tarixi mövzularda kitab yazmağa sərf edir. O , farsca şe`r yazmaqda çox məşhur olur şe`r aləmində uca zirvələrə çatır. Alimin yazdığı kitablardan aşağıdakıları qeyd edirik: 1-Asarul-əcəm; 2-Tarixi-cihar cəməh dər tarixi-dokkan (fars dilində çap olub); 3-Tarixi-əfəcine; 4-Tarixi-iqbal dər tarixi bəhsi əyal; 5-Qillətul-cəvahir fi tarixi-bəvahir; 6-Tarixi-İsamaliyyə; 7-Sultan Nami Gerami; 8-Tarixi-Ərandib;.
MİRZƏ ƏSƏDULLAH BADKUBEYİ Mirzə Əsədullah Badkubeyi on üçüncü hicri əsrində Bakıda dünyaya gəlmişdir. Allaha olan sonsuz eşq və məhəbbəti onu maddi aləmdən ayırıb öz ruhunu saflaşdırmaqla, nəfsini xeyirli əməllərə vadar etməklə Allaha yaxınlaşdırmağa məşğul edir. Əvvəlcə Nəcəfi-Əşrəfə gəlir və məhşur arif Hurəlişah İsfahaninin Şagirdlərinə qoşulur. Mütərəqqi fikir və əqidəsinə görə burada ali dərəcədə mənəviyyata sahib olur. Mirzə Zeynəl-Abidin Şirvani onun tərcümeyi-halında belə yazır: “Mirzə Əsədullah Bakı diyarının böyük ariflərindən biridir. Onun valideynləri şan-şöhrət axtaran və mənsəbpərəst idilər. Amma özü fani dünyanı tərk edərək tələbəhəyatına qədəm qoyur və Nəcəfi-Əşrəfdə Nurəlişah İsfahaninin məclislərində iştirak edir. Bir neçə müddət müqəddəs məkanlarda (ziyarətgahlarda) qalır və öz məqsədinə nail olduqdan sonra vətəninə qayıdır. Amma bir müddətdən sonra Rusiyanın Bakıda etdiyi zülm və, işgəncədən xilas olmaq üçün Təbrizdəsakin olmağı özünə münasib bilir.
MÖVLA MƏHƏMMƏD NAXÇIVANİ Mövla Məhəmməd Naxçıvani öz zamanının məhşur alimi, ədəbiyyatçısı və xətibi olmuşdur.Gözəl nitq söyləməkdə mənəvi təsirli nəfəsi olub. Naxçıvan torpağında dünyaya gəlib. Rus imperiyasının axırlarında elmi təhsilini sona yetirir. 1920-ci ildə Oktyabr İnqılabından sonra bolşeviklər Azərbaycana hücum edir. Məhəmməd Naxçıvani bir dəstə alim və ariflə birlikdə İran Azərbaycanına köçür Mərağa şəhərində məskunlaşır. Şəhərin böyük məscidlərində, çıxışlar etməklə və İslam hökmlərini təbliğ etməklə məşğul olur. Az müddətdə şəhərin alimlərinin və camaatının böyük rəğbətini qazanır. Söhbətlərinin əsas mövzusu və mehvəri Quran ayələri, rəvayətlər və ruhunun təsiri olduğu üçün el arasinda şöhrət qazanır. Nəhayət, 1840-cı ildə (1256 hicri ili) dünyasını dəyişir və Marağa şəhərinin “Müctehidlər” qəbiristanlığında torpağa tapşırılır.
AYƏTULLAH ŞEYX İBRAHİM ŞİRVANİ İslami elmlərdə nəzər sahibi olan kamil alim və fəqih Ayətullah Şeyx İbrahim Şirvani hicri qəməri tarixi ilə on üçüncü əsrin əvvəllərindıəŞirvan torpağında dünyaya gəlmişdir.İlk təhsilini öz vətənində aldıqdan sonra təhsilini, artirmaq üçün Nəcəfi-Əşrəfə yola düşür.Bu, şəhərdə məhşur alimlərdən, o cümlədən Şeyx Məhəmməd Həsən Nəcəfidən (“Cəvahirül-kəlam ” kitabının müəllifi) lazımı qədər bəhrələnir və bu müqəddəs diyara ictihad dərəcəsinə yetişir. Alimin əsərlərindən iki cilddə yazılmış “Məbaniül-fiqh” kitabını qeyd etmək olar.Təxminən 1854-cü ildə öz dünyasını dəyişir.
AYƏTULLAH ŞEYX MÖVLA AĞA LƏNKƏRANİ Öz əsrinin Nəcəfi-Əşrəfdə olan görkəmli fəqihlərindən və müctehidlərindən biri olan Ayətullah Şeyx Mövla Ağa Lənkərani on üçüncü hicri əsrin əvvəllərində Lənkəranda dünyaya göz açmışdır. O, Nəcəfi-Əşrəfdə “Türk” ləqəbi ilə məşhur olan alim və fəqih Şeyx Hüseyn Kuhkəmərinin şagirdlərindən biri olmuş və ustadının üsul və fiqh dərslərini risalə şəklində yazmış və bir müddətdən sonra Nəcəfdə seçilmiş fiqh və üsul ustadlarından biri hesab olunmuşdur. Ustadının bəyanatlarını yazıb topladığı iki cildlik “Üsuli-fiqh” kitabı ondan yadigar qalmışdır. Alimin vəfat tarixindən əldə heç bir məlumat yoxdur. Təkcə 1872-ci illərdə (1289-cu hicri qəməri tarixi ilə) həyatda olması məlumdur.
ŞEYX MÖVLA HƏSƏN İRƏVANİ Şeyx Mövla Həsən İrəvani öz zəmanəsinin yüksək məqamlı alim və fəqihlərindən biri kimi Nəcəfi-Əşrəf alimləri arasında yüksək ehtiram və etimada malik idi. Onun doğulma tarixi və ibtidai təhsili haqqında çox da məlumat yoxdur. Ayətullah Şeyx Məhəmməd Həsən Nəcəfinin üsul və fiqh dərslərində iştirak etməsi daha çoxdur. Mərhum Ağa Bozorg Tehraninin yazdığına görə “O, qiymətli kitablarının bir hissəsini tələbələr istifadə etsin deyə vəqf, etmişdir. Öz əşyalarını həmişə başqalarına hədiyyə edirdi”. Alimin vəfat tarixi haqqında tarix sənətlərində məlumat yoxdur. Təkcə təxminən 1864-cü illərdə həyatda olduğu məlumdur.
AYƏTULLAH ŞEYX MƏHƏMMƏD HƏSƏN QARABAĞİ Ayətullah Şeyx Məhəmməd Həsən Qarabaği öz, əsrinin dəyərli təhqiqatçılarından , yüksək məqamlı fəqihlərindən biri kimi müxtəlif, elmlərdə və fənlərdə dərin biliyi olub, öz dövrünün adlı sanlı alimlərindən sayılıb. Təəssüflər olsun ki, onun barəsində kifayət qədər məlumat əldə yoxdur. O, ilk təhsilini öz diyarında Qarabağda aldıqdan sonra, Nəcəfi-Əşrəf şəhərinə köçür, oranın məşhur alimlərinin elmindən bəhrələnib islam elmlərində içtihat məqamına çatıb. O, Mövla Nəcəf Əli Məhəmməd Rza oğlu Təbrizinin dostlarından və yaxın adamlarından biri olub. Mərhum Mirzə Məhəmməd Həsən Təbrizi Ayətullah Qarabağinin həyatı haqqında bu cür deyir: “O alim, kamil, xeyriyyəçi, mühəqqiq, əllamə və fəqihlərdən biri olub”. Alimin vəfat tarixi haqqında əldə dəqiq məlumat yoxdur.
AYƏTULLAH ŞEYX MİRZƏ HƏSƏN QARABAĞİ Ayətullah Şeyx Mirzə Həsən Qarabaği Nəcəfi-Əşrəf şəhərinin yüksək məqamlı şiə, alimlərindən və fəqihlərindən sayılırdı. O Dağlıq Qarabağda doğulub boya-başa çatıb. Sonra vətənindən dini təhsil almaq məqsədi ilə Nəcəfi-Əşrəf şəhərinə köçüb. Özünün ali dərəcədə üsul və fiqh təhsilini məşhur alim, müçtehid Şeyx Mürtəza Ənsaridən alıb və nəticədə içtihad dərəcəsinə çatıb. O Şeyx Mürtəza Ənsarinin birinci və ən qədim şagirdlərindən biri olub. Elmi əsərlər yazmışdır. Özündən sonra yadigar qoyduğu əsərlər aşağıdakılardan ibarətdir: 1-“Şərhi-duayi-Səmət”, (1261-ci hicri ili) 2-“Risalətül-cərat”, (1262-ci hicri ili) 3-“risalətüt-təqiyyə” 4-“Risalətü müqəddəmatil-vacib” 5-“Rrisalətün fi təcvid” 6-“Risalətüt-təadül və təvacih” 7-“Əttameh fi ədillətüs-sünən”, (1265-ci hicri ili).
AYƏTULLAH ŞEYX MİRZƏ MƏHƏMMƏD ŞƏRİF ŞİRVANİ Öz dövrünün məşhur alimlərindən mübariz fəqih və yazıçılarından olan Ayətullah Şeyx Mirzə Məhəmməd Şərif Şirvani on ikinci hicri əsrinin axırlarında Şirvanda dünyaya göz açır. Atası Mirzə Rza, o diyarın dindar və mömin şəxslərindən biri idi. İbtidai təhsilini öz məntəqəsində başa vurduqdan sonra, təhsilini, təkminləşdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə köçür. Seyyid Əli Təbatəbai (“Riyazül-məsail” kitabının müəllifi) və başqa məşhur alimlərin üsul və fiqh dərslərini mənimsəyir. Fiqh elmində yüksək məqama çatdıqdan sonra Təbriz şəhərinə qayıdır və ömrünün axırına kimi bu şəhərdə sakin olur. Onun üsul və fiqh elimlərində yüksək məqama çatması ilə yanaşı, sair elimlərdə də təcrübə qazanmış və qiymətli kitablar yazmışdır. O kitablardan aşağıdakıların adlarını qeyd etmək olar: 1-“Sədəfül-məşhun” (müxtəlif elimlərdən bəhs edən bu kitab 1214-ci ildə (hicri qəməri ) Nəcəfi-Əşrəfdə çap olunub.) 2-“Nurül-ənvar fi isbati imaməti Əimmətil-əthar”. (kəlam elmində və ərəbcə yazılmışdır.) 3-“Əş-şəhabüs-saqib fi mənaqibi Əli ibni Əbi Talib (ə)”. (kəlam elmində və ərbcə yazılmışdır.) 4-“Dümtül-əxtar fi zikril-əxyar və əxyarul-əxbar” (əxlaq elmində və ərəbcə yazılmışdır.) 5-“Mibahül-qülüb” (fiqh elmində və ərəbcə yazılmışdır.) 6-“Misbahül-vüsul li elmil-üsul” (üsul və fiqh elmində olub və ərəbcə yazılmışdır.) 7-“ Miftahül-qibab” (hesab elmi barədə və rəbcə yazılmışdır.) 8-“Əttahifətül-bəhiyyə”(hesab elmi barədə və ərəbcə yazılmışdır.) 9-“Risalətül-məsahət”. Mərhum Şirvaninin vəfat tarixi haqqında məlumat yoxdur. Təkcə bu məlumdur ki, “Sədəfül-məşhun” kitabını 1248-ci hicri ilində yazıb. Bu da göstərir ki, həmin vaxtlarda sağ imiş.
AYƏTULLAHÜL-ÜZMA HACI ŞEYX MƏHƏMMƏD SADİQ BORADİGAHİ Öz zamanında qafqazda olan mərcəy təqlidlərdən və fəqihlərdən olan Ayətullahül-üzmə hacı Şeyx Məhəmməd Sadiq Boradigahi Lənkərani Həmini hicri qəməri tarixi ilə on üçüncü əsrin Lənkərana tabe olan Boradigah kəndində anadan olan olağmuşdur. İbtidai (müqəddimə) təhsilini öz məntəqəsinin limlərindən öyrənir və sonra İranın Qəzvin şəhərinə köçür. O zamanlar Qəzvin şəhəri böyük elmi mərkəz idi. Bir müddət bu şəhərdə qalıb bəzi elmləri (əsasən fəlsəfə-kəlam) ali dərəcədə oranın alimlərindən öyrənir. 1833 –cü (1249-cu hicri qəməri) ilə qədər Qəzvində olub. Bu şəhərdə dərslərini təkminləşdirdikdən sonra İraqa köçərək Kərbəlada sakin olur və bu şəhərin böyük alimlərinin o cümlədən Seyyid İbrahim Qəzvini (“Zəvabitül-üsul” kitabınınb müəllifi) və Seyyid Məhdi Təbatəbainin (“Riyaziül-məsail” kitabının müəllifinin oğlu) fiqh və üsul dərslərində iştirak edir. Yüksək zəka və səyləri nəticəsində ictihat dərəcəsinə çatır. O İraqda Şeyx Sadiq Türk ləqəbi ilə tanınır. “Qisasül-üləma” kitabının müəllifinin yazdığına görə, Şeyx İraqda məşhur usrad və “Zəvabit” kitabının müəllifinin şagirdi olub. Kərbaladan sonra Nəcəfi-Əşrəf şəhərinə gəlir və orada da üsul və fiqh alimlərinin dərslərindən bəhrələnir. Təhsil aldığı müddətdə Kərbəlada ərəb ailəsindən olan bir qadınla evlənib ailə qurur. Nəhayət, təhsilini başa vurub yolunu gözləyən camaata islam dininin ruhoxşayan göstərişlərini öyrədmək, onları düz yola çağırmağ üçün öz vətəninə Qafqaza qayıdır. Onun gəlişindən xəbər tutan dindar və mömin adamlar onu böyük təntənə ilə qarşılayıb son dərəcə hörmət edirlər. Mərhum Ağa Bozorg Tehrani bu barədə belə qeyd edir: “Mərhum Lənkarəni uzun müddət ərzində elmi mərkəzlərdə dini təhsil alıb yüksək məqama çatdıqdan sonra Qafqaza qayıdır. Çox az bir müddət də bu bölgədə çox nüfüz qazanır və şöhrət tapır, Məntəqədə yeganə mərcəyi-təqlid kimi, tanınır. Camaat şəri işlərində ona təqlid edirlər. Mərhum lənkarani bu məntəqədə İslam dininə çox böyük xidmətlər edərək dinin çoxlu unudulmuş hökümlərini təbliğ edir, ona yenidən gözəllik, təravət verir, Bütün ömrünü müxtəlif kitablardan ədrs deməyə və şagird tərbiyə etməyə sərf edir, çoxlu fazil ətləbə yetişdirir. Onun elm və bilikdə çoxlu məlumatı və yüksək məqamı vardır”. Mərhum Lənkaranidən çoxlu elmi əsərlər və əlyazmalar yadigar qalmışdır. Onların bəziləri aşağıdakılardan ibarətdir: 1-“İbtilaul-övliya” (iki cildə)”; 2-“İtmamül-höccət fi isbati-vücudil-qaimil-höccət”; 3-“İftixarüş-şiə fi əhkamiş-şəriət”; 4-“Əl-hariyat”; 5-“Əddürəru vəl-qürər filmühtəxəbil min əmalil ömr 6-“Əddürərül-faxirə fi ziyarətil-itrətit-tahirə”; 7-“Əl-mərasimuş-şəriyyə”. Nəhayət qafqaz xalqının sevimlisi, alim, fəqih 1968-ci ildə (1285-ci hicri ili) dünyasını dəyişir.
İmam Xomeyninin həyatına bir baxış İmam Xomeyni - dünya müsəlmanlarının görkəmli rəhbəri və İran islam respublikasının böyük banisi hicri şəmsi tarixi ilə 30 şəhrivər 1273-cü ildə Əhli-beyt səmasının parlaq ulduzu Həzrəti Fatimeyi-Zəhranın doğulduğu bir gündə İranın mərkəzi əyalətinin börgələrindən biri olan Xomeyni şəhərində elm və cihad əhli olan bir ailədə dünyaya göz açmışdır. İmam Xomeyninin möhtərəm atası mərhum Ayətullah Seyyid Mustafa Musəvi böyük Ayətullah Mirzə Şirazinin müasirələrindən biri idi. O, bir neçə illər boyu Nəcəfi-Əşrəfdə İslam elmlərini və maarifini öyrəndikdən sonra ictihad dərəcəsinə yüksəldi. İrana qayıdaraq Xomeynidə xalqın dini məsələlərdə hidayət və maariflənməsiylə məşqul oldu. Ruhullanın yəni İmam Xomeyninin doğumundan heç beş ay keçməmiş, azğın şah höküməti yəni tağut rejimi və bu hökümətin himayəsindən bəhrələnən xalqa olunan zorakılıqlara qarşı müqavimətə qalxan Seyyid Mustafaya güllə ilə cavab verdilər, onu Xomeyn-Ərək yolunda şəhid etdilər. İmam Xomeyni uşaqlıq və yeniyetməlik çağlarını möminə anası Həcərin himayəsində kçirdi. Bu ana da elm və təqva əhli olan bir nəsildən olub mərhum Ayətullah Xonsarinin nəvələrindən idi. Lakin Xomeyni 15 yaşında bu əziz nemətdən də məhrum oldu. İmam ilkin dini elmləri uşağ çağında öyrəndikdən sonra, 1298-ci ildə Ərakdakı elmi hovzəyə 1300-cü ilin novruzunda isə Qum elmi hovzəsinə yollanır. O, Qumda elmi və dini dərəcələri sürətlə keçərək, uzun illər boyu Qum elmi hovzəsində tədris işləri ilə məşğul oldu. O, Nəcəfdə keçirdiyi sürgün illərində də tədris işini davam etdirdi. İmam ilk dəfə olaraq öz silsilə vilayəti-fəqih dərslərində İslam hökumətinin nəzəri əsaslarını tədris etdi. Mübarizə, cihad və haqq yolunda mücadilə ruhu Xomeyninin bütün həyatının ictimai və siyasi şaxələrində, onun tərbiyə və etiqadi baxışlarında dərin kök salmışdır. İmam birinci dünya müharibəsi zamanı 12 yaşlı yeniyetmə idi və o, bu barədə xatirəsini belə yad edir: “Hər iki dünya müharibəsi yadımdadır. Mən kiçik idim, lakin mədrəsəyə gedirdim. Xomeyndəki mərkəzdə rus əsgərlərini görürdük. Birinci dünya savaşında hücuma məruz qalırdıq!” İmam başqa bir yerdə bəzi ülmkar xanların və hakimlərin mərkəzi hökumətə arxalanaraq xalqın mal-dövlətini və namusunu necə qarət etdiklərini yada salaraq deyir: “Biz olduğumuz yerdə, yəni Xomeyndə səngər düzəldirdik. Mənim tüfəngim var idi, lakin uşaq idim. 16-17 yaşlı uşaq kimi əlimizdə tüfəng, həmdə dərslərlə də çalışırdıq. Səngərə girdikdə, xalqı qarşı çıxan, adamları tutaraq başına pis işlər gətirən şər güclərlə mübarizə aparırdıq. O vaxtlar hərc-mərclik hökm sürürdü. Mərkəzi dövlətin gücü yox idi. Bir dəfə də Xomeynidə bir məhəlləni tutdular. Camaat əllərinə tüfəng götürüb onlarla mübarizəyə qalxdı. Biz də camaata qoşulduq”. İmamın siyasi mübarizəyə girişməsi 1306-cı ilə təsadüf edir, belə ki, həmin il Ayətullah Hacağa Nurullah İsfəhani Rzaxana etiraz edərək hicrət edir və məscidə pəmah gətirir. Həmin illərdə dövlət tərəfindən ruhanilərə, məzhəbə və elmi hövzəyə qarşı kəskin bir mövqe hakim olmuşdu. Xomeyni Rzaxanın təzyiqləri altında mubarizə, ruhanilərin boğularaq öz ölkəsində qəriblik çəkməsinə belə vəsf edirdi: “Rza şah dövründə kimə dad edim Bu divdən kimlərə mən fəryad edim. Nəfəs varkən nalə yolu tutuldu. İndi nəfəs yoxdu, mən fəryad edim” İmamın ilk siyasi bəyanatı 1323-cü ildə yayıldı. 1341-ci ildə Əsədullah Ələmin başçılıq etdiyi nazirlər kabineti əlayət və vilayət cəmiyyətləri haqqında qanun layihəsini təsdiq etdi. Bu xəbər dini alimlər arasında geniş etiraz dalğası yaratdı. İmam şah rejiminin gerçək hədəflərini bu tarixi kəsimdə aşkar etməklə çox önəmli və mühüm rol oynadı. Belə ki, 7Azər 1341-ci ildə bu layihə dövlət heyyəti tərəfindən ləğv edildi və beləliklə İran xalqına böyük bir qələbə nəsib oldu. Şah tərəfindən ağ inqilab barəsində referendum keçiriləndən sonra, din alimlərinin və Xomeyninin müxalifçilik və etirazı nəticəsində bu iş uğursuzluqla üzbəüz oldu. İmam 13 fərvərdin 1342-ci ildə “Şahsevərlik yəni qarətçilik” adlı bəyanatını verdi. Bunun ardınca, o, 13 xordad 1342-ci ildə Qumdakı Feyziyyə mədrəsəsində 15 xordad qiymının başlanğıcı hesab edilən tarixi nitqini söylədi. İmamın sözləri çəkic kimi şahın başına dəydi. Şah qiyamın səsini susdurmaq barədə fərman verdi. 14 xordad axşamı İmamın dostlarından bir qismi tutuldu. Xordadın 15-də səhər çağı saat 3-də İmamı namaz üstə tutub tələsik Tehrana apardılar və zabitlər kulubunun zindanına saldılar. Həmin günün axşamı onu qəsr zindanına köçürdülər. Buna etiraz edərək hər tərəfdən özünü Quma yetirən camaatın “Ya ölüm, ya Xomeyni” fəryadına cavab olaraq pulemyotlar səsləndi. Hərbi maşınlar cəsədini və yaralıları küçə və xiyabanlardan sürətlə naməlum nöqtələrə apardı. O gün axşam Qum şəhəri müharibə çəkmiş qəmli bir görkəm almışdı. 18 fərvərdim 1343-cü ildə İmam azad oldu və Quma yollandı. Onun azadlığından və camaatın bayram əhvali-ruhiyyəsindən üç gün keçməmiş, İmam yeni inqilabi bir nitq söylədi. İmamın mübarizəsi bitmək bilmirdi və buna görə 18 aban 1343-cü ildə bir daha silahlı komandoslar Tehrandan Quma ezam olunaraq İmamın mənzilini mühasirəyə aldılar. Gecə ikən onu ibadət üstə tutub Tehrana gətirdilər. İmamı Türkiyəyə sürgün etmək üçün birbaşa Mehrabad hava livanına gətirdilər. Burada hərbi təyyarə Ankaraya üçüş vəziyyətində gözləyirdi. İmamı sürgün edildiyi gündə Ayətullah Hacağa sMustafa Xomeyni də həbs olunaraq zindana atıldı. Bir az sonra 13 dey 1343-cü ildə Türkiyəyə atsının yanına sürgün edildi. İmam əvvəlcə Ankaradakı “Bulvar-Polis” otelində qaldı. O biri günü onun Atatürk prospektindəki bir yerə köçürdülər. Sonra onun hər yerlə əlaqəsini kəsərək təcrid etmək üçün Ankara qərbində 46-cı kilometrində yerləşən bursaya apardılar. İmam Türkiyəyə sürgünü çox ağır və məşəqqətli bir dövr oldu. Hətta ona ruhani paltarı geyinməyi qadağan etdilər. (Həmin dövrdə imam “Təhrirül-vəsilə” adlı böyük kitabını hazırlamağa başladı). Türkiyədə məcburi iqamət 11 ay çəkdi və 13 mehr 1344-cü ildə o, oğlu Hacağa Mustafa ilə İraqa sürgün edildi. İmamın 13 illik İraq sürgünü Nəcəfə elə bir şəraitdə başladı ki, burada zahirən İran və Türkiyədə olduğu qədər ona qarşı birbaşa məhdudiyyət və təzyiqlər yox idi, lakin ona qarşı edilən müxalifət, pozuculuq və dil yarası bəlkə düşməndən çox özlərini ruhani kimi göstərənlər, din libasında gizlənərək dünya həvəsində olanlar tərəfindən çox geniş miqyasda aparılırdı. İmam bütün bunlara səbr və təmkinlə dözürdü və o, sonra bu ağır mübarizə şəraitini acılıqla yad edirdi. Həmin dövürdə yəni 1356-cı ilin aban ayında İmamın şəxsiyytli oğlu Hacağa Mustafa şəhid oldu. Həmin ilin mehr ayının 3-də İran və İraq höküməti Xomeynini bu ölkədən çıxarılması qərarına gəldilər. Mehrin 12-də İmam Nəcəfdən Küveyt sərhəddinə yollandı. Küveyt dövləti İran rejimi ilə danışaraq İmamın bu ölkəyə gəlişini əngəllədi. Öncə İmamın Suriya və Livana mühacirətindən bəhs edilmişdi. Lakin oFransaya getməyə qərar verdi. Mehrin 14-də İmam Parisə getdi və iki gün sonra Parisin ətrafında Nofel Loşato qəsəbəsində yaşayan bir iranlının mənzilinə köçdü. İmamın Parisdəki 4 aylıq mühacirəti zamanı Nofel dünyanın ən mühüm xəbər mərkəzi oldu. İmam çoxsaylı görüş və müsahibələrində inqilabi hərəkatın gələcək hədəfləri və islam höküməti barəsindəki baxışlarını dünya ictimayətinə çatdırırdı. Nəhayət,İmam Xomeyni on dörd illik vətən ayrılığından sonra 1357-ci il bəhmən ayının 12-də səhər vaxtı İrana gəldi. İran xalqı misli görünməmiş şövq və iztihamla İmamı qarşıladı. Bu iztiham o qədər əvəzolunmaz və inkaredilməzoldu ki, Qərb xəbər agentlikləri 4-6 milyon nəfərin İmamı qarşılamağa çıxdığını inkar etdilər. 1357-1368-ci illər İran üçün çox qaynar dövr sayılır. Bu ölkə həmən dövrdə islam dünyasının nəhəng şəxsiyyəti və iyirminci əsrin ən böyük siyasi rəhbərlərindən birinin idarəçilik istedadından faydalandı. Bütün ömür onları mühüm, ibrətamiz və nümunəvi məqamlarla dopdolu olan İmam Xomeyni şənbə günü 13 xordad 1368-ci ildə, axşam saat 22:30 dəqiqədə haqq dünyasına qovuşdu. Ürəyi Allah və mənəviyyat nuruna doğru hidayət edən bir qəlb hərəkətdən dayandı. Bu möhtərəm şəxsiyyətin dəfn mərasiminə toplaşan 9 milyondan artıq insan axını Tehran məscidindən şəhərin cənubunda yerləşən Behişti-Zəhra adlı qəbirstanlığa kimi bütün xiyabanları əhatə etmişdir. Camaatın hüznü və təəssüratı o qədər güclü idi ki, ilkin məqamda cənazənin dəfni mümkün olmadı. Camaata söz verdilər ki, dəfn bir gün sonra olacaq. Bundan sonra camaat seyrəldi və vertalyot vasitəsiylə Cəmərandan Behişti-Zəhraya gətirildi və xordad ayının 15-də axşam üstü torpaqa tapşırıldı. İmamın pak məqbərəsi indidə İranın və dünyanın ən ucqar nöqtələrindən böyük şövqlə onu ziyarət etmək istəyənləri ehtiramla qəbul edir. Hər il bütün ömrünü haqqı söyləyib haqqı tələb edən bir şəxsiyyətin xatirəsini yad etmək üçün bura tələsən insanlar ona ehtiram bəsləyirlər. “Varlıq üçün fəryad qoparan varsa, bunlar hamısı Allahsevər şəxsin himmətindəndir!” İmam Xomeyninin etiqad məram vəməqsədlərini qısa baxış Bəllidir ki, İmamın etiqad və məramlarının əsasları haqqında atdın və bütöv təsəvvür yaratmaq üçün onun yazılı əsərlərini, nitq və deyimlərini mütaliə etmək, əməli həyat tərzini diqqətlə izləmək lazımdır. İmam Xomeyni öz öz etiqadına görə şiə məzhəbiondən olsa da, bu təmayüldən asili olmayaraq kəsimliklə islam ümməti arasında vəhdət və həmrəylik əqidəsinə bağlı idi. İslam düşmənləri və müstəmləkəçilərin müqabilində müsəlmanların birliyi çox önəmli idi. İmamın bir çox çıxış və bəyanaddarında müsəlmanları vəhdətə dəvət edirdi. İmam Xomeyni müsəlmanların arasında təfriqəyə səbəb ola bilən və müstəmləkəçi güclərin sui-istifadəsinə və islam dünyası üzərində istilasına fürsət yarada bilən heç bir hərəkətə icazə vermirdi. O, özünəməxsus fitvalar verməklə öz məramını icra edirdi. Peyğəmbəri-Əkrəmin (s) mövlud bayramı münasibətilə bütün islam dünyasında vəhdət həftəsini keçirilməsini təkit etməklə, ardıcıl bəyənatlar vrməklə sünni və şiə arasında əməli baxımdan vəhdətin təmir edilməsi yollarını göstərir və bütün rəhbərlik etdiyi dövrlərdə sünni və şiənin arasında təfriqə və ayrıseçkilik salmaq cəhdləri ilə ciddi mübarizə aparırdı. Onun etiqadına görə, bir Allaha iman gətirmək, Xatəmül-Ənbiyanın (s) risalətinə etiqad, bəşər üçün əbədi hidayət sayılan Qurani-Kərimə inam, islamın namaz, oruc, həcc, zəkat və cihad kimi zəruri əhkam və şərtlərini qəbul etməklə bütün islam məzhəbləri ardıcılları arasında din düşmənləri və müşriklər müqabilində əməli baxımından vəhdət yaratmaq mümkündür. İmamın islahat yönümlü qiyamı və çağırışları təkcə İran və başqa islam cəmiyyətləri ilə məhdudlaşmırdı. Onun əqidəsinə görə bütün insanların fitrəti tövhidə meyli olmaqla xeyir və həqiqət axtarışı, haqq və ədalət mühitində yaşamaq yolunu seçə bilərlər. Ona görədə İmam Xomeyni bütün ümumi bəyanat və çağırışlarında Qurana əsaslanaraq üçüncü dünya xalqlarını, zəiflədərək çökdürdüyü millətləri, təkəbbürlü müstəmləkəçi qüvvələrə qarşı mücadilə və qiyama səsləyirdi. O, islam inqilabının qələbəsindən sonrakı günlərdə açıq şəkildə dünya müstəzəflərinin partiya təşkilatının yaranması ideyasını irəli sürərək onlarıonları müdafiə etdi. Azadlıq hərəkatlarının ilkin toplantıları İmamın rəhbərlik etdiyi dövürdə İranda təşkil edilmişdir. İmam Xomeyni dəfələrlə təkit edirdi ki, islam inqilabı Qərbin, Amerikanı və keçmiş Sovetlər birliyinin hakim təbəqələrinin apardığı dünya ağalıq və müstəmləkəçilik siyasətinə qarşı düşməndir, bu ölkəlrin xalqları özü də yeni müstəmləkəçilik və istismarın qurbanıdır. Onun şuarı zalıma qaşı mübarizə və məzlumu müdafiə etmək idi. İmam belə buyurmuşdur: “Nə başqalarına zülm edirik, nə də başqalarının zülmünə qatlaşırıq”. Daha yaxşı olarki, İmam Xomeyninin etqad prinsiblərini birbaşa onun “London-Taymz” qazetinin muxbirinin suallarına cavablarda izləyək: “Mənim və bütün müsəlmanların etiqadı Qurani-Kərimdə qoyulan məsələlərdən ibarətdir ki, bunları islam Peyğəmbəri (s) və ondan sonra gələn həqiqi islam başçıları söyləmişlər. Bizim ən mühüm və ən dəyərli etiqadlarımızın kökü və əsası tovhid anlamıdır. Bu etiqad prnsibinə görə bütün varlıq aləmlərini və insanı yaradan yeganə Xaliq Allah-Təalanın müqəddəs zatıdır. O hər şeydən xəbərdar və hər şeyə qadir olmaqla hər şeyin sahibi və hökümdarıdır. Tovhid bizə öyrədir ki, insan təkcə Haqqın müqəddəs zatı qarşısında təslim olmalıdır. Heç kəs Allahdan savayı başqa kimsəyə itaət edəbilməz. Buna əsasən, heç bir insanın başqalarını özünə təslim etməyə haqqı yoxdur. Biz həmin bu etiqad prinsipinə uyğun olaraq bəşərin azadlıq məsələsini öyrənirik. Həmin azadlıq prinsipinə görə, heç bir fərdin başqasını, cəmiyyəti və başqa milləti azdlıqdan məhrum etməyə haqqı yoxdur, Başqaları üçün öz nəfsi istəyinə uyğun qanunlar qoymağa, öz naqis dərk və tanıma qabiliyyətinə, nəfsi meyl və istəklərinə uyğun onlar üçün davranış və rəftar qaydaları tənzim edib onlara qəbul etdirməyə haqqı yoxdur. Bizim əqidəmizə görə, inkişaf üçün qoyulan qanunlar Allahın itiyarındadı. Varlı və xilqət qanunlarını Allah təyin etdiyi kimi, insan və cəmiyyətin səadət və təkamülü də peyğəmbərlər tərəfindən təbliğ edilən ilahi qanunların qəbul və icrası ilə mümkündür. Bəşər azadlıqdan məhrum edildikdə və baçqaları qarşısında təslim olduqda onun iflas və tənəzzülü başlayır. Ona görə insan onun azadlığını bağlı düyünlərə və onu başqalarının əsarətinə bağlayan zəncirlərə qarşı qiyam qoparmaqla özünü və yaşadığı cəmiyyəti azad etməli, bütövlükdə Allaha təslim olmalı, təkcə ona bəndəlik etmişdir. Buna uyğun olaraq bizim ictimai qanun-qaydalarımız müstəbid və istismarçı güclərə qarşı yönəlmişdir. Biz həmin tövhid prinsipindən ilham alırıq yəni bütün insanlar Allahın dərgahında bərabərdir. O hamının Xaliqidir, bütün məxluqat onun bəndəsidir. İnsanlar hamısı bərabərdir və bir fərdin başqasından üstünlüyü üçün meyar olaraq onun təqvası və xətalardan üzaq olması əsas götürülür. Ona görə də cəmiyyətdə ali bərabərlik prinsiplərini pozan, burada puç və mənasız imtiyazları hakim edən nə varsa, onlara qarşı mübarizə etmək lazımdır. İmam Xomeyni belə buyururdu: “İslamda şəxsiyyətləri deyil, Allahı razı salmaq önəmli meyar kimi seçilir. Biz haqqı şəxsiyyətlərə görə deyil, əksin şəxsiyyətləri haqqa görə tanıyırıq”. İslamda meyar İmama görə insanların fitrətində mütləq kamala yönəlmiş bir eşq vardır. Mütləq kamal isə Allahın zatına aid edilə bilər. Bütün kamal və qüdrətin mənşəyi Odur. İmam öz davamçılarına həmişə xatırladırdı ki, aləm Allahın məhzəridir və burada asi olmayın. Allahdan savayı kimsədən qorxmayın, Ondan başqa kimsəyə ümid bağlamayın. İmam Xomeyni peyğəmbərləringöpndəriş fəlsəfəsini açıqlayarkən onun qayəsini insanları Allahın mərifətinə yönəltməkdə, Adəmdə olan kamillik istəyini hərəkətə gətirməkdə, qaranlıqları rədd etməkdə, cəmiyyəti islah edərək orada ədalət5 və insaf yaratmaqda görürdü. O, belə deyirdi: “peyğəmbərlərin yüksəlişi xalqın əxlaqını, nəfsini, ruhunu və cismini zülmdən qurtarmaq üçündür. Qaranlıqları bütövlükdə kənara qoymaqla onun yerinə işıq gətirmək peyğəmbərlərin əsas məramıdır, Allahdan başqa nə varsa, hamısı zülmətdir, Allah isə nurdur”. Xomeyni islami dinlərin sonuncusu, ən ali və mükəmməl hidayət məktəbi kimi tanıyırdı. O, təkit edirdi ki, islam ən yüksək dərəcəli sivilizasiyadır. İslam hüquq məktəbi mütərəqqi, kamil və hərtərəfli hüquq düzənidir. İslamda bir qanun vardır ki, o da ilahi qanundur. O, islamı ibadət və siyasət dini hesab edərək belə söləyirdi ki, isalm özü dünyada böyük bir sivilizasiyanın bünövrəsidir. O, öz ardıcıllarına tapşırırdı ki, heç vaxt müqəddəs quranı və islamın qurtuluş təlimini, bəşərin nəfsi düşüncəsindən sızıb gələn yalnış və sapındırıcı məktəblərə qarışdırmayın. O deyirdi: Müsəlmanların böyük problemi ondan ibarətdir ki, Qurani-Kərimi bir kənara qoyaraq başqalarının təsiri altına düşmüşlər. İmam buyurdu: Şiə inqalabı məktəb olmaqla, peyğəmbərin gətirdiyi düzgün islam məktəbinin davamıdır və istismarçı zümrələrin namərd hücumlarına məruz qalmışdır. O, öz mübarizə və qiyamının hədəf və məramını açıqlayarkən dəfələrlə təkit edirdi ki, bizim bütün məqsədimiz islamdır. İmam Xomeyni islam inqilabını İmam Huseynin (ə) aşura günündə etdiyi əbədiyyət qiyamının şöləsi bilirdi. Bu isə dinimizin zülümkar təhrifçilərin nəticəsindən xilas etmək üçün idi. O, təkit edirdi ki, İslam ayrıca bir millət üçün gəlməyib və ilahi din üçün türk, fars, ərəb və acəm anlamı yoxdur. İsalam bütün bəşəriyətə aiddir və bu məktəbdə irq, dil, qəbilə, dərinin rəngi kimi ayrıseçkiliyə yer və dəyər yoxdur. Hamı qardaş və bərabərdir. Yalnız və yalnız təqva pənahından mümkün olan kəramət, fəzilətli əxlaq və saleh əməllər insanların bir-birindən üstünlüyünü ayırd edir. İmam Xomeyni Allah yolunda şəhidliyi əbədə izzət, övliyaların iftixarı, səadət açarı və qələbə rəmzi adlandırır, şəhadət istəyini Allah sevgisinin nəticəsi hesab edirdi. O, şəhadəti dəyər və mahiyyəti barədə deyirdi: şəhədətin dəyərnini ətbiət səifələrində axtaran, onun vəsfini nəğmə, şer və dasdanlarda tapan, onun kəşfi üçün sənət təxəyyülündən və ağıl kitabından yararlanan dünyapərəstlər və bixəbərlər nə qədər də qəflət içində qalıblar. Bu müəmmanın həlli yalnız eşq ilə müəyyəsər olur.
Təvəllüd: Şiə məzhəbinin görkəmli mərcəyi-təqlidi Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani miladi tarixi ilə 1931-ci ildə müqəddəs Qum şəhərində dünyaya ğöz açmışdır. Onun atası mərhum Ayətullah Fazil Lənkərani Qum elmi hövzəsinin böyük alimləri və ustadlarından olmuş, anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Təhsil: Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani ibtidayi təhsilini bitirdikdən sonra, böyük şövqlə Qum elmi hövzəsində dini-İslami elmlərə yiyələnməyə başlamışdır. O, elmi hövzənin dərslərini altı il müddətində bitirərək, on doqquz yaşında ikən Ayətullahil-üzma Brucerdinin (r.ə.) "Fiqh" və "Üsul" elmlərinin ali dərslərində iştirak etmiş və yaşının azlığına baxmayaraq, elə o vaxtlar ustadı və tələbələrin diqqətini özünə cəlb etmişdir. Qeyd etmək lazımdır ki, o İran İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə.) böyük oğlu Ayətullah şəhid Mustafa Xomeyni (r.ə.) ilə tələbə yoldaşı olmuşdur. Ustadları: Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani on bir il müddətində Ayətullahil-üzma Brucerdinin (r.ə.) "Fiqh" və "Üsul" elmləri, doqquz il müddətində isə İmam Xomeyninin (r.ə.) ali (xaric) dərslərində iştirak etmiş və bu iki böyük şəxsiyyətdən elmi və mə`nəvi bəhrə almışdır. Həmşinin bir neçə il müddətində Ayətullah Əllamə Təbatəbainin (r.ə.) fəlsəfə və təfsir dərslərində də iştirak etmişdir. Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani iyirmi beş yaşında ikən ictihad dərəcəsinə nail olmuş, Ayətullahil-üzma Brucerdi (r.ə.) də onun ictihad dərəcəsinə nail olduğunu təsdiq etmişdir. Tədris: Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani Qum Elmi Hövzəsində uzun illər boyu bir çox tələbələr üçün dərs vermiş və otuz beş il müddətində "Fiqh" və "Üsul" elmlərinin ali dərslərinin tədrisinə məşğuldur. Belə ki, onun dərslərində yeddi yüzdən çox tələbə və alim iştirak edir və habelə onun "Fiqh" elminin ali dərsləri neçə ildir ki, İran İslam Respublikasının radiosundan efirə verilirdi. Siyasi fə`aliyyətlər: İmam Xomeyninin (r.ə.) şah rejimi əleyhinə olan siyasi mübarizələri başlayan vaxtdan Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani də bu mübarizəyə qoşulmuş və dəfələrlə şah rejimi tərəfindən tutulmuş, həmçinin İranın Bəndər Ləngə və Yəzd şəhərlərinə sürgün edilmişdir. Mərcəiyyət məqamı: İmam Xomeyninin (r.ə.) vəfatından sonra bir çox mö`minlər Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkəraniyə təqlid etmiş, Ayətullahil-üzma Ərakinin (r.ə.) vəfatından sonra isə Qum Elmi Hövzəsinin müəllimlər icması tərəfindən müsəlmanlar üçün mərcəyi-təqlid kimi tanıtdırılmışdır.
Əsərləri Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani aşağıda adları sadalanan bir sıra elmi əsərlərin sahibidir: 1- Ürvətul-vüsqa kitabına haşiyə; 2- Nəhayətut-təqrir (2 cilddə, ərəbcə); 3- Mühəqqiq Həmədaninin Təharət kitabına haşiyə (ərəbcə); 4- Kitabus-sovm (ərəbcə); 5- Kitabul-qəza (ərəbcə); 6- Əl-qəvaidul-fiqhiyyə (ərəbcə); 7- Təqriratul-üsul (İmam Xomeyninin dərsləri), (15 cilddə, ərəbcə); 8- Tovzihul-məsail; 9- Həmd surəsinin təfsiri (ərəbcə); 10- Peyğəmbərlərin isməti; 11- Əhli-beyt (ə), yaxud Təthir ayəsindəki parlaq simalar; 12- Pak imamlar, yaxud Qur`ani-kərimdə vəhy gözətçiləri; (Qeyd etmək lazımdır ki, 11 və 12-ci kitablar Ayətullah İşraqinin həmkarlığı ilə yazılmışdır); 13-Ayətullah Brucerdinin (r.ə) dərslərinin tədrisi (ərəbcə); 14-Ürvətul-vüsqa kitabının İctihad və təqlid bölməsinin şərhi (ərəbcə); 15-Əl-məsailul-müstəhdəsə (ərəbcə); 16-Həcc və ömrənin xələli (ərəbcə); 17-Əl-əhkamul-vazihə (ərəbcə fətvalar); 18-Əhkamul-həcc –Təhrirul-vəsilə kitabnın həcc bölməsinə haşiyə- (ərəbcə); 19-Tibyanul-üsul –İmam Xomeyninin (r.ə) dərslərinin təqriri (ərəbcə, 4 cilddə); 20-Fərağ və təcavüz haqqında risalə; 21-Xaric Üsul dərslərinin təqriri (8 cilddə); 22-Həcc əməlləri; 23-Barışdırıcı təqiyyə; 24-İmam Əlinin (ə) nəzərində ölkəyə rəhbərlik; 25-Məcməul-fəharis (Biharul-ənvar, Əl-qədir və Əl-mizan fi təfsiril-Qur`an kitablarının mündəricatı).
Şəhid Ayətullah Mütəhhəri 1298-ci hicri şəmsi ilinin 13 bəhmən tarixində müqəddəs Məşhəd şəhərinin 75 kilometrliyində yerləşən Fəriman məntəqəsində köklü bir ruhani ailəsində dünyaya göz açdı. O 12 yaşında Məşhəd şəhərinə getdi və elmi hövzədə İslami elmlərin müqəddimə dərslərini oxumağa başladı. Murtuza Mutəhhəri 1316-ci ildə Rza xanın ruhaniyyətə qarşı kəskin mübarizəsinə və dost-tanışların narazılıqlarına rəğmən rəğmən dini təhsilini təkmilləşdirmək üçün Qum elmi hövzəsinə yollandı. O Qumda 15 il qalaraq Mirzə Mehdi Şəhidi Rəzəvi, Seyid Məhəmməd Təqi Xansari, Seyid Məhəmməd Höccət, Seyid Sədrəddin Sədr, Seyid Məhəmməd Damad, Hacıağa Hüseyn Burucerdi kimi ustadların məhzərində təhsil almışdır. Ustad Mütəhhəri fiqh və üsul dərslərini mərhum Ayətullahül-üzma Burucerdidən, Molla Sədra fəlsəfəsini, ürfan və əxlaqı İran İslam Respublikasının banisi Həzrət İmam Xomeynidən, Əbu Əli Sina fəlsəfəsini mərhum Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbaidən öyrənmişdir. Güclü istedada. Geniş və dərin dərrakəyə malik olması onu Qum elmi hövzəsinin ən məşhur alimlərindən birinə çevirdi və müəllimlərinin xüsusi ehtiramını qazandı. Ayətullah Mütəhhəri problemləri tanıyan, zəmanənin fikri ehtiyaclarına agah olan bir alim idi. O Qumda olduğu vaxt elmi fəaliyyətdən əlavə siyasi işlərdə də yaxından iştirak edirdi. Belə ki. o İslam Fədailəri qrupu ilə yaxın münasibətdə idi. O hövzənin ən məşhur və parlaq gələcəyə malik müəllimlərindən biri hesab olunduğu halda 1331-ci ildə Tehrana mühacirət etdi. 1334-cü ildə Tələbələrin İslam Cəmiyyətinin ilk təfsir dərsləri Ustad Mütəhhəri tərəfindən təşkil olundu və elə həmin ildən də Tehran Universitetinin İlahiyyat və İslam maarifi İnstitutunda tədrisə başladı. Ümumiyyətlə Ustad Mütəhhəri dini sapmalar və çaşqınlıqlarla qətiyyətlə mübarizə aparmış, bu sahədə elmi dairəyə, xüsusilə ziyalılara qiymətli əsərlər töhfə etmişdir. Ustad Mütəhhərinin ən mühüm xidmətlərindən biri bərəkətli həyatı boyu dərsləri, mühazirələri, çıxışları, yazdığı məqalələr və kitabları vasitəsilə əsl İslam ideologiyasını bəyan etməsidir. Bu proses xüsusilə 1351-1357-ci illərdə solçu qrupların təbliğatının şiddətlənməsi, sol yönümlü müsəlmanların və "iltiqat" fenomeninin yaranması səbəbindən özünün kulminasiya nöqtəsinə çatmışdı. Nəhayət İslamın həqiqi əsaslarının işıqsaçan çırağı və parlaq yolgöstərəni 1358-ci ilin 11 ordibeheşt tarixində gecənin qaranlığında təfəkkür-siyasət dərslərinin birindən qayıtdıqda cahil və cinayətkar "Fürqan" qrupu tərəfindən terrora tuş gəldi və elm dairəsini böyük bir matəmə qərq etdi. Bu məqalədə elmsevərlərə Ustad Mütəhhəri təfəkkürünün əsas mehvərləri, həmçinin əsərləri haqqında qısaca məlumat vermək istəyirik. Qeyd olunacaq mehvərlərin hər birinin müfəssəl izahı sonrakı məqalələrə həvalə olunur. Ustad Mütəhhəri dini təfəkkür sahəsində əvəzolunmaz müəllim olmaqdan əlavə, qərb fəlsəfəsi, sosiologiya və tarix kimi sahələrdə də güclü və mahir təhlilçi idi. Şəhid Mütəhhəri dini təlimləri dövrün dili və vasitələri ilə bəyan, digər tərəfdən mövcud ictimai, siyasi və mədəni problem və ehtiyacların dini prinsiplər əsasında cavablandıran yeganə ruhani şəxs idi. Başqa sözlə Ustad Mütəhhəri həm universitet təhsil sisteminə, həm də hövzə və dini təhsil sisteminə yaxşı bələd idi. Bu səbəbdən də ziyalı təbəqəsi üçün çox dəyərli müvəffəqiyyətlər əldə etmişdir. Digər tərəfdən o ruhani bir şəxs olduğu üçün müxtəlif məclislərdə sıravi insanlarla ünsiyyətdə olurdu. Ustad Mütəhhərinin bütün təbəqəli insanlarla hərtərəfli ünsiyyətdə olması cəmiyyətin problem və ehtiyaclarını daha dəqiq öyrənməsinə yardımçı olmuşdur. O Allahın xüsusi inayəti sayəsində cəmiyyətin mövcud ehtiyacları haqqında dəyərli əsərlər yaradaraq insanlara ərməğan etmişdir. Ustad Şəhid Mütəhhərini zəmanəsinin digər mütəffəkirlərindən fərqləndirən ən bariz xüsusiyyətlərindən biri də budur ki, o bütün sahələrdə, o cümlədən iqtisadiyyat, siyasət, mədəniyyət, fəlsəfə, tarix, idarəetmə, əxlaq, hüquq və sosiologiya sahələrində öz baxışlarını müqəddəs İslam dini və şəri hökmlər çərçivəsində cəmiyyətin zəmanəsinin dili və ədəbiyytatı ilə insanlara çatdıra bilmişdir. O cəmiyyətə bütün bu sadaladığımız sahələrdə kitab, məqalə və çıxışlar formasında qiymətli əsərlər təqdim etmişdir. Ustad Mütəhhəri təfəkkürünün əsas mehvərləri Həqiqi və xalis İslamı tanıması və tanıtması Şəhid Mütəhhəri təkallahlıq nurunu onu dinləyənlərin və yazılarını oxuyanların canlarına üfürən parlaq nur idi. O çaşqınlıq pasını örəklərdən təmizləyən idi. O İslam maarifinin, əqli və nəqli elmlərin təcəssümü, İslam dünyasının əzəmətli islahçısı, İranın və İslam dünyasının əvəzolunmaz mütəfəkkürlərindən biri idi. O haqq olaraq İslam təfəkkür binasının ən böyük memarlarından biri sayılır. Şübhəsiz bu İslam ideoloqunun yaratdığı əsərlər İslam dünyası üçün həyati əhəmiyyətli əsərlərdir. İslamın həqiqi prinsiplərinə diqqət Ustad Mütəhhərinin dəyərli əsərlərində əşkar şəkildə görünür. Ustad Mütəhhərinin "İslam və onun tələbləri" (2 cild), "İslam elmləri ilə tanışlıq" (3 cild), "Quranla tanışlıq" (8 cild), "Bəşər həyatında qeybdən gələn köməklər", "Quranda insan", "Kamil insan", "İnsan və iman", "Tövhid", "İmam Hüsyn qəhrəanlığı" (3 cild), "Əbədi həyat və axirət həyatı", "Ümmi peyğəmbər", "Peyğəmbərin həyatına bir baxış", "İlahi ədalət", "Məad", "Fitrət", "Mənəvi söhbətlər", "Peyğəmbərlik (Nübuvvət)", "Vəhy və peyğəmbərlik", "Cihad və tövhid ideologiyası" kimi əsərləri onun İslamı dərindən bilməsinin və insanlara tanıtmasının göstəricisidir. Göründüyü kimi ustadın əsərlərinə hakim olan bu ruh onun İslam sütunlarının insanlara tanıtdırmaqda olan xüsusi eşqindən xəbər verir. Qeyd olunmalıdır ki, hal-hazırda Ustad Mütəhhərinin çoxlu əsərləri elm və təhsil mərkəzlərinin və dini hövzələrin tədqiqat mənbələrindən hesab olunur. Fəlsəfi və ictimai baxışları Şəhid Murtuza Mütəhhəri nəzər sahibi olan bir filosof, fiqhi və ürfanı yaxşı bilən bir alim idi. O məşhur İslam filosofları arasında yeganə şəxsdir ki, onun fəlsəfi baxışları ictimai, siyasi və hətta həyat məsələlərinə sirayət edir və bu onun özünəməxsus fəlsəfi məktəbə malik olmasını göstərir. Ustad Mütəhhəri tarix və İslam fəlsəfəsi üzrə kamil bir mütəxəssis olmaqla bərabər qərb və şərq fəlsəfi məktəblərini də yaxşı tanıyırdı. O qərb və şərq fəlsəfi cərəyanlarından təsirlənən ictimai quruluşları diqqətlə araşdırır, Quranın və İslam fəlsəfəsinin nurani təlimlərindən ilham alaraq onların naqisliklərini və problemlərini müasir dildə bəyan edirdi. Ustadın "Marksizmə bir tənqid", "Fəlsəfə və realizm metodunun əsasları" (5 cild), "Tarixin fəlsəfəsi" (2 cild), "Əxlaqın fəlsəfəsi", "İslam fəlsəfəsində hərəkət və zaman", "Xatəmiyyət", "Nübuvvətin sonu", "Mənəvi söhbətlər", "Riba", "Hicab", "İslamda qadın hüququ", "Son yüz ilin İslam cərəyanları", "Cinsi əxlaq", "İslamda təlim və tərbiyə", "İnsanın ictimai təkamülü", "Cam aynası", "Doğrudanışanların dastanı" (2 cild) kimi əsərləri onun ictimai problemlərin mahiyyətinin və onların necə formalaşdığının araşdırılmasına olan diqqətindən irəli gəlirdi. Ustad Mütəhhəri özünün elmi fəaliyyəti ilə insanları bu problemlərdən agah etmək və cəmiyyəti təkamülə çatdırmaq üçün çalışırdı. Təfəkkür cərəyanlarını tama doğru-düzgün tanıması 1332-1357-ci illər İranın müasir tarixində mühüm bir dövr idi. 28 mordad çevrilişindən sonra materialist təfəkkürünün məğlubiyyətini ardınca İslamın yenidən dirçəlişi dövrü başlanır. Ümumiyyətlə bu dövrdə İslam bayrağı altında dörd mühüm təfəkkür cərəyanı fəaliyyət göstərirdi: islahatçı sağçı cərəyan iltiqat solçu cərəyan xalis İslam cərəyanı iltiqat solçu cərəyanlar Ustad Şəhid Mütəhhəri bu cərəyanların əsl həqiqətini və mahiyyətini müəyyən edir və onların hədəflərini səlis, elmi və tənqidi dil və vasitələrlə insanlara çatdırırdı. O hər bir mövzunu və mövcud şübhələri aydın nümunələrlə xalqa bəyan edirdi. Bu dövrdə elə cərəyanlar var idi ki, zahirən elmi bəhslərlə təcrübə elmlərini Quran və hədislərə tətbiq etməklə dinin ictimai məna kəsb etdiyini sübut etməyə çalışır və öz baxışlarını qətiyyətlə müdafiə edirdilər. Ustad Mütəhhəri İranın belə bir ictimai və mədəni vəziyyəti dövründə meydana atılaraq bir tərəfdən qərbin mədəni hücumları, digər tərəfdə isə "iltiqati" və "mütəhəccir" təfəkkürləri qarşısında üzərinə düşən tarixi və həssas vəzifəni layiqli şəkildə yerinə yetirdi. O özü filosof olduğuna görə yanlış təfəkkürlərlə tam elmi və tənqidi metodlarla mübarizə edirdi. İltiqat və təhəccür ilə ciddi və amansız mübarizə Ustad Mütəhhərinin mübarizə etdiyi cərəyanlardan biri də çox çətin və qəliz "mütəhəccir" cərəyanı idi. Bu mübarizədə döyüşmək və qələbəyə nail olmaq üçün incəlik və zəriflik tələb olunurdu. Bu cərəyan insanların İslama gəlişi dövründən inkişaf etdiyinə görə onunla mübarizə aparmaq çətin, zərif və qəliz bir iş olmuşdur. Ustad Mütəhhəri deyirdi ki, əgər İslam dini yalnız dua və ibadətlərdən ibarətdirsə onda onun ictimai və siyasi ruhu olmayacaq və beləliklə İslam dinini kamil və hərtərəfli bir din kimi insanlara təqdim etmək olmaz. Elə bu səbəbdəndir ki, Ustad Mütəhhəri elmi hövzələrdə islahatların aparılmasına ehtiyac olduğunu bildirən ilk şəxslərdən biri idi. O özünün həyatı boyu dinin dirildilməsi, dini mərifət problemlərinin öyrənilməsi, bidətlərin və təhriflərin həqiqi dindən ayrılması yolunda çoxlu səy göstərdi. Onun "Materializmə yönəlmənin səbəbləri", "Hikmətli sözlər və nəsihətlər məcmuəsi", "Ustad Mütəhhəri və ziyalılar" kimi əsərləri bu mövzudadır. "Dini hökumət" məsələsində münasib meyarın təqdim edilməsi Ustad Mütəhhəri dini hökumətin münasib meyarının və onun təbliğində İslam cəmiyyətinə misilsiz xidmətlər etmişdir. O məharətlə və düzgün şəkildə hövzə və universitet dərslərində, konfranslarda, elmi bəhslərdə dini hökumətin əsaslarını insanlara bəyan edə bilmişdir. Onun əqidəsinə görə İslam cümhuriyyəti hökuməti iki kəlmənin, cümhuriyyət və İslam kəlmələrində təşkil olunmuşdur. Cümhuriyyət kəlməsi hökumətin formasını və strukturunu, İslam kəlməsi isə bu hökumətə hakim olan ruhu təyin edir. Dini hökumətin strukturu cümhuriyyətdir, yəni burada seçim hüququ qadın və ya kişi, ağ və ya qara, hansı əqidə sahibi olmasından asılı olmayaraq bütün insanlara məxsusdur. Burada şərt yalnız müəyyən yaş həddinə çatmaq və əqli inkişafdan ibarətdir və başqa heç bir şey. Lakin İslam kəlməsi qeyd etdiyiniz kimi bu hakimiyyətin məzmununu ehtiva edir, yəni təklif edir ki, bu hökumət İslam prinsipləri və qaydaları ilə idarə olunmalı və bundan kənara çıxmamalıdır. İslam hərtərəfli və kamil bir dindir, həm özündə məktəb və ideologiyaya malikdir və həm insan həyatının bütün mərhələləri üçün kamil bir proqrama malikdir. Ustad Mütəhhərinin "Vəlilər və vilayətlər", "İslamın iqtisadi strukturuna bir baxış", "İslam inqilabı ətrafında" (2 cild), "Nəhcül-bəlağəyə bir baxış", "İmamət və rəhbərlik", "Əlinin cazibə və dafiəsi", "İslamla İranın qarşılıqlı xidmətləri", "Haqq və batil" kimi əsərləri mövzunun onun üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Şübhələrə cavab və zəmanənin ehtiyacları fonunda yölgöstərmə Ustad Mütəhhəri öz dövrünü həqiqi alimlərindən idi. O ətrafda baş verən hadisələri öyrənməklə özünün elmi vəzifəsini yerinə yetirmişdir. Mütəhhəri dinə və dini hökumətə tutulan iradları dəqiq şəkildə öyrənir və onları cavablandırmaq üçün mövcud metod və vasitələrdən istifadə edirdi. Hər bir dövrün elmi ehtiyaclarını tanımaq alimlərin vəzifələrindən biridir ki, həqiqətən də Ustad Mütəhhəri bu işin öhdəsindən müvəffəqiyyətlə gələ bilmişdir. "Hüseyn qəhrəmanlığı", "İslamda qadın" və "İlahi ədalət" kimi kitablar Ustad Mütəhhərinin bu zəmində yaratdığı əsərlərindəndir.
ZƏKATIN VACİB OLDUĞU ŞEYLƏR: 1.Buğda,2.Arpa,3.Xurma,4.Kişmiş,5.Qızıl,6.Gümüş,7.Dəvə,8.İnək,9.Qoyun
«Onların mallarından zəkat al! Bununla onların mallarını və canlarını təmizlənmiş və pak etmiş olarsan. Onlara dua et, çünki sənin duan onlar üçün aramlıq, rahatlıqdır. Allah (hər şeyi) eşidən və biləndir». Müsəlmanların mühüm iqdisadi vəzifələrindən biri «Zəkat» ödəməkdir. Zəkatın əhəmiyyəti haqqında yalnız onu demək kifayətdir ki, zəkat Qurani-Kərimdə namazdan sonra gəlir, imanın və əməli salehliyin nişanəsi olaraq göstərilir.
ZƏKATIN VACİB OLDUĞU ŞEYLƏR: 1. Buğda. 2. Arpa 3. Xurma 4. Kişmiş 5. Qızıl 6. Gümüş 7. Dəvə 8. İnək 9. Qoyun
ZƏKATIN VACİB OLMA ŞƏRTLƏRİ 1.Mal nisağb həddinə çatmalıdır (nisab həddi-yəni bu şeylərin müəyyən ölçüsü). 2.Onun sahibi həddi-buluğa çatmış olmalıdır. 3.Aqil olmalıdır (dəli olmasın). 4.Azad olmalıdır. 5.Öz malından istifadə edə bilən olmalıdır.
Qızılın nisabı : 1.Əgər 15 adi misqala (1 misqal 4.5 qram) çatsa və başqa şərtlər mövcud olsa onun 1/40-i zəkat verilməlidir. Bu qədər olmasa vacib deyil. 2.Əgər 15 adi misqalın üstünə 3 adi misqal əlavə olunsa, 18 misqalın hamısının zəkatı 1/40 verilməlidir. Əgər 3 misqaldan az əlavə olunsa təkcə 15 misqalın zəkatı verilməlidir.
Gümüşün nisabı: 1.Əgər gümüş 105 misqala çatsa, başqa şərtlər də mövcud olsa, insan onun 1/40-ni verməlidir. Əgər bu miqdara çatmasa zəkat vacib deyil. 2.Əgər 105 misqalın üzərinə 21 misqal əlavə olunsa, bütün 126 misqalın zəkatı qeyd olunduğu kimi verilməlidir. Əgər 21 misqaldan az əlavə olunsa təkcə 105 misqalın zəkatı verilməlidir.
Dəvənin nisabı Dəvənin sayı Zəkatın miqdarı 5 1 qoyun 10 2 qoyun 15 3 qoyun 20 4 qoyun 25 5 qoyun 26 2 yaşına daxil olmuş 1 dəvə 36 3 yaşına daxil olmuş 1 dəvə 46 4 yaşına daxil olmuş 1 dəvə 61 5 yaşına daxil olmuş 1 dəvə 76 3 yaşına daxil olmuş 2 dəvə 91 4 yaşına daxil olmuş 2 dəvə 121 və yuxarı 40-40 hesab olunmalıdır. Hər40 başın zəkatı 3 yaşına daxil olmuş 1 dəvə, yaxud 50-50 hesab edilib-hər 50 dəvəyə 4 yaşına daxil olmuş 1 dəvə. Və ya 40-50, 40-50 hesablanmalıdır.
İnəyin nisabı İnəyin iki nisabı var: 1.İnəklərin sayı 30-a çatsa qeyd olunan şərtlərə malik olarsa, 2 yaşına daxil olmuş bir dana verməlidir. 2.İnəklərin sayı 40 çatsa 3 yaşına çatan bir dişi danadır. Otuzla qırx arasında zəkat vacib deyil yəni 30 inəyin zəkatı verilməlidir. 40 dan 60 -a çatmayıbsa 40 inəyin zəkatı verilməlidir. 60 -a çatandan sonra birinci nisab ikiqat olduğundan 2 baş iki yaşlı dana verməlidir. Həmçinin yuxarı getdikcə ya 30-30 ya da 40-40 və ya 30-40-la hesablanmalıdır.
Qoyunun nisabı Qoyunların sayı zəkatın miqdarı 40 1qoyun 121 2qoyun 201 3qoyun 301 4qoyun 400 və ondan artıq Hər 100 başüçün bir qoyun verilməlidir.
ZƏKATIN İSTİFADƏ YERLƏRİ 1.Fəqirə (özünün və ailəsinin illik xərcini təmin edə bilməyən şəxs) 2.Miskinə- miskin fəqirdən də pis vəziyyətdə olan. 3.İmamın və naibinin tərəfindən zəkatı yığğıb saxlamaq və mühasibə edib həmin malı İmam və ya naibinə və ya fəqirə çatdırmaq üçün təyin olunan şəxsə 4.Zəkat verilərsə İslam dininə yönələn, yaxud müharibədə müsəlmanlara kömək edən kafirlərə, həmçinin zəkat verilərsə imanları güclənən zəif müsəlmanlara. 5.Qulların alınıb azad olunmasına 6.Öz borcunu verə bilməyən borclulara. 7.Allah yolunda: Yəni məscid, mədrəsə tikmək, ümumi -dini mənfəəti olan işlər görmək, yaxud körpü tikilməsi, yolların təmir olunması kimi xeyri müsəlmanlara çatan və ümumiyyətlə İslam və müsəlmanların xeyrinə olan hər bir işə. 8.İbnus-səbilə (səfərdə pulu qurtaran yolda qalan şəxs)
ZƏKATIN ÖDƏNMƏ VAXTI Buğda, arpa- samandan ayrılandan sonra Üzüm - quruyub kişmiş olandan sonra Xurma- quruyub quru xurma olandan sonra Qızıl, gümüş, dəvə, inək, qoyun- 11 ay tamam olandan sonra
FİTRƏ ZƏKATI Bir şəxs Fitr bayramı gecəsinin gün batan çağına hətta bir neçə an qalanda belə, həddi-buluğa çatan, aqil, fəqir və bir kəsin qulu olmasa özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi şeylərdən təqribən 3 kq miqdarında müstəhəqqə (fitrə zəkatına layiq olan şəxsə, ehtiyacı olana) verməlidir. Əgər bunların hər hansını pulunu versə, kifayətdir. Əgər bir kəs özünün və ailəsinin illik qazancını tə'min edə bilməsə və tə'min etmək üçün işi, qazancı, kəsb-ticarəti də olmasa fəqirdir və fitrə zəkatı ona vacib deyil. Hər kəs Fitr bayramı gecəsində (məğrib vaxtı) onun çörək yeyənləri hesab olunan şəxslərin fitrə zəkatını verməlidir: istər böyük olsun, istərsə kiçik; istər müsəlman olsun, istərsə də kafir; istər onların xərcləri o şəxsə vacib olsun, istərsə də olmasın; istər öz şəhərində olsun, istərsə də başqa şəhərdə. Fitr bayramı gecəsində iftar vaxtından qabaq ev sahibinin razılığı ilə evə daxil olan və onun çörək yeyəni hesab olunan qonağın fitrəsi ev sahibinə vacibdir. Fitr bayramı gecəsində iftar vaxtından qabaq ev sahibinin razılığı olmadan evə daxil olan və bir müddət onun yanında qalan qonaq onun çörək yeyənlərindən hesab olunarsa, ehtiyata əsasən onun fitrəsi ev sahibinə vacibdir. Həmçinin, insanın xərcini verməyə məcbur etdiyi şəxsin də fitrəsini verməlidir. Fitr bayramı gecəsi məğribdən sonra gələn qonağın fitrəsi (məğribdən əvvəl də'vət olunmuş olsa və orada iftar etsə belə) ev sahibinə vacib deyil.
«Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün - iki dəstənin bir-biri ilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, həqiqətən əldə etdiyiniz mənfəətin beşdən biri Allah, Rəsulu. Onun yaxınları, yetimlər, miskinlər və yolda qalanlar üçündür. Allah hər şeyə qadirdir». (Ənfal surəsi 41-ci ayə). «Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün - iki dəstənin bir-biri ilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, həqiqətən əldə etdiyiniz mənfəətin beşdən biri Allah, Rəsulu. Onun yaxınları, yetimlər, miskinlər və yolda qalanlar üçündür. Allah hər şeyə qadirdir». (Ənfal surəsi 41-ci ayə). Müsəlmanların iqdisadi cəhətdən vəzifələrindən biri «xums» ödəməkdir. Yəni sonradan deyiləcək hallarda insanın öz malından 1/5 hissəsini müəyyən yerlərdə istifadə etmək üçün şəri hakimə ödəməsidir. Yeddi halda xums vacibdir: 1.Qazanc mənfəəti; 2.Mədən; 3.Xəzinə; 4.Harama qarışmış halal mal; 5.Suyun dibinə girməklə əldə edilən cəvahirat; 6.Müharibə qənimətləri; 7.Zimmi kafirin müsəlmandan aldığı torpaq
Qazanc mənfəəti; gər insan ticarət, sənətkarlıq və ya başqa qazanc yerlərindən qazanc əldə etsə və bu özünün və ailəsinin illik xərclərindən artıq qalsa, onun xumsunu, yəni 1/5 -ni sonradan deyiləcək qaydada verməlidir. Əgər müəyyən miqdar miras çatsa : 1)Əgər mal sahibinin həmin malın xumsunu vermədiyini bilsə- onun xumsunu verməlidir 2)Əgər o malın özündə xums olmasa, amma malı miras olaraq çatan şəxsin xums borcu olduğunun bilsə- xumsu onun malından verməlidir.
Nələrə xums düşməz 1.Qadının aldığı mehriyyənin xumsu yoxdur. 2.İnsana yetişən irsə xums düşməz. 3.Əgər insanın əlinə kafirdən, yaxud xums verməyə etiqadi olmayan bir şəxsdən müəyyən qədər mal gəlsə, onun xumsunu verməsi vacib deyil. 4.Əgər bir kəsin ticarət üçün aldığı malların qiyməti bahalaşsa və onu satmasa, yenidən ilin ortasında qiyməti aşağı düşsə, qiymətlər bahalaşarkən artan miqdarına xums vacib deyil. İl boyu qazanc mənfəətindən yeyib içmək - Həmin şəxsin ictimai geymək mövqeyinə uyğun olsa avadanlığı və ifrat etməmiş olsa toy etmək bunların xumsu yoxdur. cehizlik almaq ziyarət və s. Fəqir bir şəxsin xums və zəkat kimi aldığı şeylərə- Həmin şəxsin ictimai mövqeyinə uyğun olsa və ifrat etməmiş olsa bunların xumsu yoxdur.Digər məsələlərə görə cəmaüs-şərait müctehidə müraciət etsin.
Mədən 1. Əgər mədəndən qızıl, gümüş, bürünc, mis, dəmir, neft, daş kömür, firuzə, əqiq mineral maddələr, duz və ümumiyyətlə «mədən qazıntıları» adlana bilən hər şey əldə olunsa, nisab həddinə çatanda xumsunu verməlidir. 2. Ehtiyata əsasən, mədəndən çıxarılan şeylərin nisabı 15 misqal qızıl qədərdir. Ehtiyat-vacib budur ki, nisab, mədəndən çıxarılan şeylərin ixracına, saflaşdırılmasına, emalına çəkilən xərclər çıxıldıqdan sonradır.
Xəzinə Xəzinə torpaqda, ağacda, dağda və ya divarda saxlanmış olub bir şəxs tərəfindən tapılan maldır və o xəzinə deyiləcək bir şəkildə olmalıdır. Xəzinədən əldə edilən şeyin qiyməti 105 misqal sikkəli gümüş Və ya 15 misqal qızıla çatsa --- onun xumsu verilməlidir
Harama qatışmış halal mal Halal mal haram mala, ayırd edilməyəcək şəkildə qarışsa və haram malın sahibi və miqdarı heç biri məlum olmasa, bütün malın xumsu verilməlidir. Sahibi məlum olsa- haram malın miqdarını bilirsə -sahibinə qaytarmalıdır haram malın miqdarını bilmirsə - gərək razılaşsınlar
Sahibi məlum deyilsə haram malın miqdarını bilirsə - həmin miqdarı sahibinin niyyəti ilə sədəqə verməlidir. Ehtiyat-vacibə əsasən cameüş-şərait müctehiddən də icazə almalıdır. Haram malın miqdarını bilmirsə- Xumsu verildikdən sonra qalanı halal olur. Digər məsələlərdə müctehidə və onun əvəzinə kim təyin olubsa ona müraciət edilsin. Suyun dibinə girməklə əldə edilən cəvahir Əgər suyun dibinə girmək vasitəsilə girmək vasitəsilə - mirvari - mərcan yaxud bu yolla çıxarılan başqa cəvahirin çıxarılmasına sərf edilən xərclər çıxıldıqdan sonra qiyməti 18 noxud qıxıla çatarsa ----- XUMSU verilməlidir Zimmi kafirin müsəlmandan aldığı torpaq Əgər zimmi kafir müsəlmandan torpaq satın alsa, onun xumsunu həmin torpaqdan verməlidir. Onun xumsunu pul ilə ödəyə bilər. Xumsun istifadə yerləri 1. İmamın payı - bu zəmanəmizdə cameüş-şərait müctehidə verilməli, yaxud onun icazə verdiyi yerlərdə istifadə olunmalıdır. 2. Seyyidlərin payı - Ehtiyat vacibə əsasən cameüş-şərait müctehidə verilməlidir.Yaxud -ya fəqir seyyidə, ya yetim seyyidə, ya da səfərdə yolda qalmış seyyidə ---verilməlidir. Bu seyyidlərə xums verilməməlidir: 1. Səfərdə yolda qalan bir seyyidin səfəri olsa, ehtiyati-vacibə görə ona xums verilməməlidir. 2. On iki imamı qəbul etməyən seyyidə xums vermək olmaz. 3. Günah edən seyyidə xums verilməsi onun günahlarına kömək olarsa, ona xums vermək olmaz. 4. Aşkar surətdə günah edən seyyidə, hətta xumsun onun günahlarına kömək edən olmasa da, ehtiyati-vacibə görə ona xums verilməməlidir.
Məşhur ravi Mühəmməd ibni Babvey bu duanı Imamlarımızdan nəql edib və buyurur: Həmişə bu duanı oxuyandan sonra elə bir hacətim olmadı ki yerinə yetirilməmiş olsun! Allahumə inni əs’əlukə və ətəvəccəhu iləyk. Binəbiyyikə nəbiyyr-rəhmət. Muhəmmədin səllallahu ələyhi və alih. Ya əbəl Qasimi ya Rəsulallah. Ya imamər-rəhmət. Ya səyyidəna və məvlana. İnna təvəccəhna vəstəşfə’na və təvəssəlna bikə ilallah. Və qəddəmnakə bəynə yədəy hacatina. Ya vəcihən indəllah, işfə’ ləna indəllah. Ya əbəl Həsəni. Ya Əmirəl-mu’minin. Ya Əliyyəbnə Əbi Talib. Ya Huccətəllahi əla xəlqih. Ya səyyidəna və məvlana. İnna təvəccəhna vəstəşfə’na və təvəssəlna bikə ilallah. Və qəddəmnakə bəynə yədəy hacatina. Ya vəcihən indəllah, işfə’ ləna indəllah. Ya Fatimətəz-Zəhra. Ya bintə Muhəmməd. Ya Qurrətə əynir-Rəsul. Ya səyyidətəna və məvlatəna. İnna təvəccəhna vəstəşfə’na və təvəssəlna bikə ilallah. Və qəddəmnakə bəynə yədəy hacatina. Ya vəcihətən indəllah, işfəi’ ləna indəllah. Ya Əba Muhəmmədin. Ya Həsən əbnə Əli. Əyyuhəl Muctəba yəbnə Rəsulullah. Ya Huccətəllahi əla xəlqih. Ya səyyidəna və məvlana. İnna təvəccəhna vəstəşfə’na və təvəssəlna bikə ilallah. Və qəddəmnakə bəynə yədəy hacatina. Ya vəcihən indəllah, işfə’ ləna indəllah. Ya Əba Əbdillah. Ya Husəynəbnə Əli. Əyyuhəş-şəhidu. Yəbnə Rəsulillah. Ya Huccətəllahi əla xəlqih. Ya səyyidəna və məvlana. İnna təvəccəhna vəstəşfə’na və təvəssəlna bikə ilallah. Və qəddəmnakə bəynə yədəy hacatina. Ya vəcihən indəllah, işfə’ ləna indəllah. Ya Əbəl Həsəni. Ya Əliyyəbnəl Husəyn. Ya Zəynəlabidinə. Yəbnə Rəsulillah. Ya Huccətəllahi əla xəlqih. Ya səyyidəna və məvlana. İnna təvəccəhna vəstəşfə’na və təvəssəlna bikə ilallah. Və qəddəmnakə bəynə yədəy hacatina. Ya vəcihən indəllah, işfə’ ləna indəllah. Ya Əba Cəfərin. Ya Muhəmmədəbnə Əli. Əyyuhəl-Baqiru. Yəbnə Rəsulillah. Ya Huccətəllahi əla xəlqih. Ya səyyidəna və məvlana. İnna təvəccəhna vəstəşfə’na və təvəssəlna bikə ilallah. Və qəddəmnakə bəynə yədəy hacatina. Ya vəcihən indəllah, işfə’ ləna indəllah. Ya Əba Əbdullah. Ya Cəfərəbnə Muhəmməd. Əyyus-Sadiqu. Yəbnə Rəsulillah. Ya Huccətəllahi əla xəlqih. Ya səyyidəna və məvlana. İnna təvəccəhna vəstəşfə’na və təvəssəlna bikə ilallah. Və qəddəmnakə bəynə yədəy hacatina. Ya vəcihən indəllah, işfə’ ləna indəllah. Ya Əbəl Həsəni. Ya Musəbnə Cə’fərin. Əyyuhəl Kazimu. Yəbnə Rəsulillah. Ya Huccətəllahi əla xəlqih. Ya səyyidəna və məvlana. İnna təvəccəhna vəstəşfə’na və təvəssəlna bikə ilallah. Və qəddəmnakə bəynə yədəy hacatina. Ya vəcihən indəllah, işfə’ ləna indəllah. Ya Əbəl Həsəni. Ya Əliyyəbnə Musa. Əyyuhər-Riza. Yəbnə Rəsulillah. Ya Huccətəllahi əla xəlqih. Ya səyyidəna və məvlana. İnna təvəccəhna vəstəşfə’na və təvəssəlna bikə ilallah. Və qəddəmnakə bəynə yədəy hacatina. Ya vəcihən indəllah, işfə’ ləna indəllah. Ya Əba Cə’fərin. Ya Muhəmmədəbnə Əli. Əyyuhət-Təqiyyul-Cəvadu. Yəbnə Rəsulillah. Ya Huccətəllahi əla xəlqih. Ya səyyidəna və məvlana. İnna təvəccəhna vəstəşfə’na və təvəssəlna bikə ilallah. Və qəddəmnakə bəynə yədəy hacatina. Ya vəcihən indəllah, işfə’ ləna indəllah. Ya əbəl Həsəni. Ya Əliyyəbnə Muhəmməd. Əyyuhəl Hadin-Nəqi. Yəbnə Rəsulillah. Ya Huccətəllahi əla xəlqih. Ya səyyidəna və məvlana. İnna təvəccəhna vəstəşfə’na və təvəssəlna bikə ilallah. Və qəddəmnakə bəynə yədəy hacatina. Ya vəcihən indəllah, işfə’ ləna indəllah. Ya Əba Muhəmmədin. Ya Həsənəbnə Əli. Əyyuhəz-Zəkiyyul-Əskəri. Yəbnə Rəsulillah. Ya Huccətəllahi əla xəlqih. Ya səyyidəna və məvlana. İnna təvəccəhna vəstəşfə’na və təvəssəlna bikə ilallah. Və qəddəmnakə bəynə yədəy hacatina. Ya vəcihən indəllah, işfə’ ləna indəllah. Ya Vəsiyyəl Həsəni Vəl Xələfəl Huccət. Əyyuhəl Qaimul-Muntəzərul Məhdi. Yəbnə Rəsulillah. Ya Huccətəllahi əla xəlqih. Ya səyyidəna və məvlana. İnna təvəccəhna vəstəşfə’na və təvəssəlna bikə ilallah. Və qəddəmnakə bəynə yədəy hacatina. Ya vəcihən indəllah, işfə’ ləna indəllah. Dua edərək, öz hacətlərinizi Allahu-Təaladan (c.c.) diləyin. İnşə-Allahu-Təala (c.c.) qəbul olunar. Daha sonra aşağıdakı duanı oxuyun:
Ya sadəti və məvaliyyə inni təvəccəhtu bikum əimməti və üddəti liyovni fəqri, və hacəti iləllah. Və təvəssəltu bikum iləllah. Vəstəşfə’tu bikum iləllah. Fəşfəuli indəllah. Vəstənqizuni min zünubi indəllah. Fəinnəkum vəsiləti iləllah və bihubbikum və biqurbikum ərcu nəcatən minəllah. Fəkunu indəllahi rəcəm. Ya sadəti, ya ovliyaəllah səllallahu ələyhim əcməin. Və lənəllahu ə’daəllahu zalimihim minəl əvvəlinə vəl axirinə aminə rəbbəl aləmin.
Bismillahir–rəhmanir–rəhim Ilahi mən Səndən istəyirəm və Sənin dərgahına üz gətirirəm Həzrət Mühəmməd (s) vasitəçi gətirirəm!. Ey Əbəl Qasim! Ey Rəsulullah! Ey rəhmət Imamı! Ey bizim ağamız və mövlamız! həqiyətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vasitəçi və şəfaətçi edib hacətlərimizi sənə təqdim edirik!. Ey Allah yanında uca məqamlı olan! Allah yanında bizə şəfi ol.! Ey Əbəl Həsən! Ey Əmirəl mö”minin! Ey Əliyyəbnə Əbi Talib! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik!. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!. Ya Fatimeyi Zəhra! Ey Mühəmmədin qızı! Ey Rəsulu əkrəmin gözünün nuru! Ey bizim seyyidəmiz! Ey bizim ixtiyar sahibimiz! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik!. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!. Ey Əba Mühəmməd! Ey Həsən ibni Əli! Ey Müctəba! Ey Rəsulullahın oğlu! Ey Allahın xalqa hüccəti!. Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol. Ey Əba Əbdillah! Ey Hüseyn ibni Əli! Ey şəhid! Ey Rəsulullahın oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!. Ey Əbəl Həsən! Ey Əli ibni Hüseyn! Ey Zeynəlabidin! Ey Rəsuli əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!. Ey Əba Cəfər! Ey Muhəmməd ibni Əli! Ey Baqir! Ey Rəsuli əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!. Ey Əba Əbdillah! Ey Cəʹfər ibni Mühəmməd! Ey Sadiq! Ey Rəsul əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!. Ey Əbəl Həsən! Ey Musəbnə Cə”fər! Ey Kazim! Ey Rəsuli əkrəmin oğlu! ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!. Ey Əbəl Həsən! Ey Əliyyəbnəl Musər Riza! Ey Rəsuli əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! . Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!. Ey Əba Cəʹfər! Ey Mühəmməd ibnə Əli! Ey Təqi! Ey Cəvad! Ey Rəsul əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol. Ey Əbəl Həsən! Ey Əliyyəbnə Mühəmməd! Ey Hadi! Nəqi! Ey Rəsul əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! . Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!. Ey Əba Mühəmməd! Ey Həsən ibni Əli! Ey Zəkiyy Əskəri! Ey Rəsul əkrəmin oğlu!. Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!. Ey Həsənin caneşini! Ey Ilahi caneşin olan hüccət! Ey Qaiməl Müntəzəril Məhdi! Ey Rəsul əkrəmin oğlu.! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol. Ey mənim ağalarım və ixtiyar sahiblərim, mən sizi Allah dərgahına yaxınlaşmaq üçün vasitəçi etdim, Ey mənim imamlarım ehtiyac və yoxsulluğ günü (Qiyamət) üçün zəxirəm və sizin vasitənizlə Allaha təvəssül etdim, sizi Allah dərgahında şəfaətçi etdim, bəs mənim üçün Allah yanında şəfi olun,! Allah yolunda günahlarımdan mənə nicat verin,! Həqiqətən mənim Allah dərgahına getmək üçün vasitəçilik fəqət sizə məhəbbət bəsləyib, sizə təqərrüb etməklə Allah yanında nicat tapmağa ümid bəsləyirəm. Bəs Allah yanında mənim ümidim olun!, Ey mənim ağalarım,! Ey Allah övlüyaları! (Allahın salavatları onlara həmişə olsun) Və Allah onlara zülm edən, Allah düşmənlərinə əvvəldən axıra kimi lə”nət etsin. Amin ya Rəbbəl aləmin
İmam Sadiq (ə)-dan nəql olunub ki, hər kəs 40 gün sübh bu duanı oxusa, İmam Zaman (ə)-ın köməkçilərindən olar və əgər o həzrətin zühurundan qabaq ölərsə, həzrət zühur edən vaxt onun zühurunda olmaq üçün Allah onu qəbirdən dirildib qaldırar. Allah-təala bu duanı oxuyan şəxsə onun hər kəlməsinə min savab yazar və onun min günahını əfv edər. İlahi, ey əzəmətli nurun Rəbbi, ey uca kürsünün Rəbbi, ey təlatümlü dəryanın Rəbbi, ey tövratı, incili və zəburu nazil Edən, ey sərin gölgəliyin və yandırıcı küləyin Rəbbi, ey əzəmətli Quranı nazil edən, ey müqərrəb mələklərin, mürsəllərin və peyğəmbərin Rəbbi, ilahi, Səndən istəyirəm və səni and verirəm Öz kəramətli vəchinə. Öz nurlu vəchinin nuruna, əzəli mülkünə ey Həyy, ey Qəyyum, Səni and verirəm o adına ki, asimanlar və yerlər onun səbəbi ilə işıqlanmışdır. And verirəm o adına ki, onun səbəbi ilə əvvəlkilər və axırdakılar islah olar. Ey hər bir diridən öncə diri olan, ey hər bir diridən sonra diri qalan ey heç bir diri olmayan vaxt diri olan, ey ölüləri dirildən, ey diriləri öldürən, ey diri, ey o kəs ki, səndən başqa bir məbud yoxdur. İlahi, mövlamıza, bizi hidayət edən, özü də hidayət olunmuş, Sənin əmrinlə bərqərar olması üçün qiyam edən imama Sənin salavatın olan və onun məsum ata-babalarına. Yer üzünün bütün mömin kişi və qadınlar tərəfindən yer üzünün şərq və qərbində səhra və dağlarda, quruda və dənizdə (olan bütün mömin kişi və qadınların tərəfindən salamgöndər, ona mənim və ata-anamın, tərəfindən, Allah ərşinin vəzni, Allah kəlmələrinin qədəri, elminin saydığı kitabının əhatə etdiyi qədər salavat göndər. İlahi, mən bu günün sübhündə yaşadığım günlərdə, onunla bağladığım əhdi, boynumda olan beyətimi təzələyirəm və o beyətdən heç vaxt əl çəkmərəm. İlahi, məni o həzrətin köməkçilərindən, onu müdafiə edənlərdən ona lazım olan köməkləri etməkdə tələsənlərdən, əmrlərini yerinə yetirənlərdən, onu himayə edənlərdən, onun istəklərinə doğru öndə olanlardan və onun gözü önündə şəhid olanlardan qərar ver. İlahi əgər ölüm hökmü mənimlə o həzrətin arasına ayrılıq salsa, o ölüm ki, bəndələrin üçün hətmi və labüd qərar vermisən, məni kəfənimi geymiş, qılıncımı siyirib nizəmi əlimə almış, kənddə və şəhərlərdə dəvət edən carçının dəvətinə ləbbeyk deyən halda qəbrimdən çıxart. İlahi, rəşid sima haqq və düz yol hidayət edən nuru, bəyənilmiş gözəl alnı mənə göstər, ona nəzər etməklə gözümə şəfa ver onun fərəcini sürətləndir, zühurunu asanlaşdır yolunu genişləndir, məni onun yolu ilə apar əmrini nüfuzlu et, arxasını möhkəmləndir. İlahi, onun səbəbi ilə ölkələrini abadlaşdırıb bəndələrini dirilt, çünki sən buyurmusan və sözün də haqqdır. Fəsad quruda və dəryada, camaatın qazandıqları pis əməllərə görə zahir oldu. Belə isə İlahi bizim üçün öz vəlini sənin rəsulunun adı ilə eyni adda olan rəsulunun qızının oğlunun zahir et ki, batildən bir şey qalmasın və həzrət onu tar-mar etsin, haqqı bərqərar edib möhkəmlətsin. İlahi onun məzlum, bəndələrin üçün sığınacaq və səndən başqa bir köməkçi olmayanlara köməkç, «Və kitabının icra olunmayan qanunlarını yeniləşdirən, Sənin dinində və Rəsulunun sünnələrindən gəlib çatan hökmlər dirçəldən qərar ver.» İlahi, onu zalımların törədə biləcəyi təhlükələrdən amanda saxla. İlahi, onun görməklə Peyğəmbərin Muhəmmədi və onun dəvətinə tabe olanları sevindir. Ondan sonra bizim çarəsizliyimizə rəhm et. İlahi, onun zühur edib hazır olması ilə bu ümmətin çətinlik və giriftarçılıqlarını aradan qaldır və onun zühurunu bizim üçün tezləşdir. Həqiqətən onlar bunu (həzrətin zühurunu) uzaq, biz isə yaxın görürük. Səni and verirəm öz rəhmətinə ey rəhm edənlərin ən rəhmlisi.
Bu duanı Fitir,Qurban və Qədir-Xum bayramlarında, həmçinin cümə günləri oxumaq müstəhəbbidir Bismillahir–rəhmanir–rəhim Həmd yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavat və salamı seyyidimiz, ağamız, Allahın Peyğəmbəri Mühəmmədə və onun övladlarına olsun. Ilahi,Sənin övliyaların barədə cərəyan edən hadisələr barədə Sənə həmd olsun Elə övliyalar ki, onları Özün və dinin üçün xalisləşdirmisən. Çünki, onlara Öz yanında olan əbədi ne”mətlər bəxşiş etmisən ki, o ne”mətlər əbədidir. Heç vaxt zail olub aradan getməz, məhv olmaz. (bu ne”mətləri) bu alçaq təbiətli dünyanın, onun bər-bəzəkli zər-zivərli dərəcələrində zöhdü onlar üçün şərt etdikdən, onların da bu şərti qəbul edib öz əhdlərinə vəfalı olduqlarını bildikdən sonra (əta etdin) və onları (Öz dərganhna) qəbul və müqərrəb etdin .Yüksək zikri, aşkar sənanı onlar üçün təqdim etdin, onlara məlaikə nazil edib Öz vəhyinlə onları əzizlədi, Öz elminlə onlara yardım (əta) etdin, onları Özünə doğru şəfatəçi, razılığına çatmaq üçün vasitə qərar verdin. Sonra onların bə”zilərini (Həzrəti Adəmin) Cənnətdən çıxarana qədər orada məskunlaşdırdır. Bə”zilərini isə (Həzrəti Nuhu) Öz nicat gəminə mindirib onu və onunla birlikdə iman gətirənləri Öz rəhmətinlə həlak olmadan nicat verdin. Bə”zilərin isə Özün üçün xəlil (dost) seçdin, o da Səndən sonrakı ümmətlər içrə sadiq dil, istədi. Səndə onun istəyini qəbul etdin və onları uca məqamlı etdin Bə”ziləri(həzrəti Musa) ilə ağac vasitəsi ilə danışdın və onun üçün qardaşından (Harundan) arxa, kömək və vəzir qərar verdin; Bəzilərini isə (həzrəti Isa) atasız olaraq dünyaya gətirdin və ona aşkar mö”cüzələr əta edib Ruhul qüdüsla onu tə”yid etdin. Bunların hər biri üçün şəriət yol müəyyən etdin. Onlar üçün canişinlər seçdin ki, hər biri digərindən sonra, müəyyən müddətdə dini hifz etdilər. Sənin dinini bərqərar edənlər dirçəldənlər Sənin bəndələrinə höccət və dəlil olsunlar ki, haqq Öz qərargahından məhv olub aradan getməsin və nəticədə batil əhli haqq əhlinə qələbə çalmasın.Həmçinin bir kəs deməsin ki, “Ey Rəbbimiz, əgər Sən bizə (Ilahi əzabdan) qorxudan bir rəsul göndərib (onları) hidayətçi, əlamət qərar versəydin biz də zəlil və xar olmamış, işimizi Sənin həbibin və nəcib bəndən Mühəmməd (s) çatmamış Sənin mö”cüzələrinə tabe olardıq”-deməsin,və o,(həzrəti Mühəmməd)Sənin seçdiyin kimi, xəlq etdiklərinin ağası, seçdiyin bəndələrin seçilmişi, onların əfzəli, e”timad etdiyin bəndələrin ən kəramətlisi, oldu.Sən onu Öz peyğəmbərlərindən öncəyə keçirtdin, Öz bəndələrindən olan səqəleynə (cinlərə və insanlara) peyğəmbər seçdin, Öz məğrib və məşriqlərini onun ayaqları altından keçirtdin,. Büraqı onun üçün müsəxxər(ram) etdin, onun ruhunu Öz asimanına doğru pərvaz etdirdin, Xilqətin vaxtı qurtarana kimi olmuş və olacaq hər bir şeyin elmini onda əmanət verdin Sonra (düşmənlərinin mö”minlərdən qorxması ilə) onu nüsrətə yetindin, onu Cəbrəil, Mikail və əlaməti olan mələklərinlə əhatə etdin ona və”də verdin ki, onun dinini müşriklərin xoşlmadıqlarına baxmayaraq bütün dinlərə qalib edəsən, və bu iş onu sadiq bir nazil olan kimi geri qaytardıqdan sonra oldu. və oranı(qayıtdığı evi ) o və onlar üçün ilk beyt qərar verdik ki, “Camattın ibadəti üçün qoyulan ilk ev o evdir ki, Bəkkədədir, bərəkətli olub aləmlər üçün hidayətdir, onda aydın nişanələr–Ibrahim(əleyhissalam)-ın məqamı vardır. Hər kəs oraya daxil olasa, əmin-amanlıqda olar” (“Ali Imran” surəsi, 96) və Əhli-Beyt(ə) barəsində buyurdun:“Allahın iradəsi bu olmuşdur ki, yalnız Siz Əhli-beytdən hər növ çirkinliyi, aludəliyi aradan aparıb Sizi pak-pakizə qərar versin” (Əhzab-53) Sonra Mühəmməd (s)-ın muzdunu onlara aşkar məhəbbət qərar verdin və buyrdun ki, “(Ya Mühəmməd) xalqa De: Mən bu risalət müqabilində sizdən, Əhli-beytimə aşkar məhəbbət bəsləməkdən savayı bir muzd istəmirəm” Həmçinin buyurdun ki, “Bu iş müqabilində sizdən bir şey istəyirəmsə, o, sizin xeyrinizədir” və buyurdun ki: “bu iş müqabilində sizdən bir haq, muzd istəmirəm” Öz Rəbbinə doğru yolu seçmək istəyənlərdən başqa yalnız onlar (imamlar) Sənə doğru yol, Sənin razılığna doğru bir məsləkdirlər. Elə ki, onun ömrü sona çatdı (Qədir Xumad) öz vəlisi Əliyyibni ƏbiTalib (əleyhissalam)-ı ayağa qaldırıb (Allahın əmri ilə) hidayətçi etdi, Çünki o (Peyğəmbər) Ilahi əzabdan qorxdudan idi və hər bir qövm üçün də bir hidayətçi olmalıdır. Camaat Peyğəmbər(s)in ətrafını tutmuş halda buyurdu: “Mən hər kimin mövlası və ixtiyar sahibiyəmsə, Əli də onun mövlası və ixtiyar sahibidir. Ilahi, onu sevəni sev, ona kömək edənlərə kömək et! Onu xar etmək istəyənləri xar et!, sSonra buyuru: “Mən hər kəsin peyğəmbəriyəmsə, Əli də onun əmirdir” və buyuru: “Mən və Əli vahid bir şəcərədənik, sair şəxslər isə müxtəlif şəcərələrdəndir.” Peyğəmbər(s) özünü Musaya, Əlini isə onun vəziri və canişini olan Haruna bənzədib buyurdu: “Sənin mənimlə olan münasibətin Harunun Musa ilə olan münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur” və öz qızını ona ərə verdi, elə bir xanım ki, hər iki aləm qadınlarının seyyidəsidir və (Peyğəmbər)öz məscidinə aid olan işləri onun üçün də halal etdi, onun qapısından başqa (məsçidə açılan) bütün qapıları bağladı, sonra öz elm və hikmətini ona əmanət verib buyurur: “Mən elmin şəhəri, Əli isə o şəhərin və darvazasıdır, hər kəs o şəhəri və hikməti istəsə, gərək onun qapısından gəlsin”, sonra buyurdu “Ya Əli, Sən mənim qardaşım, canişinim və varisimsən, ətin mənim ətimdən, qanın mənim qanımdandır. Sənin barışıq etməyin mənim barışıq etməyim, müharibən mənim müharibəmdir. Iman, mənim ət-qanıma qarışdığı kimi, sənin ət-qanınla da qarışıb. Qiyamət günü “Kövsər” hovuzu kənarında canişinimsən Sən mənim borclarımı rəva qılıb,vədələrimə vəfa edəcəksən” Səni şiələrin cənnətdə, mənim dövrəmdə nurdan olan minbərlər üstə, üzləri ağ olacaq Onlar mənim qonşularımdır. Ya Əli! Sən olamasaydın, məndən sonra mö”minlər(münafiqlərdən) seçilməzdi” Əli (əleyhissalam) peyğəmbərdən sonra azğınçılıqdan çıxmaq üçün hidayət məş”əli, korluq üçün bir nur, Allahın mətin rabitə ipi, Onun düzgün yolu oldu. Rəsuli Əkrəm(s)-ə qohumluq cəhətindən bir kəs ondan (Həzrəti Əlidən)qabağa keçə bilmədi və həmçinin heç kəs ondan qabaq islamı qəbul etmədi, heç kəs fəzilətlərindən hər hansı birində ona çata bilmədi. Müntəzəm olaraq Rəsuli Əkrəmin(s) qədəm qoyduğu yerə qədəm qoyurdu. Qur”an tə”vili əsasında cihad edirdi. Allah yolunda(çalışanda) məzəmmət edənlərin məzəmmətləri ona tə”sir etmirdi, Allah yolunda ərəblərin dilavər pərhləvanlarını təkləyib öldürür, ərəb quldurlarını tuturdu.Nəticədə Bədr,Xeybər, Hüneyn və s, müharibələrdən o həzrətə qarşı kin-küdurətlər qalmışdı. Nəhayətdə ona qarşı düşmənçilikdə əlbir olub onun əleyhinə qiyam etdilər, Həzrət Nakisinlərlə, (Cəməl döyüşündə), Mariqinlərlə (dindən çıxanlarla) və Qasitinlərlə (Siffeyn döyüşündə) müharibə edib onları qətlə yetirdi. Elə ki, ömrü sona çatdı və ilk bədbəxtə tabe olan axırıncı bədbəxt (Ibni Mülcəm) onu şəhadətə yetirdi. Rəsuli Əkrəm(s)-in fərmanları yol,göstərənlərin birinin digərindən sonra gəlməsi ilə yerinə yetirilməmiş qaldı.Onun haqqına riayət edən az qrup insanlardan savayı bütün islam ümməti də ona qarşı amansız düşmənliyə qalxıb onun nəslini kəsmək üçün övladlarını sürgün etmək üçün cəm oldular və bu işə israr etdilər. Öldürülənlər öldürüldü, əsir edilənlər əsir edildi, sürgün edilənlər sürgün edildi və Allahın qəzavu-qədəri onlar üçün gözəl savab ümidi olan qaydada ötüb keçdi. Çünki Allah, yeri Öz bəndələri içərisində istədiyi şəxslərə irs verir. Gözəl aqibət isə müttəqlilər üçündür. Hər bir eyb və nöqsandan pakdır Bizim Rəbbimiz, şübhəsiz ki, Onun və”dləri hökmən yerinə yetiriləcək və Allah heç vaxt Öz vədəsinin əksinə çıxmaz, O, Əziz (izzət,şövkət sahibi) və Həkimdir (hikmət sahibi) Həzrəti Mühəmmədin (s) pak və mə”sum Əhlibeytinə (s) gərək bütün ağlayanlar ağlasın, bütün ahüfəqan edənlər yalnız onların halına ahü-fəğan etsinlər. Yalnız onlar kimilərə gərək gözlər yaş axıtsın, bütün şivən edənlər şivən etsin, bütün nalə edənlər nalə etsinlər, ürəkləri yananlar onların halından ürək yanğısı kəçirsinlər. Hardadır Həsən? Hardadır Hüseynin oğlanları? Salehdən sonrakı Saleh, Sadiqdən sonrakı Sadiq hardadır? Düz yoldan sonrakı yol hardadır? Yaxşı insanlardan sonrakı yaxşı insanlar hardadır? Nur saçan günəşlər hardadır? Nur verən aylar hardadır?Haradadır parlağ ulduzlar? Hardadır dinin nişanələri, elin sutunları? Hardadır Allahın yer üzündə saxladığı bəqiyyətullah, elə bir şəxs ki, Peyğəmbərin pak Əhlibeytindən kənarda deyil. Hardadır zülmkarın kökünü kəsmək üçün saxlanmış şəxs? Hardadır əyrilikləri, nadürüstləri düzəltmək üçün intizarı çəkilən şəxs? Hardadır zülm və düşmənliyi məhv etmək üçün ümid olunan şəxs? Hardadır fərizə və sünnətləri yeniləşdirmək üçün ehtiyat edilmiş şəxs? Hardadır din və şəriətin əslinə qaytarmaq üçün ixtiyar verilmiş şəxs? Hardadır Allahın kitabı və Onun həd-hüdudunu diriltmək üçün arzu olunan şəxs? Hardadır din və din əhlinin nişanələrini dirildən şəxs? Hardadır həddini aşanların izzət və şövkətini tar-mar edən? Hardadır şirk və nifaqın bünövrələrini sarsıdıb məhv edən şəxs? Hardadır fisq, üsyan, tüğyan əhlini həlak edən şəxs? Hardadır azğınlıq və ixtilaf şaxələrini kəsən? Hardadır həvayi-nəfsə pərəstişin, əyriliklərin əsər-əlamətlərini məhv edən? Hardadır yalan, iftira zəncirlərini kəsib doğrayan? Hardadır təkəbbürləri, inadkarları məhv edən? Hardadır inad edib və zəlalətə salanların, küfr əhlinin kökünü kəsən? Hardadır Allah övliyalarına izzət bəxş edib düşmənlərini zəlil edən? Hardadır təqva kəlmələrini cəm edən? Hardadır ne”mətlərin əta olunduğu Allah qapısı? Hardadır Allah övliyalarının üz çevirdikləri Allah vəchi? Hardadır yerlə səma arasındakı əlaqə (ittisal) səbəbi? Hardadır fəth gününün sahibi və hidayət bayrağını yayan? Hardadır peyğəmbərlər və onların övladlarının intiqamını alan? Hardadır Kərbəlada qətlə yetirilənin qanının intiqamını alan? Hardadır o kəs ki, hər kəs ona qarşı çıxsa və iftira desə məğlub olar? Hardadır o müztər kəs ki, dua etdiyi halda qəbul olunar? Hardadır məxluqatın başçısı, yaxşılıq və təqva sahibi? Hardadır Müstəfa peyğəmbərin Əliyyi-Mürtəzanın, alnı açıq Xədicənin, Fatimeyi-Kübranın oğlu? Atam-anam və özüm sənə fəda olaq, sənə gələn bəlalara sipər, qoruq olaq. Ey (Allah dərgahına) müqərrəb olan sərvərlərin övladı! Ey (Allah yanında) kərim əziz olan nəciblərin övladı! (Allah tərəfindən) hidayət olunan yol göstərən rəhbərlərin oğlu, nəfislrini saflşdırmış (mühəzzəb) xeyirxah insanların övladı? Hardadır ən nəcabətli, səxavətli (kərim)lərin oğlu? Ey mütəhhər, pak-pakizə insanların oğlu!Ey parlaq ayların oğlu! Ey nur saçan çıraqların oğlu!, Ey nur saçan göy cisimlərinin oğlu! Ey nur verən ulduzların oğlu! Ey aşkar yolların oğlu! Ey aşkar ələmlərin oğlu? Ey kamil elmlərin oğlu! Ey məşhur sünnələrin oğlu! Ey rəvayət olunmuş nişanərplərin (ələmlərin) oğlu! Ey mövcud mö”cüzələrin oğlu! Ey məşhud dəlillərin oğlu!Ey sirati-müstəqimin (düzgün yolun) oğlu! Ey nəbəil-əzim (böyük xəbər)in oğlu! Ey uca və hikmətli Allah yanında olan Ümmül-kitabdakı şəxsin oğlu! Ey ayə və bəyyində(dəlil)lərin oğlu! Ey aşkar və qalib dəlillərin oğlu! Ey aşkar və qalib bürhanların oğlu! Ey Allahın (xalqa) çatdırılmış höccətlərinin oğlu! Ey Allahın tamamlanmış ne”mətlərinin oğlu! Ey Taha və Möhkəmat ayələrinni oğlu! Ey Yasin və Zariyyatın oğlu! Ey Tur və Adiyatın oğlu! Ey (me”racda) Allahın hüzuruna iki ox məsafəsi, yaxud ondan da yaxın məsafəyə qədər yaxınlaşan şəxsin oğlu! Elə bir yaxınlıq ki, Əliyy (uca məqamlı) və Əla (ən uca məqamlı) şəxsin tərəfindən idi Kaş biləydim ki, sənin iqamətgahın hardadır? Yaxud hansı torpaqda və ya yerdəsən ki, ora səni üstünə götürmüşdür. Aya qumluq Rəzva dağındamısan? Yoxsa ayrı yerdə? Yaxud Zi-tuvada məskunlaşmısan? Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsən və sənə mənim həzin səsim və gizli pıçıltım çatmasın! Mənə çox çətindir ki, mən salamat olduğum halda səni bəlalar (imtahanlar) əhatə etsin və mənim ahü-naləm, şikayətim sənə çatmasın!.Canım sənə fəda olsun, elə bir qaib şəxs ki, bizdən uzaqda deyildir!. Canım fəda olsun sənə ey o uzaqda olan şəxs ki, bizdən uzaqda deyilsən.! Canım fəda olsun sənə, sən müştaq mömin və mö”minələrin arzususan! Onlar səni yad edib nalə ahu-fəğan edirlər. Canım fəda olsun, o kəsə ki, qarşılaşılma mümkün olmayan möhkəm izzətlidir.!Canım sənə fəda olsun, ey o kəs ki, böyük alicənablığa malikdir!Əsla sözlə onunla qarşılaşmaq olmaz. Canım fəda olsun sənə, ey o kəs ki, köhlənməyən ne”mətlər sahibidir ki, həç nə o ne”mətlərə çatmaz.! Canım fəda olsun sənə ey o kəs ki, başında şərafət əmmaməsi var və onun tayı-bərabəri yoxdur! Nə vaxta qədər səni axtarmaqda sərgərdan qalacağam, ey mənim mövlam? Və nə vaxta qədər və hansı sözlərlə, münaciatla səni vəsv edim? Mənə çox çətindir ki, sənsiz mənə cavab verilsin və mənə xoş sözlər deyilsinn, mənə çox çətindir ki, mən səni (hicranın) üçün ağlayım, başqaları isə səni tərk etsinlər. Mənə çətindir ki, cərəyan edən hadisələr onlara yox, sənə baş versin. Aya bir köməkçi varmı, onunla ahu- naləmi ağlamağı ucaldam.? Bir ahu- nalə edən, fəryad qoparan varmı ki, gizlində onun ahu fəryadından qüvvə alam? Çöp düşən bir göz varmı ki, (qan ağlayam) o gözlərə mənim gözüm o çöpləri çıxartmaqda qan ağlamaqda kömək olsun? Ey Əhməd (s) in oğlu, görəsən sənə doğru bir yol varmı ki, səninlə görüşək? Görəsən bir sabah günümüz sənin gününlə birləşəcək və biz səndən bəhrələncəyikmi? Nə vaxt sənin içməli axar çaylarına daxil olub sirab olacağıq? Nə vaxt sənin güvara suyundan içəcəyik? halbuki, sədamız uzun-uzadı oldu? Nə vaxt olacaq ki, sübh-axşam sənin yanında olacağıq və gözlərimizin yaşı quruyacaq (şad olacağıq).? Nə vaxt sən bizi görəcək biz də səni görəcəyik? Bir halda ki, sən aşkar görünən bayrağını yer üzünün hər yerinə sancacaqsan? Nə vaxt biz sənin ətrafına yığışacağıq və sən zalımların canına qəsd edəcəksən və yer üzünü ədalətlə doldurub, öz düşmənlərinə xarlıq və zilləti dadızdırıb cəzalandıracaqsan? Haqqa təcavüz edənləri, haqq-qarşısında inadkarlıq edənləri və haqqı inkar edənləri həlak edəcəksən? Təkəbbürlülərin kökünü kəsəcəksən? Zalımların kökünü kəsəcəksən və biz də deyəcəyik ki, aləmlərin Rəbbi olan Allaha şükr olsun. Ilahi!, Sən girifdarçılıqları, müsbətləri aradan qaldıransan və yalnız Səndən kömək istəyirəm, kömək də yalnız Sənin yanındadır və Sən dünya və axirətin Rəbbisən! Onda لالاimtəhan olunmuş,bəlalara mübtəla olmuş bəndənin fəryadına çat! Ey fəryad edənlərin dadına çatan! Ona öz ağasını göstər!,Ey qüvvəsi şiddətli olan və o həzrətin səbəbi ilə o bəndəndən qəm-qüssəni, kədəri apar və ürək yanğısını sərinləşdir!. Ey ərşə hakim kəsilən! Ey Ona tərəf qayıdacağımız şəxs və Ey (arzularımızın) Ona tərəf olduğu şəxs! Ilahi, biz Sənin və Sənin Peyğəmbərini yad edən vəliyy və dostunu arzulayan bəndələrik!. Sən o vəlini bizə keşikçi və pənahgah yaratdın, onu bizdən olan mö”minlər üçün imam qərar verdin, belə isə, bizdən ona salam və təhiyyət göndər. Ey Rəbbim!,Onun səbəbi ilə bizə Öz kərimini artır, onun qərar tutduğu yeri bizim üçün qərar tutulan yer və iqamətgah qərar ver!. Onu bizə təqdim etməklə Öz ne”mətlərini tamamla, ta ki bizi Öz cənnətlərinə daxil edib xalis bəndələrindən olan şəhidlərlə yoldaş edəsən!. Ilahi, Peyğəmbərə və onun Əhli-beytinə salavat göndər və salavat göndər Imam Zaman(ə)ın cəddi və Sənin Rəsulun Mühəmmədə–ən böyük ağamıza və onun (Imam Zamanın) atası (Peyğəmbərdən) kiçik olan ağamıza (Həzrəti Əliyə), nənəsi Siddiqeyi Kubraya–Fatimə binti Mühəmmədə və onun çox xeyirxah və doğruçu atalarından (sair mə”sum imamlardan) olan seçdiyin şəxslərə və onun özünə salavat göndər; Özün üçün seçdiyin şəxslərə və bəndələrindən olan xeyirxah insanlara salavatların ən fəzilətlisi, ən kamili, ən tamı, ən davamlısı və ən çoxunu onlar üçün göndər. və o həzrətə sayı üçün bir son, ardı üçün bir nəhayət, müddəti üçün bir yoxluq olmayan bir salavat göndər! Ilahi, onun vasitəsi ilə haqqı bərqarar edib batili məhv et! Öz övliyalarını onun vasitəsiilə qalib, düşmənlərini ilə zəlil və bizimilə onun arasında vüsal bərqarar et! Elə bir vüsal ki, bizi onun sələfləri (Imamlar və Pəyğəmbərlər) ilə yoldaş olmağa aparıb çıxara!. Və bizi onun kəmərindən yapışıb onun kölgəsində qərar tutanlardan et,! Onun haqlarını onun özünə qaytarmaqda bizə kömək et!. Onun itaətini etməkdən çətinlikdə bizə kömək et!. Onun bizdən razı olması ilə bizə minnət qoy!. Onun rəfət, rəhmətin, dua və xeyir bərəkətini bizə əta et, belə ki, biz onun səbəbinə sənin rəhmət və kamının (fövz) vüs`ətinə çataq!. Namazlarımızı onun xatirinə məqbul, dualarımızı onun xatirinə müstəcab olunmuş qərar ver! Ruzilərimizi onun xatirinə bol, firavan, qəm-qüssələrmizi onun xatirinə kifayət olunmuş, ehtiyaclarımızı onun xatirinə təmin olunmuş qərar ver!.Öz kərim vəchinlə bizə doğru nəzər et!, Sənə doğru yaxınlaşmaq (niyyətimizi) qəbul et! Bizə nəzər et, rəhmət nəzəri ilə, belə ki, O rəhmət səbəbi ilə Sənin yanından gələn kəraməti kamil surətdə əldə edək sonra da o rəhməti Öz ehsanınla bizdən başqa tərəfə çevirmə! Onun cəddini (s) hovuzunda (kövsər) bizi o həzrətin (Imam Zamanın) canları ilə çoxlu sirab edən, canımıza nuş olan, zəhmətsiz su verməklə sirab et! Elə sirab et ki, ondan sonra heç vaxt susamayaq, ey rəhm edənlərin ən rəhimlisi!. Əlhəmdu lillahi Rəbbil aləmin