Salam hörmətli sayt həvəskarları saytımızda hər bir mövzu mövcuddur. Hər bir səhifəmizdə, Sizlər üçün Administratorluq lövhəsində aydınlıq gətirilmişdir. Hər səhifənin öz mənası və fəaliyyət tərzi vardır. Daha ətraflı məlumat əldə etmək istəyirsənizsə, sadəcə olaraq, qeydiyyatdan keçin. Diqqətinizə görə Minnətdaram. Hörmətlə Administratorluq: +994703125310 admin@azeri-love.az

   
Administratorluq
Əliyev Ceyhun
XƏBƏRLƏR
Qeydiyyatdan keçmiş istifadəçilərə "TÖVBƏ" adlı film VCD diskində hədiyyə olunacaqdır. Bundan başqa yaranacaq yeniliklər haqqıda son məlumatlar veriləcəkdir.
TEZLİKLƏ BİZİM SAYTIMIZDA
QURANİ KƏRİMİN ƏRƏB VƏ AZƏRBAYCAN DİLİNDƏ XÜSUSİ BURAXILIŞI
+994703125310
Valyuta mübadiləsi
 
 "ULDUZ" Biznes Center-dən SUPER TƏKLİFLƏR
 
 
Saytımızda Yeniliklər Yeni mövzular Elektron kitabxana

Saytımızda Azərbaycan Respublikası barədə geniş informasiya yerləşdirilmişdir. Liderlərimizin həyat və yaradıcılığı barədə, Ermənistan terrorizmi, ərazimiz, Bayram və xatirəli günlər, Dövlət rəmzlərimiz, Azərbaycan pulları və Xəritəmiz

AZƏRBAYCAN
DÖVLƏT RƏMZLƏRİ
BAYRAMLAR və XATİRƏLƏR
AZƏRBAYCAN ƏRAZİSİ
AZƏRBAYCAN PULLARI
ƏHALİSİNİN SAYI
AZƏRBAYCAN XƏRİTƏSİ
MÜHARİBƏMİZ
TERRORİZM

Bu ay Elektron Kitabxanamızda ÇİNGİZ ABDULLAYEVİN yazdığı kitablar satışa çıxarılmışdır. İstəyən şəxslər Elektron kitabxanamıza daxil olsun.

Sayt menyumuz

YENİ AZƏRBAYCAN MANATI
  
Mədəniyyət mövzusuna həsr olunmuşdur.

Əskinas 120 x 70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin - Tar, Kamança və Dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi elementlər vardır.

   

Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur.

Əskinas 120 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey əlifbası, müasir yazımız çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

   

Tarix mövzusuna həsr olunmuşdur.

Əskinas 134 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
   

Qarabağ mövzusuna həsr olunmuşdur.

Əskinas 134 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi “Xarı Bülbül” təsvir olunmuşdur.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.


   

Təhsil və gələcək mövzusuna həsr olunmuşdur.

Əskinas 148 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti pillələr, güc və işıq nişanəsi, günəş, elm rəmzi, kimyəvi və riyazi simvollar təsvir olunmuşdur.Əskinasın arxa tərəfinində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycanın xalçalarının ornamentləri çap olunmuşdur.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.


   

İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.

Əskinas 155 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.


AZƏRBAYCAN MANATI

Azərbaycan Respublikasının milli valyutası olan manat 1992-ci ildə dövriyyəyə buraxılmışdır.


1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və50 qəpiklər, dekabrında 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq nominallı pul vahidləri dövriyyəyə buraxılmışdır.

1992-ci ilin avqustundan etibarən manat öz nominal dəyəri ilə respublika ərazisində 1 manat = 10 rubl nisbətində rubla paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunmağa başladı.

Yalnız Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasi milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 11 dekabr 1993-cü il tarixli 50 saylı Fərmanı ilə 1 yanvar 1994-cü il tarixindən manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit olundu.

Manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olması o zaman Azərbaycan Respublikasi Prezidenti, ümummilli liderimiz cənab Heydər Əliyevin sədrliyi ilə yaradılmış Dövlət komissiyası tərəfindən hazırlanmış və 1995-ci ilin 12 noyabr tarixdə ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktı ilə bir daha öz təsdiqini tapdı.

1992-ci ildə çap edilmiş 1, 10 və 250 manat nominallı əskinaslar sadə dizayna malik olmuş, üz tərəfində "Qız qalası", arxa tərəfində isə milli ornamentlərlə haşiyələnmiş və "Azərbaycan Milli Bankı" sözləri çap olunmuşdur. 1993-cü ildə Milli Bank 1, 5, 50, 100, 500 və 1000 manat nominallı əskinasları çap etdirərək dövriyyəyə buraxmışdır. Bu zaman 1 və 10 manatlıq əskinasların təsvirləri dəyişdirilərək 5, 50 və 100 manatlıq əskinaslarla uyğunlaşdırılmışdır. Belə ki, bu əskinaslarda "Qız qalası"nın təsvirindən əlavə arxa fon təsvirləri əlavə edilmişdir. Bu əskinasların arxa tərəfində isə əlavə olaraq nominalların adı sözlə verilmişdir.

500 manat nominallı pul vahidinin üz tərəfində dahi Azərbaycan şairi Nizami Gəncəvinin, 1000 manatlıq nominallda olan əskinasların üzərində isə Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin portreti verilmişdir. Hər iki əskinasın arxa tərəfi eyni üslubda milli ornamentlərə uyğun dizaynda hazırlanmışdır.

Milli ornamentli çərçivə içərisində nominalın məbləği sözlə və rəqəmlə verilmişdir. Bütün əskinaslarda eyni su nişanı- üç alov təsviri verilmişdir.

1994-cü ildə ilk dəfə 10000 manatlıq əskinaslar çap edilmişdir. Onların üzərində "Şirvanşahlar" kompleksinin ümümi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə rəqəm və söz ifadəsində banknotun nominal dəyəri verilmişdir.

1996-cı ildə və hazırda ən böyük nominala malik 50.000 manatlıq əskinaslar dövriyyəyə buraxılmışdır. Bu əskinasların üz tərəfində orijinal üslubda Naxçıvan memarlıq abidəsi - "Mömünə Xatun türbəsi", arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə ifadəsi verilmişdir. Əskinasın dizaynında mürəkkəb su nişanı və bir sıra yeni mühafizə elementləri tətbiq edilmişdir. Azərbaycan pullarında ilk dəfə olaraq 50.000 manatlıq əskinasın seriyası və nömrəsi iki rəngdə verılmişdir.

Azərbaycanda 1992 - 2005-ci illərdə nağd pul dövriyyəsinin tarixi xülasəsinə nəzər saldıqda qeyd etmək lazımdır ki, aliminiumdan hazırlanmış 5, 10, 20 və 50 qəpik olan sikkələr qısa müddət ərzində dövriyyədə olmuşdur. Lakin 1992-ci ildə ölkədə baş verən iqtisadi böhran, manatın məzənnəsinin kəskin aşağı düşməsi nəticəsində bu sikkələr qısa bir zamanda dəyərsizləşdirilərək istifadəsiz qalmışdır.


Manatın təsvirləri
  
  
  
  
  
  
  
  
  
  
  
  
  


Saytdan informasiya

Online olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Siz Qonaq! istifadəçisi kimi daxil oldunuz!
Qrupp "Qonaq"
Saytın Xəritəsi

3.145.43.92

Bizimlə əlaqə

Хостинг от uCoz